Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1934/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə rəyin verilməsi) 05.11.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə rəyin verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 fevral 2025-ci il tarixli, 2-1(107)-87/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (VÖEN: **********), əsas fəaliyyət növü “neft məhsullarının pərakəndə satışı” olmaqla, xx.xx.2004-cü il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır.
2. İddiaçı cavabdehə müraciət edərək, fəaliyyəti üzrə artıq ödənilmiş 45000 manat vergi məbləğinin ona qaytarılmasını xahiş etmişdir.
3. Cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmə məbləğinin dəyişdiyi müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, artıq ödənilmiş 45000 manat vergi məbləğinin ona qaytarılması barədə rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, artıq ödənilmiş vergi məbləğinin qaytarılması ilə bağlı cavabdehə bir neçə müraciət ünvanlamış, lakin ona eyni səbəbdən müraciətinin icrasının mümkünsüzlüyü bildirilmişdir. Cavabdehin məsələnin həllindən imtinası qanunsuz və əsassızdır. Cavabdeh tələb olunan vəsaiti özündə saxlamaqla iddiaçını müflisləşdirmişdir.
6. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müraciətlərinə baxılmışdır. İddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmə məbləğinin dəyişməsi müəyyən edildiyindən, onun müraciətinin icrası mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.
7. Şəki İnzibati Məhkəməsinin (hakim: Rüstəm Kərimli) 18 sentyabr 2024-cü il tarixli, 2-1(116)-2786/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya artıq ödənilmiş 45000 manat vergi məbləğinin geri qaytarılması barədə rəy verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iddianı əsaslı sayır və cavabdehin iddiaçıya artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə rəy verilməsindən imtinasının formal mülahizələrlə əsas landırıldığı qənaətinə gəlir. Belə ki, iddiaçının həm müraciət olunan zaman, həm də məhkəmə icraatının gedişində 45000 manat məbləğində artıq ödəməsinin olması cavabdeh tərəfindən təkzib olunmur, lakin müəyyən tarixdən sonrakı dövrdə ödəmə məbləğinin dəyişməsi də qalıq məbləğlərin qaytarılmasını istisna etmir. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 24.1.2-ci maddəsinə görə, vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar. Cavabdehin “şəxsi hesab vərəqəsində artıq ödəmə məbləğinin dəyişməsi” əsası ilə iddiaçıya artıq ödədiyi vergi məbləğinin qaytarılmasından imtina etməsi onun güddüyü yuxarıda qeyd olunan qanuni məqsədə mütənasib və həmin məqsədə çatmaq üçün hər bir baxımdan zəruri qiymətləndirilə bilməz. Tərəflərin dəlil ləri və işin faktiki halları baxımından iddiaçının artıq ödəməsinin qaytarılmasına maneə yaradan hər hansı hal da müəyyən edilmir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh artıq ödəmə barədə rəy verilməsindən imtina etməklə “İnzibati icraat haqqında” Qanunun 15, 17, 24-cü maddələrinin tələblərini pozmuşdur. Bununla da belə qənaət yaranır ki, cavabdeh iddiaçıya müvafiq dövrdəki fəaliyyəti üzrə dövlət büdcəsinə 45000 manat məbləğində artıq ödənilmiş pul vəsaitinin qaytarılması barədə rəyin verilməsini təmin etməlidir.
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Vəzirxan Məlikov /sədrlik edən və məruzəçi/, Rövşən Rəfiyev və Tural Həsənov) 20 fevral 2025-ci il tarixli, 2-1(107)-87/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmuş, iddia təmin edilməmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmamış və Vergi Məcəlləsinin 87.1-ci və 87.3-cü maddələrinə istinadən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar iddiaçının dövlət büdcəsinə vergi öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsi ilə bağlı qanunvericilik tərəfindən cavabdehin üzərinə qoyulmuş funksional vəzifələrin icrasının təmin olunmasını qeyri-mümkün edir.
12. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xa hiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçının kassasiya şikayətinin təmin olunmaması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 15.1 və 15.1.4. Artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. Maddə 24.1, 24.1.1, 24.1.2 və 24.1.10. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludur. Maddə 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. Maddə 87.1. Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razı lığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Maddə 87.3. Bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli, 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” 4.1. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habe lə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.4 Gömrük orqanları avtonəqliyyat vasitəsinin sərhəd buraxılış məntəqəsində ləngimədən hərəkətini təmin etmək məqsə dilə artıq alınmış yol vergilərinin nağd formada qaytarılmasını təmin edirlər. 5.2. Mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi, ərizələrin və şəxsi vərəqədən çıxarışın surətləri 5 (beş) və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallarda 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. 5.3. Maliyyə orqanları vergi ödəyicisinin vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq, vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Dövlət Sosial Müdafiə Fondu, X2 və icbari tibbi sığortanın tətbiqi ni təmin edən qurum sığortaedənin və ya sığortalının müvafiq olaraq həmin orqanda (qurumda) qeydiyyatından asılı olmayaraq, vəsaitin daxil olduğu xəzinə hesabının məxsus olduğu Dövlət Sosial Müdafiə Fondu, X2 və icbari tibbi sığortanın tətbiqini təmin edən qurum vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər 17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəb büsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyy ət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmalıdır.
22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
23. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi artıq ödənilmiş 45000 manat vergi məbləğinin ona qaytarılması barədə cavabdeh tərəfindən rəy verilməsinə nail olmaqdan ibarətdir.
24. Cavabdeh iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmə məbləğinin dəyişdiyinin müəyyən olunduğunu əsas gətirərək, artıq ödənilmiş 45000 manat vergi məbləğinin ona qaytarılması barədə rəyin verilməsindən imtina etmişdir.
25. Birinci instansiya məhkəməsi cavabdehin imtinasının formal mülahizələrə əsaslandığına istinadən iddianın təmin olunması barədə qərar qəbul etmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi iş üzrə yeni qərar qəbul edərək, iddianı rədd etmiş və bununla bağlı hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, iddianın təmin olunması iddiaçının dövlət büdcəsinə vergi öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsi ilə bağlı qanunvericilik tərəfindən cavabdehin üzərinə qoyulmuş funksional vəzifələrin icrasını qeyri-mümkün edir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçını n 45000 manat artıq ödənilmiş vergi məbləğinin mövcudluğu cavabdeh tərəfindən təkzib edilmir və işin mübahisəsiz halıdır. Cavabdeh artıq ödəməni inkar etmədiyi və bunu qəbul etdiyi halda, artıq ödənilmiş vergi məbləğinin iddiaçıya qaytarılması barədə rəy verilməsindən imtina etmiş, apellyasiya instansiyası məhkəməsi isə ehtimallar üzərindən qiymətləndirmə aparmaqla cavabdehin imtinasını əsaslı hesab etmişdir.
28. Bu qərarın 15-16-cı bəndlərində istinad edilən normalara əsasən, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərin əvəzləşdirilməsi və ya geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir. Həmin normalar baxımınd an, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə, vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludur.
29. Vergi Məcəllənin 87.1-ci maddəsində nəzərdə tutulan tənzimləməyə görə, həmin Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə s anksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: 30. 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 31. 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.
32. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının hər hansı borc öhdəliyinin olduğu müəyyən edilmir. Cavabdeh tərəfindən də iddiaçının belə borc öhdəliyinin mövcudluğu barədə məhkəməyə hər hansı sənəd təqdim olunmamışdır. Eyni zamanda, iddiaçının da artıq ödənilmiş məbləğin sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsinə dair hər hansı razılığı nə inzibati orqana, nə də məhkəməyə təqdim olunmamışdır.
33. Bundan əlavə, vergi ödəyicisi tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılması ilə bağlı Vergi Məcəlləsinin 85.5-ci maddəsində təsbit olunmuş müddət tələbinin pozulması da hazırkı işdən müəyyən edilmir. Cavabdeh özü də iddiaçı tərəfindən müddət şərtinə əməl olunmamasını mübahisələndirmir.
34. Nəzərə alınmalıdır ki, qanunçuluq prinsipi bir tərəfdən, inzibati orqanların qəbul etdikləri qərarların, həyata keçirdikləri tədbirlərin (fəaliyyətin) qanunlara zidd (“contra legem”) olmamasını və qanunla nəzərdə tutulmayan (“praeter legem”) tədbirlərin həyata keçirilməməsini, digər tərəfdən isə, inzibati fəaliyyətin həm də qanuna əsaslanmasını (“secundum legem”) ehtiva edir. Beləliklə, inzibati orqanların fəaliyyəti ancaq o zaman qanunauyğun hesab edilir ki, onla r öz fəaliyyətlərini qanunla müəyyən olunmuş səlahiyyətlər və qaydalar çərçivəsində həyata keçirsinlər.
35. Hazırkı mübahisəyə münasibətdə cavabdeh, mövcudluğu təsdiq olunan artıq ödənilmiş vergi məbləğinin iddiaçıya qaytarılması barədə rəy verilməsindən imtina etməklə qanunçuluq prinsipinin tələblərini yerinə yetirməmiş, öz vəzifələrinin icrasından yayınmış, bununla da iddiaçının hüquqlarını pozmuşdur.
36. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin olunmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Şəki Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 20 fevral 2025-ci il tarixli, 21(107)-87/2025 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia təmin edilir. Artıq ödənilmiş 45000 manat vergi məbləğinin iddiaçıya qaytarılması barədə rəy verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulur. Qərar qətidir.