Məhkəmə qərarları › İş №2-1(102)-1935/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1935/2021

02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1935/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallar üzrə ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 02.11.2021 Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə (hüquqi varisi Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üz rə Mərkəzi filialı) qarşı “güzəştli şərtlərlə pensiya təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 iyun tarixli, 2-1(103)-1407/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2019-cu il 6 may tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 2017-ci ilin noyabrın 1-dən əmək pensiyasının təyin edilməsi və qüvvədə olan normativ aktlara müvafiq olaraq pensiyanın hesablanaraq birdəfəlik ödənilməsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 2018-ci ilin mayın 1-dən əmək pensiyasının təyin edilməsini və pensiyanın ödənilməsində yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. 3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 19 sentyabr tarixli, 21(82)-2040/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı 2018-ci il 1 may tarixdən təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

4. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasın ı xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 12 mart tarixli 2-1(103)-265/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 6 avqust tarixli, 21(102)-1347/2020 saylı qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 2020-ci il 12 mart tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

8. Cavabdeh 2020-ci il 15 dekabr tarixdə Bakı İnzibati Məhkəməsinə yeni açılmış hallarla bağlı ərizə ilə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-2040/2019 saylı 2019-cu il 19 sentyabr tarixli qərarının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. ərizənin əsaslandırılması:

9. Cavabdeh ərizəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (mətndə bundan sonra İPM) 100-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. İddiaçının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapi talına malik olmadığı (iddiaçıya münasibətdə tələb olunan pensiya kapitalı 44.400 manat olduğu halda, qeydə alınmış pensiya kapitalı 23.090,55 manat təşkil edir) və bu səbəbdən də ona pensiya təyinatının mümkün olmamışdır. İddia üzrə hər üç məhkəmə instansiyasının qərarlarına baxarkən məlum olmuşdur ki, işə mahiyyəti üzrə baxılarkən iddiaçının tələb olunan pensiya kapitalına malik olub-olmaması ümumiyyətlə araşdırılmamış, nə cavabdeh qismində cəlb olunmuş inzibati orqan, nə də məhkəmələr tərəfindən sözügedən məsələyə heç bir münasibət bildirilməmişdir. Bununla da iş üzrə bütün hallar araşdırılmamış, maddi hüquq normaları pozulmuşdur. Bu səbəbdən də iddiaçıya pensiya təyin edilməsi ilə bağlı qərar qanuni qüvvəyə minməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin qərarın icrası mümkün olmamışdı r. İddiaçının etirazları:

10. İddiaçı ərizəyə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, inzibati orqanın iş üzrə icraatın təzələnməsi üçün verdiyi ərizəsi İnzibati Prosessual Məcəllənin 100-cü maddəsinə tamamilə ziddir, həmin maddəyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Cavabdeh inzibati orqana iddiaçının müraciəti məhz fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı kifayət etmədiyinə görə imtina etmişdir. Cavabdeh inzib ati orqanının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı kifayət etmədiyinə görə verdiyi apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 17 fevral tarixli, 2-1(82)-2040/2019 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizəçinin yeni açılmış hal kimi təqdim etdiyi “iddiaçının pensiya kapitalının tələb olunan məbləğdən az olması” xüsusatı, məhkəmə icraatından əvvəl inzibati icraatda imtina üçün dəlil və ilkin icraat üzrə kassasiya şikayətində şikayətin əsası kimi çıxış etmişdir. Məlum olduğu tarixdən hansı müddət keçməsindən asılı olmadan (baxmayaraq ki, imtina məktubu 2018-ci il 15 aprel tarixdə, məhkəməyə hazırkı ər izə isə 2020-ci il 15 dekabr tarixdə, yəni 2 il 8 ay sonra təqdim olunmuşdur), İPM-in 100-cü maddəsinin tələbləri bu halın iş üzrə “yeni açılmış hal” qismində qəbulunu şərtləndirməmişdir.

13. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 iyun tarixli, 2-1(103)-1407/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 17 fevral tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və idd ia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddia üzrə hər üç məhkəmə instansiyasının qərarlarına baxarkən məlum olur ki, işə mahiyyəti üzrə baxılarkən iddiaçının tələb olunan pensiya kapitalına malik olub-olmaması ümumiyyətlə araşdırılmamış, nə cavabdeh qismində cəlb olunmuş inzibati orqan, nə də məhkəmələr tərəfindən sözügedən məsələyə heç bir münasibət bildirilməmişdir. Bununla da iş üzrə bütün hallar araşdırılmamış, maddi hüquq normaları pozulmuşdur. Bu səbəbdən də iddiaçıya pensiya təyin edilməsi ilə bağlı qərar qanuni qüvvəyə minməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin qərarın icrası mümkün olmamı şdır.

18. Həmçinin, ərizəyə baxaraq qərardad qəbul etmiş hakim Rüstəm Kərimli elə barəsində yeni açılmış hallarla bağlı ləğv edilməsi üçün ərizə verilmiş qərarı qəbul etmiş hakimdir. Mülki Prosessual Məcəllənin 19.1.1 -ci maddəsinə əsasən, hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir: 19.1.3. O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə. Hesab edilməlidir ki, əvvəllər işə mahiyyəti üzrə baxaraq qərar qəbul etmiş hakimin yeni açılmış hallarla bağlı olaraq həmin qərarın ləğv olunması və iş üzrə icraatın təzələnməsi barədə ərizəyə obyektiv baxaraq nəticəyə gəlməsinə əsaslı şübhələr yaranır. b. məhkəmə icraatı iştirakçılarının izahatları

19. Cavabdehin vəkili ( nümayəndəsi) məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

20. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qər ardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə

102. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

25. İPM-in yuxarıda istinad edilən 100-cü maddəsinin tələbindən göründüyü k imi, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.

26. İşdən göründüyü kimi ərizəçinin istinad etdiyi hallar və faktlar işə mahiyyəti üzrə baxılıb həll edilərkən mövcud olmuş, məhkəmə araşdırması zamanı həmin hallardan məhz işə aid olanı nəzərə alınmışdır.

27. Hazırkı ərizədəki istinadlar yeni açılmış hallar kimi təqdim edilsə də, əslində, məhkəmə araşdırmasının predmeti olmuş hallara istinad etməklə cavabdeh məhkəmənin qərarını mübahisələndirir.

28. Yeni açılmış hallarla bağ lı icraatın təzələnməsinə dair ərizənin təmin olunması üçün əsaslar yoxdur.

29. Hazırkı ərizəyə iş üzrə qərarı qəbul etmiş hakim Rüstəm Kərimli tərəfindən baxıldığına və Mülki Prosessual Məcəllənin 19.1.1-ci maddəsinə əsasən, həmin hakimin işə baxılmasında (19.1.3. O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə) iştirakına yol verilmədiyinə dair şikayətin dəlili də əsaslı deyil. Belə ki, həmin normanın tələbi nəzərə alındıqda, əvvəllər hakim kimi yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmiş hakim hazırkı işə baxılmasında iştirak edə bilməz. Hazırkı işdə belə hal yoxdur.

30. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təm in olunması üçün əsaslar yoxdur.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 iyun tarixli, 21(103)-1407/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar