Məhkəmə qərarları › İş №2-1(102)-1930/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1930/2024

11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1930/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1955-ci il) cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının pensiya məbləğinin 01 aprel 2010-cu il tarixdən Daxil i İşlər Nazirliyi tərəfindən göndərilmiş məlumat vərəqində (DYNPİ Cinayət-Axtarış Şöbəsinin rəisi vəzifə maaşı nəzərə alınmaqla) göstərilmiş 644,25 manat əsasında yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2024-cü il tarixli, 2-1(103)-261/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 22 yanvar 2007-ci il tarixində DİN-in NBPİ-in BDYNPİ-də şöbə rəisi vəzifəsindən ixtisar olunaraq həmin şöbədə aşağı vəzifəyə (CAŞ-də baş əməliyyat müvəkkili) təyin edilmişdir.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 22 aprel 2010-cu il tarixli 5 428 nömrəli məlumat vərəqinə əsasən iddiaçıya 4 may 2010-cu il tarixində (1 aprel 2010-cu il tarixindən hesablanmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. İddiaçı cavabdehə müraciət edərək onun pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.

4. Cavabdeh 25 yanvar 2023-cü il tarixli məktubla bildirmişdir ki, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 22 aprel 2010-cu il tarixli 5428 nömrəli məlumat vərəqində vəzifəniz «NBPİ DYNPİ CAŞ baş əməliyyat müvəkkili» qeyd olunub. Bununla əlaqədar olaraq, həmin məlumat vərəqinə əsasən X3 tərəfindən 4 may 2010-cu il tarixində (1 aprel 2010-cu il tari xindən hesablanmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib (sonrakı artımlar nəzərə alınmaqla hazırkı pensiyanızın məbləği 1115,07 manat). “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ib arət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanması məqsədilə xidmət illərinin müddətindəki, təminat xərcliyinizin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı baş verən artımlar barədə məlumatlar da həmin orqan tərəfindən Fonda göndərilməlidir. Qeyd olunanlara əsasən, əmək pensiyanızın məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinizin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyiniz orqandan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olduqdan sonra baxıla bilər. “Əmək pensiyaları haqqında” Qanunun 26.4-cü maddəsinə əsasən, əmək pensiyanızın tərkibində Sizə 111,51 manat məbləğində maddi yardım ödənilir.” İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun pensiya məbləğinin 01 aprel 2010-cu i l tarixdən Daxili İşlər Nazirliyi tərəfindən göndərilmiş məlumat vərəqəsində (DYNPİ CinayətAxtarış Şöbəsinin rəisi vəzifə maaşı nəzərə alınmaqla) göstərilmiş 644,25 manat əsasında yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini işin hallarına uyğun olaraq əsaslandırılmış və qeyd etmişdir ki, Xidmət etdiyi müddətdə müxtəlif vəzifələrdə, o cümlədən uzun müddət, 22 yanvar 2007-ci il tarixə kimi Bakı X2 Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi vəzifəsində işləmişdir. 22 yanvar 2007-ci il tarixdən işlədiyi DİN-nin Nəqliyyat Baş Polis İdarəsinin Bakı Dəmir Yolu Polis İdarəsinin struktur dəyişikliyi ilə əlaqədar bütün şəxsi heyət ştatdan çıxarılaraq DİN-nin sərəncamına göt ürülmüş və yenidən vəzifələrə təyinatlar həyata keçirilmiş və bu zaman iddiaçı aşağı vəzifəyə, X2 Polis İdarəsinin CAŞnin baş əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir. İddiaçının struktur dəyişikliyinə qədər uzun müddət xidmət etdiyi nəzərə alınaraq, Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-11-Q №-li Qanunu ilə elan edilmiş "X1 Xidmət Keçmə Haqqında Əsasnamə"nin 35-ci, "ştatın ixtisar edilməsi və yaxud səhhətinə görə vəzifə maaşı az olan aşağı vəzifəyə keçirilən əməkdaşın təqvim hesabı ilə 15-il və daha çox xidmət stajı olduqda onun sonuncu xidmət yeri üzrə vəzifə maaşı saxlanılır" bəndinin tələblərinə müvafiq olaraq ona şöbə rəisinin vəzifə maaşı (okladı) saxlanılmışdır. Bu səbəbdən, DİN-Maliyyə Plan İdarəsinin müvafiq şöbəsi ona aylıq 644 manat 25 qəpik təqaüd hes ablayaraq sənədləri baxılması üçün Cavabdehə göndərmişdir. Cavabdeh tərəfindən iddiaçının sənədlərinə baxılarkən ‘'X1 xidmət keçmə haqqında Əsasnamə”nin 35-ci bəndinin Azərbaycan Respublikasının 05 mart 2010-cu il tarixli 969-İİİ QD nömrəli Qanunu ilə çıxarıldığına əsaslanaraq bir ayda maaşını almadığı sonuncu tutduğu Baş əməliyyat Müvəkkili vəzifəsinin maaşı (okladı) ilə ona təqaüd hesablamışdır. Baxmayaraq ki, təqaüdə çıxdığı günə, 01 aprel 2010-cu il tarixə qədər Cinayət-Axtarış Şöbəsinin rəisi vəzifəsinin vəzifə okladı ilə əmək haqqı almışdır. Məsələ ilə əlaqədar dəfələrlə etdiyi müraciətlərə, qəbullarda olarkən da 35-ci bəndin ləğvi ilə əlaqədar ona təqaüdün şöbə rəisinin deyil, baş əməliyyat müvəkkilinin vəzifə maaşı ilə hesablandığı bildirilmişdir. Daxili İşlər Nazirliyi iddiaçı bar əsində göndərdiyi məlumat vərəqinin məktubunda nə səbəbə ona şöbə rəisi okladı göstərildiyini aydın şəkildə yazıb və məlumat vərəqində də vəzifə “baş əməliyyat müvəkkili” göstərilsə də pul təminatı bölməsinin vəzifə maaşı qrafasında şöbə rəisinin okladı göstərilib. Digər tərəfdən, Cavabdehin istinad etdiyi Nazirlər Kabinetinin 135 №-li Qərarının 5-ci bəndində göstərilir ki, “Məlumat vərəqindəki məlumatlar Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edildikdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək aidiyyəti quruma məlumat verilir”. Bu halda isə, cavabdeh qanuna riayət etmək əvəzinə DİN-dən göndərilmiş sənədlərə özbaşına müdaxilə edir, özündən vəzifə okladı yazaraq pensiya təyin edir. Bununla da, cavabdehin hərəkəti nəticəsində İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının hüququ pozulub. Əsassız olaraq iddiaçı pensiya məbləğinin bir hissəsindən məhrum edilmiş və uzun müddətdir ki, həmin hissəni ala bilmir.

7. Bakı İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2-1(112)-6654/2022 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia qismən təmin edilmiş, İddiaçı pensiya məbləğinin Daxili İşlər Nazirliyi tərəfindən göndərilmiş məlumat vərəqində (DYNPİ Cinayət-Axtarış Şöbəsinin rəisi vəzifə maaşı nəzərə alınmaqla) göstərilmiş 644,25 manat əsasında (28 dekabr 2019-cu il tarixdən) yenidən hesablanması və yeni hesablanmaya görə yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsi ilə bağlı qeyd etmişdir ki, İddiaçı əmək pensiyasının təyin edi lməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar Daxili İşlər Nazirliyi tərəfindən DSMF-yə təqdim edilmişdir. DİN-nin təqdim etdiyi Məlumat vərəqində göstərilmişdir ki, vəzifə maaşı 205.00, rütbə maaşı 134.00, xidmət illərinə görə əlavə 169.50, ərzaq payı əvəzində kompensasiya 64.00, məharət dərəcəsi 71.75 olmaqla cəmi 644,25 manatdır. DSMF DİN tərəfindən göndərilmiş məlumat vərəqini qəbul etsə də, onda olan məlumatları özbaşına təhrif etmiş, pensiyanı 644,25 manat məbləğində deyil, 609,00 manat məbləğində təyin etmişdir. Cavabdeh pensiya məbləğinin 609.00 manat hesablanmasını, məlumat vərəqində iddiaçının göstərilmiş vəzifə maaşına uyğun hesablandığı kimi əsaslandırmışdır. Halbuki, “Əmək pensiyaları haqında” Qanunun tələblərinə əsas ən, iddiaçı hərbi rütbəli şəxs olduğundan ona əmək pensiyası təyin edilməsi zamanı, onun xidmət keçdiyi orqan tərəfindən təqdim edilən təminat xərcliyi barədə məlumatlar nəzərə alınmalıdır. DİN tərəfindən təqdim edilmiş “Məlumat vərəqi”, onda olan uyğunsuzluq və qeyri-dəqiqliyin olması səbəbindən geri qaytarılmamış, cavabdeh tərəfindən qəbul edilərək, iddiaçıya əmək pensiyasının təyin edilməsi üçün əsas sayılmışdır. İddiaçının təminat xərcliyində onun xidmətdən buraxıldığı günə aldığı aylıq vəzifə maaşı (DİN-in NBPİ-in BDYNPİ –də şöbə rəisinin vəzifə maaşı olması nəzərə alınaraq) 205,00 manat olması məlumat vərəqində göstərilmişdir.

9. Məhkəmə iddiaçının iddia tələbini digər hissədə, yəni 01 aprel 2010-cu il tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsində haqlı hesab etməyərək qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolle giyasının 21 fevral 2024-cü il tarixli, 2-1(103)-261/2024 nömrəli qərarı ilə (hakimlər: P.Hüseynov - sədrlik edən və məruzəçi, Ş.Məmmədova və C.Yusifov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qərarı qismən - «İddiaçı pensiya məbləğinin 28 dekabr 2019-cu il tarixdən yenidən hesablanması və yeni hesablanmaya görə yaranmış fərqin ödənilməsi» hissəsində ləğv edilmiş, həmin hissədə də iddia təmin edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya pensiya təyin edilərkən onun hərbi xidmətdən buraxıldığı günə təminat xərcliyi (pul təminatı) məlumat vərəqində qeyd olunmuşdur. Buna baxmayaraq, cavabdeh tərəfindən bu, nəzərə alınmamışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış yuxarıda göstərilən mək tublardan da görünür ki, iddiaçı qeyd olunanlarla əlaqədar pensiya təyin olunan dövrdə (2010-cu ildə) cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Həm pensiya təyin edilməsi üçün iddiaçının xidmət keçdiyi orqan tərəfindən təqdim edilmiş xx.xx.2010-cu il tarixli məlumat vərəqində göstərildiyi üçün, həm də məhz 2010-cu ildə iddiaçı tərəfindən cavabdehə dəfələrlə müraciətlər edildiyi üçün iddiaçının əmək pensiyası məlumat vərəqində göstərilmiş təminat xərcliyi (pul təminatı) nəzərə alınmaqla əmək pensiyasının təyin edildiyi xx.xx.2010-cu il tarixdən yenidən hesablanmalı və həmin tarixdən ödənilməlidir.

13. Apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5, 20.14-ci maddələrinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tar ixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1, 2, 3, 4, 5-ci bəndlərinə istinad etmişdir.

14. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətində qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)-261/2024 nömrəli qərarı məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi səbəbindən ləğv edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, akin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayma bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunan normanın məzmununa əsasən iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-6654/2023 nömrəli qərarının nəticə hissəsində qeyd olunan iddiaçının Mərkəzi Filiala müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üzrə yəni xx.xx.2019-cu il tarixdən başlayaq İddiaç ı pensiya məbləği məlumat vərəqində olan vəzifə maaşı nəzərə alınmaqla yenidən hesablanmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2024-cü il tarixli, 2-1(103)-261/2024 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki a yların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları (xx.xx.2017-ci ilədək qüvvədə olan redaksiya): 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (xx.xx.2017-ci ildən qüvvəyə minmişdir) 37.7-ci maddədə “müddətindən asılı olmayaraq” sözləri “bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla” sözləri ilə əvəz edilmişdir).

18. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisən in düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar g östərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddia nın təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə iddiaçının pensiya məbləğinin Daxili İşlər Nazirliyi tərəfindən göndərilmiş məlumat vərəqində göstərilmiş 644,25 manat əsasında xx.xx.2010-cu il tarixdən yenidən hesablanması barədə düzgün nəticəyə gəlsə də, lakin yeni hesablanmaya görə yaranmış fərqin ödənilməsi hissəsində səhvə yol vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir.

22. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab ed ir.

23. İlkin olaraq məhkəmə kollegiyası qərarın dəyişdirilməyən hissəsi barəsində hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

24. Belə ki, iş materiallarına əsasən iddiaçı X1 xidmət etmiş, 22 yanvar 2007-ci il tarixində DİN-in NBPİ-in BDYNPİ-də şöbə rəisi vəzifəsindən ixtisar olunaraq həmin şöbədə aşağı vəzifəyə (CAŞ-də baş əməliyyat müvəkkili) təyin edilmişdir, lakin “Azərbaycan Respublikasının X1 xidmət keçmə haqqında Əsasnamə” həmin dövrdə qüvvədə olan 35-ci bəndinə əsasən iddiaçının sonuncu xidmət yeri üzrə vəzifə maaşı saxlanılmışdır. xx.xx.2010-cu ildə ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublika sı Qanununun 20.14.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilən zaman DİN tərəfindən cavabdehə göndərilən məlumat vərəqində şöbə rəisi vəzifəsinin pul təminatı qeyd olunmasına baxmayaraq cavabdeh tərəfindən iddiaçıya aşağı vəzifənin pul təminatına əsasən pensiya məbləği hesablanmışdır.

25. Halbuki şəxsə pensiya hesablanarkən onun sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim edilmiş məlumat vərəqində göstərilən təminat xərcliyi (pul təminatı) nəzərə alınmalı idi.

26. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilərkən onun hərbi xidmətdən buraxıldığı günə təminat xərcliyi (pul təminatı) məlumat vərəqində qeyd olunmuşdur. Buna baxmayaraq, cavabdeh tərəfindən bu, nəzərə alınmamışdır.

27. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddiaçının pensiyası nın yenidən hesablanması nəticəsinə gələrkən haqlı olmuşdur.

28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilən hissəsinə, yəni yeni hesablanmaya görə yaranmış fərqin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

29. Belə olan halda, iddiaçının pensiya məbləğinin Daxili İşlər Nazirli yi tərəfindən göndərilmiş məlumat vərəqində (DYNPİ Cinayət-Axtarış Şöbəsinin rəisi vəzifə maaşı nəzərə alınmaqla) göstərilmiş 644,25 manat əsasında yenidən hesablanması və yeni hesablanmaya görə yaranmış fərqin cavabdehə müraciət etdiyi tarixdən əvvəlki üç il üçün (yəni 28 dekabr 2019-cu il tarixdən) ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2024-cü il tarixli 21(103)-261/2024 nömrəli qərarı “...yeni hesablanmaya görə yaranmış fərqin ödənilməsi” hissəsində dəyişdirilsin. Cavabdehin üzərinə iddiaçının pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etdiyi tarixdən əvvəlki üç il üçün alınmamış əmək pe nsiyasının məbləğinin ödənilməsi öhdəliyi qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar