Məhkəmə qərarları › İş №2-1(102)-1931/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1931/2022

30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1931/2022 30.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması vəzifəsinin həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1589/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya aprel 2014-cü ildən yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. Daha sonra iddiaçı cavabdehə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 27 aprel 2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, keçmiş dövr üçün isə pensiya məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-c i maddəsinin tələblərinə uyğun olaraq ötən üç il müddəti üçün hesablanmışdır. 3. xx.xx.2019-cu il tarixdən iddiaçının xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla güzəştli şərtlərlə əmək pensiyası yenidən hesablanmışdır.

4. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək 57 yaşının tamam olduğu 27 aprel 2008-ci il tarixdən həmin dövrdə qüvvədə olan qaydalara uyğun olaraq əmək haqqına əsasən illik artımlar tətbiq edilməklə əmək pensiyasının yenidən hesablanmasını və yaranmış fərqin ödənilməsini xahiş etmişdir.

5. Cavabdeh müraciətə hər hansı münasibət bildirməmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 27 aprel 2008-ci il tarixindən 57 yaşdan əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci abzasına aldığı əməkhaqqına əsasən təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi yenidən hesablanaraq yaranmış fərqin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 27 aprel 2008-ci il tarixindən 57 yaşdan cavabdeh tərəfindən təyin edilmiş əmək pensiyasının həmin dövrdə qüv vədə olmuş qaydalara aldığı əməkhaqqına əsasən təyin edilməsinin və ötən dövr üçün hal-hazıra kimi yaranmış pensiya məbləği fərqinin birdəfəlik ödənişlə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4852/2020 nömrəli, 4 sentyabr 2020-ci il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ona 27 aprel 2008-ci il tarixindən - 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etsə də, pensiyanın məbləğini düzgün hesablamamış, həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun hesablama aparmamışdır (əmək haqqına əsasən).

10. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, “ Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraiti nə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 06 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilər in güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi Qanunun hazırda qüvvədə olan redaksiyasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqında münasibətdə hesablanması qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada sosial sığorta kapitalına əsasən hesablanaraq ödənilir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1057/2020 nömrəli, 19 noyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən hakim F.İ.Mədətli) iddia qismən təmin edilmiş, iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı tamam olduğu 27 aprel 2008-ci il tarixində qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən aldığı əməkhaqqına əsasən yenidən hesablanmas ı və 4 dekabr 2019-cu il tarixdən əvvəlki üç il üçün yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 4 dekabr 2019-cu il tarixdə təyin edilsə də, onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 27 aprel 2008-ci il tarixdə yarandığından, ona təyin edilmiş pensiya hesablanarkən pensiya təyin edilən dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri deyil, hüququnun yarandığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri əsas götürülməli idi. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsi 1 yanvar 2010-cu tarixdən qüvvədən düşsə də, iddiaçı həmin qanunun qüvvəyə minməmişdən əvvəl, yəni 27 aprel 2008-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyas ı hüququ əldə etdiyindən, ona pensiya hüququnun yarandığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqı nəzərə alınmaqla əmək pensiyası hesablanmalıdır.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1108/2021 nömrəli, 30 avqust 2021-ci il tarixli qərarı ilə (hakimlər: V.M.Məmmədov /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və V.Ə.Baxışova) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 2019-cu ilin sonunda qaldırılan iddia, artıq mövcud (qüvvədə) olmayan normalara istinadən nəinki 1 iyul 2017, hətta 1 yanvar 2010cu ildən əvvəl tətbiq olunan qayda ilə pensiyanın yenidən hesablanmasını tələb etmək, uzun müddət keçməsi və iddiaçının bu vəziyyətlə razılaşması ilə yanaşı, habelə cavabdeh inzibati orqanı səlahiyyətində olmayan qaydada məsələnin həllinə məcbur etmək niyyətini ehtiva etdiyi üçün əsassızdır. Başqa ifadə ilə, şəxsin qazanılmış pensiya hüququndan və bu hüququn yaranması əsaslarından bəhs oluna bilər, onun pensiyasının hesablanması və ödənilməsi qaydası hüququndan isə yox. Yəni, şəxsin qazanılmış pensiya hüququ, əgər həmin şəxs bu hüququnun həyata keçirilməsini hüququn yarandığı dövrdə deyil, daha sonrakı tarixdə tələb etmişsə, həmin pensiyanın s onradan qanunla dəyişdirilmiş hesablanması və ödənilməsi qaydasını əhatə etmir. Əgər inzibati orqan vaxtilə qanunla onun vəzifəsi sayılan hər hansı qərarı qəbul etməmiş və şəxs də həmin qayda qüvvədə olan dövrdə deyil, bundan sonra sonuncuya müraciət etmişdirsə, artıq inzibati orqandan yalnız həmin vəzifəni yerinə yetirməməsi ilə əlaqədar vurulmuş zərərin əvəzi kimi kompensasiya tələb oluna bilər, qüvvədən düşmüş normada təsbit olunan icraat (prosedur, icra) qaydasına əməl etmək isə yox. Çünki, qeyd olunduğu kimi, pensiyanı hesablamaq və ödəmək dövlətin funksiyalarına daxildir. Sonuncu hal isə dövlətin, onu təmsil edən qurumun və ümumilikdə inzibati orqanların üzərinə qüvvədə olan normalara əsaslanaraq öhdəlik (vəzifə) qoyulmasını şərtləndirir ki, öhdəliyin icrası və məcburetmə haqqında id dialara məhkəmə qərarının qəbul edildiyi vaxt qüvvədə olan qanunvericilik normalarının tətbiqinin prosessual-hüquqi məqsədi də məhz bundan ibarətdir. Belə ki, inzibati orqanın başlıca vəzifəsi qanunvericiliklə ona həvalə olunmuş səlahiyyətlərin icrasını vaxtında, tam və dürüst təmin etməkdir. Norma yoxdursa, inzibati orqanın vəzifəsi (səlahiyyəti) də yoxdur, əksinə deyilsə, “inzibati orqanın vəzifəsidir” demək üçün onun sözügedən vəzifəsini müəyyən edən norma, həmin norma isə qüvvədə olmalıdır.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. a) kassasiya instansiyası məhkəməsində icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)225/2022 nömrəli, 1 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: K.N.Bədəlov /sədrlik edən və məruzəçi/, N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) apellyasiya instansiyası məhkəməsinin 30 avqust 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında iddiaçının pensiya işinə aid sənədlər olsa da, həmin sənədlər arasında pensiya məbləğinin hesablanma qaydasını ətraflı izah edən sənədə rast gəlinməmişdir. Halbuki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, pensiya məbləğinin yenidən hesablanması ilə bağlı iddia tələblərində işə baxan məhkəmələr ilkin hesablanan məbləğin hansı qaydada hesablandığını araşdırmalı, bununla bağlı cavabdehdən zəruri sənədləri və ətraflı arayış tələb etməlidirlər. Bu ona görə zəruridir ki, ilk in pensiya məbləğinin hansı qaydada hesablandığını araşdırmadan pensiyanın yenidən hesablanması ilə bağlı tələbin qanuniliyinə qiymət vermək mümkünsüzdür. Bu həm də məhkəmənin işin hallarının hərtərəfli araşdırılması vəzifəsindən irəli gəlir. b) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

19. Bakı Apellyasiya məhkəməsi tərəfindən cavabdehə sorğu verilərək, iddiaçıya təyin olunmuş ilkin pensiyanın hansı qaydada hesablanması barədə ətraflı məlumatın arayış formasında təqdim edilməsi xahiş edilmişdir.

20. Həmin sorğuya cavab olaraq bildirilmişdir ki, İddiaçı müraciətinə əsasən onun pensiyası Mərkəzi Filial tərəfindən yenidən hesablanıb və 4 dekabr 2019-cu il tarixindən 254,36 manat məbləğində müəyyən edilərək ödənilib. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1 iyul 2017ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən adıçəkilən şəxsə xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanıb. İddiaçı pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 35 il 6 ay 27 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək mövcud olan iş stajına uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən adıçəkilən şəxsə pensiya təyin olunan tarixə pensiyasının sığorta hissəsi 81,03 manat və xx.xx.2006-cı il tarixindən pensiya hüququnun yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4170,24 manat sığorta kapitalına uyğun 28,96 manat pensiyasının sığorta hissəsi müəyyənləşdirilərək xx.xx.2016-cı il tarixindən 220,00 manat pensiya məbləği (81,03+28,97+110 (baza hissəsi)) müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti İ orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar adıçəki lən şəxsin əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixindən etibarən 341,63 manat təşkil edir.”

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1589/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və M.N.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 2

4. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

26. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 27. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, v əzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır Maddə 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. 28. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2010-cu ilədək qüvvədə olmuş redaksiyası): 26.2. Bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Qeyd: 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir.

29. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansi yası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual h üquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. X1 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikay ətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

35. Hazırkı işin mübahisəli halı iddiaçıya təyin olunan pensiya məbləğinin hesablanma qaydası, yəni pensiyanın hesablanması zamanı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı anda (xx.xx.2008-ci il tarixdə), yaxud güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyi tarixdə (xx.xx.2019-cu il) qüvvədə olan qanunvericiliyin tətbiq edilməsi ilə bağlıdır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının pe nsiya hüququ yaranan zaman “Əmək pensiyaları haqqında” Qanunun 26.2-ci maddəsinə görə bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır.

37. İddiaçının xx.xx.2008-ci ildə əmək pensiyası hüququnun yarandığı vaxt pensiyanın orta aylıq əmək haqqı əsasında hesablanmasını tənzimləyən norma qüvvədə olmuşdur.

38. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının əmək haqqı əsas götürülməklə pensiyanın hesablanması barədə apellyasiya məhkəməsi lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunverici liyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

39. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1589/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar