Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-1932/2025 06.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğvi edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində ##.##.2003-cü il tarixdə № ****-N1-1330 qeydiyyat şəhadətnaməsilə qeydiyyata alınmışdır.
2. Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **************** nömrəli ##.##.2023-cü il tarixli qərarından görünür ki, Milli Gəlirlər Baş İdarəsi İştirak payının ötürülməsi ilə X10 bəyannaməsi üzrə xüsusi məqsədli hesabat üzrə İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına 904480,24 ABŞ dolları əlavə mənfəət vergisi hesablamış və qərar onunla əsaslandırılmışdır ki, Sazişin 15.9-cu maddəsində X5-Qaz əməliyyatları üzrə məsrəflərin, iştirak payının satışı ilə X10 hesablanarkən xərclərə aid edilməsi nəzərdə tutulmadığından, ümumi gəlir (6481 min ABŞ dolları) və 15.9 (a) (iii) (aa) (3370,5 min ABŞ dolları) və 15.9 (a) (iii) (bb) (284 min ABŞ Dolları) bəndlərinə əsasən xərc məbləğləri nəticəsində yaranmış Xalis gəlir məbləği (6481- 3654,5= 2826,5 min ABŞ dolları) müəyyən edilərək, ##.##.2022-ci il tarixdə təqdim edilmiş hesabat üzrə 904480,24 (2826500 x 32%) ABŞ dolları məbləğində mənfəət vergisi hesablandı.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarından görünür ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə ##.##.2023-cü il tarixli inzibati şikayəti təmin edilməmiş və qərarda qeyd edilmişdir ki; -“Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı Filial tərəfindən təqdim edilmiş “İştirak payının ötürülməsi ilə X10 bəyannaməsi üzrə xüsusi məqsədli hesabatı”nda yığılmış neft-qaz xərcləri üzrə 385 964,00 min ABŞ dollarının qeyd edilməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. -Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Bəyannamə göstəricilərinə dair açıqlamanın təqdim edilməsi barədə” ##.##.2022-ci il tarixli 221602********** nömrəli məktub göndərilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba əsaslandırılmış cavab verilmədiyi üçün “İştirak payının ötürülməsi ilə X10 bəyannaməsi üzrə xüsusi məqsədli hesabatı” üzrə 904480,24 ABŞ dolları hesablanaraq, ##.##.2023-cü il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunmuş və Filiala ünvanlanmışdır. -Aparılan araşdırma zamanı “Kürsəngi” və “Qarabağlı” Neft yataqlarının daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X8 haqqında sazişin 2002-ci ildən etibarən səhmdarlarından olan “X1 Si İnternəşnl (Kura) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına (VÖEN: 1700489661) və İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına (VÖEN: **********) məxsus payların ##.##.2021-ci il tarixdən etibarən “xxxx” MMC-yə (VÖEN: 1405527091) müqavilə əsasında keçdiyi müəyyən edilmişdir. -Filial tərəfindən ##.##.2021-ci il tarixində Sazişin 15.9-cu maddəsinə uyğun olaraq bəyannamə (xüsusi məqsədli hesabat) təqdim edərək ##.##.2021-ci il tarixinə şirkətə məxsus payların təqdim edilməsindən zərər göstərilərək ödənilməli mənfəət vergisi olmadığı qeyd olunmuşdur. -Filialı tərəfindən təqdim edilmiş bəyannamədə iştirak payının satışından gəlir 6481,0 min ABŞ dolları göstərilməsinə baxmayaraq, gəlirdən çıxılmalara sazişin bağlandığı tarixdən (##.##.1998-ci il) ##.##.2021-ci il tarixinədək yığılmış neft-qaz xərclərində şirkətin payı cəmi 385964,0 min ABŞ dolları, yığılmış və neft-qaz xərclərinə aid edilməmiş xərclərdə iştirak payı üzrə 284,0 min ABŞ dolları qeyd olunaraq 379767,0 min ABŞ dolları zərər göstərilmişdir. -##.##.1998-ci il tarixdə bağlanmış “Kürsəngi və X22 daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X8 haqqında Saziş”in 15.3 (d)(i) maddəsində Təqvim ili üçün mənfəət vergisinə dair bəyannamə təqdim edilməsi və mənfəət vergisinin müvafiq şəkildə ödənilməsi həmin təqvim ili üçün mənfəət vergisi haqqında bəyannamənin verildiyi tarixdən altmış (60) ay keçəndən sonra həmin təqvim ili üçün mənfəət vergisinə dair bütün öhdəliklərin tam və qəti nizama salınması hesab edildiyini, vergi ödəyicisi tərəfindən əvvəlki illərdə çəkilmiş neft-qaz xərcləri müvafiq olaraq əvvəlki illərin mənfəət vergisi bəyannamələrində xərclərə aid edildiyini, iştirak payının təqdim edilməsi ilə bağlı təqdim edilən mənfəət vergisi bəyannaməsində həmin xərclərin yenidən çıxılmalara aid edilməsi eyni xərclərin təkrar xərclərə aid edilərək mənfəət vergisi azaldılmış nəticədə zərər göstərilərək mənfəət vergisi hesablanmadığını, vergi ödəyicisi yalnız iştirak payını təqdim etdiyi ilin əvvəlindən iştirak payını təqdim edildiyi tarixədək çəkilmiş xərcləri və əvvəlki illərdə çəkilmiş lakin xərclərə aid edilməmiş xərclərin qalıq dəyərini çıxılmalara aid edilməli olduğunu nəzərə alaraq, mövcud vəziyyətdə Filialın ##.##.2023-cü il tarixli inzibati şikayəti təmin edilməməlidir”.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının ##.##.2023-cü il tarixli ** saylı qərarı ilə İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının inzibati şikayəti təmin edilməmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ## ###### 2023-cü il tarixli **************** nömrəli və İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” ## #### 2023-cü il tarixli **************** nömrəli qərarları dəyişdirilmədən saxlanılmışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Milli Gəlirlər Baş İdarəsi tərəfindən keçirilmiş kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş 2023-cü il ## ###### tarixli, **************** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 2021-ci il ## ###### tarixində Kürsəngi və X22 daxil olduğu Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və X8 Sazişinin (bundan sonra “HPBS”) 15.9-cu maddəsinə uyğun olaraq bəyannamə (xüsusi məqsədli hesabat) təqdim edilərək 2021-ci il ## ###### tarixində iddiaçıya məxsus payların təqdim edilməsindən zərər göstərilərək ödənilməli mənfəət vergisi olmadığı qeyd olunmuşdur. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə iştirak payının satışından gəlir 3481,0 min ABŞ dolları göstərilməsinə baxmayaraq, gəlirdən çıxılmalara sazişin bağlandığı tarixdən (## ###### 1998-ci il) ## ###### 2021-ci il tarixinədək yığılmış neft qaz xərclərində şirkətin payı cəmi 385964 ABŞ dolları, yığılmış və neft-qaz xərclərinə aid edilməmiş xərclərdə iştirak payı üzrə 284,000 ABŞ dolları qeyd olunaraq 379767 ABŞ dolları zərər göstərilmişdir. Cavabdehin Qərarına əsasən, HPBS-in 15.9-cu maddəsinə uyğun olaraq X5- Qaz Əməliyyatları üzrə məsrəflərin HPBS-də iştirak payının X23 X2 X14 hesablaması məqsədi üçün çıxılan məsrəflər kimi nəzərə alınmaması əsas gətirilərək, vergi orqanı tərəfindən Şirkətə əsassız olaraq 904479,76 ABŞ Dolları məbləğində mənfəət vergisi hesablanmışdır. Cavabdeh qərarına cavab olaraq, HPBS-nin tələblərinə uyğun olmayaraq onun 15.9-cu maddəsi əsas göstərilməklə X5-Qaz Əməliyyatları üzrə məsrəflərin HPBS-də iştirak payının X23 X2 X14 hesablaması məqsədi üçün çıxılan məsrəflər kimi nəzərə alınaraq hesablanmış 904479,76 ABŞ Dolları məbləğində mənfəət vergisi ilə bağlı ## #### 2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması Baş İdarəsinə (bundan sonra “İŞBBİ”) **************** nömrəli etiraz məktubu təqdim edilmişdir. İŞBBİ tərəfindən inzibati şikayətin icra müddəti artırılmış və bu barədə cavabdehə ## ##### 2023cü il tarixli **************** nömrəli və ## ### 2023-cü il tarixli **************** nömrəli məktublarla məlumat verilmişdir. Bununla yanaşı, # #### 2023-cü il tarixdə müvafiq olaraq İŞBBİ nümayəndələri ilə görüş keçirilmiş və görüş zamanı yuxarıda qeyd olunan etiraz məktubunda öz əksini tapmış faktlar şifahi şəkildə İŞBBİ nümayəndələrinin diqqətinə bir daha çatdırılmışdır. Lakin İŞBBİ tərəfindən iddiaçının yazılı və şifahi etirazları ilə bağlı tutarlı heç bir şərh verilməmişdir. Bundan əlavə, cavabdehin qərarına əsasən, iddiaçıya hesablanmış İştirak payının X23 X2 X14 etirazla bağlı qeyd olunan məqamlar cavabdeh tərəfindən heç bir əsaslı arqument və münasibət bildirilmədən tətbiq edilmişdir. ## #### 2023-cü il tarixində cavabdeh tərəfindən kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə İŞBBİ-yə ünvanlanmış inzibati şikayətə münasibətdə Dövlət Vergi Xidməti “İnzibati şikayətin təmin edilməməsi haqqında” ## #### 2023-cü il tarixli, **************** nömrəli qərar qəbul etmişdir. ## #### 2023-cü il tarixində, iddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına (bundan sonra-Apellyasiya Şurası) Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş ## #### 2023-cü il tarixli, **************** saylı “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərara dair şikayət təqdim edilmişdir. Apellyasiya Şurasının ** nömrəli Qərarı ## ####### 2023-cü il tarixində iddiaçı tərəfindən birbaşa İqtisadiyyat Nazirliyindən imza edilməklə təhvil alınmışdır. Apellyasiya Şurası iddiaçının inzibati şikayətinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Göründüyü kimi, iddiaçının inzibati aktdan şikayətinə yuxarı şikayət instansiyası və daha sonra Apellyasiya Şurası tərəfindən baxılaraq # ######## 2023-cü il tarixində qərar qəbul edildiyindən və ## ####### 2023-cü il tarixində cavabdeh tərəfindən İqtisadiyyat Nazirliyindən təhvil alındığından qanunla nəzərdə tutulmuş 30 günlük şikayət vermə müddəti ötürülməmişdir. VM-nin 37.2-ci maddəsinin müddəalarına əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən mənfəət vergi bəyannaməsinin Vergi Orqanına təqdim edildiyi vaxtdan 60 iş günü müddətində və digər bəyannamələr üçün isə 30 iş günü müddətində keçirilir və eyni zamanda həmin maddəyə əsasən bu müddət başa çatdıqdan sonra nəzərdə tutulmuş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilməsi nəzərdə tutulmamışdır. Belə ki, ## #### 2022-ci il tarixində Şirkət tərəfindən təqdim olunmuş İştirak payının verilməsi ilə X10 bəyannaməsinə cavabdeh tərəfindən ## ###### 2023-cü il tarixində əlavə vergi hesablanması ilə bağlı göndərilmiş Qərarı, yuxarıda qeyd olunan müddətləri nəzərə aldıqda, müvafiq bəyannamənin kameral vergi yoxlanılması üçün nəzərdə tututulmuş maksimum 60 iş günü müddətini ötürərək, kameral vergi yoxlaması nəticəsində əlavə vergi hesablanması, vergi ödəyicisinin hüquqlarını kobud surətdə pozmuşdur. İŞBBİ tərəfindən Qərarda HPBS-nin 15.3-cü maddəsinə istinad edilərək, cavabdehin hər bir Podratçı tərəfin hər təqvim ili üçün mənfəət vergisinə dair bəyannamələrini yoxlamaq səlahiyyətinə malik olduğunu, yoxlama bitdikdən sonra cavabdehin təklif olunan hər hansı düzəlişi Podratçı tərəf ilə müzakirə edə və lazım gələrsə, mənfəət vergisi çərçivəsində əlavə ödəniləsi məbləğ haqqında bildiriş məktubu və ya artıq ödənilmiş məbləğlərin qaytarılması haqqında bildiriş məktubu verə bilməsi barədə qeyd olunmuşdur. Həmçinin HPBS-nin 15.3-cü maddəsinin (d)(i) bölməsinə istinad edilərək təqvim ili üçün mənfəət vergisinə dair bəyannamə təqdim edilməsi və mənfəət vergisinin müvafiq şəkildə ödənilməsi həmin təqvim ili üçün mənfəət vergisi haqqında bəyannamənin verildiyi tarixdən 60 ay keçəndən sonra həmin təqvim üçün mənfəət vergisinə dair bütün öhdəliklərin tam və qəti nizama salınması hesab edildiyi qeyd edilmişdir. Tərəflərindən İŞBBlnin yuxarıda qeyd olunan arqumentinə cavab olaraq bildirildi ki, HPBS-nin 15.3 (d) (i) maddəsində qeyd olunan təqvim ili üçün Mənfəət vergisinə dair bəyannamə təqdim edilməsi və mənfəət vergisinin müvafiq şəkildə ödənilməsi həmin təqvim ili üçün mənfəət vergisi haqqında bəyannamənin verildiyi tarixdən 60 ay keçəndən sonra həmin təqvim ili üçün mənfəət vergisinə dair bütün öhdəliklərin tam və qəti nizama salınması VM-in 85.4maddəsində qeyd olunan vergi orqanları “Vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 36 ay ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq və verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malik olması ilə analoji olaraq müqayisə edilə bilər. Heç bir halda bu vaxt müddəti yoxlamanın özünün müddəti kimi deyil, əksinə vergi yoxlaması zamanı nəzərdən keçirilə bilən müddət kimi nəzərə alınmalıdır, yəni VM və HPBS çərçivəsində vergi orqanlarına vergi ödəyicisi tərəfindən mənfəət vergi bəyannaməsi təqdim edildikdən sonra əvvəlki 36 və 60 ay dövrünü əhatə edən müddəti yoxlamaq hüququnun verilməsi nəzərdə tutulur. Qeyd olunan müddət vergi orqanlarına vergi yoxlaması aparmaq üçün nəzərdə tutulan müddət ilə qarışdırılmamalıdır. HPBS-də bununla bağlı heç bir tənzimləmə nəzərdə tutulmadığı üçün VM-nə istinad edirlər. Baxmayaraq ki, HPBS-də vergi qoyulması 15-ci maddə altında nəzərdə tutulur, “Mənfəət vergisi” və “İştirak payının verilməsi ilə X10” HPBS-də tamamilə müxtəlif iki vergi növü olmaqla, müvafiq iki fərqli hesabatlar şəkildə vergi orqanlarına təqdim edilməlidir. Belə ki, İştirak payının verilməsi ilə X10 hesablanma qaydası və müvafiq hesablamanı və tələb olunan digər məlumatları özündə əks etdirən hesabatın hazırlanıb vergi orqanlarına təqdim edilməsi HPBS-nin 15.9cu maddəsi çərçivəsində ətraflı şəkildə qeyd edilir, halbuki mənfəət vergisinin hesablanma qaydası və müvafiq hesablamanı və tələb olunan digər məlumatları özündə əks etdirən hesabatın hazırlanıb vergi orqanlarına təqdim edilməsi HPBS-nin 15.2-ci və 15.3-cü maddələrində nəzərdə tutulur. Buna görə də iddiaçı tərəfindən təqdim edilən İştirak payının verilməsi ilə bağlı mənfəət vergi bəyannaməsinin vergi orqanları tərəfindən müvafiq bəyannamənin təqdim edilməsindən sonrakı 60 aylıq dövrü əhatə edən dövr ərzində kameral vergi yoxlamasının aparılmasını düzgün hesab etmirlər. Qərarda da qeyd olunduğu kimi, HPBS də 60 aylıq dövr yalnız mənfəət vergisi üçün nəzərdə tutulmuş və bu dövrə İştirak payının verilməsi ilə X10 əhatə olunduğu 15.9-cu maddə heç bir halda istinad etmir. Nəticə etibarilə, iştirak payının verilməsi ilə X10 təqdim edilməsindən sonra növbəti 60 ay müddətində istənilən vaxt Filial tərəfindən bəyannamədə əks olunan məlumatlarının vergi orqanları tərəfindən kameral vergi yoxlamasına cəlb edilməsi qanuna müvafiq deyildir. Cavabdeh qərarda qeyd olunan əlavə vergi hesablamasına əsas verən səbəbə əsasən, vergi orqanlarının mövqeyi bundan ibarətdir ki, HPBS-in 15.9-cu maddəsinə uyğun olaraq X5-Qaz Əməliyyatları üzrə məsrəflərin HPBS-də iştirak payının X23 X2 X14 hesablaması məqsədi üçün çıxılan məsrəflər kimi nəzərə alınmamalıdır. Qeyd olunan arqumentə cavab olaraq tərəflərindən bildirilmişdir ki, vergi orqanının yuxarıda qeyd olunan mövqeyi HPBSnin şərtləri ilə uyğunsuzluq təşkil edir və tərəflərindən təqdim olunan HPBS-də iştirak payının X23 X2 X14 bəyannaməsinin HPBS-nin şərtlərinə tam uyğun olduğunu göstərmək üçün vergi orqanları tərəfindən qaldırılan məsələ ilə bağlı təhlil və arqumentlərini ətraflı şəkildə aşağıda təqdim edirlər. İlk öncə, HPBS-nin 15.9-cu maddəsində Neft-Qaz Əməliyyatları ilə bağlı Ödənilmiş Məsrəflərin HPBS-də iştirak payının X23 X2 X14 hesablaması məqsədləri üçün çıxılan məsrəflər kimi nəzərə alınmaması ilə bağlı heç bir tələb qeyd edilməmişdir. Belə ki, 15.9-cu maddə hər hansı Podratçı tərəfin iştirak payının bütünlükdə, yaxud onun bir hissəsinin üçüncü tərəfə satılması, yaxud daimi hüquq və öhdəliklərin verilməsindən X2 X14nin hesablanması qaydasını dəqiq müəyyən edir. 15.9-cu maddəyə əsasən, hər hansı Podratçı Tərəfin iştirak payının bütünlükdə, yaxud onun bir hissəsinin üçüncü tərəfə satılması, yaxud daimi hüquq və öhdəliklərin verilməsi ilə bağlı X23 X2 X14 X17. 15.9-cu Maddənin (a) (iii) bölməsində təsvir olunduğu kimi, xalis gəlir, ümumi gəlirlə aşağıdakılardan ibarət olan vergi çıxılmalarının ümumi məbləği arasındakı fərq deməkdir: - hüquq və öhdəliklərin ötürülməsinin qüvvəyə mindiyi tarixə çəkilmiş kumulyativ Neft-X20 Tərəfin İştirak Payının hissəsi; - Hüquq və öhdəliklərin bu cür verilməsi ilə əlaqədar çəkilən məsrəflər. HPBS-də olan iştirak payının X23 X2 gəlirdən mənfəətin hesablanması metodologiyasında qeyri-müəyyənlik olmadığından (maddədə aydın şəkildə göstərildiyi kimi), vergi çıxılmalarının ətraflı təhlili ilə davam edirlər. HPBS-nin 1-ci Əlavəsində müəyyən edilir ki, HPBS-də istifadə olunan böyük hərflə yazılmış sözlər və ifadələr HPBS-də onlara verilmiş mənalara malik olmalıdır. Bu cür sözlər və fadələr birmənalı olaraq HPBS-nin tələblərinə uyğun olaraq şərh edilməlidir. Neft-X24 tərifini müəyyən etmək üçün HPBS-nin 1ci Əlavəsinə istinad etmək lazımdır. HPBS-nin 1-ci Əlavəsinə əsasən, Neft-X24 Əməliyyat Məsrəfləri və Əsaslı Məsrəflərin məcmusu olmaqla, Neft-Qaz Əməliyyatları üçün podratçının çəkdiyi bütün məsrəfləri əhatə edir. Neft-X24 sadalananlar (lakin bununla məhdudlaşmayaraq) daxildir: (i) HPBS-də dəqiq şəkildə X11 Məsrəfləri kimi göstərilən məbləğlər (ii) Mühasibat uçotunun aparılması qaydasına müvafiq surətdə Neft-X21 lazımi şəkildə köçürülmüş məbləğlər. “Kumulyativ Neft-Qaz Məsrəfləri” ifadəsində istifadə edilən “kumulyativ” termini HPBS-də ayrıca müəyyən edilməsə də, Neft-Qaz Məsrəflərinin müəyyən müddət ərzində tədricən artdığını göstərmək üçün istifadə edilən maliyyə termini olduğu üçün o, heç bir qeyri-müəyyənliyə səbəb olmamalıdır. HPBS-ə əsasən “Mühasibat uçotunun aparılması qaydasına müvafiq surətdə Neft-X21 lazımi şəkildə köçürülmüş” dedikdə nəyin nəzərdə tutulduğunun təfərrüatlı təhlili üçün mühasibat uçotunun beynəlxalq Neft-qaz sənayesində qəbul olunmuş prinsiplərini müəyyən edən HPBS-nin 3-cü əlavəsi istinadı olmalıdır. Xüsusilə, HPBS-nin 3-cü Əlavəsinin 2-ci bölməsinə daxil olan Podratçı tərəflər üçün “Məsrəflər və Xərclər” altında “bu Sazişin şərtlərinə və Neft-Qaz Əməliyyatlarının icrası üçün lazımi şərtlərə əməl etmək məqsədilə Podratçı Neft-Qaz Əməliyyatlarının aparılması üçün çəkilmiş məsrəflərin hamısını Neft-X21 daxil edir" qeyd edilmişdir. Müvafiq bölmənin tərkibində Məsrəflərin Ödənilməsinə aid edilən bütün xərclər daxil olmaqla hesaba daxil edilən məsrəflərin siyahısı var. Məsrəflərin Ödənilməsi daha geniş termin kimi təsvir edilməklə, özündə həm “Ödəniləsi Məsrəflər-gələcəkdə ödənilməli olan məsrəflər”, həm də “Ödənilmiş Məsrəflər-bundan əvvəl ödənilmiş məsrəflər”i birləşdirir. Beləliklə, Məsrəflərin Ödənilməsi özündə yalnız Ödəniləsi Məsrəfləri deyil, həm də Ödənilmiş Məsrəfləri də ehtiva edir. Nəticə etibarilə, Ödənilmiş Məsrəflər daxil olmaqla, bütün kumulyativ Neft-Qaz Məsrəfləri iştirak payının X23 X2 X14 məqsədləri üçün çıxılan məsrəflər kimi nəzərə alınmalıdır. Həmçinin qeyd edilməlidir ki, HPBS-nin 15.2-ci maddəsinə əsasən, Podratçı tərəf fəaliyyət növünün Azərbaycan Respublikasında və ya onun hüdudlarından kənarda həyata keçirilməsindən asılı olmayaraq HPBS ilə bağlı Kontrakt sahəsinin reabilitasiyası, kəşfiyyatı, işlənməsi və hasilatına aid bilavasitə Podratçı tərəfin apardığı və ya Əməliyyat Şirkəti vasitəsilə aparılan Neft-Qaz Əməliyyatlarının bütün növləri və bütün digər fəaliyyət növlərini özündə ehtiva edən X34 Vergisi üçün ayrıca məsuliyyət daşıyır. Qeyd olunan fəaliyyətlər nəticəsində əldə edilən və məsrəflərin ödənilməsi məqsədləri üçün istifadə edilən gəlir HPBS-nin 15.2-ci maddəsinə uyğun olaraq artıq vergiyə cəlb edildiyini nəzərə alaraq, iştirak payının Daimi ötürülməsi zamanı bu cür xərclərin vergi çıxılmaları məqsədləri üçün nəzərə alınmaması son nəticədə eyni gəlirə münasibətdə iqtisadi cəhətdən ikiqat vergitutma effektinə səbəb olacaqdır. Bu səbəbdəndir ki, HPBS iştirak payının Daimi Ötürülməsi halında Məsrəflərin Ödənilməsi kateqoriyasına (hansı ki həm Ödəniləsi Məsrəflər, həm də Ödənilmiş Məsrəfləri özündə birləşdirir) aid olan bütün xərclərin çıxılmasına icazə verir. HPBS müddəalarının bu cür qurulmasının məntiqi ondan ibarətdir ki, HPBS-dən ayrılan Podratçı Tərəfə əlavə vergilərə məruz qalmadan öz kapitalını (yəni, investisiyasını) geri ala bilmək imkanı təmin edilsin. Vurğulamaq lazımdır ki, HPBS-nin 15.2 (k) maddəsinə əsasən təqvim ili ərzində Podratçı tərəfin Mənfəət vergisi məqsədləri üçün nəzərdə tutulan çıxılmalara Karbohidrogen fəaliyyəti ilə əlaqədar olan Podratçı tərəfin bilavasitə özünün və ya Əməliyyat Şirkəti vasitəsilə Azərbaycan Respublikası və ya başqa yerdə çəkdiyi bütün xərclər aiddir. Bununla bağlı HPBS-də qeyd olunan 15.2 (k) maddəsi altında mənfəət vergisi məqsədləri üçün çıxılmaları özündə əks etdirən amma bununla məhdudlaşmayan siyahı verilmişdir. Lakin iştirak payının X23 X2 X14 məqsədləri üçün çıxılmalar isə HPBS-nin 15.9 (a) (iii) maddəsində əks olunmuşdur. Xüsusilə, əvəzi ödənilə edilə bilən və əvəzi ödənilməyən xərclərin, habelə bu investisiya ilə bağlı digər xərclərin çıxılmasına icazə verilməlidir. Beləliklə, Mənfəət vergisi və iştirak payının X23 X2 X14 məqsədləri üçün vergitutma bazası və uyğun olaraq gəlirdən çıxılan məsrəflər tamamilə fərqlidir.
7. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş 2021-ci ilin xüsusi vergi rejimli müəssisələrin mənfəət vergisi bəyannaməsinə kameral qaydada hesablanmış verginin tərkibi araşdırılmışdır. Aparılan araşdırılma zamanı ##.##.1998-ci il tarixdə bağlanmış “Kürsəngi və “X22 daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X8 haqqında Saziş” üzrə iddiaçıya məxsus iştirak payın (25%) ##.##.2021-ci il tarixdən etibarən “xxxx” MMC-yə müqavilə əsasında keçdiyi müəyyən edilmişdir. Filial tərəfindən ##.##.2021-ci il tarixində Sazişin 15.9-cu maddəsinə uyğun olaraq mənfəət vergisi bəyannaməsi üzrə Xüsusi Məqsədli Hesabat təqdim edilərək ##.##.2021-ci il tarixinə şirkətə məxsus iştirak payının təqdim edilməsindən zərər göstərilərək ödənilməli mənfəət vergisi olmadığı qeyd olunmuşdur. Baş İdarə tərəfindən aparılan araşdırılma zamanı təqdim edilmiş bəyannamədə iştirak payının satışından gəlir 6481,0 min ABŞ dolları, gəlirdən çıxılmalara sazişin bağlandığı tarixdən (##.##.1998-ci il) ##.##.2021-ci il tarixinədək yığılmış neft-qaz xərclərində şirkətin payı cəmi 385964,0 min ABŞ dolları, yığılmış və neft qaz xərclərinə aid edilməmiş xərclərdə iştirak payı üzrə 284,0 min ABŞ dolları qeyd olunaraq 379767,0 min ABŞ dolları zərər göstərilmişdir. Vergi ödəyicisi tərəfindən əvvəlki illərdə çəkilmiş neft-qaz xərcləri müvafiq olaraq əvvəlki illərin mənfəət vergisi bəyannamələrində xərclərə aid edildiyini nəzərə alaraq, iştirak payının təqdim edilməsi ilə bağlı təqdim edilən mənfəət vergisi bəyannaməsində həmin xərclərin yenidən çıxılmalara aid edilməsi eyni xərclərin təkrar xərclərə aid edilərək mənfəət vergisinin azaldılmış nəticədə zərər göstərilərək mənfəət vergisi hesablanmaması nəticəsində kənarlaşma yaranmışdır. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Bəyannamə göstəricilərinə dair açıqlamanın təqdim edilməsi barədə” ##.##.2022-ci il tarixli 221602********** nömrəli məktub göndərilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba əsaslandırılmış cavab verilmədiyi üçün “İştirak payının ötürülməsi ilə X10 bəyannaməsi üzrə xüsusi məqsədli hesabatı” üzrə 904480,24 ABŞ dolları hesablanaraq, ##.##.2023-cü il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunmuş və iddiaçıya ünvanlanmışdır. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ##.##.2022-ci il tarixli **************** nömrəli podratçı tərəf üzrə ##.##.1998-ci il tarixdən ##.##.2021-ci il tarixədək olan dövr ərzində neft-X24 əvəzinin ödənilməsi barədə məlumatların təqdim edilməsi haqqında məktubla müraciət edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ##.##.2022-ci il tarixli **************** nömrəli məktubla ##.##.2021-ci il tarixdə imzalanmış alqı-satqı müqaviləsinə əsasən Filialın Sazişdəki iştirak payının (25%) “xxxx” MMC-yə satmağa razılaşmış, tərəflər razılaşıb və etiraf edirlər ki, ##.##.2021-ci il tarixindən qüvvəyə minən Tamamlanma tarixində bütün qanuni hüquq və öhdəliklər İddiaçı şirkətindən “xxxx” MMC-yə keçməli olduğu bildirilmişdir. İştirak payının verilməsi ilə X10 bəyannaməsi ##.##.2022-ci il tarixində təqdim edilməsinə baxmayaraq KVY qərarı 60 iş günü müddətini ötürməklə çıxarılmışdır. Bununla bağlı bir daha qeyd olunur ki, vergi ilə bağlı qaydaların müəyyən edilməsi “Azərbaycan Respublikasında Kürsəngi və X22 daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X8 haqqında Sazişinə əsasən aparılmalıdır. Bu Sazişin 15.3 (d)(ii) bəndinə əsasən “Vergi orqanı hər bir Podratçı tərəfin hər Təqvim ili üçün mənfəət vergisinə dair bəyannamələrini yoxlamaq səlahiyyətinə malikdir. Yoxlama bitdikdən sonra vergi orqanı təklif olunan hər hansı düzəlişi Podratçı tərəf ilə müzakirə edir və lazım gələrsə mənfəət vergisi çərçivəsində əlavə ödəniləsi məbləğ haqqında bildiriş məktubu və ya artıq ödənilmiş məbləğlərin qaytarılması haqqında bildiriş məktubu verir”. Bununla yanaşı Sazişin 15.3 (d)(i) maddəsində “Təqvim ili üçün mənfəət vergisinə dair bəyannamə təqdim edilməsi və mənfəət vergisinin müvafiq şəkildə ödənilməsi həmin təqvim ili üçün mənfəət vergisi haqqında bəyannamənin verildiyi tarixdən altmış (60) ay keçəndən sonra həmin təqvim ili üçün mənfəət vergisinə dair bütün öhdəliklərin tam və qəti nizama salınması hesab edildiyi” müəyyən olunub. Vergi Məcəlləsinin 2.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. HPBS-nin 15.9-cu maddəsində Neft-Qaz Əməliyyatları ilə bağlı ödənilmiş məsrəflərin HPBS-də iştirak payının X23 X2 gəlirlərdən mənfəət vergisi hesablanması məqsədləri üçün çıxılan məsrəflər kimi nəzərə alınmaması ilə bağlı heç bir tələb qeyd edilməmişdir. Sazişin 15.9 (a) bəndinə əsasən, iştirak payı təqdim edilərkən xalis gəlir ümumi gəlir, hüquq və öhdəliklərin ötürülməsinin qüvvəyə mindiyi tarixə kumulyativ neft- X20 tərəfin iştirak payının hissəsi, podratçı tərəfin həyata keçirdiyi və bu sazişə əsasən neft- X24 aid olmayan sərmayələrin (kumulyativ məsrəflər) qalıq dəyəri və hüquq və öhdəliklərin bu cür verilməsi zamanı çəkilən məsrəflər arasındakı fərqdir və xalis gəlirə sazişdə nəzərdə tutulmuş 32% dərəcə tətbiq edilməklə mənfəət vergisi hesablanır. Eyni zamanda, sazişin 15.9 (a) (İİ) bəndinə əsasən qalıq dəyər Sazişə əsasən məsrəfləri ödənilməyən hər hansı sərmayənin (kumulyativ məsrəflər) amortizasiya edilməmiş balansı deməkdir. Beləliklə, ##.##.1998-ci il tarixdə bağlanmış “Kürsəngi və X22 daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X8 haqqında Sazişin 15.3 (d)(i) maddəsində təqvim ili üçün mənfəət vergisinə dair bəyannamə təqdim edilməsi və mənfəət vergisinin müvafiq şəkildə ödənilməsi həmin təqvim ili üçün mənfəət vergisi haqqında bəyannamənin verildiyi tarixdən altmış (60) ay keçəndən sonra həmin təqvim ili üçün mənfəət vergisinə dair bütün öhdəliklərin tam və qəti nizama salınması hesab edilməli, vergi ödəyicisi tərəfindən əvvəlki illərdə çəkilmiş neftqaz xərcləri müvafiq olaraq əvvəlki illərin mənfəət vergisi bəyannamələrində xərclərə aid edilməli, iştirak payının təqdim edilməsi ilə bağlı təqdim edilən mənfəət vergisi bəyannaməsində həmin xərclərin yenidən çıxılmalara aid edilməməli, vergi ödəyicisi yalnız iştirak payını təqdim etdiyi ilin əvvəlindən iştirak payını təqdim edildiyi tarixədək çəkilmiş xərcləri və əvvəlki illərdə çəkilmiş lakin xərclərə aid edilməmiş xərclərin qalıq dəyərini çıxılmalara aid edilməlidir.
8. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim - N.Abıyev).
9. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı hazırda cavabdehin ona əlavə mənfəət vergisi hesablanması barədə ##.##.2023-cü il tarixli qərarını mübahisələndirir. İddiaçı bu zaman iki əsas hala-1. qərarın kameral vergi yoxlanılması üçün nəzərdə tutulmuş maksimum 60 iş günü müddətinin ötürülməsi ilə qəbul edilməsi; 2. ödənilmiş Məsrəflər də daxil olmaqla, bütün kumulyativ Neft-Qaz Məsrəflərinin iştirak payının X23 X2 X14 məqsədləri üçün çıxılan məsrəflər kimi nəzərə alınmamasına istinad edir.
10. Məhkəmə bildirmişdir ki, iş materiallarından görünür ki, iştirak payının verilməsi ilə bağlı Ümumi Gəlir 6481000 ABŞ dolları, yığılmış Neft-Qaz məsrəflərinə aid edilməmiş xərclər 284000.00 ABŞ dolları təşkil etmişdir. Bu rəqəmlər tərəflər arasında mübahisə doğurmamışdır. İşin mübahisəli halı kumulyativ Neft-X20 Tərəfin İştirak Payının hissəsi ilə bağlı olmuşdur. İddiaçı Filial tərəfindən ## ###### 2021-ci il tarixində bəyannamə (xüsusi məqsədli hesabat) təqdim edilərək, ## ###### 2021-ci il tarixində Filiala məxsus payların təqdim edilməsindən zərər göstərilərək ödənilməli mənfəət vergisi olmadığı qeyd olunmuşdur. Həmçinin Filial tərəfindən təqdim edilmiş bəyannamədə gəlirdən çıxılmalara sazişin bağlandığı tarixdən (## ###### 1998-ci il) ## ###### 2021-ci il tarixinədək yığılmış neft-qaz xərclərində şirkətin payı cəmi 385964,0 min ABŞ dolları, yığılmış və neft-qaz xərclərinə aid edilməmiş xərclərdə iştirak payı üzrə 284,0 min ABŞ dolları qeyd olunaraq, 379767,0 min ABŞ dolları zərər göstərilmişdir.
11. Məhkəmə iddiaçının mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, Sazişin 13.3-cü maddəsinə əsasən: (a) Podratçı Kontrakt reabilitasiya sahəsi ilə bağlı Neft-X24 aşağıdakı qaydada əvəzini almaq hüququna malikdir: (i) birinci növbədə Ümumi hasilat həcmindən bütün Əməliyyat məsrəflərinin əvəzi ödənilir; (ii) sonra Podratçının Əməliyyat məsrəflərinin əvəzi ödənilməsi üçün lazım olan Xam neft və Sərbəst təbii qaz çıxıldıqdan sonra Ümumi hasilat həcmində qalan Xam neftin əlli (50) faizindən və Sərbəst təbii qazın əlli (50) faizindən çox olmayan həcmindən bütün Əsaslı məsrəflərin əvəzi ödənilir (“Əsaslı məsrəflərin ödənilməsi üçün Karbohidrogenlər”). (f) Podratçının Neft-qaz əməliyyatlarına çəkdiyi və Əvəzi ödənilməli olan, lakin əvvəlki Təqvim rübündə əvəzi ödənilməmiş kumulyativ məsrəfləri sonrakı Təqvim rüblərində keçirmək hüququ daim təmin edilir. Həmçinin Sazişin 13.3-cü maddəsinə əsasən: (a) Podratçı Kontrakt kəşfiyyat sahəsi ilə bağlı Neft-X24 aşağıdakı qaydada əvəzini almaq hüququna malikdir: (i) birinci növbədə Ümumi hasilat həcmindən bütün Əməliyyat məsrəflərinin əvəzi ödənilir; (ii) sonra Podratçının Əməliyyat məsrəflərinin ödənilməsi üçün lazım olan Xam neft və Sərbəst təbii qaz həcmləri çıxıldıqdan sonra Ümumi hasilat həcmində qalan Xam neftin əlli (50) faizindən və Sərbəst təbii qazın əlli (50) faizindən çox olmayan həcmindən ildə iyirmi (20) faiz dərəcə ilə amortizasiyası ilə bütün Əsaslı məsrəflərin əvəzi ödənilir (“Əsaslı məsrəflərin ödənilməsi üçün Karbohidrogenlər”). (f) Podratçının Neft-qaz əməliyyatlarına çəkdiyi və Əvəzi ödənilməli olan, lakin əvvəlki Təqvim rübündə əvəzi ödənilməmiş kumulyativ məsrəfləri sonrakı Təqvim rüblərində keçirmək hüququ daim təmin edilir. Sazişin 15.2. (m) maddəsinə əsasən Podratçı Tərəfin Vergi Qoyulan Mənfəətini və ya X4 hesablamaq məqsədləri üçün həmin Podratçı Tərəfin Karbohidrogen fəaliyyəti ilə əlaqədar olaraq qüvvəyə minmə tarixinədək çəkdiyi bütün məsrəflər (o cümlədən, lakin bunlarla məhdudlaşdırılmadan Azərbaycan Respublikasında və ya digər yerlərdə texniki işlə bağlı çəkilən müstəqim, yaxud dolayı məsrəflər, habelə Podratçı Tərəfin Azərbaycan Respublikasındakı nümayəndəlik ofislərinin məsrəfləri) həmin tarixə çəkilən məsrəflər hesab edilir. Yuxanda deyilənlərə baxmayaraq bu Saziş barəsində danışıqlara, yardımçı tibbi, mədəni və xeyriyyəçilik fəaliyyətinə Saziş bağlananadək çəkilən müstəqim və ya dolayı məsrəflər həmin Podratçı Tərəfin Vergi Qoyulan Mənfəəti və ya X4 hesablanarkən nəzərə alınmır. Beləliklə, istinad olunan normalardan görünür ki, Podratçı Əməliyyat məsrəflərinin əvəzinin ödənilməsi, həmçinin çəkdiyi məsrəflərin mənfəətdən çıxılması hüququna malikdir.
12. İş materiallarındakı 2021-ci il tarixədək illər üzrə olan mənfəət vergisi bəyannamələrindən görünür ki, iddiaçı hər bir il üzrə kontrakt sahəsində kəşfiyyat və qiymətləndirməyə çəkilən xərcləri, hasilata çəkilən xərcləri ümumi xərclərə aid etmiş, nəticədə həmin xərclər çıxılmaqla karbohidrogenlərin təqdim edilməsindən əldə etdiyi mənfəətə vergi tətbiq etmişdir.
13. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən əvvəlki illərdə çəkilmiş neft-qaz xərcləri müvafiq olaraq əvvəlki illərin mənfəət vergisi bəyannamələrində xərclərə aid edildiyindən, iştirak payının təqdim edilməsi ilə bağlı təqdim edilən mənfəət vergisi bəyannaməsində həmin xərclərin yenidən çıxılmalara aid edilməsi eyni xərclərin təkrar xərclərə aid edilməsinə gətirib çıxarır. Buna görə də nə qədər ki, həmin xərclər artıq bəyan olunmuşdur, iddiaçı yalnız iştirak payını təqdim etdiyi ilin əvvəlindən iştirak payını təqdim edildiyi tarixədək çəkilmiş xərcləri və əvvəlki illərdə çəkilmiş, lakin xərclərə aid edilməmiş xərclərin qalıq dəyərini çıxılmalara aid etmək hüququna malikdir. Sazişin 15.2. (o) maddəsində də göstərilmişdir ki, hər hansı Podratçı Tərəf özünün Sazişdə iştirak payını tamamilə və ya qismən başqasına verdiyi halda onun müvəkkili əgər cari Təqvim ili üçün X4 varsa, həmin zərərin hamısına və ya iştirak payını qismən verdikdə X4 proporsional hissəsinə həmin Təqvim ili üçün çıxılmalar kimi baxa bilməsini iştirak payını verən Podratçı Tərəfin həll etmək ixtiyarı var. Göründüyü kimi, Saziş yalnız zərər olduğu halda onun təqvim ili üçün çıxılmalar kimi nəzərə tutulmasını müəyyən etmişdir. Buna görə də iddiaçı ##.##.1998-ci il tarixindən (başlanğıc) ##.##.2021-ci il tarixinədək olan bütün, yəni həmin ödənilmiş, həm də ödənilməmiş məsrəfləri xərcə aid etməkdə haqlı olmamışdır.
14. Məhkəmə cavabdehin kameral vergi yoxlamasının keçirilməsi ilə bağlı müddətə əməl etməməsi məsələsinə münasibətdə qeyd etmişdir ki, Saziş qəbul edildiyi dövrdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi qüvvəyə minməmiş, həmin dövrdə “Müəssisələrin və X25 haqqında” 1996-cı il ## ###### tarixli Qanun qüvvədə olmuşdur. Lakin nə həmin Qanunda, nə də Sazişdə kameral vergi yoxlamasının keçirilməsi ilə bağlı hər hansı bir müddət müəyyən edilmişdir. Mübahisəli qərarın qəbul edildiyi dövrdə qüvvədə olan Vergi Məcəlləsinə gəldikdə isə, həmin Məcəllənin 85.4-cü maddəsinə görə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər.
15. Bundan əlavə, cavabdeh orqan maddi hüquq normalarını düzgün tətbiq etdiyindən məhkəmə hesab etmişdir ki, onun formal tələblərə əməl etməməsi qərarın ləğvi üçün əsas ola bilməz.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada dövlətin xəzinəsinə müəyyən pul məbləği şəklində ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur. Əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olar. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2011-ci il tarixli, # ###### 2011-ci il tarixli, ## #### 2012-ci il tarixli, # ######## 2013-cü il tarixli Qərarları).
17. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən - A.Oruczadə, hakimlər - G.Abbasova, C.Yusifov).
19. Apellyasiya instansiya məhkəməsi mövqeyini birinci instansiya məhkəməsinin mövqeyinə uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, tərəflər arasında vergi ilə bağlı qaydaların müəyyən edilməsi “Azərbaycan Respublikasında Kürsəngi və X22 daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X8 haqqında Saziş”inə əsasən aparılmalıdır. Bu Sazişin 15.3 (d)(ii) bəndinə əsasən “Vergi orqanı hər bir Podratçı tərəfin hər Təqvim ili üçün mənfəət vergisinə dair bəyannamələrini yoxlamaq səlahiyyətinə malikdir. Yoxlama bitdikdən sonra Vergi orqanı təklif olunan hər hansı düzəlişi Podratçı tərəf ilə müzakirə edir və lazım gələrsə mənfəət vergisi çərçivəsində əlavə ödəniləsi məbləğ haqqında bildiriş məktubu və ya artıq ödənilmiş məbləğlərin qaytarılması haqqında bildiriş məktubu verir”. Bununla yanaşı Sazişin 15.3 (d)(i) maddəsində “Təqvim ili üçün mənfəət vergisinə dair bəyannamə təqdim edilməsi və mənfəət vergisinin müvafiq şəkildə ödənilməsi həmin Təqvim ili üçün mənfəət vergisi haqqında bəyannamənin verildiyi tarixdən altmış (60) ay keçəndən sonra həmin təqvim ili üçün mənfəət vergisinə dair bütün öhdəliklərin tam və qəti nizama salınması hesab edildiyi” müəyyən olunub.
20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinə dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, HPBS-nin 15.2 (k) maddəsinə əsasən təqvim ili ərzində Podratçı tərəfin Mənfəət vergisi məqsədləri üçün nəzərdə tutulan çıxılmalara Karbohidrogen fəaliyyəti ilə əlaqədar olan Podratçı tərəfin bilavasitə özünün və ya Əməliyyat Şirkəti vasitəsilə Azərbaycan Respublikası və ya başqa yerdə çəkdiyi bütün xərclər aiddir. Bununla bağlı HPBS-də qeyd olunan 15.2 (k) maddəsi altında mənfəət vergisi məqsədləri üçün çıxılmaları özündə əks etdirən amma bununla məhdudlaşmayan siyahı verilmişdir. Lakin, iştirak payının X23 X2 X14 məqsədləri üçün çıxılmalar isə HPBS-nin 15.9 (a) (iii) maddəsində əks olunmuşdur. Xüsusilə, əvəzi ödənilə bilən və əvəzi ödənilməyən xərclərin, habelə bu investisiya ilə bağlı digər xərclərin çıxılmasına icazə verilir. Beləliklə, Mənfəət vergisi və iştirak payının X23 X2 X14 məqsədləri üçün vergitutma bazası və uyğun olaraq gəlirdən çıxılan məsrəflər tamamilə fərqlidir. Məhkəmə 2 fərqli vergi növünü və 2 fərqli vergi tutma bazasını qarışdırmaqla kobud səhvə yol vermişdir. Belə ki, HPBS-ə əsasən Podratçının Mənfəət vergisi (15.2-ci maddə) və İştirak Payının Verilməsi ilə X10 (15.9-cu maddə) iki ayrı vergi olmaqla, hər birinin hesablanma metodu və bazası öz maddələrində konkret olaraq ayrıca göstərilmişdir. Məhkəmə öz qərarında İştirak Payının Verilməsi ilə X10 və ondan çıxılmaların hesablanmasını yanlış olaraq 15.2-ci maddəyə əsasən əsaslandırmışdır. Halbuki həm birinci instansiya məhkəməsinin qərarında (səh.8), həm də apellyasiya məhkəməsinin qərarında (səh.14) istinad edildiyi kimi Mənfəət Vergisinin bazasını 15.2-ci maddəyə əsasən “Karbohidrogen Fəaliyyəti”ndən əldə edilən mənfəət təşkil edir. HPBS-nin 15.1-ci maddəsinin (iii) bəndinə əsasən “Karbohidrogen Fəaliyyəti” HPBS ilə bağlı Kontrakt sahəsinin reabilitasiyası, kəşfiyyatı, işlənməsi və hasilatına aid bilavasitə Podratçı Tərəfin apardığı və ya Əməliyyat Şirkəti vasitəsilə aparılan Neft-qaz əməliyyatlarının bütün növləri və bütün digər fəaliyyət növləri deməkdir. HPBS-ə * nömrəli Əlavəyə görə isə, Neft-qaz əməliyyatları dedikdə bu HPBS-ə uyğun olaraq Karbohidrogenlərin kəşfiyyatı, reabilitasiyası, qiymətləndirilməsi, işlənməsi, çıxarılması, hasilatı, sabitləşdirilməsi, hazırlanması, oyadılması, təzyiqlənməsi, toplanması, saxlanması, yerləşdirilməsi, yüklənməsi, Çatdırılma məntəqəsinədək nəql edilməsi və Kontrakt sahəsində hasil edilmiş Karbohidrogenlərin satılması və Kontrakt sahəsi ilə bağlı ləğvetmə əməliyyatları başa düşülür. Göründüyü kimi, İştirak Payının satışı nə “Karbohidrogen Fəaliyyəti”, nə də “Neft-qaz əməliyyatları”na aidiyyatı yoxdur. Bu səbəbdən də İştirak Payının təqdim edilməsi zamanı vergitutma HPBS-nin 15.2-ci maddəsinə əsasən həyata keçirilə bilməz. Bu, HPBS-nin tələblərinə zidd olmaqla yanaşı, vergiqoyma məntiqinə də ziddir. Həmin əməliyyat ayrıca verginin bazası olmaqla, 15.9-cu maddə ilə vergiyə cəlb edilir. Belə olan halda, məhkəmə heç bir maddi hüquq normasına (HPBS-in maddəsinə) istinad etmədən əsassız olaraq İştirak Payının Verilməsi ilə X10nə “Karbohidrogen Fəaliyyəti”ndən əldə edilən mənfəətə tətbiq edilən Mənfəət vergisi ilə bağlı müddəaları tətbiq etmiş və nəticədə yalnış hüquqi nəticəyə gəlmişdir.
22. İlk öncə, nəzərə alınmalıdır ki, HPBS-nin 15.9-cu maddəsində Neft-Qaz Əməliyyatları ilə bağlı Ödənilmiş Məsrəflərin HPBS-də iştirak payının X23 X2 X14 hesablaması məqsədləri üçün çıxılan məsrəflər kimi nəzərə alınmaması ilə bağlı heç bir tələb qeyd edilməmişdir. Belə ki, 15.9-cu Maddə hər hansı Podratçı Tərəfin iştirak payının bütünlükdə, yaxud onun bir hissəsinin Üçüncü Tərəfə satılması, yaxud daimi hüquq və öhdəliklərin verilməsindən X2 X14nin hesablanması qaydasını dəqiq müəyyən edir. HPBSnin 15.9-cu maddəsinin (a) (iii) bölməsində təsvir olunduğu kimi, Xalis Gəlir, Ümumi Gəlirlə aşağıdakılardan ibarət olan Vergi çıxılmalarının ümumi məbləği arasındakı fərq deməkdir: Hüquq və öhdəliklərin ötürülməsinin qüvvəyə mindiyi tarixə çəkilmiş kumulyativ Neft-X20 Tərəfin İştirak Payının hissəsi; Hüquq və öhdəliklərini başqasına verən Podratçı tərəfin həyata keçirdiyi və bu HPBS-ə əsasən Neft-X24 aid olmayan sərmayələrin (kumulyativ məsrəflərin) Qalıq Dəyəri; Hüquq və öhdəliklərin bu cür verilməsi ilə əlaqədar çəkilən məsrəflər. Müvafiq olaraq Neft-X24 tərifini müəyyən etmək üçün HPBS-nin 1-ci Əlavəsinə istinad etmək lazımdır. HPBS-nin 1-ci Əlavəsinə əsasən, Neft-X24 Əməliyyat Məsrəfləri və Əsaslı Məsrəflərin məcmusu olmaqla, Neft-Qaz Əməliyyatları üçün Podratçının çəkdiyi bütün məsrəfləri əhatə edir. Neft-X24 sadalananlar (lakin bununla məhdudlaşmayaraq) daxildir: (i) HPBS-də dəqiq şəkildə Neft-X24 kimi göstərilən məbləğlər (ii) Mühasibat uçotunun aparılması qaydasına müvafiq surətdə Neft-X21 lazımi şəkildə köçürülmüş məbləğlər. HPBS-ə əsasən “Mühasibat uçotunun aparılması qaydasına müvafiq surətdə Neft-X21 lazımi şəkildə köçürülmüş” dedikdə nəyin nəzərdə tutulduğunun təfərrüatlı təhlili üçün mühasibat uçotunun beynəlxalq Neft-qaz sənayesində qəbul olunmuş prinsiplərini müəyyən edən HPBS-nin 3-cü Əlavəsinə istinad edilməlidir. Xüsusilə, HPBS-nin 3-cü Əlavəsinin 2-ci bölməsinə daxil olan Podratçı tərəflər üçün “Məsrəflər və Xərclər” altında “bu Sazişin şərtlərinə və Neft-Qaz Əməliyyatlarının icrası üçün lazımi şərtlərə əməl etmək məqsədilə Podratçı Neft-Qaz Əməliyyatlarının aparılması üçün çəkilmiş məsrəflərin hamısını Neft-X21 daxil edir” qeyd edilmişdir. Müvafiq bölmənin tərkibində Məsrəflərin Ödənilməsinə aid edilən bütün xərclər daxil olmaqla hesaba daxil edilən məsrəflərin siyahısı vardır. HPBS-nin 1-ci Əlavəsinə əsasən, “Məsrəflərin ödənilməsi” anlayışı özündə həm “Ödəniləsi Məsrəflər - gələcəkdə ödənilməli olan məsrəflər”, həm də “Ödənilmiş Məsrəflər bundan əvvəl ödənilmiş məsrəflər”i birləşdirir. Beləliklə, Məsrəflərin Ödənilməsi özündə yalnız Ödəniləsi Məsrəfləri deyil, həm də Ödənilmiş Məsrəfləri də ehtiva etməlidir. Nəticə etibarilə, məhkəmə qərar qəbul edərkən HPBS-də Ödənilmiş Məsrəflər də daxil olmaqla, bütün kumulyativ Neft-Qaz Məsrəflərinin iştirak payının X23 X2 X14 məqsədləri üçün çıxılan məsrəflər kimi qəbul edildiyini nəzərə almalı idi.
23. Məhkəmə qərar qəbul edərkən nəzərə almalı idi ki, HPBS-nin 15.2-ci maddəsinə əsasən, Podratçı Tərəf fəaliyyət növünün Azərbaycan Respublikasında və ya onun hüdudlarından kənarda həyata keçirilməsindən asılı olmayaraq HPBS ilə bağlı Kontrakt sahəsinin reabilitasiyası, kəşfiyyatı, işlənməsi və hasilatına aid bilavasitə Podratçı tərəfin apardığı və ya Əməliyyat Şirkəti vasitəsilə aparılan Neft-Qaz Əməliyyatlarının bütün növləri və bütün digər fəaliyyət növlərini özündə ehtiva edən X34 Vergisi üçün ayrıca məsuliyyət daşıyır. Qeyd olunan fəaliyyətlər nəticəsində əldə edilən və Məsrəflərin Ödənilməsi məqsədləri üçün istifadə edilən gəlir HPBS-nin 15.2-ci maddəsinə uyğun olaraq artıq vergiyə cəlb edildiyini nəzərə alaraq, İştirak payının Daimi Ötürülməsi zamanı bu cür xərclərin Vergi çıxılmaları məqsədləri üçün nəzərə alınmaması son nəticədə eyni gəlirə münasibətdə iqtisadi cəhətdən ikiqat vergitutma effektinə səbəb olacaqdır. Bu səbəbdəndir ki, HPBS iştirak payının Daimi Ötürülməsi halında Məsrəflərin Ödənilməsi kateqoriyasına (hansı ki, həm Ödəniləsi Məsrəflər, həm də Ödənilmiş Məsrəfləri özündə birləşdirir) aid olan bütün xərclərin çıxılmasına icazə verir. HPBS müddəalarının bu cür qurulmasının məntiqi ondan ibarətdir ki, HPBS-dən ayrılan Podratçı Tərəfə əlavə vergilərə məruz qalmadan öz kapitalını (yəni, investisiyasını) geri ala bilmək imkanı təmin edilsin.
24. İddiaçı tərəfindən bəyannamə ## ###### 2021-ci il tarixdə təqdim edilsə də, cavabdeh Qərarı ## ###### 2023-cü il tarixində, yəni təqribən 1 ildən çox gecikdirilməklə qəbul edilmişdir. Yuxarıda qeyd olunan müddətləri nəzərə aldıqda, cavabdeh Qərarının qəbul edilməsi zamanı müvafiq bəyannamənin kameral vergi yoxlanılması üçün nəzərdə tutulmuş maksimum 60 iş günü müddəti ötürülmüş, beləliklə, kameral vergi yoxlaması nəticəsində əsassız olaraq əlavə vergi hesablanması ilə vergi ödəyicisinin hüquqları kobud surətdə pozulmuşdur.
25. VM-in 85.4-cü maddəsi vergi yoxlamasının əhatə edə biləcəyi (3 il) və yoxlama nəticəsində hesablanmış əlavə məbləğlərin tutula biləcəyi maksimum müddəti (5 il) müəyyən edir və yoxlamanın faktiki olaraq keçirildiyi (davam etdiyi) müddəti tənzimləmir. Kameral vergi yoxlamasının keçirilməsi müddətini VM-in 37.2-ci maddəsi tənzimləyir və bunun üçün 60 iş günü müəyyən edir. Göründüyü kimi, məhkəmə maddi hüquq normasını (VM-in 37 və 85-ci maddələrini) düzgün tətbiq etməmiş, kameral vergi yoxlamasının keçirilməsi üçün VM-in 37.2-ci maddəsində nəzərdə tutulmuş 60 iş günü ilə vergi yoxlamasının əhatə edə biləcəyi dövrü (3 il) qarışdırmış və nəticədə öz qərarını düzgün qaydada əsaslandırmamışdır. Qeyd olunan müddət vergi orqanlarına vergi yoxlaması aparmaq üçün nəzərdə tutulan müddət ilə qarışdırılmamalıdır. Digər tərəfdən, VM-in 2.7-ci maddəsinə əsasən, VM qüvvəyə minənədək və ya o, qüvvəyə mindikdən sonra qanunla təsdiq olunmuş X8 haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda VM və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir. Göründüyü kimi, HPBSnin VM-ə münasibətdə üstün hüquqi qüvvəsi yalnız onlar arasında ziddiyyət olduğu halda tətbiq edilir. VM-in 85.4-cü maddəsinə analogiya olaraq, HPBS-nin 15.3 (d) (i) maddəsində təqvim ili üçün Mənfəət vergisinə dair bəyannamə təqdim edilməsi və mənfəət vergisinin müvafiq şəkildə ödənilməsi həmin təqvim ili üçün mənfəət vergisi haqqında bəyannamənin verildiyi tarixdən 60 ay keçəndən sonra həmin təqvim ili üçün mənfəət vergisinə dair bütün öhdəliklərin tam və qəti nizama salınması dedikdə vergi orqanlarına vergi ödəyicisi tərəfindən mənfəət vergi bəyannaməsi təqdim edildikdən sonra əvvəlki 60 ay dövrünü əhatə edən müddəti yoxlamaq hüququnun verilməsi nəzərdə tutulur. Göründüyü kimi, burada qeyd olunan müddət yoxlamanın faktiki olaraq keçirildiyi (davam etdiyi) müddəti nəzərdə tutmur və bu cür tənzimlənmə, HPBS-də, ümumiyyətlə, yer almamışdır. Beləliklə, hazırda mübahisə edilən məsələdə HPBS və VM arasında ziddiyyət mövcud deyildir. Odur ki, müvafiq məsələnin (yoxlamanın keçirilməsi müddətinin) tənzimlənməsi ilə bağlı VM-in müvafiq maddələrinə istinad edilməlidir. Belə ki, vergi yoxlamalarının keçirilmə müddəti kameral və səyyar vergi yoxlamalarına münasibətdə müvafiq olaraq VM-in 37 və 38-ci maddələri ilə müəyyən edilir. VM-in 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən VM-in 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Göründüyü kimi, mənfəət vergisinə münasibətdə kameral vergi yoxlamasının keçirildiyi (davam etdiyi) müddət VM ilə 60 iş günü olaraq müəyyən edilmişdir.
26. Məhkəmə mübahisənin həlli üçün tətbiq olunan maddi hüquq norması kimi VM-in kameral vergi yoxlamasının keçirilmə müddətini müəyyən edən 37.2-ci maddəsini tətbiq etməli idi. Həmçinin birinci instansiya məhkəməsinin qərarında (səh.11) qeyd edilən, apellyasiya məhkəməsinin qərarında isə təsdiq edilən (səh.17) “maddi hüquq normalarını düzgün tətbiq etdiyindən, onun formal tələblərə əməl etməməsi qərarın ləğvi üçün əsas ola bilməz” yanaşması isə qanunun və vergi ödəyicisinin hüquqlarının kobud surətdə pozulmasıdır. Belə ki, məhkəmə qanunverici orqanın VM-də təsbit etdiyi müddətlərin sadəcə olaraq formal tələb olduğu, vergi orqanının istədiyi zaman onları pozmaqla qərarlar çıxarmaq və vergi ödəyiciləri üçün öhdəliklər yaratmaq hüququna sahib olduğu qənaətinə gəlmişdir. Halbuki həmin müddətlərin ötürülməsi vergi orqanının yoxlama keçirmək və məsuliyyətə cəlb etmək hüququna xitam verməklə yanaşı, vergi ödəyicisinin də müvafiq vəzifələrinə xitam verir. Başqa sözlə, VM-də müəyyən edilmiş müddətlər hər hansısa “formal” tələb yox, öz hüquqi təbiətinə görə Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli qərarında anlayışını verdiyi kimi kəsici müddətə bərabərdir. Belə ki, kəsici müddət dedikdə, şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Göründüyü kimi, vergi orqanı qanunun müəyyən etdiyi müddət ərzində - yəni 60 iş günü ərzində hərəkətsiz qalmaqla yoxlama keçirmək hüququnu itirmişdir. Beləliklə, vergi orqanları öz funksiyasını icra edərkən məhkəmənin qeyd etdiyi kimi nəinki hansısa “formal tələbləri” pozmuş, eləcə də VM-də nəzərdə tutulan və onun yoxlama keçirmək hüququna xitam verən müddəti ötürməklə, birbaşa maddi hüquq normalarının tələblərini pozaraq vergi ödəyicisi üçün qanunsuz olaraq arzuolunmaz əlavə öhdəliklərin yaranmasına səbəb olmuşdur. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə HPBS-nin iştirakçıları üzrə əvvəlki dövrlərdə vergi orqanı tərəfindən keçirilən yoxlamalar zamanı VMin müvafiq maddələrinə istinad edilməsi ilə bağlı çıxarışlar (##.##.2014-cü il tarixli **************** nömrəli Qərar) təqdim edilmişdir. Halbuki məhkəmə öz qərarında onlara münasibət bildirməmişdir. Əvvəlki dövrlərə aid təqdim edilmiş qərardan da görünür ki, vergi orqanı ödəyicidə həyata keçirdiyi vergi yoxlaması zamanı VM-in 23 və 38-ci maddələrinə istinad edərək yoxlama müddətini 30 iş günü uzatmışdır. Əgər vergi orqanının hazırda iddia etdiyi kimi 60 ay ərzində yoxlamanı keçirmək hüququ var idisə, hansı səbəbdən 60 iş günündən sonra yoxlamanın müddətini uzatmağa ehtiyac duyurdu?!Həmin aktlardan da göründüyü kimi, vergi orqanı özü də indiyə kimi keçirilən yoxlamalarda VM-də yoxlama müddətlərini tənzimləyən müvafiq maddələrə istinad etməklə yoxlamalarını həmin müddətlər əsasında həyata keçirmişdir.
27. Bundan əlavə, işə apellyasiya instansiyasında baxılması zamanı ## ####### 2024cü il tarixində şirkətdə səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanı yeni qərar qəbul etmişdir. Sözügedən qərarda vergi orqanı indiyədək keçirilmiş məhkəmə baxışlarında səsləndirdiyi mövqeyinin ziddinə olaraq VM-in 38-ci maddəsinə istinad etmiş və qərarının 3cü bəndində yoxlama müddətini VM-in tələblərinə əsasən 30 iş günü müəyyən etmişdir. Göründüyü kimi, əgər vergi orqanının birinci yoxlamanın keçirilməsi zamanı mövqeyi düzgün idisə, hansı səbəbdən yeni yoxlama zamanı yanaşmasını dəyişmiş və əvvəlki periodlarda olan yoxlamalardakı kimi yenidən VM-ə istinad etməklə yoxlamanın keçirilməsi üçün Məcəllədə nəzərdə tutulmuş müddətlərə istinad etmişdir?! VM ilə müəyyən edilən həmin prosedur normaları mübahisə edilən vergi yoxlaması zamanı pozulmuş və əsassız olaraq əlavə vergi hesablanmasına gətirib çıxarmışdır. Odur ki, 31 oktyabr tarixli yoxlama qərarında VM-in qeyd olunan normalarına istinad olunması vergi orqanının HPBS tərəflərinin vergi yoxlamalarına VM-in prosedur məsələlərini tənzimləyən müvafiq maddələrin tətbiq edilməli olduğu və MGBİ Qərarının qəbul olunması zamanı pozuntulara yol verildiyinin etiraf edilməsi kimi başa düşülməlidir. Bundan əlavə, şirkətin Sazişdə iştirak üçün yaradıldığı və ondan çıxdıqdan sonra səyyar yoxlama ilə əhatə olunan dövrdə başqa aktiv biznes əməliyyatlarının olmamasını və yeganə əsas əməliyyatın, yəni iştirak payının satışının, artıq kameral yoxlamada araşdırıldığını nəzərə alaraq bu nəticəyə gələ bilərik ki, vergi orqanının kameral yoxlamada artıq yoxlanılmış məsələ üzrə yenidən səyyar yoxlama aparması üçün (özü də məhkəmə baxışı gedə-gedə) məntiqi əsas yoxdur. Bu addımı atmaq üçün yeganə səbəb vergi orqanının MGBİ Qərarının qəbul edilməsi zamanı yol verilmiş pozuntuları özünün də başa düşməsi və məhkəmə tərəfindən hazırkı qərarın ləğv edilməsi riskinin olmasını anlamasıdır. Bu səbəbdən də məhkəmə baxışı bitənədək yoxlama müddətini keçirtməmək üçün vergi orqanı yenidən həmin dövr üçün yoxlama başlamaq qərarı vermişdir. Sözügedən qərar və yuxarıda qeyd edilən arqumentlər ## ###### 2024-cü ildə baş tutan məhkəmə iclası zamanı məhkəməyə təqdim edilsə də, məhkəmə nəinki göstərilən məqamlara diqqət yetirməmiş, eləcə də öz qərarında, ümumiyyətlə, bu məsələyə münasibət bildirməmişdir. Halbuki bu fakt özlüyündə iddiaçının mövqeyinin haqlılığını birbaşa sübut edən məqam idi və işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edirdi. Odur ki, hesab edirik ki, məhkəmə sözügedən mübahisənin həlli üçün VM-in 85.4-cü maddəsinə istinad etməklə maddi hüquq normasını səhv tətbiq etmiş, eləcə də vergi yoxlamalarının keçirilməsi üçün VM-də müəyyən edilmiş müddətlərin tələblərinə riayət edilməməsini sadəcə olaraq formal pozuntu hesab etmiş, vergi orqanın məhkəmə baxışı davam etdiyi müddətdə məhz iddiaçının da haqlı olaraq iddia etdiyi mövqeyə uyğun olaraq VM-in maddələrinə istinad etməklə yenidən vergi yoxlaması keçirməsi haqqında qərar qəbul etməsi faktını isə qiymətləndirməmiş və öz qərarında bu məqama münasibət bildirməmişdir. Halbuki həmin müddətlərin ötürülməsi vergi orqanlarının yoxlama keçirmək hüququnun, vergi ödəyicisinin isə müqabil vəzifəsinin xitamı üçün əsas idi. Vergi orqanın iddiaçının da arqumentinə uyğun formada VM-ə istinad etməklə yeni yoxlamaya başlaması faktı isə iddiaçının mövqeyinin düzgün olmasını sübut edən və məhkəmə tərəfindən iddianın təmin edilməsi üçün önəmli məqam idi. b. Kassasiya şikayətinə qarşı etirazın və etiraza əlavənin dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz iddia ərizəsinə etiraz uyğun əsaslandırılmış, kassasiya şikayətinə əlavədə qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən əvvəlki illərdə çəkilmiş neft-qaz xərcləri müvafiq olaraq əvvəlki illərin mənfəət vergisi bəyannamələrində xərclərə aid edilmiş, iştirak payının təqdim edilməsi zamanı həmin xərclər yenidən çıxılmalara aid edilərək mənfəət vergisi hesablanmamışdır. Halbuki vergi ödəyicisi yalnız iştirak payının təqdim etdiyi ilin əvvəlindən iştirak payını təqdim edildiyi tarixədək çəkilmiş xərcləri və əvvəlki illərdə çəkilmiş lakin xərclərə aid edilməmiş xərcləri çıxılmalara aid edə bilərdi. Belə ki, vergi ödəyicisi tərəfindən əvvəllər gəlirin əldə edilməsi ilə bağlı xərcə aid edilmiş məsrəflərin yenidən (müvafiq işdə payların satılması ilə bağlı xərcə aid edilmə) gəlirlə bağlı xərclərə aid edilməsi eyni xərclərin ümumi gəlirlərdə iki dəfə nəzərə alınmasına gətirib çıxardır. Qeyd edilən halı misal üzərindən göstərsək onda belə olardı ki, vergi ödəyicisi şərti olaraq 100 manat sərmayə qoyur 110 manat gəlir əldə edir və 10 manatdan vergi ödənişlərini həyata keçirir. Göründüyü kimi, 100 manat qoyduğu sərmayəni də geri götürmüş olur. Daha sonra həmin sərmayə üzrə əldə etdiyi payı 10 manata satır və bu zaman xərc kimi yenidən 100 manat göstərməklə zərərə çıxdığını göstərir. Yəni ümumilikdə 120 manat gəlir əldə etdiyi və faktiki 100 manat xərc çəkdiyi halda 200 manat xərc etdiyini bəyan edir ki, bu nə sazişin tələblərinə, nə riyazi hesablamalara, nə də iqtisadi tərəfdən qəbul edilə bilməz. Digər tərəfdən, ##.##.1998-ci il tarixdə bağlanmış “Kürsəngi və “X22 daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X8 haqqında Saziş”in 15.9-cu maddəsində Neft-Qaz əməliyyatları ilə bağlı ödənilmiş məsrəflərin HPBS-də iştirak payının X23 X2 gəlirlərdən mənfəət vergisi hesablanması məqsədləri üçün çıxılan məsrəflər kimi nəzərə alınmaması ilə bağlı heç bir tələb qeyd edilməmişdir. Sazişin 15.9 (a) bəndinə əsasən iştirak payı təqdim edilərkən xalis gəlir ümumi gəlir, hüquq və öhdəliklərin ötürülməsinin qüvvəyə mindiyi tarixə kumulyativ neft-X20 tərəfin iştirak payının hissəsi, podratçı tərəfin həyata keçirdiyi və bu sazişə əsasən neft-X24 aid olmayan sərmayələrin (kumulyativ məsrəflər) qalıq dəyəri və hüquq və öhdəliklərin bu cür verilməsi zamanı çəkilən məsrəflər arasındakı fərqdir və xalis gəlirə sazişdə nəzərdə tutulmuş 32% dərəcə tədbiq edilməklə mənfəət vergisi hesablanır. Eyni zamanda sazişin 15.9 (a)(ii) bəndinə əsasən məsrəfləri ödənilməyən hər hansı sərmayə kumulyativ məsrəflər hesab edilir. Həmçinin sazişə əsasən iştirak payının təqdim edilməsi zamanı mənfəət vergisi üzrə vergitutma obyekti aşağıdakı kimi müəyyənləşdirilir: Xalis gəlir və aşağıdakı çıxılmalar arasındakı fərq: - Hüquq və öhdəliklərin ötürülməsinin qüvvəyə mindiyi tarixə çəkilmiş kumulyativ neft qaz məsrəfləri - Hüquq və öhdəliklərini başqasına verən podratçı tərəfin həyata keçirdiyi və bu sazişə əsasən X11 məsrəflərinə aid olmayan sərmayələrin (kumulyativ məsrəflər) qalıq dəyər - Hüquq və öhdəliklərin bu cür verilməsi zamanı çəkilən məsrəflər. Göründüyü kimi, sazişdə çıxılmalara kumulyativ məsrəflər aid edilir ki, həmin kumulyativ məsrəflərə də məsrəfləri ödənilməyən hər hansı sərmayə nəzərdə tutulur. Mübahisələndirilən məsələ ilə bağlı bildiririk ki, məsrəfləri ödənilən xərclər yenidən xərcə aid edildiyindən vergi orqanı həmin məsrəfləri yenidən xərc kimi tanımamışdır. Əlavə olaraq, vergi orqanlarına təqdim edilən xüsusi rejimli müəssisələrin mənfəət vergisi bəyannaməsində hesabat dövründə iştirak payının satış məlumatı bölməsində qeyd edilən əməliyyatların göstərilməli olması müəyyən edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən təqdim edilən bəyannamədə həmin məlumatlar əks etdirilməmişdir. Həmin bölmənin özündə də birbaşa məsrəfləri ödənilməyən kumulyativ xərclərin pay satışı zamanı nəzərə alınmalı olması öz əksini tapmışdır. Başqa sözlə sazişin tətbiqi bütün dövrlər üzrə eyni olmuşdur.
TƏTBİQ EDİLƏN HÜQUQ
29. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 2.4. Aşağıdakılar istisna olunmaqla, vergi qanunvericiliyindən başqa digər qanunvericilik aktlarına vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilməz: ... 2.4.6. X8 haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda nəzərdə tutulan müddəalar. Maddə 2.5. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. Maddə 2.7. Bu Məcəllə qüvvəyə minənədək və ya o, qüvvəyə mindikdən sonra qanunla təsdiq olunmuş X8 haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda bu Məcəllədə və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir.
30. “Azərbaycan Respublikasında Kürsəngi və X22 daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X8 haqqında Saziş”: Maddə 15.1 (a) Bu Saziş üzrə Podratçının öhdəlikləri şərti kimi, Mənfəət vergisinə dair bu 15-ci Maddədə göstərilən öhdəlik istisna edilməklə, X31 Fəaliyyəti ilə əlaqədar meydana çıxan və ya ona bilavasitə, yaxud dolayısı ilə aid olan hər hansı xarakterli heç bir Vergi tutulmur. (v) “X16" - bu Saziş imzalanan vaxt Azərbaycan Respublikasında tətbiq edilən və bu Sazişin müddəti ərzində qüvvədə qalan otuz iki (32) faiz X16 deməkdir. Maddə 15.2. (a) X3 bu Saziş imzalanan vaxt Azərbaycan Respublikasında ümumiyyətlə tətbiq olunan və qüvvədə olan ## ###### 1996-cı il tarixli Müəssisə və X25 haqqında qanuna müvafiq surətdə, bu Sazişin müddəalarından irəli gələn dəyişikliklər nəzərə alınmaqla öz X34 Vergisi üçün ayrıca məs’uliyyət daşıyır (“Mənfəət Vergisi”). Azərbaycan Respublikasının daxili qanunvericiliyi ilə bu Saziş arasında hər hansı ziddiyət yarandıqda, Sazişin müddəaları üstün tutulur. X3 özünün Azərbaycan Respublikasında Karbohidrogen Fəaliyyətinə aid olmayan təsərrüfat fəaliyyətinə görə Azərbaycan Respublikasında tətbiq edilən qanunlara və reqlamentlərə uyğun şəkildə Mənfəət Vergisi ödəmək üçün məs’uliyyət daşıyır. Maddə 15.9. İştirak payının verilməsi ilə X10 Hər hansı Podratçı Tərəfin iştirak payının bütünlükdə, yaxud onun bir hissəsinin Üçüncü tərəfə Satılması, yaxud daimi hüquq və öhdəliklərin verilməsindən alınan Xalis Gəlirlə bağlı hər hansı iştirak payının verilməsi ilə alınan mənfəətdən vergi faizi aşağıdakılar əsasında müəyyən edilir və ödənilir: (a) Bu 15.9 Maddəsinə münasibətdə aşağıdakı anlayışların mənası aşağıdakı kimidir: (i) “Ümumi Gəlir” öz hüquqlarının başqasına verən Podratçı Tərəfin bu Sazişə uyğun olaraq İştirak Payının hər hansı bir hissəsinin başqasına verilməsi üçün aldığı ümumi haqq deməkdir. (ii) “Qalıq Dəyər” bu Sazişə əsasən Məsrəfləri Ödənilməyən hər hansı sərmayənin (kumulyativ məsrəflər) amortizasiya edilməmiş balansı deməkdir. (iii) “Xalis Gəlir” Ümumi Gəlir və aşağıdakılardan ibarət olan Vergi çıxılmalarının ümumi məbləği arasındakı fərq deməkdir: (aa) hüquq və öhdəliklərin ötürülməsinin qüvvəyə mindiyi tarixə çəkilmiş kumulyativ Neft-X20 Tərəfin İştirak Payının hissəsi, (bb) hüquq və öhdəliklərini başqasına verən Podratçı Tərəfin həyata keçirdiyi və bu Sazişə əsasən Neft-X24 aid olmayan sərmayələrin (kumulyativ məsrəflər) Qalıq dəyəri; (cc) hüquq və öhdəliklərin bu cür verilməsi zamanı çəkilən məsrəflər. (b) Hüquq və öhdəliklərin ötürülməsindən alınan əldə olunan Xalis Gəlirə 15.1 (c) (v) bəndində müəyyən olunan X16 tətbiq tətbiq edilir. Ümumi Gəlir əldə edilərkən hüquq və öhdəlikləri verən X7 Gəliri hesablayır və yuxanda göstərilən Vergi Dərəcəsini ona tətbiq edir. (c) 15.9 (a) (iii) (aa) bəndində göstərilən məbləğlər Əməliyyat Şirkətinin qanuni fəaliyyat göstərən auditoru tərəfindən təsdiq edilir, 15.9(a)(iii)(bb) bəndlərində göstərilən məbləğlər isə məsrəfləri çəkən Podratçı Tərəfin və ya Podratçı Tərəfin Ortaq şirkətinin qanuni fəaliyyət göstərən auditoru tərəfindən edilir.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
36. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
37. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ## ###### 2023-cü il tarixli, **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir.
38. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iştirak payının verilməsi ilə bağlı Ümumi Gəlir 6481000 ABŞ dolları, yığılmış Neft-Qaz məsrəflərinə aid edilməmiş xərclər 284000.00 ABŞ dolları təşkil etmişdir. Bu rəqəmlər tərəflər arasında mübahisə doğurmur. İşin mübahisəli halı isə kumulyativ Neft-X20 Tərəfin İştirak Payının hissəsi ilə bağlı olmuşdur. İddiaçı Filial tərəfindən ## ###### 2021-ci il tarixində bəyannamə (xüsusi məqsədli hesabat) təqdim edilərək, ## ###### 2021-ci il tarixində Filiala məxsus payların təqdim edilməsindən zərər göstərilərək ödənilməli mənfəət vergisi olmadığı qeyd olunmuşdur. Həmçinin Filial tərəfindən təqdim edilmiş bəyannamədə gəlirdən çıxılmalara sazişin bağlandığı tarixdən (## ###### 1998-ci il) ## ###### 2021-ci il tarixinədək yığılmış neft-qaz xərclərində şirkətin payı cəmi 385964,0 min ABŞ dolları, yığılmış və neft-qaz xərclərinə aid edilməmiş xərclərdə iştirak payı üzrə 284,0 min ABŞ dolları qeyd olunaraq, 379767,0 min ABŞ dolları zərər göstərilmişdir
39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddiaçı tərəfindən əvvəlki illərdə çəkilmiş neft-qaz xərcləri müvafiq olaraq əvvəlki illərin mənfəət vergisi bəyannamələrində xərclərə aid edildiyindən, iştirak payının təqdim edilməsi ilə bağlı təqdim edilən mənfəət vergisi bəyannaməsində həmin xərclərin yenidən çıxılmalara aid edilməsi eyni xərclərin təkrar xərclərə aid edilməsinə gətirib çıxarır. Buna görə də nə qədər ki, həmin xərclər artıq bəyan olunmuşdur, iddiaçı yalnız iştirak payını təqdim etdiyi ilin əvvəlindən iştirak payını təqdim edildiyi tarixədək çəkilmiş xərcləri və əvvəlki illərdə çəkilmiş, lakin xərclərə aid edilməmiş xərclərin qalıq dəyərini çıxılmalara aid etmək hüququna malikdir.
40. Qeyd olunmalıdır ki, hazırkı qərarın hüquqi əsaslandırma hissəsində qeyd olunmuş “Azərbaycan Respublikasında Kürsəngi və X22 daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X8 haqqında Saziş”in 15.9-cu bəndinin məzmunundan aydın olur ki, iştirak payının təqdim edilməsi zamanı ödənilməli mənfəət vergisinin müəyyən edilməsi üçün iştirak payının satışından əldə olunan gəlirdən "kumulyativ məsrəflər" çıxılır.
41. Məhz iddiaçı "kumulyativ məsrəf" anlayışına istinadən fəaliyyəti boyu çəkilmiş bütün xərcləri (əvvəllər kompensasiya edilib-edilməməsindən asılı olmayaraq) nəzərə almış və ##.##.2021-ci il tarixində təqdim etdiyi "mənfəət vergisi bəyannaməsi üzrə xüsusi məqsədli hesabat"da ##.##.2021-ci il tarixində şirkətə məxsus iştirak payının təqdim edilməsindən 379.767,0 min ABŞ dolları məbləğində zərər göstərərək ödənilməli əlavə mənfəət vergisinin olmadığını bildirmişdir.
42. Məhkəmə kollegiyası cavabdehin etirazın dəlillərini əsaslı hesab bildirir ki, adıçəkilən sazişin 15.9-cu bəndinin məzmunu baxımından "kumulyativ məsrəf" dedikdə yalnız kompensasiya edilməmiş sərmayələr başa düşülməlidir.
43. Bundan başqa, adıçəkilən sazişin 15.2. (o) maddəsində də göstərilmişdir ki, hər hansı Podratçı Tərəf özünün Sazişdə iştirak payını tamamilə və ya qismən başqasına verdiyi halda onun müvəkkili əgər cari Təqvim ili üçün X4 varsa, həmin zərərin hamısına və ya iştirak payını qismən verdikdə X4 proporsional hissəsinə həmin Təqvim ili üçün çıxılmalar kimi baxa bilməsini iştirak payını verən Podratçı Tərəfin həll etmək ixtiyarı var.
44. Göründüyü kimi, Saziş yalnız zərər olduğu halda onun təqvim ili üçün çıxılmalar kimi nəzərdə tutulmasını müəyyən etmişdir. Buna görə də iddiaçı ##.##.1998-ci il tarixindən (başlanğıc) ##.##.2021-ci il tarixinədək olan bütün, yəni həmin ödənilmiş, həm də ödənilməmiş məsrəfləri xərcə aid etməkdə haqlı olmamışdır.
45. Cavabdeh etirazında haqlı olaraq bildirmişdir ki, vergi ödəyicisi tərəfindən əvvəlki illərdə çəkilmiş neft-qaz xərcləri müvafiq olaraq əvvəlki illərin mənfəət vergisi bəyannamələrində xərclərə aid edilmiş, iştirak payının təqdim edilməsi zamanı həmin xərclər yenidən çıxılmalara aid edilərək mənfəət vergisi hesablanmamışdır. Halbuki, vergi ödəyicisi yalnız iştirak payının təqdim etdiyi ilin əvvəlindən iştirak payını təqdim edildiyi tarixədək çəkilmiş xərcləri və əvvəlki illərdə çəkilmiş lakin xərclərə aid edilməmiş xərcləri çıxılmalara aid edə bilərdi.
46. Göründüyü kimi, vergi ödəyicisi tərəfindən əvvəllər gəlirin əldə edilməsi ilə bağlı xərcə aid edilmiş məsrəflərin yenidən (müvafiq işdə payların satılması ilə bağlı xərcə aid edilmə) gəlirlə bağlı xərclərə aid edilməsi eyni xərclərin ümumi gəlirlərdə iki dəfə nəzərə alınmasına gətirib çıxarır.
47. Bundan başqa, kameral vergi yoxlamasının keçirilməsi ilə bağlı müddətə əməl etməməsi məsələsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bildirmişdir ki, Saziş qəbul edildiyi dövrdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi qüvvəyə minməmiş, həmin dövrdə “Müəssisələrin və X25 haqqında” 1996-cı il ## ###### tarixli Qanun qüvvədə olmuşdur. Lakin nə həmin Qanunda, nə də Sazişdə kameral vergi yoxlamasının keçirilməsi ilə bağlı hər hansı bir müddət müəyyən edilməmişdir.
48. Məhkəmə kollegiyası bir daha diqqətə çatdırır ki, tərəflər arasında vergi ilə bağlı qaydaların müəyyən edilməsi “Azərbaycan Respublikasında Kürsəngi və X22 daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X8 haqqında Saziş”inə əsasən aparılmalıdır.
49. Bu Sazişin 15.3 (d) (ii) bəndinə əsasən, “Vergi orqanı hər bir Podratçı tərəfin hər Təqvim ili üçün mənfəət vergisinə dair bəyannamələrini yoxlamaq səlahiyyətinə malikdir. Yoxlama bitdikdən sonra Vergi orqanı təklif olunan hər hansı düzəlişi Podratçı tərəf ilə müzakirə edir və lazım gələrsə mənfəət vergisi çərçivəsində əlavə ödəniləsi məbləğ haqqında bildiriş məktubu və ya artıq ödənilmiş məbləğlərin qaytarılması haqqında bildiriş məktubu verir”.
50. Bununla yanaşı Sazişin 15.3 (d) (i) maddəsində “Təqvim ili üçün mənfəət vergisinə dair bəyannamə təqdim edilməsi və mənfəət vergisinin müvafiq şəkildə ödənilməsi həmin Təqvim ili üçün mənfəət vergisi haqqında bəyannamənin verildiyi tarixdən altmış (60) ay keçəndən sonra həmin təqvim ili üçün mənfəət vergisinə dair bütün öhdəliklərin tam və qəti nizama salınması hesab edildiyi” müəyyən olunub.
51. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.