Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1933/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2023cü il tarixli, 2-1(103)-68/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür, 60 yaşına xx.xx.1921-ci ildə çatmışdır.
2. İddiaçıya məxsus ИT-İ seriyalı, ******* nömrəli xx.xx.1980-ci il tarixli əmək kitabçasında əksini tapmış məlumatlara əsasən o, xx.xx.1980-ci ildə Sumqayıt Üzvisintez zavoduna avadanlıqların təmiri üzrə əhəng südünün alınması sexinə çilingər qəbul edilib, xx.xx.1980-cı ildə Sovet Ordusu sıralarına çağırıldığına görə işdən azad edilib. xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək Sumqayıt Mexaniki-təmir zavodunda qazan qaynaq sexində qazançı, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək Buzuluk tikinti yolları Tikinti-quraşdırma qatarı N-819-da polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə montajçı, xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək “Kazaxstroymexanizasiya” tresti Mexaniki kolon N-17-də çilingər, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək “Kimyatəmirtikinti quraşdırma Mərkəzi” trestinin TTQİ-1 Sumqayıt superfosfat zavodunda texnoloji avadanlıqların təmiri üzrə usta, xx.xx.1985ci ildən xx.xx.1986-cı ilədək həmin zavodda çilingər-montajçı işləmişdir. xx.xx.1986-cı ildə Metallurgiya zavodlarının təchizatı üzrə 5-ci dərəcə ilə çilingər-m ontajçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1986-cı ildə işdən azad edilmişdir. xx.xx.1986-cı ildə 3 saylı Təmir-Tikinti Quraşdırma Sahəsi “Kuybışev Kimya təmir” tresti 3 saylı sahəyə 5-ci dərəcə ilə texnoloji avadanlıqların təmiri üzrə çilingər-montajçı qəbul edilmiş, xx.xx.1987-ci ildə “Kuybışev Kimya təmir” trestinin Sumqayıt təsərrüfat hesabatlı təmir-tikinti quraşdırma sahəsinə keçirilmişdir. xx.xx.1989-cu ildə 5-ci dərəcə ilə texnoloji avadanlıqların təmiri üzrə çilingər-montajçı vəzifəsinə keçirilmişdir. xx.xx.1989-cu ildə çilingər-quraşdırıcı üzrə 6-cı dərəcə verilmişdir. xx.xx.1993-cü ildə TTQİ5 adı “Servis” MKM-yə dəyişdirilmişdir. xx.xx.1997-ci ildə “Azərmetaltəmirtikinti” İB Bakı İxtisaslaşdırılmış tikinti quraşdırma idarəsinə çilingər-montajçı qəbul edilmişdir. xx.xx.1997-ci ildə işdən azad edilmişdir. xx.xx.1999-cu ildə 328 saylı H/H 5-ci dərəcə ilə 1 saylı sahəyə gəmi gövdəsinə təmirçi vəzifəsinə qəbul edilmişdir. xx.xx.1999-cu ildə işdən azad edilmişdir. xx.xx.2001-ci ildə “Sumqayıt-Elektrik-Dəstləşdirmə” ATSC EHP və m/k sahəsinə q/kəsicisi qəbul edilmişdir. xx.xx.2005-ci ildə “SED” ATSC-dən işdən azad edilmişdir. xx.xx.2005-ci ildə "xxxx" MMC Sumqayıt sahəsinə qaz qaynaqçısı qəbul edilmişdir. xx.xx.2005-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2005-ci ildə "xxxx" MMC Sumqayıt sahəsinə qaz qaynaqçısı qəbul edilmiş, xx.xx.2010-cu il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2013-cü ildə “X1 "xxxx" ASC-yə qaynaqçı peşəsinə işə qəbul edilmiş, xx.xx.2014-cü ildə işdən azad edilmişdir. xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası "xxxx" MMC İst ehsalat sexinə qaz kəsicisi peşəsi üzrə işə qəbul edilmiş, xx.xx.2016-cı ildə işdən azad edilmişdir. xx.xx.2016-cı ildə "xxxx" MMC “Sokar Karbonit” zavodunda çənlərin quraşdırılması sahəsində quraşdırıcı çilingər peşəsinə qəbul edilmiş, xx.xx.2017-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2017-ci ildə Sumqayıt Poladkonstruksiya Quraşdırma ASC-də metal konstruksiyaların montajı üzrə quraşdırıcı işinə qəbul edilmiş, xx.xx.2018-ci ildə işdən azad edilmişdir. xx.xx.2018-ci ildə "xxxx" MMC Metaləritmə zavodunun Poladəritmə sexinin fasiləsiz pəstahtökmə sahəsinə qaz kəsici peşəsinə qəbul edilmişdir. xx.xx.2018-ci ildə həmin sahəyə qaz kəsicisi peşəsinə keçirilmiş, xx.xx.2019-cu ildə əmək müqaviləsinə xitam verilmişdir.
3. NZ seriyalı ******* hərbi biletdə əksini tapmış qeydlərə görə i ddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. 4. 2 iyul 1980-cı ildə verilmiş 413 qeydiyyat nömrəsi ilə qeydə alınmış BT seriyalı 039845 №li diplomla müəyyən olunur ki, iddiaçı 1976-cı ildə Sumqayıt kimyatexnologiya texnikumuna daxil olmuş və 1980-cı ildə “Kimya zavodlarının avadanlığı” ixtisası almışdır. 5. "xxxx" ATSC tərəfindən verilmiş 01 №li xx.xx.2021-ci il tarixli arayışda göstərilir ki, İddiaçı xx.xx.2001-ci ildən – xx.xx.2005-ci ilə kimi tam iş günü "xxxx" ASCdə EHQ-MK sahəsində 5-ci dərəcəli qaz kəsicisi peşəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarının 8-ci bəndinə əsasən siyahıda sadalanan istehsalatda güzəştli şərtlərlə pensiya təyin etmək hüququ var dır. 6. "xxxx" ASC tərəfindən verilmiş 01-FA/59 saylı, xx.xx.2021-ci il tarixli arayışda göstərilmişdir ki, iddiaçı xx.xx.2005-ci ildə "xxxx" MMC-nin Sumqayıt sahəsinə 5-ci dərəcəli qaz qaynaqçısı peşəsinə işə qəbul edilmiş və xx.xx.2005-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2005-ci ildə "xxxx" MMC-nin Sumqayıt sahəsinə 5-ci dərəcəli qaz qaynaqçısı peşəsinə işə qəbul edilib, xx.xx.2008-ci ildə həmin peşə ilə Tikinti Məmulatlarının İstehsalı İdarəsinin 1 №-li Tikinti sahəsinə keçirilib və xx.xx.2010-cu ildə əmək müqaviləsinə xitam verilmişdir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 N-li Qərarının 35-ci “Ümumi peşələr” fəslinə əsasən qaz kəsicilərinin işi xüsusi zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyinə görə gü zəştli şərtlərlə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj 05 il 10 ay 21 gün təşkil edir. Dövlət Əmlaklarının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli, 323 N-li sərəncamına əsasən "xxxx" MMC "xxxx" ASC adlandırılıb. 7. "xxxx" MMC tərəfindən verilmiş 03 nömrəli, 28 yanvar 2021-ci il tarixli arayışda göstərilmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək "xxxx" MMC-nin Metaləritmə zavodunun Poladəritmə sexinin fasiləsiz pəstah tökmə sahəsinin 5-ci dərəcəli qaz kəsicisi peşəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarının 24-cü fəslinə əsasən bilavasitə zərərli iş hesab edilir. Güzəştli pensiya üçün stajı 1(bir) il, 3(üç) ay, 26 (iyirmi altı) gün təşk il edir. 8. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş 44 nömrəli, xx.xx.2021-ci il tarixli arayışda göstərilmişdir ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü ilə kimi tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Mexaniki təmir” zavodunun qazan-qaynaq sexində qazançı peşəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının 14-cü bölməsinin 2150300a-13144 şifrinə əsasən 2 saylı siyahısında sadalanan qazançılar istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.
9. X1 "xxxx" ASC tərəfindən verilmiş 42/21 nömrəli, xx.xx.2021-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı «X1 EVRASCON» ASC-də xx.xx.2013-cu il tarixdən xx.xx.2014-cu il tarixə kimi (əm r № iq-19) 5-ci dərəcəli qaynaqçı peşəsində işləyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixində təsdiq edilmiş qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bölməsinə əsasən güzəştli əmək stajı 1 (bir) il 0 ay 0 gün təşkil edir. 10. "xxxx" MMC-nin 58 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı həqiqətən "xxxx" MMC ilə 23t/2019 saylı, xx.xx.2019-cu il tarixli Xidmət Müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək "xxxx" MMC-də qaz kəsici kimi xidmət göstərmişdir
11. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.
12. Cavabdeh 10 mart 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının ümumi peşələr bölməsində (35) qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan xx.xx.2013-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində “X1 "xxxx" ASC-də qaynaqçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi qaynaqçı vəzifəsi yuxarıda qeyd olunan qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 10 ay 6 gün) təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 38200 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33436,83 manat təşkil edir. Bu səbəbdən də güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2013-xx.xx.2014-cü illərdə X1 "xxxx" ASC-də və xx.xx.2020-xx.xx.2020-ci ildə "xxxx" MMC-də elektrik və qaz qaynaqçısı işlədiyini təsdiq etməklə ona xx.xx.2021-ci il tarixdən - 60 yaşı tamam olan tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ümumi iş stajı 46 ildir. Halhazırda Sumqayıt Texnologiyalar Parkında işləyir. Oktyabr 1980-ci ildən noyabr 1982ci ilə qədər Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Onun işlədiyi aşağıdakı iş dövrləri zərərli iş stajına aiddir: 1) xx.xx.2001-ci ildən xx.xx.2005-ci ilədək "xxxx" ATSC-də işlədiyi dövr (5-ci dərə cəli qaz kəsicisi); 2) xx.xx.2005-xx.xx.2005-ci illərdə "xxxx" MMC-də işlədiyi 5-ci dərəcə qaz qaynaqçısı ("xxxx" ASC); 3) xx.xx.2005xx.xx.2008-ci illərdə "xxxx" MMC-də işlədiyi 5-ci dərəcə qaz qaynaqçısı (“Azenco“ ASC-də); 4) xx.xx.2009-xx.xx.2010-cu illərdə "xxxx" ASC-də işlədiyi qaz kəsicisi; 5) xx.xx.2013-xx.xx.2014-cü illərdə "xxxx" ASC-də işlədiyi 5-ci dərəcəli qaynaqçı; 6) xx.xx.2015-xx.xx.2016-cı illərdə "xxxx" MMC-də işlədiyi 3-cü dərəcə qaz kəsicisi; 7) xx.xx.2018-xx.xx.2019-cu illərdə “STP”-də işlədiyi 4-cü dərəcəli qaz kəsicisi; 8) xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər "xxxx" MMC-də xidməti müqavilə əsasında işlədiyi qaz kəsicisi (23-t-xidmət/2020 saylı müqavilə); 9) xx.xx.1982-xx.xx.1983-cü illərdə “Azərkimya” İB-də işlədiyi qaynaqçısı; 10) Hal-hazırda “Sumqayıt Texnolog iyalar Parkında” işlədiyi qaz kəsicisi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarının 35-ci fəslinə əsasən onun 13 il zərərli istehsalat sahəsində iş stajı vardır. Onun 60 yaşı xx.xx.2021-ci ildə tamam olmuşdur. Ümumi iş stajı 46 ildir. Həmin iş dövrünün 13 ili güzəştli pensiya təyin edilməsi üçün əsas verən iş stajına aiddir.
15. Cavabdeh iddia tələbinə qarşı etiraz edərək göstərilmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 10 ay 06 gün) təşkil edir. Onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. İddiaçı xx.xx.2013xx.xx.2014-cü illərdə “AvroX3 "xxxx" ASC-də "xxxx" peşəsində çalışıb. Həmin ASC, 42/21 saylı, xx.xx.2021-ci il tarixli arayış tərtib etməklə göstərib ki, iddiaçının peşəsi Nazirlər Kabinetinin 12 nömrəli, 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiqlənmiş məlum Siyahının 35-ci bölməsində öz əksini tapmışdır. Lakin həmin bölmədəki konkret peşənin adı çəkilməmişdir. Nazirlər Kabinetinin 12 nömrəli, 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiqlənmiş məlum Siyahının 35-ci bölməsi “Ümumi peşələr” adlanır. Həmin bölmədə adında qaynaqçı ifadəsi nəzərdə tutulan aşağıdakı peşələrə yer verilib: - rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları - rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları - rezervuarların, bakların, sist emlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları - qaz qaynaqçıları - kəsməkdə və əl ilə qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları - təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları - əl ilə qaynaq aparan elektrik qaynaqçıları. Göründüyü kimi, 35-ci bölmədə fərqli qaynaqçı peşələri öz əksini tapmışdır. İddiaçı xx.xx.2013-xx.xx.2014-cü illərdə “X1 “EVRASCON" ASC-də çalışdığı peşənin həmin bölmədə ki hansı peşəyə uyğun gəldiyini isbat edə bilmir. İddiaçı ümumi və güzəştli iş stajını toplasa belə, nəzərə almaq lazımdır ki, iddiaçıya pensiya təyin edilməsi üçün onun ən azı 38.200 manat məbləğində pensiya kapitalına malik olması tələb edilir. Lakin iddiaçının sahib olduğu pensiya kapitalı cəmi 33.436,83 manat təşkil edir. Odur ki, iddiaçıya pensiya təyin olunmasından imtina “Əmək pensiyaları haqqında” Qanunun 9.1,6.2, 6.3 və 45-ci maddələrinə uyğun olmaqla qanuni və əsaslıdır.
16. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2-1(112)5502/2021 nömrəli qərarı ilə (hakim: X9) iddia rədd edilmişdir.
17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 60 yaşına çatması (xx.xx.2021) və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. Belə ki, onun 60 y aşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması onun əmək kitabçası ilə təsdiq olunur və iddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. İşçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlarda (“Güzəştli arayış”) qeyd olunmuş məlumatlar əsas götürülməlidir. İddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.2013-ci ildən xx.xx.2014-cü ilədək X1 "xxxx" ASC-də işlədiyi qayn aqçı peşəsi əmək şəraiti zərərli olan işlərə aid edilməmişdir. Bu isə o deməkdir ki, iddiaçıya 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. Hazırda iddiaçıya əmək pensiyasının təyin olunması üçün tələb olunan pensiya kapitalı 39.400,00 manat təşkil edir. Lakin onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 34.395,32 manatdır.
18. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş et mişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2022ci il tarixli, 2-1(103)-1321/2022 nömrəli qərardadı ilə (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X2 və X14) İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması barədə ərizəsinə (müraciətinə) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsində baxılması və müvafiq inzibati aktın qəbul edilməsi üçün 1 (bir) aylıq müddət təyin edilmişdir.
20. Cavabdeh iddiaçıya pensiya təyin etməkdən yenə imtina etmiş və məhkəməyə 14 dekabr 2022-ci il tarixli məktub göndərərək qeyd edilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan xx.xx.201329.01,2014-cü il tarixləri arasındakı dövr ərzində "X1 EVRASCON” ASC-də qaynaqçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən şəxsin işlədiyi qaynaqçı vəzifəsi yuxarıda qeyd olunan qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az - 11 il 10 ay 11 gün (xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.2001-xx.xx.2005-ci il, xx.xx.2005xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2010-cu il, xx.xx.2015-xx.xx.2016-cı il, xx.xx.2018xx.xx.2019-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Buna görə də ona “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Eyni zamanda, adıçəkilən şəxsin Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun ümumi stajı 32 il 11 ay 1 gün (xx.xx.2006-cı il tarixinədək 21 il 1 ay 1 gün əmək stajı (xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il (hərbi xidmət dövrü), xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1994-cü il, xx.xx.1994xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1996xx.xx.1997-ci il, xx.xx.1999-xx.xx.1999-cu il, xx.xx.2001-xx.xx.2005-ci il, xx.xx.2005xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər, xx.xx.2006-cı il tarixindən sonra 11 il 10 ay sığorta stajı)), fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 40.752,78 manat təşkil edir. Əlavə olaraq, sözügedən qərarda dda qeyd edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 58 nömrəli arayışı İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmədiyindən və “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmədiyindən xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövrün onun güzəştli iş stajına daxil edilməsi məsələsinə münasibət bildirilməsi cavabdeh tərəfindən mümkün deyil.
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2-1(103)-68/2023 nömrəli qərarı ilə (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X7 və X8) Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilərək, iddiaçıya xx.xx.2013-xx.xx.2014-cü illərdə X1 "xxxx" ASC-də və xx.xx.2020-xx.xx.2020-ci ildə "xxxx" MMC-də elektrik və qaz qayna qçısı işlədiyini təsdiq etməklə xx.xx.2021-ci il tarixdən, yəni 60 yaşı tamam olan tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdehə həvalə edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh imtina məktubunda qeyd etmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 10 ay 6 gün) təşkil edir. Halbuki, iş materiallarında olan X1 "xxxx" ASC tərəfindən verilmiş 42/21 nömrəli, xx.xx.2021-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı «X1 EVRASCON» ASC-də xx.xx.2013-cu il tarixdən xx.xx.2014-cu il tarixə kimi (əmr № iq19) 5-ci dərəcəli qaynaqçı peşəsində işləyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixində təsdiq edilmiş qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ v erən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bölməsinə əsasən güzəştli əmək stajı 1 (bir) il 0 ay 0 gün təşkil edir. Həmçinin, məhkəmənin sorğusuna cavab olaraq iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 58 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı həqiqətən "xxxx" MMC ilə 23t/2019 saylı, xx.xx.2019-cu il tarixli Xidmət müqaviləsi bağlamışdır. xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək "xxxx" MMC-də qaz kəsici kimi xidmət göstərmişdir. Göründüyü kimi iddiaçının işlədiyi qaz kəsici peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarının 35-ci fəslində göstərilən rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsiciləri peşəsin ə uyğundur və qeyd olunan peşə güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Beləliklə, iddiaçının 12 il 6 aydan çox güzəştli iş stajının olması iş materialları ilə öz təsdiqini tapmışdır. 23. 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə qeyd olunan Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilmişdir: “Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutul an işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi qeyd olunan dəyişikliyə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin hallarından da müəyyən edildiyi kimi, iddiaçı 25 ildən çox ümumi və bu müddətin 12 il 6 ayından çox isə güzəştli iş stajına malikdir.
24. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbi nin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə qeyd olunan Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verildiyinə istinad edərək iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının tələb edilməsini əsassız hesab etmişdir. Halbuki sözügedən Qanunun keçid müddəalarında qeyd edilmişdir k i, bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 - 9.3cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Göründüyü kimi, məhkəmə əsassız olaraq yeni redaksiyada verilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərini 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün tətbiq edərək, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmişdir. Göstərilənlərdən məlum olur ki, məhkəmə İşi tam araşdırmamış və düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bu nunla da pozuntuya yol vermişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Əmək pensiyaları haqqında” Qanun (hazırda qüvvədə olan redaksiya) Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə
9. Güzəştl i şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanun (29 iyun 2022-ci il tarixədək qüvvədə olan redaksiya) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sa hələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 ma y 2022-ci il tarixli qanun 1.4. 9-cu maddə üzrə: 1.4.1. 9.1 – 9.3-cü, 9.6-cı və 9.7-ci maddələr aşağıdakı redaksiyada verilsin: “9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır..... Maddə
2. Keçid müddəaları 2.1. Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.... Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı” XİV. Metal emalı,
3. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri 2150300a-13144 – qazançılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələri n və göstəricilərin Siyahısı ümumi peşələr bölməsi (35) qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsi rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsiciləri İnzibati Prosessual Məcəllə Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən ba xılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab ed ilmişdir. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Belə ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür və 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajı olduğunu iddia edərək, 60 yaşı tamam olduğu xx.xx.2021-ci tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. İddiaçının bu tələbinin hüquqi əsasını təşkil edən «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin həmin dövrdə qüvvədə olmuş redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrin də, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bu normadan göründüyü kimi, 9.1-ci maddəyə əsasən o kişilərə güzəştli şərtlərlə əmək pensiyası təyin e dilə bilər ki: 60 yaşına çatmış olsun; bu şəxs 60 yaşına çatan tarixə azı 25 il sığorta stajına malik olsun; bu müddətin azı 12 il 6 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında göstərilən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmiş olsun; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan versin. Əgər bu şərtlərdən hər hansı biri mövcud olmazsa, qeyd olunan qanun normasına əsasən şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması mümkün olmayacaqdır. İddiaçının 60 yaşı tamam olduğu xx.xx.2021-ci tarixdə ümumi stajının 25 ildən çox olması cav abdeh tərəfindən mübahisələndirilmir. Habelə iddiaçının 11 il 10 ay 6 gün (xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.2001-xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2010-cu il, xx.xx.2015-xx.xx.2016-cı il, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövrü əhatə edən) xüsusi stajının olması işin mübahisəsiz halıdır. Cavabdeh iddiaçının xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək X1 "xxxx" ASC-də işlədiyi qaynaqçı vəzifəsinin Siyahıda nəzərdə tutulan «qaz qaynaqçıları» və «əl ilə qaynaq aparan elektrik qaynaqçıları» vəzifəsinə uyğun olmamasını əsas gətirərək, bu dövrü xüsusi staja daxil etməkdən imtina esir. Apelyasiya instansiyası iddiaçının xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək X1 "xxxx" ASC-də işlədiyi qaynaqçı vəzifəsini Siyahıda nəzərdə tutulan «qaz qaynaqçıları» və « əl ilə qaynaq aparan elektrik qaynaqçıları» vəzifəsinə uyğunlaşdırmış və bu dövrü də iddiaçının xüsusi stajına daxil etmişdir. Məhəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının” (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “35. Ümumi peşələr” bölməsində “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” nəzərdə tutulduğundan məhkəmələr iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşəyə aid etməkdə haqlı olmuşdur. Lakin iddiaçının 60 yaşına çatdığı vaxt ona pensiya təyin olunması üçün pensiya kapitalının zəruri şərt kimi tələb edilmədiyi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunauyğun deyil. Belə ki, apelyasiya instansiyası məhkəməsi, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olması barədə cavabdehin dəlilini rədd edərkən qeyd etmişdir ki, 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində dəyişiklik edilmişdir və bu maddənin yeni redaksiyasında fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin hallarından da müəyyən edildiyi kimi, iddiaçı 25 ildən çox ümumi və bu müddətin 12 il 6 ayından çox isə güzəştli iş stajına malikdir. Məhəmə kollegiyası bu hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmır. Belə ki, həqiqətən də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli qanunla 9-cu maddə aşağıdakı redaksiyada verilmişdir: Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (q urumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi həmin normaya əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yaranması pensiya kapitalından asılı edilməmişdir. Lakin bu qayda həmin qanun qüvvəyə mindikən sonra yaranan münasibətlərə tətbiq edilir. Belə ki, həmin Qanunun “Keçid müddəaları”na aid olan 2.1-ci maddəsinə görə, bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməs i və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Buna görə də iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi halda, ona 13 may 2022-ci il tarixli qanunla edilmiş dəyişiklik həmin Qanun qüvvəyə mindiyi andan tətbiq edilə və həmin tarixdən pensiya təyin edilə bilərdi. Lakin apelyasiya instansiyası məhkəməsi 13 may 2022-ci il tarixli Qanunun keçid müddəaları ilə müəyyən edilmiş qaydaların tələbini pozaraq, bu qanunun qüvvəyə mindiyi vaxtdan əvvəlki münasibətlərə tətbiq etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina etməsi barədə 10 mart 2021-ci il tarixli məktubunda, habelə birinci instansiya məh kəməsində verdiyi etirazda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi 33436,83 manat təşkil etdiyini bildirmişdir. Lakin iddiaçının sahib olduğu pensiya kapitalı cəmi 33.436,83 manat təşkil edir. Lakin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1321/2022 nömrəli qərardadı əsasında inzibati akt qəbul etməkdən imtina edən cavabdeh məhkəməyə ünvanladığı 14 dekabr 2022-ci il tarixli məktubundə digər hallarla yanaşı qeyd etmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 40.752,78 manat təşkil edir. Göründüyü kimi iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının məbləği barədə iş materiallarında fərqli məlumatlar var. Cavabdehin 14 dekabr 2022-ci il tarixli məktubundə qeyd etdiyi 40.752,78 manat pensiya kapitalının hansı tarixə aid olduğu dəqiq müəyyən edilmir. Buna görə də işə yenidən baxılarkən, məhkəmə iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının 60 yaşına çatdığı xx.xx.1921-ci il tarixə yığılan məbləğini dəqiq müəyyən etməlidir. Əgər həmin vaxt iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının həqiqətən də əmək pensiyasının minimum məbləğindən aşağı olduğu müəyyən edilərsə, bu halda xx.xx.1921-ci il tarixdən başlayaraq, Qanunun 9.1-ci maddəsinin yeni redaksiyası qüvvəyə minənədək olan zaman intervalında pensiya kapitalının artım dinamikası araşdırılmalı, pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan ver diyi tarixdən (Qanunda edilmiş dəyişiklik qüvvəyə minənədək olan dövrə təsadüf edərsə) pensiya təyin olunmalıdır. Əgər pensiya kapitalının həmin zaman intervalında pensiya təyin edilməsinə imkan verməyən məbləğdə olduğu müəyyən edilərsə, iddiaçıya münasibətdə 13 may 2022-ci il tarixli qanunla edilmiş dəyişiklik, qüvvəyə mindiyi andan tətbiq ediləcəkdir. Həmçinin iddiaçı iddia tələbi kimi ona xx.xx.2021-ci il tarixdən 60 yaşı tamam olan tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edərkən iddiaçının hüququnun yarandığı tarixi müəyyən etdikdən sonra iddiaçıya iddia tələbi barədə yardım etməlidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması prinsiplərinin (İPM-in 12.1, 58.7, 82, 87.8-ci maddələri) tələbləri pozulmuşdur. Odur ki, kassasiya şikayəti qismən əsaslı olduğundan təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-68/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.