Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1933/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ünvanlı sosial yardımın təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 02.11.2021 Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 iyun tarixli, 21(103)-798/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona ünvanlı sosial yardımın təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh 2020-ci il 26 fevral tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın səbəbi müraciətdə ailə tərkibinin düzgün göstərilməməsi kimi qeyd olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2020-ci il 27 aprel tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması nı xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı «Ünvanlı sosial yardım haqqında» Qanunun 3-cü maddəsinə əsaslanaraq ailəsinə ünvanlı sosial yardım verilməsi üçün “VEMTAS” sistemi vasitəsilə 2020-ci il 26 fevral tarixli, **********23603 nömrə ilə hazırkı cavabdehə müraciət etmişdir. Lakin ona cavabdehin “VEMTAS” sistemi tərəfindən ünvanlı sosial yardımın alınmasından imtina barədə 17dd04e3fb53444496fa9957784a8575 (imtina məktubu əlavə edilir) nömrəli bildiriş ünvanlanmışdır. Bildirişdə heç bir qanunun normasına əsaslanmadan guya ailə tərkibinin düzgün göstərilməməsi səbəbindən sosial yardım təyin edilməsindən imtina edilmişdir. O, icra nümayəndəliyindən yaşayış yerinə dair arayış almışdır. Arayışda onun ailə tərkibi özü və iki övladı (X2, X3) qeyd olunmuşdur. Onun ailəsi bu şəxslərdən ibarətdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının 2020-ci il 26 fevral tarixli müraciətinə əsasən onun maddiməişət şəraiti müayinə olunarkən, “ərizə-bəyannamə”də iddiaçının ailə üzvü kimi qızı və oğlunun adı göstərildiyi halda, müayinə zamanı həmin ünvanda onunla nikahına xitam verilmiş həyat yoldaşının yaşadığı müəyyən olunmuş və müayinə ilə bağlı akt tərtib olunaraq VEMTAS-a ötürülmüşdür. VEMTAS “ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yar dımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirən zaman həmin aktla “ərizə-bəyannamə”də qeyd edilmiş məlumatlar arasında uyğunsuzluq aşkar etdiyindən iddiaçıya imtina məktubu göndərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.3-cü maddəsinə əsasən müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş şöbənin ünvanlı sosial yardım üzrə işçisinə ailən in maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 13 oktyabr tarixli, 2-1(112)-4219/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericilikdə (müvafiq qaydalarda) ünvanlı sosial yardımın alınmasından imtina ə sasları kimi müəyyən edilmiş, o cümlədən “Ünvanlı Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 3.7-ci bəndinə göstərilən halların iddiaçıya münasibətdə mövcud olmasına dair nə məhkəmə icraatında, nə də iddiaçının müraciəti üzrə inzibati icraat çərçivəsində tutarlı sübut təqdim edilməmiş və dəlil gətirilməmişdir. İmtinaya səbəb kimi təqdim olunan xüsusata gəldikdə isə, məhkəmə bu mövqe ilə razılaşmamışdır. Çünki, iddiaçının ailə tərkibinə əvvəllər onunla nikahda olmuş şəxs, hətta yaşayış yerinə baxış keçirilərkən müvafiq ünvanda olması (təsadüfi və ya digər hal olaraq) müəyyən edilsə də, daxil edilə bilməz. Onun aidiyyəti vəzifəli şəxslər tərəfindən keçirilən müayinəyə dair akta əsasən müvafiq ünvanda olması a yrı-ayrı səbəblərlə (uşaqlarla görüş və s.) bağlı ola bilər. Belə olan halda, məhkəmə imtinanı qanuni saymamış və hesab etmişdir ki, bu imtina həm də iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 iyun tarixli, 2-1(103)-798/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı 2020-ci il 13 oktyabr tarixli dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın l əğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımı o halda almaq hüququna malikdirlər ki, onların orta aylıq gəlirləri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olsun. İddiaçı Vahid Elektron Müraciət və X4 (VEMTAS) müraciət edərkən, 8 səbəbdən hər hansı birinin mövcudluğu barəsində sənəd təqdim etməmişdir. İddiaçı tərəfindən doldurulmuş “ərizə-bəyannamə”də qeyd edilm iş məlumatlarla VEMTAS-dakı məlumatlar qarşılaşdırılarkən iddiaçının ailəsinin maddi-məişət şəraitinin müayinəsi zərurəti yaranmış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağsu rayon şöbəsi tərəfindən ailəsinin maddi-məişət şəraitinin müayinəsi üçün ailənin yaşayış yerində aparılmış müayinə zamanı həmin ünvanda onunla nikahına xitam verilmiş həyat yoldaşının yaşadığı müəyyən olunmuş və müayinə ilə bağlı akt tərtib olunaraq VEMTAS-a ötürülmüşdür. kassasiya şikayətinə etirazın dəlilləri
13. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 3.7-ci maddəsində göstərilən ha lların iddiaçıya münasibətdə olmamasına dair cavabdeh tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdehin vəkili (nümayəndəsi) məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
15. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun: Maddə 1. 0.2. ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər; Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 17. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 №-li Qərarı ilə təsdiq edilmişdir), (2020-ci il 7 noyabr tarixədək qüvvədə olan redaksiyada): 3.1. Sosial yardımın a lınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3. Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Mərkəzin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4. Mərkəzin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram tə minatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq a şkar olunduqda;...
18. İPM: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğ u gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətid ir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
22. Cavabdehin imtinasının və şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən doldurulmuş “ərizə-bəyannamə”də qeyd edilmiş məlumatlarla VEMTASdakı məlumatlar qarşılaşdırılarkən iddiaçının ailəsinin maddi-məişət şəraitinin müayinəsi zərur əti yaranmış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağsu rayon şöbəsi tərəfindən ailəsinin maddi-məişət şəraitinin müayinəsi üçün ailənin yaşayış yerində aparılmış müayinə zamanı həmin ünvanda onunla nikahına xitam verilmiş həyat yoldaşının yaşadığı müəyyən olunmuş və müayinə ilə bağlı akt tərtib olunaraq VEMTAS-a ötürülmüşdür.
23. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 14.3-cü maddəsinin tələbindən göründüyü kimi, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
24. Hazırkı halda, iddiaçıya dair məlumatlardakı uyğunsuzluğun mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. İşdə olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X1 arasında olan nikah 2019-cu il 4 sentyabr tarixdə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında qeyd edilməklə ləğv edilmişdir. Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə İcra nümayəndəliyindən yaşayış yerinə dair verilmiş arayışda İddiaçı ailə tərkibi özü və iki övladı (X2, X3) qeyd olunmuşdur.
25. Cavabdehin istinad etdiyi “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə” 2020-ci il 25 mart tarixli akta gəldikdə, həmin aktın “ailəni təmsil edən şəxslə qohumluq dərəcəsi” sütununda X1 iddiaçının həyat yoldaşı kimi qeyd olunmuşdur. Halbuki, həmin şəxslər arasındakı nikah 2019-cu 4 sentya br tarixdə akt qeydləri kitabında qeyd edilməklə ləğv edilmişdir.
26. Həmin şəxslərin məhz “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun məqsədləri üçün vahid ailə kimi birgə yaşamalarını və ümumi ev təsərrüfatı apardıqlarını cavabdeh sübut edə bilməmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 iyun tarixli, 21(103)-798/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.