Məhkəmə qərarları › İş №2-1(102)-1932/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1932/2021

08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1932/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (vergi orqanının qərarının çatdırılması zamanı VM-nin 49.2-ci maddəsinin tələblərinin tətbiqi, iddianın mümkün sayılmamasına dair qərardadın ləğv edilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh AR İN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 15.07.2021-ci il tarixli, 2-1(103)-1827/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh tərəfindən 18.02.2019-cu il tarixli qərarla iddiaçıya bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə analoji qaydada 2018-ci ilin 2-ci rübü üzrə 123.822,00 manat vergi hesablanmışdır. 2. 07.11.2014-cü il tarixdə iddiaçı ilə cavabdeh arasında elektron sənəd mübadiləsi haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən vergi ödəyicisi vergi orqanı tərəfindən elektron qaydada göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq və lazımi tədbir lər görmək öhdəliyi götürmüşdür. 3. 18.02.2019-cu il tarixli, **********492500 nömrəli qərar həmin tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X1 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 11 fevral 2020-ci il tarixli **********6700 saylı qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

5. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (iddia tələbinin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin onun barəsində İİ rüb 2018-ci il vergi dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi hesablamasına dair 18.02.2020-ci il tarixli **********492500 saylı “Vergi hesablanması” barədə qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

6. Daha sonra iddiaçı yenidən məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində qeyd olunmuş “18.02.2020-ci il tarixli, **********492500 saylı” sözlərinin “18.02.2019-ci il tarixli, **********492500 saylı” sözləri ilə əvəz edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 20.04.2021-ci il tarixli, 2-1(112)-2499/2021 saylı qərarı ilə iddia təmin edilmişdir (hakim N.Abıyev).

8. Qərardan narazı qalan cavabdeh apelyasiya şikay əti verərək, Bakı İnzibati Məhkəməsinin həmin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.07.2021-ci il tarixli, 2-1(103)-1827/2021 nömrəli (hakimlər A.Hüseynov - sədrlik edən və məruzəçi, M.Tağızadə və X.Cəmilova) qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 20.04.2021-ci il tarixli, 2-1(112)-2499/2021 saylı qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

10. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1, 35.1-ci, Vergi Məcəlləsinin 70.1, 70.2, 70.2-1.3-cü maddələrinə əsəslanmış və belə hesab etmişdir ki, iddiaçı tərəfindən inzibati aktın mübahisələndirilmə si üzrə qanunvericilikdə müəyyən edilmiş (30 günlük) iddia müddəti buraxılmaqla verildiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

11. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2-1 (103)-1827/2021 saylı qərardadının ləğv edilməsi və Bakı İnzibati Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2-1 (1 12)-2499/2021 saylı qərarının qüvvədə saxlanılması barədə müvafiq qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiklərindən və məhkəmənin qərardadında əsaslandığı hallardan aydın olur ki, iddiaçı mübahisələndirilən 18.02.2019-cu il tarixli, **********492500 nömrəli qə rarla faktiki olaraq 24.11.2020-ci il tarixində tanış olmuşdur. Lakin 13.10.2020-ci il tarixində vergi orqanı əməkdaşları tərəfindən iddiaçıya vergi borcunun olması barədə məlumat verilmişdir. Elə həmin tarixdə də iddiaçı vergi orqanına müraciət edərək, qərardan xəbərsiz olduğunu bildirmiş, həmin qərarın ona təqdim edilməsini xahiş etmişdir. Həmin qərar iddiaçıya rəsmi qaydada təqdim edilmədiyindən, iddiaçı məcbur qalaraq, 05.11.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş və həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Daha sonra iş məhkəmənin icraatında olarkən iddiaçı vergi orqanına müraciət edərək, kod, parol, şifrə əldə etdikdən sonra 24.11.2020-ci il tarixində 18.02.2019-cu il tarixli, **********492500 nömrəli qərarı məhkəməyə təqdim etmişdir.

13. Məhkəmə qərardadında Azərb aycan Respublikasının Vergi Məcəlləsinin 70ci maddəsinə istinad edərkən, inzibati icraatın ümumi qaydalarını müəyyən edən “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsinə istinad etməmişdir. Həmin Qanunun 62.3-cü maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür, inzibati orqan isə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

14. Ona görə də iddiaçı tərəfindən verilmiş iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir və mahiyyəti üzrə işə baxılması davam etdirilməlidir. Çünki Azərbaycan Respublikası İnzibati Proses sual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Yəni cavabdeh tərəfindən qərar rəsmi qaydada təqdim edilmədiyinə görə iddia müddətinin axımı başlamamışdır və 30 günlük iddia müddəti də ötürülə bilməz. Bu da iddia müddətinin ötürülmədiyini və prosessual müddətlərə əməl olunduğunu əyani şəkildə sübut edir. Yəni cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi qəbul etdiyi inzibati aktı iddiaçıya rəsmi qaydada təqdim etməli idi (bu qanunvericilikdə inzibati orqanın borcu kimi göstərilmişdir). Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cav abdeh etirazının dəlilləri kimi qeyd etmişdir ki, mübahisələndirilən 18.02.2019-cu il tarixli, **********492500 nömrəli qərar həmin tarixdə vergi ödəyicisinə elektron qaydada təqdim edilmişdir. İddiaçı ilə vergi orqanı arasında 07.11,2014-cü il tarixdə “Elektron sənəd mübadiləsi haqqında” müqavilə bağlanmışdır. İddiaçı iddia ərizəsində mübahisələndirilən qərardan xəbərdar olmadığını, yalnız vergi orqanına müraciət edərək kod, parol, şifrə əldə etdikdən sonra 24.11.2020-ci il tarixdə 18.02.2019cü il tarixli **********492500 nömrəli qərarla tanış olduğunu bildirir. Lakin məhkəmənin diqqətinə çatdırılır ki, iddiaçının vergi orqanında olan iş qovluğunun araşdırılması zamanı məlum olur ki, iddiaçı 13.10.2020-ci il tarixdən başlayaraq dəfələrlə vergi orqanına müraciət edərək, hazırda mübahisələn dirilən qərarın ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçının 13.10.2020-ci il tarixli müraciət məktubuna Dövlət Vergi Xidmətində baxılaraq, araşdırma zamanı şikayətin verilməsi müddətinin buraxıldığı, müddətin buraxılmasının səbəbinin üzrlü olması ilə bağlı Dövlət Vergi Xidmətinə heç bir təsdiqedici sənədin təqdim edilmədiyi barədə 20.10.2020-ci il tarixli, **********928300 nömrəli məktub göndərilmişdir. Qeyd olunanlardan aydın olur ki, iddia ərizəsində qeyd edildiyi kimi, iddiaçının mübahisələndirilən qərarla 24.11.2020-ci il tarixdə tanış olması həqiqəti əks etdirmir. Göründüyü kimi, iddiaçı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdən iki ilə yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət edərək, qanunvericilikdə müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Vergi Məcəlləsinin 49.4-cü maddəsinə görə vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir.

17. Vergi Məcəlləsinin 70.1-ci və 70.2-ci maddələrinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə ma lik deyildir. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. 18. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 1.1.4-cü maddəsinə əsasən Elektron imza - digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər; 1.1.15-ci maddəsinə görə informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd elektron sənəd hesab olunur. 19. 01 yanvar 2019-cu il tarixədək Vergi Məcəlləsinin qüvvədə olan 70.2-ci mad dəsində göstərilmişdir ki, vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə lazımi qaydada vergi ödəyicisinə verilmiş sayılır. 20. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasinin Qanununa əsasən informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd elektron sənəd hesab olunur (maddə 1.1.15) H əmin Qanunun 27-ci maddəsinə əsasən Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa (maddə 27.3.1.),elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə (maddə 27.3.2.), elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır.

21. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəb büsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tari xdən 2 ay müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya məhkəməsinin qərardadı ləğv olunmalı və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

25. Məhkəmə Kol legiyası apelyasiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

26. Apelyasiya instansiyası məhkəməsinin qərardadı qanunla nəzərdə tutulmuş iddia müddətinin ötürülməsi səbəbindən iddianın mümkün sayılmaması ilə bağlı olduğundan, kassasiya instansiyası məhkəməsi mübahisələndirilən qərardadın ləğvi üçün əsasların mövcudluğu məsələsini araşdırılmalıdır.

27. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə ba ğlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərə, o cümlədən müddətlə bağlı şərtə əməl olunmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

28. Hazırkı mübahisə üzrə iddiaçının tələbi və onun hüquqi marağı cavabdehin qərarının ləğvinə yönəldiyi üçün, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir.

29. Yuxarıda istinad olunan normalara görə, mübahisələndirmə haqqında iddiaların qaldırılması iddia müddətinə bağlıdır və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Başqa sözlə, qeyd olunan müddətin axımı inzibati aktın, konkret mübahisəyə münasibətdə mübahisələndirilən qərarın iddiaçıya təqdim olunduğu vaxtdan başlayır.

30. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə 15.07.2021-ci il tarixli qərardadında Vergi Məcəlləsinin 22 dekabr 2018-ci il tarixdə qanuni qüvvəyə minmiş 70.2-1.3-cü maddəsini tətbiq edərək, vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan çıxarışa əsasən, mübahisələndirilən qərarın 18.02.2019-cu il tarixdə elektron qaydada iddiaçıya göndərildiyini, həmin tarixdən 3 gün keçdikdən sonra sənədin iddiaçıya təqdim edilmiş sayıldığını qeyd etmişdir.

31. Apelyasiya məhkəməsi tərəfindən hazırkı mübahi səyə Vergi Məcəlləsinin 70ci maddəsinin tətbiq olunması ilə bağlı qeyd edilməlidir ki, vergi yoxlamasının nəticələri üzrə qərarın vergi ödəyicisinə çatdırılması Vergi Məcəlləsinin «Vergi ödəyiciləri ilə yazışma» adlanan 70-ci maddəsi ilə deyil, Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə tənzimlənir.

32. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin inzibati akt hesab olunan 18.02.2019-cu il tarixli qərarının iddiaçıya tərəflər arasında bağlanmış elektron sənəd mübadiləsi haqqında müqavilənin müddəaları çərçivəsində çatdırılmasının apelyasiya məhkəməsi tərəfindən məqbul və qanunauyğun sayılması yanlış və Vergi Məcəlləsinin tələblərinə zidd sayılmalıdır. Odur ki, mübahisələndirilən qərarın iddiaçıya göndərilməsi ilə bağlı münasibətlərə Vergi Məcəlləsinin 70-ci maddəsini tətbiq etməkdə apelyasiya məhkəməsi səhvə yol vermişdir.

33. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır (maddə 70.2-1.3. ). 34. 01 yanvar 2019-cu il tarixədək Vergi Məcəlləsinin qüvvədə olan 70.2-ci maddəsində göst ərilmişdir ki, vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə lazımi qaydada vergi ödəyicisinə təqdim edilmiş sayılır.

35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yuxarıda istinad olunmuş hüquq normalarına əsasən vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş qərar elektron imza ilə təsdiq edilməli və elektron sənədin hə qiqiliyinin iddiaçı tərəfindən yoxlanılması imkanı mövcud olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından, həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir.

36. İş materiallarına əlavə edilmiş mübahisələndirilən qərar elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından, həmin qərarlar iddiaçıya çatdırılmış sayıla bilməz.

37. Bu zaman həm də nəzərə alınmalıdır ki, vergi orqanı tərəfindən mübahisələndirilən qərarın iddiaçıya sifarişli məktubla göndərilmədiyi işin təkzibolunmaz faktıdır.

38. Cavabdeh iddia edir ki, 18.02.2019-ci il tarixli qərarını iddiaçının elektron kabinetinə həmin gün saat 18:12:38-də elektron qaydada göndərmiş və həmin qərar 21.02.2019-cu tarixdə çatdırılmışdır. Lakin işin 24-cü və 145-ci səhifəsində olan qərardan və “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan” görünür ki, həmin hesabatın “sənədi göndərən şəxs VÖEN” sətirində iddiaçının VÖEN-i qeyd edilmiş, “sənədi göndərən şəxs @ ADİ” sətirində isə “İddiaçı” yazılmış, qeyd edilən sənədlərdə hər hansı elektron imza mövcud olmamışdır.

39. Halbuki “Elektron imza və elektron sənəd haqqında” Qanunun 1.1.4-cü 1.1.15-ci maddələrinə görə elektron imza digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən imza, elektron sənəd isə informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd hesab olunur.

40. İddia müddətinin axımı inzibati aktın, konkret mübahisəyə münasibətdə mübahisələndirilən qərarın iddiaçıya təqdim olunduğu vaxtdan başlayır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən inzibati aktın iddiaçıya qanunla müəyyən olunmuş qaydada təqdim olunduğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada təqdimetmənin mövcud olmadığı halda, müddətin ötürülməsi iddia oluna və bunun neqativ nəticələri iddiaçıya aid edilə bilməz.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iddia müddətinin iddiaçı tərəfindən ötürülməsi barədə gəldiyi nəticə yanlış sayılmalı, kassasiya şikayəti iddianın mümkün sayılmaması barədə qərardadın ləğv edilməsi hissəsində təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün h əmin məhkəməyə göndərilməlidir.

42. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin olunur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.07.2021-ci il tarixli, 21(103)-1827/2021 nömrəli qərardadı ləğv edilir. İş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar