Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1935/2020 13.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: diplomun tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin nümayəndəsi X1 və cavabdehin vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “diplomun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-642/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya Rusiya Federasiyası Dağıstan Respublikasının “Yujdaq” İnstitutu tərəfindən КЛ 68486 nömrəli, xx xxxx 2013-cü il tarixli diplom verilmiş, diploma əsasən İddiaçı həmin İnstitutun “Biologiya” ixtisası üzrə biologiya və kimya müəllimi ixtisası almışdır. Həmçinin, “Yujdaq” İnstitutu tərəfindən КЛ 68486 nömrəli diploma əlavə verilmişdir. Həmin əlavədə qeyd olunur ki, iddiaçıya müəyyən edilmiş nümunəli ali peşə təhsili haqqında diplom 1997-ci ildə verilmiş, əyani forma üzrə təhsil müddəti 5 il olan “Biologiya” ixtisasının biokimya ixtisaslaşması üzrə “Yujdaq” İnstitutuna 2012-ci ildə daxi l olmuş, 2013-cü ildə təhsilini başa vurmuşdur. İddiaçı təhsil aldığı zaman tədris olunan fənlərdən məqbul, kafi, yaxşı, əla qiymətlər almış, ixtisası üzrə dövlət imtahanlarını vermişdir.
2. İddiaçı diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmişdir. 3.Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2014-cü il tarixli K-9854/03-24 saylı məktubda bildirilmişdir ki, “Yujdaq” İnstitutu tərəfindən xx.xx.2013-cü il tarixli КЛ 68486 saylı ali təhsil haqqında sənədlərdə tədrisin müddəti 2012-2013-cü illər qeyd olunmaqla, biologiya müəllimi ixtisası üzrə qiyabi formada təhsil aldığı göstərilmişdir. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı ali təhsil müəssisəsinə qəbul üçün əsas olmuş 1997-ci ildə aldığı diplomun təsdiqi üçün xx.xx.20 12-ci ildə Təhsil Nazirliyinə müraciət etmiş və xx.xx.2012-ci il tarixli 172 saylı protokola əsasən həmin diplomun tanınmaması barədə mənfi rəy verilmişdir. Ali təhsil müəssisəsindən Nazirliyə daxil olmuş məktuba əsasən iddiaçıya P 00183 saylı diplom əvəzinə dublikat diplom (KB 50365 saylı) verildiyi bildirilmişdir. Rusiya Federasiyasında dövlət nümunəli olmayan təhsil sənədi dövlət nümunəli diploma (dublikat) dəyişdirilə bilməzdi. Belə ki, 1997-ci ildə “Yujdaq” İnstitutu dövlət akkreditasiyasından keçməmişdir (Rusiya Federasiyasının Təhsil Nazirliyi xx.xx.2000-ci il tarixli 859 saylı əmri ilə “Yujdaq” İnstitutu xx.xx.2005-ci ildə dövlət akkreditasiyasından (N 25-0886) keçmişdir). Bu məsələyə aydınlıq gətirilməsi üçün Rusiya Federasiyasının “Elm və Təhsilə Federal Nəzarət Xidməti” və “Yujd aq” İnstitutunun rəhbərliyinə müvafiq məktub göndərilmiş, dublikat diplomla əvvəlki diplom arasında uyğunsuzluq aşkarlanmışdır. Eyni zamanda, Rusiya Federasiyasının “Elm və Təhsilə Federal Nəzarət Xidməti”ndən Nazirliyə daxil olmuş xx.xx.2014-cü il tarixli 01-59-6/07-937 saylı məktubda da bunlar öz əksini tapmışdır və “Yujdaq” İnstitutunun xx xxxxxxxx 2013-cü il tarixli 153 nömrəli məktubundan məlum olmuşdur ki, bu diplom etibarsız sayılmışdır. Qeyd olunanlar əsasında iddiaçının adına “Yujdaq” İnstitutu tərəfindən verilmiş xx.xx.2013cü il tarixli КЛ 68486 saylı diplomun (dublikat) ölkə ərazisində tanınması mövcud qanunvericiliyin tələblərinə ziddir. Bundan sonra iddiaçı attestasiyadan keçmək üçün ali təhsil müəssisəsinə müraciət etmiş və xx.xx.2012-ci ildə eyni ixtisasın 6-cı kursuna qəbul olunaraq (qiyabi təhsil forması) xx.xx.2013-cü ildə məzun olmuş və КЛ 68486 saylı diplom almışdır (diploma əlavədə əyani təhsil müddəti 5 il qeyd olunmuşdur). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Göründüyü kimi, Rusiya Federasiyasının qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndini və Nazirliyin Ekspert Qrupunun xx.xx.2014-cü il tarixli rəyini rəhbər tutaraq iddiaçının adına xx.xx.2013-cü il tarixli КЛ 68486 nömrəli diplomun ölkə ərazisində tanınması mümkün hesab edilmir.
4. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, № K319/03-ANİ saylı məktubda qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixli elektron müraciətin nəticəsi barədə ona xx.xx.2019-cu il tarixdə müvafiq elektron xidmət vasitəsilə məlumat verilmiş və xx.xx.2014cü il tarixli, K-9854/03-24 saylı məktub elektron ərizədə qeyd edilmiş ünvana göndərilmişdir. Məlumat üçün bildirilir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52 2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Eyni zamanda, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qəbul edilmiş qərara dair məhkəmədə iddia qaldırıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə cavabdehə qarşı “diplomun tanınması” tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Rusiya Federasiyası Dağıstan Respublikasının “Yujdaq” İnstitutu tərəfindən ona verilmiş КЛ 68486 nömrəli, xx xxxx 2013-cü il tarixli diplom üzrə ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlilik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ildə “Yujdaq” institutuna daxil olmuş və 1997-ci ildə təhsilini bitirmişdir. O, 1995-ci ildən Balakən rayon Qullar 3 saylı kənd ümumi orta məktəbində biologiya müəllimi ixtisası üzrə işləməyə başlamışdır. İddiaçı 2011-2012-ci illərdə diplomun tanınması ilə əlaqədar olaraq cavabdeh inzibati orqan a müraciət etsə də, ona diplomun Azərbaycan Respublikasının ərazisində tanınması üçün daha bir il təhsil alması bildirilmiş və bu əsasla da ona imtina edilmişdir. Bundan sonra iddiaçı təhsil aldığı “Yujdaq” institutuna müraciət edərək 2012-2013-cü illərdə daha bir il təhsil almış və ona xx.xx.2013-cü il tarixdə КЛ 68486 nömrəli diplom verilmişdir. Həmin diplomun tanınması məqsədi ilə yenidən cavabdehə ərizə ilə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2746/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: X.X.İmanov) iddia tələbi təmin edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, “Xarici dövlətin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət olunmamış, bu səbəbdən cavabdehin iddiaçının diplomunu tanımaqdan imtina etməsi ilə bağlı hərəkətləri qanunvericiliyə, o cümlədən Sazişin 5-ci maddəsinə və Qaydaların 1.6-cı bəndinə zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur.
9. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-642/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: A.B.Nuriyeva və V.M.Ağayev) cavabdehin apelyasiya şikayəti təm in edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2746/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.
11. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin diplomu tanımaqdan imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə qərar qəbul edərkən işin faktiki hallarını tam araşdırmamış, onlara düzgün hüquqi qiymət vermədən apelyasiya şikayətini təmin etmişdir. Belə ki, cavabdehin apelyasiya şikayətində imtinanın əsası kimi göstərdiyi halları təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. Cavabdeh “Xarici dövlətin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində sadalanan hansı hala görə imtina cavabı verdiyini əsaslandırmamış, imtinasının əsasını təşkil edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
14. Daha sonra qeyd edilir ki, iş materiallarından da göründüyü kimi, həm Azərbaycan Respublikasında, həm də Rusiya Federasiyasının Dağıstan Respublikasında qiyabi təhsil forması mövcuddur. İddiaçının aldığı təhsilin ümumi normativ müddəti Azərbaycan Respubl ikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az deyildir, istiqaməti (biologiya ixtisası üzrə biologiya və kimya müəlliməsi), sənədin verdiyi hüquqlar (magistraturaya, doktoranturaya daxil olmaq, ixtisasla bağlı sahələrdə professional fəaliyyət hüququ verir) Azərbaycan Respublikasında verilən təhsilin meyarlarına tam uyğundur. İddiaçı göstərilən diplom əsasında hal-hazırda Balakən rayonu, Qulla 3 saylı kənd ümumi orta məktəbində işləyir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdilər.
17. Məhkəmə iclasının vaxtı və yer i barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya göndərilmiş məhkəmə bildirişində onun iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Maddə27.4. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qa ydada həyata keçirilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın: 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 2.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhs ilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. 3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsb ət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə görə, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sən ədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturayadaxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələ rə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. İş materiallarından görünür ki, id diaçı Rusiya Federasiyası Dağıstan Respublikası “Yujdaq” İnstitutu tərəfindən ona verilmiş КЛ 68486 nömrəli, xx xxxx 2013-cü il tarixli diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması məqsədi ilə cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan isə Rusiya Federasiyasının “Yujdaq” İnstitutunun diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməməsinə, iddiaçının ilkin olaraq təhsil aldığı müddətdə “Yujdaq” İnstitutunun akkreditasiyadan keçməməsinə, iddiaçının 1997-ci ildə aldığı diplomun sonradan etibarsız hesab edilməsinə, dövlət nümunəli olmayan təhsil sənədinin dövlət nümunəli təhsil sənədinə dəyişdirilməsinin mümkünsüzlüyünə istinad edərək iddiaçıya imtina cavabı vermişdir.
25. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə ra zılaşaraq qeyd edir ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən, Qanunun 44.2-ci və 29.0.21-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nda əks edilmiş normalardan görünür ki, xarici dövlətl ərin ali təhsil sahəsində ixtisasların tanınması zamanı nəzərə alınan əsas meyarlardan biri də təhsilin məzmunu və ixtisasın keyfiyyətinin kifayət qədər olmasıdır və bu hal Qaydalarda nəzərdə tutulmuş ixtisasın tanınmasından imtina üçün nəzərdə tutulmuş 3.7-ci bəndin geniş təfsirinə əsas verir.
27. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır.
28. Hazırkı halda, iş materiallarında olan xx.xx.2014-cü il tarixli Rusiya Federasiyasının “Yujdaq” İnstitutunun 2013-cü il tarixli məzunu olan iddiaçının təqdim etdiyi КЛ 68486 nömrəli, xx xxxx 2013-cü il tarixli diplomun tanınmamasına dair ekspert rəyindən görünür ki, 1997-ci ildə “Yujdaq” İnstitutu dövlət akkreditasiyasından keçmədiyi üçün (Rusiya Federasiyasının Təhsil Nazirliyi xx.xx.2000-ci il tarixli 859 saylı əmri ilə “Yujdaq” İnstitutu xx.xx.2005-ci ildə dövlət akkreditasiyasından (N 25-0886) keçmişdir) iddiaçının 1997-ci ildə aldığı P 00183 saylı diplom əvəzinə dublikat diplom (KB 50365 saylı) verilmişdir. Rusiya Federasiyasının “Elm və Təhsilə Federal Nəzarət Xidməti” və “Yujdaq” İnstitutunun rəhbərliyinə müvafiq məktub göndərilmiş, dublikat diplomla əvvəlki diplom arasında uyğunsuzluq aşkarlanmışdır. “Yujdaq” İnstitutunun xx xxxxxxxx 2013-cü il tarixli 153 nömrəli məktubuna əsasən, bu diplom etibarsız sayılmışdır. Qeyd olunanlar əsasında iddiaçının adına “Yujdaq” İnstitutu tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli КЛ 68486 saylı diplomun (dublikat) ölkə ərazisində tanınması mövcud qanunvericiliyin tələblərinə ziddir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddətinin Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olması ekvivalentlik haqqında Şəhadətnamənin verilməsindən imtina etmək üçün səbəb ola bilər.
30. Həmin rəydən görünür ki, iddiaçı attestasiyadan keçmək üçün ali təhsil müəssisəsinə müraciət etmiş və xx.xx.2012-ci ildə eyni ixtisasın 6-cı kursuna qəbul olunaraq (qiyabi təhsil forması) xx.xx.2013-cü ildə məzun olmuş və КЛ 68486 saylı diplom almışdır (diploma əlavədə əyani təhsil müddəti 5 il qeyd olunmuşdur).
31. İddiaçının diplomunun ekvivalentliyinin müəyyən e dilməsi zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində yaradılmış komissiya tərəfindən “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın müddəalarına uyğun olaraq ekspert komissiyasının mənfi rəyinə əsasən tanınmadan imtina edilmişdir.
32. Bundan əlavə, iddiaçının ilkin olaraq “Yujdaq” İnstitutunda təhsil aldığı müddətdə institut dövlət akkreditasiyasından keçməmişdir. Rusiya Federasiyasının Təhsil Nazirliyinin xx.xx.2000-ci il tarixli 859 saylı əmri ilə “Yujdaq” İnstitutu yalnız xx.xx.2005-ci ildə dövlət akkreditasiyasından keçmişdir.
33. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən diplomun tanınmasından imtina edilməsi işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olduğundan iddiaçının diplomunun tanınmasından imtina edilməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. 34.Məhkəmə kollegiyası işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iddianın rədd olunması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-642/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.