Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1932/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMM-in cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı MMM-in (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu) qarşı “borcun hesablanması ilə bağlı hərəkətlərin qanunsuz sayılması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 iyun 2022-ci il tarixli, 2-1(103)-1469/2022 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh tərəfindən iddiaçıya 139.631,03 manat (97098,83 manat məcburi dövlət sosial sığorta haqqı, 42532,20 manat penya) borc hesablanmışdır.
2. Hazırda cavabdeh iddiaçının mübahisələndirdiyi məbləğin müəssisə tərəfindən Vergi orqanına verilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi” bəyannamələri və DSMF-yə verilmiş “Məcburi dövlət sosial sığortası üzrə hesabat”larda qeyd olunmuş əmək haqqı məbləğləri əsasında aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş 388395,32 manat həcmində kənarlaşmaya görə yarandığını bildirir.
3. Cavabdeh orqan Vergi və DSMF orqanlarına verilmiş hesabatlar arasında 388395,32 manat məbləğində fərq yarandığını iddia edir və qanunvericiliyin tələbinə əsasən yaranmış fərqin 25 %-i miqdarında, yəni 97098,83 manat məcburi dövlət sosial sığorta haqqının hesablandığını, hesablanmış məbləğ ödənilmədiyinə görə də həmin məbləğə 42532,20 manat penya əlavə olunduğunu bildirir.
4. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, 2015-ci ilin 1-ci və 2-ci rübləri üzrə İddiaçı MMM tərəfindən Vergi orqanına yanvar ayında işçi sayı 72 nəfər olmaqla 9792 manat, fevral ayında işçi sayı 72 nəfər olmaqla 9792 manat, mart ayında işçi sayı 72 nəfər olmaqla 9792 manat, aprel ayında işçi sayı 72 nəfər olmaqla 9792 manat, may və iyun aylarında isə boş hesabat verilməklə cəmi 39168.00 manat məbləğində hesabat verilmişdir.
5. DSMF-nin xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, 2015-ci ilin 1ci və 2-ci rübləri üzrə İddiaçı MMM tərəfindən DSMF orqanına yanvar ayında işçi sayı 3 nəfər olmaqla 450 manat, fevral ayında işçi sayı 62 nəfər olmaqla 6200 manat, mart ayında işçi sayı 62 nəfər olmaqla 6200 manat, aprel ayında işçi sayı 72 nəfər olmaqla 8250 manat, may ayında işçi sayı 3 nəfər olmaqla 370 manat və iyun ayında işçi sayı 3 nəfər olmaqla 370 manat olmaqla cəmi 21840.00 manat məbləğində hesabat verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 4 oktyabr 2019-cu il tarixdə cavabdehə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “iddiaçıya əsassız olaraq hesablanmış 139631,03 manat borcun (97098,83 manat məcburi dövlət sosial sığorta haqqı, 42532,20 manat penya) silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 2006-cı il tarixdən fəaliyyətə başlamış və başladığı gündən etibarən istər vergi öhdəliklərini, istərsə də digər öhdəliklərini vaxtlı-vaxtında tam şəkildə icra etmişdir. Müəssisə 2016-cı ilin sonlarından etibarən m aliyyə çətinlikləri ilə əlaqədar fəaliyyətini tamamilə dayandırmış və bu günədək hər hansı bir fəaliyyəti olmamışdır. Müəssisə tərəfindən vergi orqanlarına və DSMF-yə bütün hesabatlar vaxtlı-vaxtında təqdim edilmiş, bütün vergi öhdəlikləri lazımı qaydada yerinə yetirilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 421 nömrəli fərmanına əsasən məcburi dövlət sığorta haqlarının hesablanması və tutulmasına nəzarət xx.xx.2019-cu il tarixdən Vergilər Nazirliyinə həvalə edilmişdir. Bundan sonra vergi orqanı tərəfindən müəssisəyə müraciət olunaraq 159861,51 manat sosial sığorta haqları üzrə borcun qısa müddət ərzində ödənilməsini tələb etmişlər. Bu müraciətdən sonra müəssisəyə DSMF tərəfindən heç bir əsas olmadan qanunsuz olaraq dövlət sosial sığorta haqları üzrə 159861,5 1 manat borcu olduğu məlum olmuşdur. Bundan sonra vergi orqanı ilə uzun və məşəqqətli yazışmalar başlamışdır. Lakin vergi orqanı iddiaçının müraciətlərinin heç birini araşdırmamış, ümumi cavablar verməklə işlərini bitmiş hesab etmişdir. Dövlətin vergilərini hər kəs ödəməlidir, lakin heç kim də əsassız olaraq vergiyə cəlb olunmamalıdır. Vergilər Nazirliyinin bizə ünvanladığı məktubdan aydın olur ki, qeyd olunan borc guya tərəfimizdən vergi orqanlarına təqdim edilmiş bəyannamələrdə göstərilən muzdlu işlə əlaqədar gəlir məbləği ilə Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmiş hesabatlarda qeyd edilən əmək haqqı fondu arasında 388395,32 manat fərqin yaranmasına görə hesablanmışdır. İddiaçının təqdim etdiyi hesabatlar arasında heç uyğunsuzluq mövcud deyil. Əgər belə bir uyğunsuzluq olsa idi ver gi orqanı onlarla müraciətinə heç olmasa bir əsaslandırılmış cavab verərdi. Hesablanmış borcu sübut etmək əvəzinə vergi orqanı əlavə sənədlər, dolayısı ilə borcu əsaslandırmaq üçün sübutlar tələb edir. Halbuki, qəbul etdiyi inzibati aktı sübut etmək inzibati orqanın vəzifəsidir. Buna baxmayaraq biz həmin borcun hansı əsasla hesablanması barədə DSMF-yə məktubla müraciət etdik (halbuki bunu vergi orqanı etməli idi). DSMF-nin xx.xx.2019-cu il tarixli, ********** saylı cavab məktubunda qeyd olunmuşdur ki, müəssisənin xx.xx.2015-ci il tarixə 689,64 manat (o cümlədən məcburi dövlət sosial sığorta haqqı üzrə 6097,48 manat, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə 793,16 manat) borcu olmuşdur. Vergi orqanlarına təqdim edilmiş bəyannamələrdə göstərilən muzdlu işlə əlaqədar gəlir məbləği ilə Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmiş hesabatlarda qeyd edilən əmək haqqı fondu arasında 388395,32 manat fərq yaranmışdır. Bu səbəbdən də qanunvericiliyə uyğun olaraq yaranmış fərqin 25 %-i miqdarında olan 97098,83 manat məcburi dövlət sığorta haqqı və 42532,20 manat penya 2015-ci ilin İİİ rübündə sığortaedənin şəxsi hesab vərəqəsinə kameral qaydada bərpa edilmişdir. Eyni zamanda DSMF-nin məktubundan aydın olur ki, qanunsuz hesablanmış həmin məbləğ xx.xx.2015-xx.xx.2015-ci il tarixləri əhatə edən dövr üçün hesablanmışdır. Lakin dəfələrlə müraciətlərimizə baxmayaraq həmin borcun hesablanması üçün əsas olmuş fərqin yaranmasına səbəb olan sənədlər iddiaçıya təqdim edilməmişdir. Təqdim edilə də bilməzdi, çünki belə bir fərqin olması qeyrimümkündür. 2015-ci ilin İ, İİ rübü ərzində DSMF-y ə məcburi dövlət sosial sığorta üzrə təqdim olunmuş rüblük əmək haqqı 21840 manat olmuşdur. Fərqin haradan yarandığı məlum deyil və cavabdeh təşkilat da bununla bağlı müraciətlərinə hər hansı bir əsaslandırılmış cavab vermir. Göründüyü kimi müraciətlərimizə inzibati orqan tərəfindən lazımı qaydada baxılmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları” və “Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu Qaydaları”nın təsdiq edilməsi barədə DSMFnun Kollegiyasının 18.1 1.2014-cü il tarixli, 04 saylı qərarına əsasən DSMF orqanı tərəfindən növbəti iş günündən başlayaraq gecikdirmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faizi məbləğində penya hesablanmalıdır. Lakin DS MF tərəfindən penya daha yüksək faizlə hesablanmışdır.
8. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
9. Birinci instansiya məhkəməsində keçirilmiş xx.xx.2022-ci il tarixli iclasda iddia tələbinin “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMM-yə 139631,03 manat borcun (97098,83 manat məcburi dövlət sosial sığorta haqqı, 42532,20 manat penya) hesablanması ilə bağlı hərəkətlərinin qanunsuz sayılması” kimi oxunması qərara alınmışdır.
10. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, “Sosial sığ orta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 30 noyabr 2018-ci il tarixli, 1360-VQD nömrəli Azərbaycan Respublikası Qanununa və “Həmin Qanunun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli, 421 nömrəli fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetmə Azərbaycan Respublikası Vergilər Nazirliyinə (hal-hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə) həvalə edilmişdir. İşin faktiki halları ilə bağlı qeyd edirlər ki, mübahisələndirilən borc məbləği məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanlarına həvalə edilməsindən əvvəl yarandığından borcun tərkibi barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat alınmışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilən məlumata əsasən iddiaçının xx.xx.2015-ci il tarixə 6890,64 manat (o cümlədən məcburi dövlət sosial sığorta haqqı üzrə 6097,48 manat, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə 793,16 manat) borcu mövcud olmuşdur. Həmçinin Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən məlumata əsasən iddiaçı tərəfindən təqdim edilmiş bəyannamələrdə göstərilən muzdlu işlə əlaqədar gəlir məbləği ilə Dövlət Sosial Müdafiə Fonduna təqdim edilən hesabatlarda qeyd edilən əmək haqqı fondu arası nda 388395,52 manat fərq yaranmışdır. Yaranmış fərqin aradan qaldırılması ilə bağlı iddiaçıya ünvanlanmış uyğunsuzluq məktublarında qeyd edilən uyğunsuzluğun aradan qaldırılması və ya dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi təklif edilmişdir. Lakin iddiaçı tərəfindən qeyd edilən tələblərə əməl edilmədiyindən qanunvericiliyə uyğun olaraq yaranmış fərqin 25 %-i miqdarında 97098,83 manat məcburi dövlət sosial sığorta haqqı hesablanaraq, 2015-ci ilin İİİ rübü üzrə şəxsi hesab vərəqəsində öz əksini tapmışdır. İddiaçı sözügedən kənarlaşma barəsində məlumatlı olmadığını və vergi orqanına ünvanladığı müraciətlərə verilən cavablarda qeyd edilən kənarlaşma ilə bağlı vergi orqanı tərəfindən məlumat verilmədiyi bildirilmişdir. İddiaçının qeyd edilən arqumentinə münasibətdə bildirirlər ki, vergi orqanı tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2019-cu il tarixli **********001000 saylı cavab məktubunda iddiaçının təqdim etdiyi bəyannamələrə əsasən yaranan 388395,32 manat fərqin yaranmasına istinad edilmişdir. Odur ki, iddiaçı yaranmış fərq məbləği barədə məlumatlı olmuş, lakin həmin halı aradan qaldıran sənədləri təqdim etməmişdir. Odur ki, iddiaçı qeyd edilən hala istinad etməkdə haqlı olmamışdır. Digər tərəfdən iddiaçı tərəfindən təqdim edilmiş hesabatlarda 2015-ci il üzrə 45412 manat, 2016-cı il üzrə 5320 manat əmək haqqı göstərilmiş, nəticədə iddiaçının xx.xx.2018-ci il tarixinə 159861,51 manat (o cümlədən məcburi dövlət sosial sığorta haqqı üzrə 117329,31 manat, maliyyə sanksiyası və inzibati cərimələr üzrə 42532,20 manat) borcu yaranmışdır. Beləliklə, işin hallarından da məlum ol duğu kimi iddiaçı tərəfindən mübahisləndirilən borc məbləğinin yaranma əsası iddiaçının özü tərəfindən təqdim edilən bəyannamələrdə qeyd edilən göstəricilər arasındakı fərqdir. “Məcburi sosial sığorta haqqında” Qanunun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Verg i Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Vergi Məcəlləsinin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.
11. Üçüncü şəxs iddiaya dair yazılı münasibəti ni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemində “X2”da İddiaçı MMM-nin illik 2016-ci il tarixinə (son hesabatı) məcburi dövlət sosial sığorta haqqı üzrə 117329,31 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 43325,36 manat olmaqla ümumilikdə 160654,67 manat Dövlət Sosial Müdafiə Fonduna borcu qalmışdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında d əyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanının 4.4-cü bəndinə əsasən 1 yanvar 2019cu il tarixindən etibarən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuş dur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə silinir. Qeyd olunanlara əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı olsa belə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlar üzrə borcların silinməsi vergi qanunvericiliyində nəzərdə tutulmayıb. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” 24 may 2019-cu il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu ilə vətəndaşların pensiya və digər sosial müdafiə hüquqlarının təmin edilməsi məqsədilə hər bir sığortaolunanın (vətəndaşların) stajı, əmək haqqı (gəliri) və ödədiyi məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları Dövlət Sosial Müdafiə Fondunun məlumatlar bazasına işlənilməsi təsbit olunmuşdur. Sığortaolunanlara təyin ediləcək pensiyanın məbləğinin sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləğindən asılı olaraq müəyyən edilməsi nəzərdə tutulmuşdur. Hesab edirik ki, Lalə MMC tərəfindən məhkəmədə borcun silinməsinə dair qaldırdığı iddia tələbi cəmiyyətdə çalışan işçilərin pensiya və digər sosial müdafiə hüquqlarının kobud surətdə pozulması deməkdir.
12. Bakı İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2-1(112)-142/2022 nömrəli qərarı ilə (hakim E.Ə.Əliyev) iddia təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMM-yə 139631,03 manat borcun (97098,83 manat məcburi dövlət sosial sığorta haqqı, 42532,20 manat penya) hesablanması ilə bağlı hərəkətlərin qanunsuz sayılması qərara alınmışdır.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələn dirilən borc iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması faktı ilə əsaslandırılmadığından və iddiaçının təqsiri sübuta yetirilmədiyindən, iddiaçıya vergilər hesablanarkən heç bir məlumat mənbəyinə əsaslanılmadığından, eləcə də cavabdeh inzibati orqan tərəfindən müvafiq dövrlər üzrə verginin hesablanmasına əsas olan hallara dair hər hansı əlavə sübut və dəlillər təqdim olunmadığından, həmin borcun iddiaçıdan tələb edilməsi ilə bağlı cavabdehin hərəkətləri qanunsuz sayılmalıdır.
14. Cavabdeh və üçüncü şəxs apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişlər. b) apelyasiya instansiya məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A. S.Hüseynov) 3 iyun 2022-ci il tarixli, 2-1(103)1469/2022 nömrəli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2-1(112)-142/2022 saylı qərarı ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək cavabdeh tərəfindən iddiaçıya 135.299,03 manat borcun (92766,83 manat məcburi dövlət sosial sığorta haqqı, 42.532,20 manat penya) hesablanması ilə bağlı hərəkətləri qanunsuz sayılmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
16. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin hallarından məlum olur ki, İddiaçı MMM tərəfindən DSMF və Vergi orqanına 2015-ci ilin 1-ci və 2-ci rübləri üzrə verdiyi hesabatlar arasında hazırda cavabdehin iddia etdiyi kimi 388395,32 manat məbləğində deyil, cəmi 17328 manat məbləğində (391xx.xx- 21840.00=17328.00) fərq vardır. Bu əmək haqqı fərqinin məcburi dövlət sosial sığorta haqqı isə cəmi 4332 manat (17328.00 * 25%=4332) təşkil edir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli və DSMF-nin xx.xx.2019-cu il tarixli məktublarında göstərilənlər nəzərə alınmaqla Vergi və DSMF orqanlarına verilmiş hesabatlar arasında fərqə görə məcburi dövlət sosial sığorta haqları üzrə 4332 borcun hesablanması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətləri qanuni olmuş, təqdim edilmiş hesabatlar arasında yaranmış fərqə görə məcburi dövlət sosial sığorta haqları üzrə 92766,83 manat, maliyyə sanksiyası və inzibati cərimələr üzrə 42532,20 manat borcun hesablanması cavabdeh tərəfindən əsaslandırılmamış, buna dair hər hansı sənəd, sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, in zibati orqan kimi onun tərəfindən edilmiş hərəkətlərin qanuniliyini sübut etmək yükü vergi orqanının üzərinə düşür. Odur ki, cavabdeh tərəfindən İddiaçı MMM-ə 135.299,03 manat borcun (92766,83 manat məcburi dövlət sosial sığorta haqqı, 42532,20 manat penya) hesablanması ilə bağlı hərəkətləri qanunsuz sayılmalıdır.
17. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilən hissədə də rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
18. Üçüncü şəxs kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının qismən, iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də rədd edilməsi haqqında qərar qəbul edilməsini xah iş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh şikayətində bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən məlumata əsasən iddiaçı tərəfindən 2012-2014-cü illərdə vergi orqanına təqdim edilmiş bəyannamələrdə göstərilən muzdlu işlə əlaqədar gəlir məbləği ilə Dövlət Sosial Müdafiə Fonduna təqdim edilən hesabatlarda qeyd edilən əmək haqqı fondu arasında 388.395,52 manat fərq yaranmışdır. Yaranmış fərqin aradan qaldırılması ilə bağlı iddiaçıya ünvanlanmış uyğunsuzluq məktublarında qeyd edilən uyğunsuzluğun aradan qaldırılması və ya dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi təklif edilmişdir. Lakin iddiaçı tərəfindən qeyd edilən tələblərə əməl edilmədiyindən qanunvericiliyə uyğun olaraq yaranmış fərqin 25 %-i miqdarında 97.098,83 manat (388.395,52 x 25%) məcburi dövlət sosial sığorta haqqı hesablanaraq, 2015-ci ilin İİİ rübü üzrə şəxsi hesab vərəqəsində öz əksini tapmışdır.
20. Dəyişiklikdən əvvəlki məlumatlar Dövlət Sosial Müdafiə Fondunda olduğundan işin hər tərəfli araşdırılması ilə bağlı Fonda müraciət olunmuş və Fondun 06.01,2022-ci il tarixli **********9 saylı məktubuna əlavə edilmiş sığortaedən “Lalə" MMM-in xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixə kimi hesablanıb ödənilmiş mdss haqları və maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimələrin dinamikası barədə məlumatları özündə əks etdirən cədvəl təqdim olunmuşdur.
21. Cədvəldə qeyd olunan məlumatlardan göründüyü kimi iddiaçının 2012-2015-ci illər üzrə vergi orqanında olan muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi bəyannamələrində əks olunmuş ümumi əmək haqqı məbləği 607.274,10 manat, DSMF-də olan məlumatlara əsasən isə ümumi əmək haqqı məbləği 186.243,52 manat təşkil etmişdir.
22. Başqa sözlə desək təsvir olunan 4 il ərzində iddiaçı tərəfindən DSMF-yə ümumi hesablanmış əmək haqqı məbləğini 421.030,58 manat az, MDSSH isə 105.257,65 manat az bəyan etmişdir. Məhz bu səbəbdən DSMF tərəfindən yaranmış fərqin aradan qaldırılması ilə bağlı iddiaçıya ünvanlanmış uyğunsuzluq məktublarında qeyd edilən uyğunsuzluğun aradan qaldırılması və ya dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi təklif edilmişdir. Lakin iddiaçı tərəfindən qeyd edilən tələblərə əməl edilmədiyindən DSMFdən yayındırılmış MDSSH onun şəxsi vərəqəsinə işlənilmişdir.
23. İş materiallarında borc məbləğinin hansı dövrlərdə verilmiş hesab atlar arasında yaranmış fərqə görə hesablanması ilə bağlı məlumatlar, habelə 3-cü şəxs tərəfindən iddiaçının Fonda təqdim etdiyi rüblük (illik) hesabatları (Forma B1) təsdiq edilərək məhkəməyə təqdim edilsə də, məhkəmə tərəfindən ətraflı araşdırma aparılmadığından sübutlar qiymətləndirilməmişdir və sonda yanlış nəticəyə gəlinmişdir.
24. Həmçinin kassasiya şikayətinə əlavə edilmiş bəyannamələrdən göründüyü kimi məlumatlar səyyar vergi yoxlaması ilə müəyyən edilmiş, iddiaçı bu yoxlama nəticələri ilə razılaşmış, onları mübahisələndirməmişdir. Həmçinin bildiririk ki, yoxlamanın nəticələrinə dair xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli inzibati aktlar iddiaçı tərəfindən mübahisələndirilməmiş və qüvvəyə minmişdir. Başqa sözlə desək yaranmış fərqdən iddiaçı artıq 2015-2016-cı illərdə n məlumatlı olmuşdur.
25. Məhkəmə qərarında qeyd edir ki, Məcburi sosial sığorta haqlarının toplanması Qaydalarına əsasən DSMF orqanı tərəfindən kameral hesablama hər rüblük hesabat təqdim olunduğu tarixdən 10 gün müddətində aparılmalı olduğu və yoxlama nəticəsində hər hansı uyğunsuzluq aşkar olunarsa, bu barədə yoxlama aparıldıqdan 1 ay müddətində sığortaolunanın hesabına şəxsi hesabına işlənilməli olduğu halda cavabdeh tərəfindən qeyd edilən qaydaların tələblərinə əməl edilməsi iş materialları ilə sübuta yetirilmir.
26. Məhkəmənin qeyd edilən mövqeyi ilə bağlı bildirilməlidir ki, cavabdeh tərəfindən iddia ərizəsinə etirazda da qeyd edildiyi kimi mübahisələndirilən borc məbləği sosial sığorta ilə bağlı haqların yığımının vergi orqanına həvalə edilməsindən əvvəlki dövrdə yarandığından cava bdeh tərəfindən iddiaçıya münasibətdə hər hansı yoxlamanın həyata keçirilməsindən söhbət gedə bilməz.
27. Qərarlardan aydın olmur ki, məhkəmə bu iddianı İPM-in 2-ci maddəsində nəzərdə tutulan hansı növ iddiaya aid etmişdir. Qəbul edilmiş qərarlarda məhkəmələr tərəfindən İPM-in hər hansı bir maddəsinə də istinad olunmamışdır.
28. Məhkəmə qərarının nəticə hissəsində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMM-yə 139.631,03 manat borcun (97.098,83 manat m.d.s.s.h, 42.532,20 manat penya) hesablanması ilə bağlı hərəkətlərinin qanunsuz sayılır qeyd edilmişdir.
29. İş materiallarından açıq-aydın görünür ki, hesablama 2015-ci ildə aparılmışdır və həmin dövrdə MDSSH-nın hesablanması funksiyası vergi orqanlarında olmamışdır, DSMF-də olmuşdur. Sual olunur k i, vergi orqanlarının etmədiyi hərəkət hansı əsasla onun etdiyi kimi qiymətləndirilir və hətta qanunsuz sayılır.
30. Digər bir məsələ isə iddia müddəti məsələsidir. hesablama 2015-ci ildə olmuş və heç bir sübuta ehtiyacı olmayan haldır ki, iddiaçının ona hesablanmış məbləğlərdən xəbəri olmuşdur, yəni məlumatlı olmuşdur. Lakin məhkəmə tərəfindən iddia müddəti məsələsi də araşdırılmayıb və hər hansı bir münasibət bildirilməyib.
31. Üçüncü şəxsin kassasiya şikayətinin əsaslarına görə Nazirliyin X1 sisteminin (Bundan sonra - MEİS) “Sığorta" (Hesabat) altsistemində “X2"da İddiaçı MMM-in illik 2016-ci il tarixinə (son hesabatı) məcburi dövlət sosial sığorta haqqı üzrə 117.329,31 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 43.325,36 manat olmaqla ümumilikdə 160.654, 67 manat Fonda borcu qalmışdır.
32. Filial tərəfindən İddiaçı MMM-in Fonda təqdim etdiyi rüblük (illik) hesabatlar (Forma B1) təsdiq edilərək iş materiallarına əlavə edilməsi üçün birinci instansiya məhkəməsinə təqdim edilmişdir.
33. Məhkəməyə təqdim olunmuş sənədlərə baxmayaraq və Fondun 3 dekabr 2019cu il tarixli məktubunda İddiaçı MMM-in 2014-2016-ci illər üzrə vergi orqanlarına təqdim etdiyi muzdlu işlə əlaqədar gəlir məbləği ilə Fonda təqdim etdiyi əmək haqqı fondu arasında 388.395,32 manat fərq yaranması bildirilsə də həmin dövrü məhkəmələr araşdırmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. İddiaçı kassasiya şikayətlərinə qarşı etiraz təqdim edərək şikayətlərin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş et mişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
35. Vergi Məcəlləsi: Maddə
83. Vergi orqanları tərəfindən vergilərin hesablanması... Maddə 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: -vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata (83.2.1.); -bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata (83.2.2.); -vergi yoxlaması materiallarına (83.2.3.); -vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara (83.2.4.). Maddə
85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi... 85.4. vergi orqanları vergiyə cəlb edilən h esabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. 85.5. vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. 85.5-1. Bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edil miş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir. Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 58.1-1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləğinin verginin hesabatd a göstərilməli olan məbləğinə nisbətən azaldılması, habelə büdcəyə çatası vergi məbləğinin hesabat təqdim etməməklə yayındırılması vergi ödəyicilərinin vergi orqanına elektron formada təqdim etdikləri məlumatlar əsasında aşkar edildikdə, həmin vergi ödəyicilərinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 25 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir (Bu maddə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslərlə bağlı ediləcək dəyişikliklərlə eyni gündə qüvvəyə minir. 58.2. Bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya 34.3-cü maddəsində göstərilən müddətdə olduğu yer, yaxud yaşadığı yerin dəyişməsi barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, habelə bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 58.2-1. Vergi ödəyicisinin bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyektinin (obyektinin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada vergi orqanlarında uçota alınmamasına və (və ya) təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif olunmuş məlumatın verilməsinə görə mikro sahibkarlıq subyektlərinə, qeyri-kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 40 manat məbləğində, digər şəxslərə münasibətdə 400 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 58.3. Bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə sərəncamın verildiyi tarixdən, kredit təşkilatlarında və ya bank əməliyyatları aparan şəxslərdə hesabları olmadığı halda bu Məcəllənin 65.1-ci maddəsi ilə müəyyən edilmiş bildirişdə göstərilən müddətin başa çatdığı tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmu ş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda - aparılmış məxaric əməliyyatlarının 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 58.4. bu Məcəllənin 155-ci maddəsinə müvafiq olaraq vergi ödəyicisi tərəfindən ƏDV üzrə qeydiyyat məcburi olduğu halda, qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergi ödəyicisinə ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 58.5. bu Məcəllənin 157-ci və 158-ci maddələrinə müvafiq olaraq ƏDV məqsədləri üçün qeydiyyat qüvvəyə minmədən və ya ləğv edildiyi halda ƏDV üzrə elektron vergi hesab-fakturasının təqdim edilməsinə görə vergi ödəyicisinə təqdim edilmiş elektron vergi hesab -fakturasında göstərilmiş vergi məbləğinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 58.6. bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 58.7.Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qa nunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim e dilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə 6000 manat m əbləğində maliyyə sanksiyası tətbiq edilir. 58.7-1. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir: 58.7-1.1. həmin Qanunun 3.3-cü, 3.4.4-cü və 3.4.7-ci maddələrinin tələblərinin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə; 58.7-1.2. həmin Qanunun 3.4.1-ci maddəsinin tələblərini pozmaqla pul vəsaitlərini nağd qaydada qəbul edən lizinq verənə, kreditləri nağd qaydada verən kredit verənə; 58.7-1.3. həmin Qanunun 3.4.2-ci maddəsinin tələblərini pozmaqla nağd qayda da sığorta ödənişlərini edən və sığorta haqlarını nağd qaydada qəbul edən sığortaçıya və ya təkrarsığortaçıya; 58.7-1.4. həmin Qanunun 3.4.3-cü maddəsinin tələblərini pozmaqla xidmət haqlarını və digər yığımları nağd qaydada qəbul edən şəxsə; 58.7-1.5. həmin Qanunun 3.4.5-ci maddəsinin tələblərini pozmaqla stasionar telefon və kommunal xidmətlərin haqqını nağd qaydada qəbul edən şəxsə; 58.7-1.6. həmin Qanunun 3.4.6-cı maddəsinin tələblərini pozmaqla faizsiz pul vəsaitlərini (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaları nağd qaydada ödəyən və qəbul edən şəxsə; 58.7-1.7. həmin Qanunun 3.4.8-ci maddəsinin tələblərini pozmaqla təhsil haqlarını nağd qaydada qəbul edən şəxsə; 58.7-1.8. həmin Qanunun 3.4.9-cu maddəsinin tələblər ini pozmaqla nağd qaydada ödəmələri qəbul edən şəxsə; 58.7-1.9. həmin Qanunun 3.4.10-cu və 3.4.11-ci maddələrinin tələblərini pozmaqla, ödənişi nağd qaydada qəbul edən şəxsə; 58.7-1.10. həmin Qanunun 3.4.12-ci maddəsinin tələblərini pozmaqla, tibbi xidmətlərin dəyərini nağd qaydada qəbul edən tibb müəssisəsinə; 58.7-1.11. həmin Qanunun 3.4.13-cü maddəsinin tələblərini pozmaqla, uduşları (mükafatları) nağd qaydada verən və ya oyunlarda iştirakla bağlı pul ödənişlərini (pul qoyuluşlarını) nağd qaydada qəbul edən şəxsə. 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəz ərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında mali yyə sanksiyası tətbiq edilir; 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; 58.8.3. bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi miqdarında. 58.9. Bu Məcəllənin 194.2-ci maddəsində nəzərdə tutulmuş plombların vurulması və açılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyiş ikliklərin edilməsinə, texnoloji avadanlıqlardakı plombların zədələnməsinə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmamasına və ya məcburi nişanlama ilə nişanlanmamasına, tam uçota alınmamasına, aksiz markalarının və məcburi nişanlamanın inventarizasiyasında kənarlaşmalara yol verilməsinə, eləcə də bu Məcəllənin 191.2-ci maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılmasına görə vergi ödəyicisinə 5000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbi q edilir. 58.11. Vergi orqanından şəhadətnamə-dublikat alınmadan sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident bank idarələrində və digər qeyri-rezident kredit təşkilatlarında açılmış hesaba (rezident banklar tərəfindən qeyri-rezident banklarda açılmış müxbir hesablar istisna olmaqla) mədaxil edilmiş pul vəsaitinin 100 faiz miqdarında vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir. 58.12. Vergi orqanından bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə, habelə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.6-1-ci maddəsinə əsasən həmin Qanunun 14.5.1-1.9-cu maddəsində göstərilən şəxs lər tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alınmamasına görə vergi ödəyicisinə: 58.12.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı məbləğlərinin 40 faizi miqdarında; 58.12.2. təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı məbləğlərinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 58.13-1. Bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-faktura tərtib edilmədən malların bir təsərr üfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsinə görə vergi ödəyicisinə elektron qaiməfaktura ilə rəsmiləşdirilməyən hər bir belə əməliyyat üçün 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 58.14. Aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlama ilə nişanlanmalı malların məcburi nişanlama ilə nişanlanmadan satılmasına, satış məqsədi ilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin malların bazar qiyməti ilə dəyərinin 1 misli, təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə 2 misli məbləğində maliyyə sanksiyası tətbiq edilir. 58.15. Bu Məcəllə ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmal arını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.(kənd təsərrüfatı məhsullarının istehsalçılarına münasibətdə 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.) 58.16. Bu Məcəllənin 58.8-ci maddəsinin məqsədləri üçün malların dəyəri dedikdə həmin malların alış qiyməti, malların alış qiymətini müəyyən etmək mümkün olmadığı halda isə topdansatış bazar qiyməti nəzərdə tutulur. Alışı bu Məcəllə ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən malların təqdim edilməsinə dair tərtib edilmiş elektron qaiməfakturalarda mallar barədə məlumatlar, o cümlədən malın adı dəqiq göstərilmədikdə, həmin malların alışı ilə bağlı çəkilən xərclərin dəyəri təqdim edilən malların dəyərinin 1,2yə bölünməsi yolu ilə alınan dəyər kimi müəyyən edilir. 58.17. Bu Məcəllənin 58.8.2-ci, 58.13-cü və 58.13-1-ci maddələrində sadalanan və bu Məcəllənin 71-1-ci və 71-2-ci maddələrində göstərilən sənədlər həmin maddədə nəzərdə tutulan müddətlər nəzərə alınmaqla, vergi nəzarəti tədbiri başlandıqdan sonra təqdim (tərtib) edildiyi halda həmin sənədlər nəzərə alınmır və bu Məcəllənin 58.8.2-ci, 58.13-cü və 58.13-1-ci maddələrində nəzərdə tutulan maliyyə sanksiyaları tətbiq edilir. 36. “Sosial sığorta haqqında” Qanun: Maddə
9. Sığortaçının hüquq və vəzifələri Sığortaçının hüquqları aşağıdakılardır: müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar al maq;...... Maddə
14. Məcburi dövlət sosial sığorta haqqı 14.3 bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: - 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; - 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi...... Maddə
21. Məcburi dövlət sosial sığortası qaydalarını pozmağa görə maliyyə sanksiyaları (30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 21-ci maddə ləğv edilmişdir.) Məcburi dövlət sosial sığortası sa həsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyətinin orqanları aşağıdakı maliyyə sanksiyalarını tətbiq etmək hüququna malikdirlər: sığortaedənlərin (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) məcburi dövlət sosial sığortası üzrə uçota durma qaydalarını pozmalarına görə, o cümlədən uçota durmadıqda həmin dövr ərzində hesablanmalı olan məcburi dövlət sosial sığorta haqqı bərpa edilməklə, — sosial sığorta haqqının 5 faizi məbləğində, hesablanmalı olan sosial sığorta haqqının məbləğini müəyyənləşdirmək mümkün olmadıqda, iyirmi iki manat miqdarında; sığortaedənlərin məcburi dövlət sosial sığortası ilə əlaqədar hesabat və maliyyə sənədlərinin vaxtında təqdim edilməməsinə görə — hesabat dövrü üçün hesablanmış sosial sığorta haqqının 10 faizi məbləğində, hesabat dövrü üçün hesablanmalı olan sosial sığorta haqqının məbləğini müəyyənləşdirmək mümkün olmadıqda, qırx dörd manat miqdarında cərimə; sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə (sosial sığorta haqqının azaldılmasına) görə — azaldılmış sosial sığorta haqqı bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə isə 100 faizi məbləğində cərimə; sığortaedənlərin məcburi dövlət sosial sığorta vəsaitləri hesabına artıq sosial sığorta ödəməsi verilməsinə görə — artıq verilmiş məbləğ bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə isə 100 faizi məbləğində cərimə; sığortaedənl ərin məcburi dövlət sosial sığorta haqlarının başqa məqsədlər üçün istifadə edilməsinə görə — sərf olunmuş vəsaitlərin 50 faizi məbləğində cərimə; mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatların, onların filial və nümayəndəliklərinin əməyin ödənilməsinin ölkə üzrə müəyyən edilmiş minimum məbləğindən az əmək haqqı ödənilməsinə görə — faktiki ödənilən əmək haqqı ilə minimum əmək haqqı arasındakı fərqin 50 faizi məbləğində cərimə; mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatların, onların filial və nümayəndəliklərinin işçilərinin sayının gizlədilməsinə görə (əmək müqaviləsi (kontraktı) olmadan işləyənlər olduqda və ya əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi halda hesabatdan gizlədildikdə) hər işçiyə görə - sığorta edənin fəaliyyət dövrünün hər ayı üçün əlli beş manat miqdarında cərimə; məcburi dövlət sosial sığorta haqları əmək haqqı ödənişləri ilə eyni vaxtda həyata keçirilmədiyi halda, habelə məcburi dövlət sosial sığorta haqqı üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının sığortaedənin hesabından Mülki Məcəllədə nəzərdə tutulmuş ödənişlərin növbəliliyinə uyğun tutulmasına dair məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının sərəncamlarını icra etmədiyinə görə, eləcə də hesablaşma və digər hesablar üzrə köçürmə əməliyyatlarının aparılması qanunvericiliyə uyğun olaraq dayandırıldığı müddətdə köçürmə əməliyyatı apardığına görə - kredit təşkilatlarına ödənilməli olan məcburi dövlət sosial sığorta haqqı məbləğinin 10 faizi miqdarında bank və ya digər kredit təşkilatlarına cərimə; bu Qanunun 14-cü maddəsi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqları üzrə borcların ödənilməsinə dair bildirişdə göstərilən müddət bitdiyi tarixdən sığortaedən tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda—aparılmış məxaric əməliyyatlarının 10 faizi miqdarında; məcburi dövlət sosial sığortası sahəsində idarəetməni h əyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən bank və ya digər kredit təşkilatında hesabın açılmasına dair şəhadətnamə-dublikat olmadan sığortaedənlərə (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) hesablaşma hesabı və ya digər hesablar açdığına görə—hər açılmış hesab üçün bank və ya digər kredit təşkilatlarına dörd yüz qırx manat məbləğində; sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsi gecikdirildikdə— gecikdirmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faizi məbləğində penya. Yoxlama nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş məcburi dövlət sosial sığorta haqqına p enya həmin məbləğin sığortaedənə hesablandığı gündən tətbiq edilir. Maliyyə sanksiyaları üzrə borclar bu Qanunun 14-cü maddəsinə uyğun olaraq tutulur. Sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta qaydalarının bir neçə pozuntusuna yol verildikdə, maliyyə sanksiyaları hər pozuntuya münasibətdə ayrıca tətbiq edilir.
37. AR ƏƏSMN-nin DSMF-nin Kollegiyasının xx.xx.2014-cü il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş və mübahisələndirilən məbləğin hesablandığı dövrdə qüvvədə olan “Məcburi dövlət sosial sığorta haqqının toplanması” Qaydalarının 5.1-ci bəndinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (sığortaolunanın) vəsaitləri hesabına ödənilir. Qaydaların 5.2-ci bəndinə əsasən seçkili orqanlar və mü lkiyyətindən və təşkilatihüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, habelə başqasını sosial sığortaedən şəxslər hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. Qaydaların 5.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; dövlət qulluqçuları; seçkili ödənişli vəzifələrdə işləyənlər; hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istis na olmaqla); prokurorluq orqanlarında xidmət keçən prokurorluq işçiləri; vergi orqanlarının işçiləri; əmək müqaviləsi (kontraktı) ilə işləyənlər hesablanmış əmək haqqının 3 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. Qaydaların 7.4-cü bəndinə əsasən sığortaedənlər uçota alındığı DSMF orqanına hər rüb hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı və digər daxil olan məbləğlər barədə hesabat təqdim edirlər. Hər rüb üçün hesabat həmin rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda DSMF orqanına təqdim edilməlidir. Aprelin, iyulun, oktyabrın və yanvarın 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır. Qaydaların 7.15-ci bəndinə əsasən DSMF orqanı rüblük hesabat təqdim edildiyi gündən 10 gün ərzində kameral sosial sığorta yoxlaması aparmalıdır. Kameral sosial sığorta yoxlaması nəticəsində hesabatların vaxtında təqdim edilməməsinə, məcburi dövlət sosial sığorta haqlarının düzgün hesablanmamasına və vaxtında ödənilməməsinə, habelə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən yayınmaya dair faktlar aşkar edildikdə, müvafiq maliyyə sanksiyaları tətbiq olunur, sığortaedənin məcburi dövlət sosial sığortası üzrə şəxsi uçot hesabında müvafiq qeydlər aparılır və maliyyə sanksiyalarının 5 (beş) iş günü ərzində ödənilməsi tələbi barədə sığortaedənə bildiriş (Əlavə №9) göndərilir. Qaydaların 7.20-ci bəndinə əsasən sığortaolunanlar haqqında məlumatların sığortaolunanların şəxsi hesablarına işlənilməsi kameral yoxlamalar ap arıldıqdan sonra 1 (bir ay) müddətində həyata keçirilir. Qaydaların tələbindən də göründüyü kimi DSMF orqanı tərəfindən kameral yoxlama hər rüblük hesabat təqdim olunduqdan sonrakı 10 (on) gün müddətində aparılır və yoxlama nəticəsində hər hansı bir uyğunsuzluq aşkar olunarsa bu barədə yoxlama aparıldıqdan sonrakı 1 (bir ay) müddətində sığortaolunanların şəxsi hesablarına işlənilir.
38. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər. 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiy ası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Kassasiya şikayətləri mümkündür. Şikayətlər vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmışdır və şikayətçilərin tələbləri göstərilmişdir.
40. Şikayətlərdə apellyasiya instansiya məhkəməsinin qərarı iddianın qismən təmin edilmiş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. İddianın rədd edilmiş hissəsində qərar iddiaçı tərəfindən mübahisələndirilmədiyi üçün qərarın həmin hissəsi hazırkı araşdırma üzrə yoxlama predmetini təşkil etmir. KASS ASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətlərində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq mümkündür. Bununla yanaşı, kassasiya şikayətlərinin dəlillərinə münasibətdə kollegiya əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
43. Cavabdeh iddiaçının mübahisələndirdiyi məbləğin müəssisə tərəfindən Vergi orqanına verilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi” bəyannamələri və DSMF-yə verilmiş “Məcburi dövlət sosial sığortası üzrə hesabat”larda qeyd olunmuş əmək ha qqı məbləğləri əsasında aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş 388395,32 manat həcmində kənarlaşmaya görə yarandığını, qanunvericiliyin tələbinə əsasən yaranmış fərqin 25 %-i miqdarında, yəni 97098,83 manat məcburi dövlət sosial sığorta haqqının hesablandığını, hesablanmış məbləğ ödənilmədiyinə görə də həmin məbləğə 42532,20 manat penya əlavə olunduğunu bildirir.
44. Məhkəmə kollegiyası cavabdehin göstərilən dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh iddia etdiyi kimi İddiaçı MMM tərəfindən DSMF və vergi orqanına 2015-ci ilin 1ci və 2-ci rübləri üzrə verdiyi hesabatlar arasında 388395,32 manat məbləğində fərq yarandığını bildirsə də, bunu sübut edən sənədləri təqdim edə bilməmişdir.
45. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, 2015-ci ilin 1-ci və 2-ci rübləri üzrə İddiaçı MMM tərəfindən vergi orqanına yanvar ayında işçi sayı 72 nəfər olmaqla 9792 manat, fevral ayında işçi sayı 72 nəfər olmaqla 9792 manat, mart ayında işçi sayı 72 nəfər olmaqla 9792 manat, aprel ayında işçi sayı 72 nəfər olmaqla 9792 manat, may və iyun aylarında isə boş hesabat verilməklə cəmi 39.168.00 manat məbləğində hesabat verilmişdir.
46. DSMF-nin xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, 2015-ci ilin 1ci və 2-ci rübləri üzrə İddiaçı MMM tərəfindən DSMF orqanına yanvar ayında işçi sayı 3 nəfər olmaqla 450 manat, fevral ayında işçi sayı 62 nəfər olmaqla 6200 manat, mart ayında işçi sayı 62 nəfər olmaqla 6200 manat, aprel ayında işçi sayı 72 nəfər olmaqla 8250 manat, may ayında işçi sayı 3 nəfər olmaqla 370 manat və iyun ayında işçi sayı 3 nəfər olmaqla 370 manat olmaqla cəmi 21840.00 manat məbləğində hesabat verilmişdir.
47. Məktublarda qeyd olunanlardan məlum olur ki, İddiaçı MMM tərəfindən DSMF və vergi orqanına 2015-ci ilin 1-ci və 2-ci rübləri üzrə verdiyi hesabatlar arasında hazırda cavabdehin iddia etdiyi kimi 388395,32 manat məbləğində deyil, cəmi 17328 manat məbləğində (391xx.xx-21840.00=17328.00) fərq vardır. Bu əmək haqqı fərqinin m.d.s.s. haqqı isə cəmi 4332 manat (17328.00 * 25%= 4332) təşkil edir. Qeyd edilən halın müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsi “xx.xx.2019-cu il tarixədək İddiaçı MMM barəsində məcburi sosial sığorta haqları üzrə borcun hesablanmasına əsas olan sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi” məzmunlu sorğusu na kifayət qədər vaxt verilərək şərait yaradılmasına baxmayaraq, nə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, nə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu həmin sorğularla bağlı məlumatları məhkəməyə təqdim etməmişdir.
48. Beləliklə, apelyasiya məhkəməsinin araşdırması ilə cavabdehin həmin dəlilinin əsassız olduğu qənaətinə gəlinmişdir.
49. Cavabdeh mübahisələndirilən məbləğin 2015-ci ilin 3-cü rübündə müəssisənin şəxsi hesabına işlənildiyini bildirsə də, həmin məbləğin hansı dövrlərdə verilmiş hesabatlar arasında yaranmış fərqə görə hesablanması ilə bağlı təsdiqedici sübutları məhkəməyə təqdim edə bilməmişdir.
50. Yuxarıda istinad olunan (mübahi sə yaranan dövrdə qüvvədə olmuş) qanunvericilik normalarının tələblərinə əsasən DSMF orqanı tərəfindən kameral yoxlama hər rüblük hesabat təqdim olunduqdan sonrakı 10 (on) gün müddətində aparılmalı və yoxlama nəticəsində hər hansı bir uyğunsuzluq aşkar olunarsa bu barədə yoxlama aparıldıqdan sonrakı 1 (bir ay) müddətində sığortaolunanların şəxsi hesablarına işlənilməli idi. Hazırda isə cavabdeh tərəfindən bu qaydalara riayət olunduğu iş materialları ilə sübuta yetirilmir. Eyni zamanda, mübahisə predmeti barədə vergi orqanı tərəfindən hər hansı qərar qəbul edilməsi işdə olan sənədlərlə təsdiqini tapmamış, cavabdeh iddiaçı barəsində məcburi dövlət sosial sığorta və penya hesablayarkən hər hansı hüquq normasına istinad etməmişdir.
51. Beləliklə, qeyd edilən səbəblərdən vergi orqanının hərək ətləri yuxarıda qeyd olunan hüquq normalarının tələblərinə zidd olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətləri iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan mübahisə olunan hissədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
52. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və üçüncü şəxsin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 iyun 2022-ci il tarixli, 21(103)-1469/2022 nömrəli qərarı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.