Məhkəmə qərarları › İş №2-1(102)-1933/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1933/2022

01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1933/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tutulmuş pensiyanın geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı X1 (təvəllüd: xx.xx.1966; DYİ 00*****) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli yi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qanunsuz olaraq tutulmuş pensiya məbləğinin geri qaytarılması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2022-ci il tarixli, 2-1(103)-1332/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Ukrayna Respublikasının vətəndaşıdır. 5 avqust 1983-cü il tarixdən 5 avqust 1992-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində, 5 avqust 1992-ci il tarixdən 30 dekabr 2004-cü il tarixədək Ukrayna Respublikasının Silahlı Qüvvələrində, ümumilikdə, 21 il 4 ay 25 gün həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2013-cü il tarixdə Azərba ycan Respublikasında məskunlaşdığından ona Ukrayna Respublikası tərəfindən ödənilən pensiya dayandırılmışdır.

2. İddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciətinə əsasən verilmiş məlumat vərəqi əsasında cavabdeh tərəfindən ona xx.xx.2013-cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçıya etibarlılıq müddəti - xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixə, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixə, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək olan müvəqqəti yaşama icazəsi və etibarlılıq müddəti xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək isə daimi yaşamaq üçün icazə verilmişdir.

4. Cavabdeh iddiaçıya 21 fevral 2019-cu il tarixli, **********0 məktub ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən idarədə aparılan yoxlama nəticəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinin tələbinin pozulması ilə bağlı Azərbaycan Respublikasında müvəqqəti yaşayan əcnəbilərə verilmiş pensiya məbləğinin dayandırılması və artıq ödənilmiş məbləğlərin geri alınması idarəyə tapşırılmış və iddiaçının xx.xx.2013 - xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası ərazisində daimi yaşamaq hüququ olmadan aldığı 12783,83 manat məbləğində artıq ödəmə xx.xx.2018-ci il tarixdən hər ay pensiyasından 91,97 manat çıxılmaqla tutulur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaç ı cavabdehə qarşı iddia ərizəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin ona ömürlük təyin olunmuş pensiya təminatından məhkəmənin müvafiq qərarı olmadan hər ay özbaşına pul vəsaitinin tutulması ilə nəticələnən hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılması, cavabdehin üzərinə ona təyin olunmuş əmək pensiyasından 2018-ci ilin iyun ayından 2020-ci ilin avqust ayı daxil olmaqla müddətdə qeyri-qanuni tutulmuş 2483 manat 19 qəpik və 2020-ci ilin sentyabr ayından başlayaraq məhkəmə qərarının qanuni qüvvəyə mindiyi günədək keçən hər aya görə əlavə 91 (doxsan bir) manat 97 qəpik məbləğlərində pul vəsaitlərinin, 78 manat məbləğində məhkəmə xərclərinin birdəfəlik ödənişlə bank hesabına köçürülməsi vəzifələrinin cavabdehin üzərinə qoy ulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2004-cü ilin dekabr ayından 2012-ci ilin noyabr ayına qədər qulluq stajına görə Ukrayna Müdafiə Nazirliyi xətti ilə X2 ömürlük pensiya ilə təmin olunmuşdur. 2009-cu ildə mənzilini satıb ailəsi ilə birgə Azərbaycana qayıtmış və Siyəzən şəhərində yeni mənzil almış, burada uşaqları orta məktəbi bitirmiş, daha sonra ali təhsil almışlar. Sonra 2013-cü ilin may ayında o, evi də satıb Abşeron rayonunun Masazır qəsəbəsində yeni mənzil almış ora köçmüşlər. Amma yaşadıqları bina yeni tikili olduğundan ünvan 1 ünvanda qeydiyyatdadırlar. Bu faktlar və onun daimi yaşamaq məqsədi ilə Azərbaycana köçməyi ərizəyə əlavə edilən yazılı sübutlarla təsdiqlənir. Ona təyin olunmuş hərbi pensiyanı Azərbaycan R espublikasının Müdafiə Nazirliyinə müraciət etmiş, oradan bildirmişlər ki, bunun üçün onun şəxsi işinin 1-ci nüsxəsini və pensiya işini Nazirliyə göndərilməsini təmin etmək lazımdır. Bu səbəbdən o, Ukraynaya qayıdaraq lazımı bütün proseduraları keçmişdir - oradan qeydiyyatdan çıxmış, daxili pasportunu təhvil vermiş, 2012-ci ilin dekabr ayından daimi yaşamaq üçün ailəsinin yanına Azərbaycan Respublikasına qayıtmışdır. 2013-cü ilin yanvar ayında o, şəxsi və pensiya işi qovluqları olan paketi müşayiət vərəqi ilə birgə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim etmişdir. xx.xx.2013-cü il tarixdə onun Azərbaycan Respublikasında yaşaması rəsmi qeydiyyata alınmışdır. Qanunda göstərilən 10 gündən sonra ona 2013-cü ilin fevral ayından hərbi təqaüd veriləcəyi barədə qərarın qəbul olunması ha qqında qəbz verilmişdir. Cavabdeh tərəfindən onun şəxsən hansı hüquq pozuntusuna yol verdiyinə və hansı qanun normalarını pozduğuna görə ondan pul tutulmasının səbəbi bəlli deyil...”

7. Cavabdeh iddia tələbinə dair məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya Müdafiə Nazirliyindən göndərilmiş məlumat vərəqəsinə əsasən xx.xx.2013-cü il tarixindən etibarən əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün icazə vərəqəsinə əsasən xx.xx.2013-cü il tarixdən etibarən hər il müddəti bir il uzadılmaqla xx.xx.2015-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində yaşamağa müvəqqəti icazə verilmişdir. Ona daimi yaşamaq icazəsi yalnız xx.xx.2015-ci il tarixində verilmişdir və xx.xx.2020-ci ilə qədər etibarlıdır. Azərbaycan Respublikasının əraz isində yaşamaq üçün verilmiş müvəqqəti icazə vəsiqəsində qeyd edilən məlumata əsasən iddiaçı Ukrayna Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında" Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin həmin Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminat hüququ var. İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş pensiya təminatı hüququna malik olmadığı müddətdə ona 12784,21 manat məbləğində əmək pensiyası ödənilmişdir. Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyasının “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hər bi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsi üzrə gəlirlərin və xərclərin icrasına dair auditin nəticələri haqqında" Q-95 nömrəli 6 iyul 2018-ci il tarixli qərarına əsasən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinin tələbinin pozulması halı ilə əlaqədar olaraq artıq ödənilmiş pensiya məbləğlərinin bərpa edilməsi idarənin qarşısında vəzifə olaraq qoyulmuşdur. Bununla əlaqədar olaraq, xx.xx.2018-ci il tarixindən etibarən hər ay iddiaçının pensiyasından 91,97 manat məbləğində pul tutulur.

8. Bakı İnzibati Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2-1(112)-1318/2021 nömrəli qərarı ilə (hakim P.A.Hüseynov) iddia tələbi təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının pensiya aldığı xx.xx.2013-cü il tarixdən xx.xx.2015- ci il tarixədək dövr üçün artıq ödənilmiş pensiya məbləğinin iddiaçıdan tutulması qanunvericiliyin tələblərinə uyğundur. Bu baxımdan iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1790/2021 nömrəli qərarı ilə (hakimlər: C.A.Yusifov - sədrlik edən və məruzəçi, E.E.Nağıyeva və H.Ü.Həmidov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2-1(112)-1318/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi b irinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2-1(102)-159/2022 nömrəli qərarı ilə (hakimlər: Z.M.Quliyev - sədrlik edən və məruzəçi, R.S.Nəbizadə və S.Ə.Kərimov) kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 2021-ci il tarixli, 21(103)-1790/2021 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

15. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə əlverişli inzibati aktın ləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən, o cümlədən də artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin cavabdehdən geri tələb olunması ilə bağlı hallarda, “İnzibati icraat haqqında” Qanunun 67ci maddəsinin, xüsusən 67.5-67.13-ci maddələrinin tələblərinin, şəxsin həmin qanunda təsbit edilmiş etimad hüququnun inzibati orqan tərəfindən nəzərə alınıb-alınmadığını müəyyən etməli və ona qiymət verməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, 67.5ci maddənin tələbinə görə, şəxsin özünün əlverişli hüquqi mövqeyinə olan etimadı qanunla qorunur. Xüsusən birdəfəlik və ya mütəmadi pul ödəmələri və ya əşyanın verilməsi ilə bağlı hallarda, şəxsin eti madının qanunla qorunub-qorunmadığı yuxarıda qeyd edilən maddələrin müddəaları baxımından yoxlanılmalıdır. Məhkəmələr həmin maddədə nəzərdə tutulmuş ilkin şərtlərin ödənilib-ödənilmədiyini tam yoxlamaq səlahiyyətinə malikdir. Bu zaman həm də şəxsin etimad hüququna istinad etməsini istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2022-ci il tarixli, 21(103)-1332/2022 nömrəli qərarı ilə (hakimlər: hakimlər: X.A.Cəmilova -sədrlik edən və məruzəçi, M.N.Tağızadə və A.P.Oruczadə) Bakı İnzibati Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2-1(112)-1318/2021 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilərək iddiaçıya cavabdeh inzibat i orqan tərəfindən ömürlük təyin edilmiş əmək pensiyasından hər ay özbaşına pul vəsaitinin tutulması ilə nəticələnən cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz hesab edilmiş, iddiaçıya təyin olunmuş əmək pensiyasından 2018-ci ilin iyun ayından 2020-ci ilin avqust ayı daxil olmaqla qeyri-qanuni tutulmuş 2483.19 manat, 2020ci ilin sentyabr ayından 2022-ci ilin may ayı da daxil olmaqla qeyri-qanuni tutulmuş 1931,37 manat məbləğində, cəmi 4414,56 manat məbləğində pul vəsaitinin birdəfəlik ödənişlə onun bank hesabına (pensiyanın ödənildiyi hesaba) köçürülməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

17. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya təyin edilmiş pensiya bu barədə onun xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, i nzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi-iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola hüquq normalarını pozaraq faktiki xarakterli hərəkətlər etməklə onun əmək pensiyasından tutulmalar etmiş, bu barədə iddiaçıya xx.xx.2019-cu il tarixli məktubla məlumat verməklə kifayətlənmiş, bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.

18. Cavabdeh həmin qə rardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri:

19. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, məhkəmə işi tam araşdırmamış və düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. Belə ki, iddiaçı Ukrayna Respublikasının vətəndaşıdır. Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş ölkə ərazisində yaşamaq icazəsi xx.xx.2013-xx.xx.2015-ci il tarixləri arasındakı müxtəlif dövrlər ərzində müvəqqəti verilmişdir. Yalnız xx.xx.2015-il tarixdən xx.xx.2020-ci il tarixədək daimi yaşamaq üçün icazə verildiyi əks olunmuşdur. Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında" Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin həmin Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminat hüququ var. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2022-ci il tarixli, 2-1(103)-1332/2022 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək Pensiyaları haqqında” Qanun: Maddə

39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması. 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin ed ən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.... 22. a) “İnzibati icraat haqqında” Qanun: Maddə

1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.... Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya d igər növ hakimiyyət tədbiridir;... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;... Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə

21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qan unda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.... Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasın dan və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.... Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.... Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərba ycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsait lərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mind iyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.... 22. b) 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9 Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidi r. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya q ərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələ b edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

24. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutl arı prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları nəzərə alır.

30. İş materialları ilə müəyyən edilir ki, cavabdeh iddiaçıya 21 fevral 2019-cu il tarixli, **********0 məktub ünvanlayaraq onun Azərbaycan Respublikası ərazisində daimi yaşamaq hüququ olmadan aldığı 12783,83 manat məbləğində artıq ödəmə xx.xx.2018-ci il tarixdən hər ay pensiyasından 91,97 manat çıxılmaqla tutulmasını qeyd etmişdir.

31. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həm in inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludu r. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır 32. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).

33. Bu baxımdan, inzibati icraat qa nununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsiiddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola hüquq normalarını pozaraq faktiki xarakterli hərəkətlər etməklə onun əmək pensiyasından tutulmalar etmiş, bu barədə iddiaçıya sadəcə olaraq, “pensiya məbləğindən tutulma haqqında” məktub ünvanlayaraq məlumat verməklə kifayətlənmiş, bununla da hazırkı qərarın 22-ci bəndində qeyd olunan normaların tələblərini pozmuşdur.

34. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zi dd olardı.

35. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı qərarın “22.b” bəndində qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından cavabdehin hesab etdiyi qanunsuz əlverişli inzibat akt ləğv olunsa belə, həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Ona görə də iddiaçıya pensiyanın təyin edilməsi barədə qərar ləğv olunanadək ödənilmiş pensiyanın məbləğini tələb edilməsi göstərilən maddi hüquq normanın tələblərinə ziddir.

36. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilmə miş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır.

37. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından qanunsuz tutulmuş pensiya məbləği ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

38. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

39. Yuxarıda göstərilənlərə əsas ən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2022-ci il tarixli, 21(103)-1332/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar