Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1933/2024 31.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiya kapitalı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sos ial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması” haqqında inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)380/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxxxxx 1959-cu ildə anadan olmuşdur.
2. İddiaçıya məxsus hərbi biletlə müəyyən edilir ki, o, xx.xx.1978-ci ildən xx.xx.1980ci ilədək hərbi xidmətdə olmuşdur. 3. xx.xx.1980-ci ildə doldurulmuş, NT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında iddiaçının Bakı Şin Zavodunda xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək, “Şimalb alıqsənayekəşfiyyat” Birliyində xx.xx.1982-ci ildən xx.xx.1991-ci ilədək, “Azərbaycan kənd təsərrüfatı” TİKİ-də (texnoloji-istehsalat komplektləşdirmə idarəsi) xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilədək, Təsərrüfatı Hesablı Təmir-Tikinti Sahəsində xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilədək, “Azinteriol” birgə müəssisəsində xx.xx.1991-ci ildən xx.xx.2002-ci ilədək işlədiyi qeyd edilmişdir.
4. İddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə 57 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
5. Cavabdeh 19 oktyabr 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, Mərkəzi Filiala təqdim etdilmiş sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 25 ildən az (22 il 7 ay 11 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.x x.1982xx.xx.1991-ci il, xx.xx.1991- xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən bu günədək cəmi 1 il )), güzəştli iş stajı isə 12 il 6 aydan az (1 il 1 ay 23 gün (xx.xx.1980-xx.xx.1982-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı c əmi 18554,16 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun zərərli istehsalat sahəsində işləməsi ilə bağlı güzəştli şərtlərlə 57 yaşdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1980-ci il tarixdən xx.xx.1982ci il tarixədək Bakı Şin Zavodunda işləmişdir. xx.xx.1982-ci il tarixdə Rusiya Federasiyasının Murmansk şəhərində yerləşən “Şimalbalıqsənayekəşfiyyat” Birliyinə matros vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1991-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1991-ci il tarixdə “Azinteroil” birgə müəssisəsinə işə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə azad edilmişdir. xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair ərizə ilə 19.108.2022-ci il tarixdə cavabdeh tərəfindən imtina edilmiş və verilmiş cavabda güzəştli iş stajının 1 il 1 ay 23 gün, iş stajının isə 22 il 7 ay 11 gün təşkil etməsi göstərilmişdir. Bu tamamilə əsassızdır, belə ki, ona məxsus əmək kitabçasından da görünür ki, onun zərərli sahədə işlədiyi müddət 12 il 6 aydan çoxdur, həmçinin ümumi iş stajı da 25 ildən art ıqdır. 2006-cı ilin yanvar ayınadək onun iş stajı hərbi xidmətlə birlikdə 27 ildən artıqdır. Qeyd olunmalıdır ki, xx.xx.1982-ci il tarixdən Rusiya Federasiyasının Murmansk şəhərində yerləşən “Şimalbalıqsənayekəşfiyyat” Birliyində xx.xx.1991-ci il tarixədək işlədiyi illər nəzərə alınmamışdır.
8. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır.
9. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü İddiaçı pensiya hüququnun yarandığı, yəni 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4052/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4052/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qərarı ilə (hakim X1) iddia təmin edilmiş, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı 57 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 14 il, 07 gün olmaqla, ümumi iş stajı 25 ildən çox, yəni 26 il, 07 ay, 07 gün təşkil edir. Belə olan halda cavabdeh inzibati orqanın üzərinə iddiaçıya 57 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmalıdır.
13. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-380/2024 nömrəli iş üzrə 29 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər X2 (məruzəçi), X3 və X4) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4052/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.
16. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 7, 9.1, 21.1-ci maddələrinə istinad edilərək apelyasiya instansiyası məhkəməsini qərarının əsassız və qanunsuz olduğu qeyd edilir.
18. Kassator bildirmişdir ki, İddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilərkən xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Rusiyanın Murmansk şəhərində “Şima lbalıqsənayekəşfiyyat” Birliyində işlədiyi vəzifələrə dair Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na uyğun güzəştli arayış təqdim edilməmişdir.
19. Məhkəmə tərəfindən iddiaçının işlədiyi sahə, vəzifəyə uyğun oxşar müəssisələrdən güzəştli arayış əldə olunmadan, öz mülahizəsinə əsasən iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Rusiyanın Murmansk şəhərində “Şimalbalıqsənayekəşfiyyat” Birliyində işlədiyi vəzifələr güzəştli iş stajı kimi nəzərə alınaraq iddia əsassız təmin edilmişdir.
20. Həmçinin məhkəmə iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Rusiyanın Murmansk şəhərində “Şimalba lıqsənayekəşfiyyat” Birliyində işlədiyi dövr üçün güzəştli iş stajını hesablayarkən səhvə yol vermiş, əmək müqaviləsində nəzərdə tutulmuş güzəşti tətbiq edərkən faktiki 8 il 10 ay 14 gün iş stajının hər ilini 6 ay artıraraq 12 il 10 ay 14 gün hesablamışdır. Belə ki, iddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsində SSRİ X11 Heyətinin xx.xx.1960-cı il və xx.xx.1967-ci il tarixli “Uzaq Şimal donanmasında işləyən işçilərin güzəştlərinin siyahıya alınması haqqında” sərəncamların tətbiq edildiyi qeyd olunmuşdur.
21. SSRİ X10 Heyətinin Fərmanı əsasında respublikanın digər yerlərindən uzaq şimal rayonlarına göndərilən və ya işə dəvət edilən işçilərə həmin rayonlarda işləmək barədə əmək müqavilələri bağlamaq şərtilə aşağıdakı güzəştlər 3 il müddətinə təqdim edilir: D) uzaq şimal rayonla rında və uzaq şimal bölgələrinə bərabər olan yerlərdə bir il iş stajı, iş stajının hesablanmasında bir il altı ay iş stajı kimi, əmək, yaşlılıq və əlillik pensiyası almaq hüququ verir.
22. Göründüyü kimi, iş stajının hesablanmasında güzəştlər maksimum 3 il müddətinə tətbiq edilə biləcəyi halda, məhkəmə iddiaçının faktiki 8 il 10 ay 14 gün iş stajının 3 ilini deyil, hər ilini 6 ay artıraraq, güzəştli iş stajını 10 il 4 ay 14 gün hesablamalı olduğu halda, 12 il 10 ay 14 gün hesablanmışdır. Halbuki sözügedən normada bununla bağlı boşluq və ya kolliziallıq yoxdur. Açıq-aydın formada göstərilmişdir ki, güzəşt iş stajının 3 ilinə tətbiq edilir. Apellyasiya instansiya məhkəməsi güzəştin niyə 3 ilə deyil, bütün iş illərinə tətbiq edilməli olduğunu əsaslandıra bilməmiş, absurd və qeyri-adekvat fiki rlər irəli sürmüşdür.
23. Bundan başqa iş üzrə icraat materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 01/75 nömrəli arayışında İddiaçı Bakı Şin zavodunun Vulkanlaşdırma sexində xx.xx.1980-xx.xx.1981-ci il tarixlərində 3-cü dərəcəli avtoşin vulkanlaşdırıcısı, xx.xx.1981-xx.xx.1981-ci il tarixlərində usta, xx.xx.1981-xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində 5-ci dərəcəli avtoşin vulkanlaşdırıcısı vəzifələrində işlədiyi, həmçinin həmin vəzifələrin “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarının 1 nömrəli siyahısının Vİİİ bölməsinin “Kimya istehsalatı”nm 1080A010 şifrəsinə uyğun olduğu göstərilmişdi r ki, göstərilən illər iddiaçının güzəştli iş stajına daxil edilmiş və iddiaçının güzəştli iş stajı (1 il 1 ay 23 gün (xx.xx.1980xx.xx.1982-ci il tarixləri arasındakı dövrlər)) təşkil etmişdir.
24. Bundan əlavə iddiaçının fərdi hesabında sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabında sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18554,16 manat təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
25. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək onun təmin edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 27. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respub likası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə 67.İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; 28. “Əmək pe nsiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər.... 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin ver ilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali M əhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırıl mış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldı rılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin a raşdırmaları yetərli hesab olunur.
35. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
36. İddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olmuş pensiya qanunvericiliyinə əsasən kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edə bilmək üçün aşağıdakı şərtlərin birgə mövcudluğu tələb olunur: 1) şəxsin 57 yaşının tamam olması; 2) xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajının mövcud olması; 3) xx.xx.2006-cı il tarixədək 12 il 6 ay güzəştli iş stajının mövcud olması;
37. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1959-cu ildə doğulmuşdur. Tələb olunan yaşa malikdir. İşin bu halı da cavabdeh inzibati orqan tərəfindən qəbul edilir.
38. Kassasiya şikayətinin mahiyyətindən görünür ki, cavab deh iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin etməkdən imtina etmə səbəbi kimi iddiaçının ümumi və güzəştli stajının olmaması ilə əlaqələndirmişdir.
39. Şikayətdə qeyd edilmişdir ki, məhkəmə iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Rusiyanın Murmansk şəhərində “Şimalbalıqsənayekəşfiyyat” Birliyində işlədiyi dövr üçün güzəştli iş stajını hesablayarkən səhvə yol vermiş, əmək müqaviləsində nəzərdə tutulmuş güzəşti tətbiq edərkən faktiki 8 il 10 ay 14 gün iş stajının hər ilini 6 ay artıraraq 12 il 10 ay 14 gün hesablamışdır. Belə ki, iddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsində SSRİ X6 xx.xx.1960-cı il və xx.xx.1967-ci il tarixli “Uzaq Şimal donanmasında işləyən işçilərin güzəştlərinin siyahıya alınması haqqında” sərəncamların tətbiq edildiyi qeyd olunmuşdur. Lakin iş stajının hesablanmasında güzəştlər maksimum 3 il müddətinə tətbiq edilə biləcəyi halda, məhkəmə iddiaçının faktiki 8 il 10 ay 14 gün iş stajının 3 ilini deyil, hər ilini 6 ay artıraraq, güzəştli iş stajını 10 il 4 ay 14 gün hesablamalı olduğu halda, 12 il 10 ay 14 gün hesablanmışdır. Apellyasiya instansiya məhkəməsi güzəştin niyə 3 ilə deyil, bütün iş illərinə tətbiq edilməli olduğunu əsaslandıra bilməmiş, absurd və qeyri-adekvat fikirlər irəli sürmüşdür.
40. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmır və gəlmiş olduğu nəticəni hazırkı işə aid olan bir sıra normativ hüquqi aktlara istinad etməklə əsaslandırılmağı məqsədə müvafiq hesab edir.
41. Belə ki, “Uzaq Şimal rayonlarında işləyən şəxslər üçün güzəştlərin tətbiq edilməsi” haqqında SSR X10 Heyətinin 10 fevral 1960-cı il tarixli Fərmanının 5-ci bəndində qeyd edilmişdir ki, uzaq şimal rayonlarında və uzaq şimal bölgələrinə bərabər olan yerlərdə bir il iş stajı, iş stajının hesablanmasında bir il altı ay iş stajı kimi, əmək, yaşlılıq və əlillik pensiyası almaq hüququ verir və bu hal əmək müqaviləsi əsasında işləyən şəxslər üçün 5 il müddətində tətbiq edilir.
42. Sonradan bu bəndə SSR X10 Heyətinin 26 sentyabr 1967-ci il tarixli, 1908-Vİİ saylı Fərmanı ilə dəyişiklik edilmiş və Fərmanın 3-cü bəndi ilə 5 illik güzəşt müddəti 3 ilə endirilmişdir. Cavabdeh öz mövqeyini məhz bu bəndi rəhbər tutmaqla əsaslandırmağa çalımışdır.
43. Lakin cavabdehin istinad etdiyi Fərmanın həmin bəndi SSR X10 Heyətinin xx.xx.1981-ci il tarixli, 5336-X saylı Fərmanı ilə qüvvədən düşmüşdür. Başqa sözlə, SSR X10 H eyətinin 26 sentyabr 1967-ci il tarixli 1908-Vİİ saylı Fərmanında nəzərdə tutulmuş 3 ilə güzəştlərin tətbiqi edilməsi ləğv edilmiş, həmin müddət yenə 5 il olmuşdur.
44. Odur ki, cavabdehin iddiaçı barədə güzəştlərin maksimum 3 il müddətinə tətbiq edilə biləcəyi barədə mövqeyi qanuni deyildir və iddiaçının hüquqlarının məhdudlaşdırıması kimi qəbul edilir.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbi biletdə və əmək kitabçasında olan qeydləri ilə birgə xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çox, yəni 26 il 7 ay 7 gün, güzəştli iş stajı isə 12 il 6 aydan çox, yəni 14 il 7 gün təşkil etdiyindən onun iddia tələbi əsaslı olmuşdur.
46. Kassasiya şikayətində mübahisələndirilən digər hal iddiaçının pensiya kapitalının olmaması ilə bağlıdır.
47. Qeyd edilir ki, iddi açının fərdi hesabında sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabında sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18554,16 manat təşkil edir.
48. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini də qanunvericiliyin tələbinə zidd hesab edir. Belə ki, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ (ümumi və güzəştli staja münasibətdə) xx.xx.2006-cı ilədək yarandığı üçün ona pensiya kapitalı şərtinin ödənilməsi tələb edilə bilməz. Çünki, xx.xx.2006-cı il tarixə qədərki münasibətlərə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilir. Həmin Qanuna əsasən pensiya təyin edilməsi üçün ümumiyyətlə pensiya kapitalı və ya pensiya kapitalının minimum məbləği nəzərdə tutulmamışdır. Pensiya kapitalına dair tələb isə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə xx.xx.2017-ci il tarixdən sonra daxil edilmişdir.
49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.
50. Yuxarıda gö stərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-380/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.