Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1932/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sökülmüş tikiliyə görə kompensasiya ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 28.10.2020 Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və cavabdehin vəkili Vəkil Müslim qızının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) tikilinin sökülməsinə görə kompensasiya ödənilməsi tələbinə dai r inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-792/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı, 027578 nömrəli qeydiyyat vəsiqəsinə, habelə sonradan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 6 saylı evinin 3/48 hissəsi (10,55 kv.metr sahəsi) mülkiyyət hüququ ilə İddiaçı məxsus olmuşd ur. Evin ümumi sahəsi 168.8 kv.m olmuş, və dövlətə məxsus 0.02009 ha torpaq sahəsində yerləşmişdir.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, Sovetski» adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsinin icrası ilə əlaqədar ünvan 1 ünvanında yerləşən 6 saylı ev sökülmüş, sökülmə zamanı keçirilmiş tenderdə qalib gəlmiş «xxxx» MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə bu mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500 manat və digər sahələr üzrə isə bir kva drat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilmişir.
3. İddiaçı cavabdehə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi, 2-ci dalanda yerləşən 6 saylı evdən ona düşən hissənin sökülməsinə görə kompensasiya ödənilməsini xahiş etmiş, lakin cavabdeh onun müraciətinə cavab verməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2019-cu il 05 sentyabr tarixdə Cavabdehnə qarşı (3-cü şəxslər: Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi 2-ci dalanda yerləşən 6 saylı ev üzrə mülkiyyətində olan 3/48 hissənin və qanuni sahiblik və istifadə hüquqlarının mövcud olduğu müvafiq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar ona cəmi 91675 manat pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1969-cu ildə tərtib edilmiş 3452 reyestr nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportuna əsasən evin cəmi meydançasının sahəsi 401.2 kv.m, tikintinin sahəsi isə 199.8 kv.m təşkil edir. Ev üzrə mülkiyyətində olan 3/48 hissəyə müvafiq sahə 12,5 kv.metr (199,8 kv.metrin 48-ə bölünməsi və 3-ə vurulması qaydasında) sahənin satın alınması ilə əlaqədar ona 18.750 manat (12,5 kv.metrin 1500 manata vurulması qaydasında hesablanmaqla), habelə bu məbləğin xx xxxxx 1875 manat, qanuni sahiblik və istifadə hüquqlarının mövcud olduğu 25 kv.metr torpaq sahəsinin (401 kv.metrin 48-ə bölünməsi və 3-ə vurulması qaydasında) satın alınması ilə əlaqədar 37500 manat (25 kv.metrin 1500 manata vurulması qaydasında hesablanmaqla), habelə bu məbləğin 10 faizi olaraq 3750 manat, satınalmanın 20 faizi miqdarında əlavə haqq – cəmi 91675 manat pul kompensasiya ödənilməlidir. Bu məbləğdə kompensasiya ödənilməsi barədə cavabdehə rəsmi qaydada müraciət etmiş, lakin onun müraciətinə cavab verilməmişdir.
6. Cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir ki, iş materiallarında olan X1, X10, X16, X28, X33, X34, X24, X35, X19 və X7 tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli aktdan məlum olur ki, İddiaçı, X20, X11 1977-ci ildən etibarən, X5, X29, X17 isə 1980-ci ildən etibarən həmin ünvanda yaşamamışlar. Sözügedən ev MİS-ə təhvil vermiş, MİS isə bu mənzilləri sökmüşdür. Yəni iddiaçının həmin ünvanda evi mövcud deyil. Həmçinin iş materiallarında olan xx xxxxxx 2003-cü il tarixli «notariat əməliyyatının aparılmasından imtina edilməsinə dair» qərardan görünür ki, İddiaçı, X18, X6 vərəsəlik şəhadətnaməsinin verilməsinə dair əməliyyatın aparılmasından imtina edilmişdir. Həmçinin iş materiallarında olan xx xxxxxx 1978-ci il tarixli vəsiyyətnamədən görünür ki, X42 mülkiyyətində olmuş Mirzəağa Əliyev küçəsi, 2-ci dalanda yerləşən 6 saylı evini keçmiş həyat yoldaşı olan X12, övladları X21 və X3 vəsiyyət etmişdir. Bunun əsasında da yuxarıda adları qeyd edilən şəxslərə vərəsəlik haqqında şəhadətnamə verilmiş və onun da əsasında paylı mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilmişdir. Həmçinin iş materiallarından görünür ki, X22 Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi, 2-ci dalanda yerləşən 6 saylı evin ona düşən hissəsindən Dəmirova Kimyaya və ondan olan övladları İddiaçı, X23, X6 heç bir pay ayırmayıb, çünki həmin şəxsləri Bakı şəhəri, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 8, mənzil 17-də yerləşən 5 (beş) otaqlı mənzillə təmin etmişdir. X2 tərəfindən işlədiyi dövrdə ona ayrılmış Bakı şəhəri, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 8, mənzil 17-də yerləşən mülkiyyəti, xx.xx.1997-ci ildə X13 adına özəlləşdirməsidir. Çünki həmin mənzilin 179011 №-li, xx.xx.1977-ci il tarixli orderi X2nun adına olmuşdur. Odur ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin ******* nö mrəli çıxarışına əsasən ünvan 1-də istifadədə olan 0.03465 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 5 otaqlı, 82 kv.m yaşayış, kv.m qeyri-yaşayış, 62.6 kv.m köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə 3/48 hissəsi X14 mülkiyyətində göstərilsə də, iş materiallarından məlum olur ki, X2 Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi 2-ci dalanda yerləşən 6 saylı evin ona düşən hissəsindən Dəmirova Kimyaya və ondan olan övladları İddiaçı Məhərrəm qızına, X18, X6 heç bir pay ayırmayıb. Beləliklə, Dəmirova Kimya və övladları İddiaçı, X15, X4 mübahisə predmeti olan evə dair paylı mülkiyyətləri hansı əsasla müəyyən edilərək dövlət reyestrindən çıxarış verilməsi məlum deyil. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3834/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olmuş 3/48 hissəsinə (10.55 kv.m) görə 15.825 (on beş min səkkiz yüz iyirmi beş min) manat məbləğində kompensasiya ödənilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evinin 3/48 hissəsinin (10.55 kv.m) üzərində İddiaçı mülkiyyət hüququna dair qeydiyyat ləğv olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, «Sovetski» adlandırılan ərazidə bəzi yaşayış və qeyri-y aşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş «xxxx» MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilmişdir. Torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair iddiaçının mülkiyyət hüquqları qeydiyyata alınsa da, torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, torpağın mü lkiyyət növü daşınmaz əmlakın dövlət reyestrində dövlət olaraq qeyd edilmişdir. İddiaçı məhkəməyə cavabdeh tərəfindən ona mənəvi ziyanın vurulmasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir.
9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)792/2020 nömrəli qərarı ilə (hakimlər Ü.Mayılov (sədrlik edən və məruzəçi), M.Tağızadə və X.Cəmilova) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri 12.
1. Kassasiya şikayətində cavabdehin iddia tələbinə qarşı etiraz ərizəsində göstərilən işin faktik halları təkrarlanmış, əlavə olaraq göstərilmişdir ki, alınmanın təsirinə məruz qalmış əmlak onun konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq qiymətləndirilir. Əmlakın faktiki olaraq mövcud olmadığı və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda yalnız rəsmi olaraq iddiaçıya 10,55 kv.m. sahənin məxsus olması müəyyən edilmişdir və iddiaçıya ədalətli kompensasiya təklif edildiyinə baxmayaraq iddiaçı razılığa gəlməmişdir. 12.2. İddiaç ının RX seriyalı ******* saylı çıxarışa əsasən mübahisə predmeti olan evə dair 10,55 kv.m. sahəsinə mülkiyyət hüquqları olsa da, “Daşınmaz əmlakın alınması Qrupu” tərəfindən əmlaka baxış keçirən zaman faktiki olaraq həmin sahənin mövcud olmaması və sözügedən ünvanda iddiaçının yaşamaması müəyyən edilmişdir. Mövcud olmayan sahəyə görə kompensasiya ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır, iddiaçının həmin ünvanda yaşamaması nəinki iş materialları ilə sübut olunur, hətta iddiaçının səlahiyyətli nümayəndəsi özü də məhkəmə proseslərində həmin ünvanda iddiaçının uzun müddət yaşamadığını etiraf etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazlar
13. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdehin vəkili məhkəmə iclasında kassa siya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
15. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə iddiaçı və üçüncü şəxsin iştirakları olmadan baxılmasını və qə6ar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şər tlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 15.9. Dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlük əsizlik əhəmiyyətli obyeklərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədilə alınır. Naddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 246 bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq torpaq sahə sinin dövlət ehtiyacları üçün alınması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) qəbul edir Maddə 246.1. Torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır Maddə 246.2. Torpaq sahəsinin alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Maddə 246.3. Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 90 təqvim günündən tez və 180 təqvim günündən gec olmayaraq bu Məcəllənin 247-ci maddəsinin tələblərinə əməl olunması şərti ilə alınan torpaq sahəsini azad etməl idir. Maddə 246.4. Mülkiyyətçinin müraciəti ilə müvafiq icra hakimiyyəti orqanı bu maddədə göstərilən müddətləri dəyişə bilər. Maddə 246.5 Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir. 17. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ü mumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məh kəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyinı baxmayaraq, kassasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh qərarın iddia tələbinin təmin olunan hissəsindən narazıdır. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı, iddianın təmin olunan hissəsində yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Kassas iya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, Dəmirova Kimya və övladları İddiaçı, X20, X4 mübahisə predmeti olan evə dair paylı mülkiyyət hüquqlarının hansı əsasla müəyyən edilərək dövlət reystrindən çıxarış verilməsi məlum deyildir.
23. Başqa sözlə cavabdeh iddiaçının sözügedən evə dair daşınmaz əmlakın dövlət reyestrində olan qeyiyyatı şübhə altına alır. Lakin bu etiraz dəlili qəbul edilən deyildir. Çünki Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmas ını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
24. İddiaçının mülkiyyətində olan evdə yaşamaması barədə dəlil də iddianın rədd olunması üçün əsas deyildir. Çünki Mülki Məcəllənin 152.1-ci və 152.7-ci maddələrinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququnun tərkib elementlərindən biri olmaqla, ondan öz istədiyi kimi bəhrələnmək ixtiyarıdır. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Mülkiyyətçinin əmlakdan istifadə etməməsı yalnız qanunla müəyyən olunmuş hallarla (tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə) istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Lakin bu cür vəzifənin müəyyən edilməsi də onun mülkiyyət hüququnu əhəmiyyətsiz etmir, əmlakın məhv edildiyi və ya dövlət ehtiyacları üçü n alındığı hallarda zərərin əvəzinin ödənilməsi hüququnu aradan qaldırmır.
25. Cavabdeh sökülmüş tikilinin iddiaçıya düşən hissəsinə görə iddiaçıya kompensasiya ödənildiyinə dair məhkəmələrə heç bir sübut təqdim etməmişdir.
26. Həmçinin iş materiallarından görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 6 saylı evinin digər 3/48 hissəsinin (10,55 kv.metr sahəsinin) mülkiyyətçisi X6 (iddiaçının bacısına) 15.825 manat kompensasiya ödənilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin xx.xx.2019-cu il tarixli qərarı olmuş, həmin qərardan cavabdeh Yasamal rayon İH tərəfindən indiki kassasiya şikayətinin dəlillərinə uyğun etiraz dəlilləri məhkəmələr tərəfindən araşdırılaraq rədd edilmişdir. X6 münasibətdə olan məhkəmə qərarı, hazırki iş üzrə iddiaçıya ödənilməli kompensasiyanın miqdarının takrar müəyyən edilməsi zərurətini aradan qaldırır.
27. Apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
28. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)792/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.