Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1931/2021 02.11.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci tarixli, 2-1(103)-93/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Dəniz Neftçisi” X3 üzvlərinin yığıncağının 20.05.1996-cı il tarixli, 6 saylı Protokoluna əsasən İddiaçı X2 üzv qəbul edilmiş və sahəsi 500 m.2 olan 60 saylı bağ sahəsi ona təhkim edilmişdir.
2. N.Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsi X3 üzvlərinin yığıncağının 27.05.1999-cu il tarixli, 54 saylı Protokoluna əsasən N.Nərimanov adına NQÇİ-nin işçisi İddiaçı ərizəsinə əsasən onun X2 üzvlüyünə qəbul edilməsi, Bakı şəhər XDS İcraiyyə Komitəsinin 22.09.1989-cu il tarixli, 10/369 saylı qərarı ilə Səngəçal bağ massivində N.Nərimanov adına NQÇİ-yə ayrılmış torpaq sahəsind ən İddiaçı sahəsi 500 m.2 olan 8 saylı bağ sahəsinin verilməsi qərara alınmışdır.
3. İddiaçı 22.10.2019-cu il tarixində ********** nömrəli ərizə ilə cavabdeh orqana müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivi ünvanında yerləşən 8 saylı bağı sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh 15.11.2019-cu il tarixli **********16 nömrəli məktubla ərizəni təmin etməkdən imtina etmişdir.
4. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, elektron kadastr məlumatlarına əsasən sözügedən bağ sahəsinin 640,0 m.2 hissəsi X1 ayrıc aktından kənarda yerləşir. Həmçinin, üzvlük kitabçasında bağ nömrəsində düzəliş edilmişdir. Bundan əlavə, İdarəyə təqdim edilmiş X1 üzvlərinin siyahısında adı bir dəfə qeyd olunmuşdur, lakin eyni bağçılıqyoldaşlıq təsərrüfatının nəzdində digər “60” saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün iddiaçının İdarəyə ərizə ilə müraciəti mövcuddur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır.
5. İddiaçı 22.10.2019-cu il tarixində ********** nömrəli ərizə ilə cavabdeh orqana müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivi ünvanında yerləşən 60 saylı bağı sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh 15.11.2019-cu il tarixli **********2 nömrəli məktubla ərizəni təmin etməkdən imtina etmişdir.
6. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, elektron kadastr məlumatlarına əsasən sözügedən bağ sahəsinin 635,0 m2 hissəsi X1 ayrıc aktından kənarda yerləşir. Həmçinin, üzvlük kitabçasında bağ nömrəsində düzəliş e dilmişdir. Bundan əlavə, İdarəyə təqdim edilmiş X1 üzvlərinin siyahısında adı bir dəfə qeyd olunmuşdur, lakin eyni bağçılıqyoldaşlıq təsərrüfatının nəzdində digər “8” saylı bağı sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün iddiaçının İdarəyə ərizə ilə müraciəti mövcuddur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivi ünvanında yerləşən, sahəsi 500 m.2 olan 60 saylı bağ sahəsinə və Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivi ünvanında yerləşən, sahəsi 500 m.2 olan 8 saylı bağ sahəsinə dair mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və vahid dövlət reyestrindən çıxarışları n verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “Dəniz Neftçisi” X3 Üzvlərinin yığıncağının 20.05.1996-cı il tarixli, 6 saylı protokolundan çıxarışdan göründüyü kimi, o, ərizəsinə əsasən X2 üzvlüyə qəbul edilmiş və sahəsi 500 m.2 olan 60 saylı bağ sahəsi ona təhkim edilmiş, “Dəniz Neftçisi” X1 sədri tərəfindən sözügedən bağ sahəsinin çertyoju təsdiqlənmişdir. Həmin bağ sahəsinə dair ona “Bağçının üzvlük kitabçası” verilmişdir. Həmin vaxtdan bağ sahəsi onun sahiblik və istifadəsindədir. 22.10.2019-cu il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət olunaraq, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivi ünvanında yerləşən 60 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat a alınması xahiş edilmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 15.11.2019-cu il tarixli **********12 №li imtina məktubunda göstərilmişdir ki, elektron kadastr məlumatlarına əsasən sözügedən bağ sahəsinin 635,0 m.2 hissəsi X1 ayrıc aktından kənarda yerləşir. Həmin üzvlük kitabçasında bağ nömrəsində düzəliş edilmişdir. Bundan əlavə 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş X1 üzvlərinin siyahısında adı bir dəfə qeyd olunmuşdur, lakin eyni başçılıq-yoldaşlıq təsərrüfatının nəzdində digər 8 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün İdarəyə ərizə ilə müraciət mövcuddur. Bu səbəbdən ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. Bundan əlavə N.Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsi X3 Üzvlərinin 27.05.1999-cu il tarixli 54 saylı protokolun dan çıxarışdan göründüyü kimi, N.Nərimanov adına NQÇİ-nin işçisi olaraq o, ərizəsinə əsasən X2 üzvlüyə qəbul edilmiş və Bakı şəhər XDS İcraiyyə Komitəsinin 22.09.1989-cu il tarixli, 10/369 saylı qərarı ilə Səngəçal bağ massivində N.Nərimanov adına NQÇİ-nə ayrılmış torpaq sahəsindən ona 500 m.2 olan 8 saylı baş sahəsi verilmiş, N.Nərimanov adına NQÇİ-nin “Dəniz Neftçisi” X1 sədri tərəfindən sözügedən bağ sahəsinin çertyoju təsdiqlənmişdir. Həmin bağ sahəsinə dair ona “bağçının üzvlük kitabçası” verilmişdir. 22.10.2019-cu il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət olunaraq, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivi ünvanında yerləşən 8 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması xahiş edilmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 15.11.20 19-cu il tarixli **********16 №li imtina məktubunda göstərilmişdir ki, elektron kadastr məlumatlarına əsasən sözügedən bağ sahəsinin 640,0 m.2 hissəsi X1 ayrıc aktından kənarda yerləşir. Həmin üzvlük kitabçasında bağ nömrəsində düzəliş edilmişdir. Bundan əlavə İdarəyə təqdim olunmuş bağçılıq təsərrüfatının üzvlərinin siyahısında adı bir dəfə qeyd olunmuş, lakin eyni bağçılıq-yoldaşlıq təsərrüfatının nəzdində digər 60 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün İdarəyə ərizə ilə müraciəti mövcuddur. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, bağ sahəsinə dair sənədlər ərizəyə əlavə edilmiş və DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuşdur.
9. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazın da göstərmişdir ki, elektron kadastr məlumatlarına əsasən sözügedən bağ sahələri bağçılıq təsərrüfatının ayrıc aktından 640 metr kənarda yerləşir. Həmçinin, üzvlük kitabçasında bağ nömrəsində düzəliş edilmişdir. Bundan əlavə, cavabdehə təqdim edilmiş X1 üzvlərinin siyahısında iddiaçının adı bir dəfə qeyd olunmuşdur, lakin eyni bağçılıq-yoldaşlıq təsərrüfatının nəzdində “60” və “8” saylı bağ sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün İdarəyə ayrı-ayrı ərizələr ilə müraciət etmişdir. Bu səbəblərdən ərizələrin icrası mümkün olmamış və iddiaçıya 15.11.2019-cu il tarixli, **********16 və **********12 saylı cavab məktubları ünvanlanmışdır. 15.11.2019-cu il tarixli **********16 və **********12 saylı cavab məktublarında texniki səhv olaraq sözügedən bağ sahəsinin 640, 0 m.2 hissəsinin X1 ayrıc aktından kənarda yerləşməsi qeyd edilmişdir. Sözügedən ünvanda yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, iki bağ sahəsi bir hasar daxilindədir, ara sərhədləri şərtidir.
10. Bakı İnzibati Məhkəməsinin 13.03.2020-ci il tarixli, 2-1(112)-996/2020 saylı qərarı ilə (hakim Nəriman Abıyev) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivi ünvanında yerləşən, sahəsi 500 m.2 olan 60 saylı bağ sahəsinə və Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivi ünvanında yerləşən, sahəsi 500 m.2 olan 8 saylı bağ sahəsinə dair İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və vahid dövlət reyestrindən çıxarışların verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
11. Məhkəmə hesab etmişdir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyil.
12. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli 21(103)-93/2021 nömrəli qərarına əsasən (sədrlik edən Mirzə Tağızadə, hakimlər Raqib Qurbanov və Azər Hüseynov) cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsini n 13.03.2020-ci il tarixli, 2-1(112)-996/2020 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
14. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli torpaq sahələrinin ayrıc aktından kənarda yerləşməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin, paylanmış bağ sahəsinin siyahısında iddiaçının adı yalnız bir dəfə (8 saylı bağla bağlı) qeyd edilmişdir. 60 saylı bağ sahəsi siyahıda öz əksini tapmamış, həm də 60 saylı üzvlük kitabçasına və Protokoldan çıxarışa baxış keçirilərkən bağın nömrəsində düzəliş edilməsi müəyyən edilmişdir.
15. İddiaçı 17.08.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli 2-1(103)-93/2021 nömrəli qərarının ləğv edilmə sini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) İddiaçının kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. İş materiallarına əlavə edilmiş ekspert rəyi həqiqəti əks etdirmir. Məhkəmə isə həmin ekspert rəyinə istinad edərək qərar qəbul etmişdir. Sözügedən torpaq sahələri 1989-cu il və 1996-cı ildən iddiaçının sahiblik, istifadə və sərəncamında olmuşdur və iddiaçı 30 ildir ki, sözügedən torpaq sahəsindən maneəsiz istifadə edir. “X5rşı” məhkəmə işində Avropa Məhkəməs i ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə göstərilən hallara düzgün hüquqi qiymət verməmiş, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin, 29-cu maddəsinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 2.2, 8.0.5ci maddələrinin, Mülki Məcəllənin 139.1, 146.2, 148.1, 148.2, 152.1, 157.1, 157.8-ci maddələrinin tələblərini pozmuş, Azərbaycan Respublikası Prezidentinin 30.08.2005-ci il tarixli 286 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə” və Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamının tələblərini nəzərə almamışdır. b) Kassasiya şikayət inə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Daşınmaz əmlakın dövl ət reyestri haqqında” Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində no tariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sə nəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;
21. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahə sində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd
22. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
23. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
24. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
26. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiy a məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Kassatorun əsas dəlili ondan ibarətdir ki, mübahisələndirilən torpaq sahələri 1989-cu il və 1996-cı ildən onun sahiblik, istifadə və sərəncamında olmuşdur. Məhkəmə kollegiyası kassatorun dəlillərini əsassız hesab edir.
31. Belə ki, hazır kı qərarın 20-21-ci bəndlərində göstərilən normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində olan əsaslardan biri əlavə edilməlidir.
32. İddiaçı torpaq sahələrinə dair hüquqmüəyyənedici sənəd kimi “Dəniz neftçisi” X3 üzvlərinin yığıncağının 20.05.1996-cı il tarixli 6 saylı protokolundan çıxarışı, N.Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsi X3 üzvlərinin 27.05.1999-cu il tarixli 54 saylı protokolundan çıxarışı, 60 saylı “bağçının üzvlük kitabçası”nı və 8 saylı “bağçının üzvlük kitabçası”nı təqdim etmişdir.
33. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “Dəniz neftçisi” X3 üzvlərinin yığıncağının 20.05.1996-cı il tarixli 6 saylı protokoluna əsasən sahəsi 500 m.2 olan 60 saylı bağ sahəsinin, N.Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsi X3 üzvlərinin 27.05.1999-cu il tarixli 54 saylı protokoluna əsasən isə sahəsi 500 m.2 olan 8 saylı bağ sahəsi verilməsi qərara alınmışdır.
34. Lakin cavabdehin apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi torpaq sahələrinin peyk görüntüsündə (iş v. 77) iddiaçının iddia etdiyi torpaq sahəsi ilə Nərimanov NQÇİ b/y-nin ərazisinin üst-üstə düşmədiyi görünür. Apell yasiya instansiyası məhkəməsində 16.05.2021-ci il tarixli, 10/1811 nömrəli ekspert rəyi əsasında müəyyən edilmişdir ki, İddiaçı “Dəniz Neftçisi” X3 üzvlərinin yığıncağının 20.05.1996-cı il tarixli, 6 saylı Protokolu ilə ayrılmış sahəsi 500 m.2 olan 60 saylı bağ sahəsi və N.Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsi X3 üzvlərinin yığıncağının 27.05.1999-cu il tarixli, 54 saylı Protokolu ilə ayrılmış sahəsi 500 m.2 olan 8 saylı bağ sahəsi kimi iddia etdiyi sahələr 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal bağ massivində yerləşən N.Nərimanov adına NQÇİ-nin X1 ayrıcından kənarda yerləşir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, hesab edilərsə ki, həmin torpaq sahələri üstüstə düşür, bu halda belə iddiaçının tələbi mötəbər sübutlarla öz təsdiqini tapmadığından əsaslı hesab oluna bilməz.
36. Belə ki, iş materiallarında olan “Dəniz Neftçisi” X1 sədri tərəfindən imzalanmış sxemlərdən (iş v. 10-11) görünür ki, Təsərrüfat tərəfindən bağ sahələri ardıcıllıqla nömrələnmişdir. 8 saylı bağ sahəsi 7 və 9 saylı bağ sahələri ilə, 60 saylı bağ sahəsi isə 59 və 61 saylı bağ sahələri ilə yanaşı yerləşir. İddiaçı bir-birilə həmsərhəd olan iki torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, məhkəmə kollegiyası hesab edir ki, 8 və 60 saylı torpaq sahələrinin yanaşı yerləşməsi qeyri-mümkündür. Bu hal isə həmin torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüququnun mövcudluğunu şübhə altına alır.
37. Bundan başqa, iddiaçının 60 saylı bağ sahəsinin ona təhkim edilməsinin əsası kimi i stinad etdiyi “Dəniz Neftçisi” X3 üzvlərinin yığıncağının 20.05.1996-cı il tarixli 6 saylı protokolundan çıxarış möhürlə təsdiq olunmamışdır. Eyni zamanda, həmin protokola əsasən tərtib edilmiş 60 nömrəli “bağçının üzvlük kitabçası”nın birinci vərəqində isə “Sahil” X1 möhürü vurulmuşdur.
38. Göstərilən hallar “Dəniz Neftçisi” X3 üzvlərinin yığıncağının 20.05.1996-cı il tarixli 6 saylı protokolu və 60 nömrəli “bağçının üzvlük kitabçası”nın mötəbərliyini şübhə altına salır. “Dəniz Neftçisi” X1 sədri tərəfindən imzalanmış sxemdə (iş v.10) bağ sahəsinin nömrəsində düzəliş edilmişdir
39. İddiaçı hüquqmüəyyənedici sənədlərdə göstərilən şübhəli halları təkzib edə bilməmişdir.
40. Beləliklə, iddiaçının mülkiyyət hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün “Daşınmaz əmlakın döv lət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsində göstərilən əsaslar mövcud olduğundan cavabdehin imtinası qanunidir.
41. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, öhdəliyin icrası haqqında iddialar üzrə də öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.
42. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-c i il tarixli 2-1(103)-93/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.07.2021-ci il tarixli 21(103)-93/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.