Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1931/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (sərəncamın ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin nümayəndəsi Validə Ələkbərovanın və vəkili Elvin Qəhrəmanovun iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-1369/2020 nömrəli qərardadından iddiaçı tər əfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı Binəqədi rayon İcra Hakimiyyəti Kabinetinin Mənzil Məişət Komissiyasının xx.xx.1994-cü il tarixli təklifinin təsdiqinin ləğv edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Laçın rayonunun işğalı ilə əlaqədar 1992-ci ildə Bakı şəhərinə köçmək məcburiyyətində qalmış, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi sahibsiz olduğundan, onun və ailə üzvlərinin yaşamağa başqa yeri olmadığından həmin mənzildə məskunlaşmışdır. Yaşayış sahəsinə köçməzdən əvvəl orada təmir işləri apararaq xeyli miqdarda xərc çəkmişdir. Həmin vaxt binanın yalnız beton konstruksiyaları mövcud olmuş, məcburi köçkünlər tərəfindən təmir-tikinti işləri aparıldıqdan sonra bina yaşayış üçün yararlı vəziyyətə gətirilmişdir. 2019-cu ilin iyul ayında isə mənzilin ona məxsus olduğunu iddia edən X5 ona qarşı mənzildən çıxarılma tələbinə dair əsassız iddia qaldırmışdır. Məhkəmənin hazırlıq iclası zamanı Binəqədi Rayon İcra Hakimiyyəti Kabinetinin mənzil məişət Komissiyasının xx.xx.1994-cü il tarixli təklifinin təsdiqi adlanan həmin sənədlə tanış olmuşdur. Həmin sənəd mənzilə dair əmlak hüquqları yaratmır. Belə ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsasları qüvvədə olan qanunvericilikdə dəqiqliklə tənzimlənmişdir. Həmin əsasl ar sırasında isə dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinin müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əsasında verilməsi nəzərdə tutulmuşdur. Hazırda mübahisələndirilən sənəd isə yaşayış sahəsinin verilməsi üçün nəzərdə tutulmuş heç bir formaya və tələbə cavab vermir. Uzun illər ərzində S.Qədirov belə bir sənədin mövcudluğunu bir dəfə belə səsləndirməmişdir. Sonradan isə həmin sənəd şübhəli şəkildə ortaya çıxmışdır. Həmin sənəd qəbul edilən zaman ümumiyyətlə mənzil yarımtikili vəziyyətdə olmuşdur. Buna görə də onun S.Qədirova verilməsi də mümkün deyildir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 916 saylı xx xxxxxx 1994 cü il tarixli sərəncamın ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmşdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli,2-1(112)-4388/2019 nömrəli (sədrlik edən hakim Nəriman Abıyev) qərardadı ilə iddianınmümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən zərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli xx xxxxx 2015-ci il tarixli Qərarına istinad etmişdir. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-1369/2020 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Ülvi Mayılov) qərardadı ilə birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən eyni prosessual hüquq normalarına istinad etmişdir. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddianın mümükünlüyü müəyyən edilənə və qərardad qəbul edilənək Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 916 № li, xx.xx.1994-cü il tarixli sərəncamının yalnız vəkil tərəfindən Milli Arxiv İdarəsinə verilən sorğuya xx xxxxxx 2019-cu il tarixdə cavab alındıqdan sonra sərəncamın olması məlum olmuşdur. Anlaşılmazlıq nəticəsində iddia ərizəsində mübahisələndirilən sənədin adı Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 916 saylı xx.xx.1994-cü il tarixli sərəncamı deyil, Binəqədi rayon İcra Hakimiyyəti Kabinetinin mənzil məişət Komissiyasının xx.xx.1994-cü il tarixli təklifinin təsdiqi kimi göstərilmişdir. Mahiyyət etibarilə onlar eyni sənədlər olmuşlar. Sözügedən sənədin sərəncam olması ona məlum olan zaman 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qərardad qəbul edildiyi üçün iddia tələbinə dəyişiklik etmək imkanı olmamışdır. Qərardadın əsassız olduğunu hesab edir. Belə ki, Milli Arxiv İdarəsi tərəfindən verilən məktubu xx xxxxxx 2019-cu il tarixdə əldə etm iş, xx xxxxxx 2019-cu il tarixdə isə həmin sərəncamn ləğv edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-1369/2020 nömrəli qərardadının ləğv edilməsini, iddianın mümkün sayılması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehinnümayəndəsi V.Ələkbərova kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının isə dəyişdirilmədən sax lanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkiliE.Qənbərov da V.Ələkbərovanın çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tari xli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün m üəyyən edilibedilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki, iddianın mümükünlüyü müəyyən edilənə və qərardad qəbul edilənək Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 916 № li, xx.xx.1994-cü il tarixli sərəncamının yalnız vəkil tərəfindən Milli Arxiv İdarəsinə verilən sorğuya xx xxxxxx 2019-cu il tarixdə cavab alındıqdan sonra sərəncamın olması məlum olmuşdur. Anlaşılmazlıq nəticəsində iddia ərizəsində mübahisələndirilən sənədin adı Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 916 saylı xx.xx.1994-cü il tarixli sərəncamı deyil, Binəqədi rayon İcra Hakimiyyəti Kabinetinin mənzil məişət Komissiyasının xx.xx.1994-cü il tarixli təklifinin təsdiqi kimi göstərilmişdir. Mahiyyət etibarilə onlar eyni sənədlər olmuşlar. Sözügedən sənədin sərəncam olması ona məlum olan za man 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qərardad qəbul edildiyi üçün iddia tələbinə dəyişiklik etmək imkanı olmamışdır. Qərardadın əsassız olduğunu hesab edir. Belə ki, Milli Arxiv İdarəsi tərəfindən verilən məktubu xx xxxxxx 2019-cu il tarixdə əldə etmiş, xx xxxxxx 2019-cu il tarixdə isə həmin sərəncamn ləğv edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, iş materiallarından görünür ki,, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir. İddiaçı cavabdeh inzibati orqan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə hər hansı inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı müraciət etməmiş, onun barəsində h ər hansı inzibati akt qəbul edilməmişdir. İddiaçının hazırkı iddiasının mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. İş üzrə cavabdeh orqan Binəqədi rayon İcra hakimiyyəti Kabinetinin mənzil-məişət komissiyasının 6 saylıxx xxx 1994-cü il tarixli təklifinin təsdiqi” barədə Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti başçısının 916 saylı xx.xx.1994-cü il tarixli sərəncamından görünür ki, qeyd olunan sərəncamla 1) “Binəqədineft” NQCİ-nin müdiriyyətinin və Həmkarlar İttifaqı Komitəsinin X3 ailə tərkibi 5 nəfərlə (özü, yoldaşı, 2 oğlu, qızı) M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi 3184/87ci məhəllə, 3 №-li ev-3 otaqlı, 40, 2-ci kv.m. yaşayış sahəsi olan 73 nömrəli mənzilin verilməsi haqqında olan xx xxxxxxxx 1993-cü il tarixli, 09 nömrəli qərarının təsdiq edilməsi; orderə aşağıdakı şəxslərin adlarının yazılması-X5-özü1955, X7-yoldaşı-1956, X8-oğlu1999, X4-qızı-1981, X6-oğlu-1983; 2) X2 mənzil növbəsindən çıxarılması, 3) yataqxananın boşaldılması qərara alınmışdır. Göründüyü kimi, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin mübahisələndirilən sərəncamının iddiaçıya aidiyyəti yoxdur, həmin qərar onun subyektiv (o cümlədən maddi) maraqlarını əhatə etmir. Onun hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir etmir. Onun üçün heç bir hüquq və vəzifələr yaratmır. Belə olan halda İcra Hakimiyətinin sərəncamı iddiaçının maraqlarına toxunmadığı üçün onun hüquqlarını poza bilməz. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilm əsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflər in bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hazırkı işdə iddiaçı tərəfindən nə birinci, nə də apelyasiya instansiyası məhkəməsinə mübahisəli mənzilə dair hər hans ı hüquqmüəyyənedici sənəd və mübahisələndirdiyi inzibati akt qəbul edilərkən onun hansı hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən pozulduğu halını da təsdiq edə biləcək sübut təqdim edilməmişdir. Əksinə, apelyasiya baxışı zamanı müəyyən olunmuşdu ki, mübahisəli mənzillə əlaqədar ilk iddia üzrə iddiaçı X2 cavabdehlər İddiaçı və X1 qarşı “övladları ilə sözügedən mənzildən çıxarılmaları” tələbinə dair ilk, İddiaçı cavabdeh X3 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiasına baxılaraq Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-6039/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi qət edilmişdir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyas ı hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1369/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1931/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1931/2020
30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver