Məhkəmə qərarları › İş №2-1(102)-1935/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1935/2022

25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1935/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1950-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin S osial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2-1(103)81/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus ДЖ seriyalı, 156821 nömrəli hərbi biletə əsasən iddiaçı 19731975-ci il tarixlərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir.

2. İddiaçıya məxsus 30 iyun 1966-ci il tarixli əmək kitabçasına əsasən o: - xx.xx.1964-cü il tarixdə 1 saylı X4 1 saylı şöbədə mühasibin şagird i təyin olunmuş, xx.xx.1967-ci il tarixdə öz xahişi ilə verdiyi ərizəyə əsasən xx.xx.1967-ci ildən işdən azad olunmuşdur; - 09.1967-ci ildən 06.1973-cü ilədək Azərbaycan politexnik institutunda inşaat fakültəsinin tələbəsi olmuşdur; - 1973-cü ildən 1975-ci ilədək Çelyabinsk şəhəri Kranoarmeyskiy rayonunda Sovet Ordusunda xidmət etmiş, inşaat üzrə əsgər və iş icraçısı olmuşdur (h/hissə 04201); - xx.xx.1976-cı ildən "xxxx" tikinti trestinin Əli-Bayramlı Tikinti-X1 yaşayış sahəsinə usta işinə qəbul olunmuş, xx.xx.1977-ci ildə yaşayış sahəsinə iş icraçısı köçürülmüş, xx.xx.1984-cü ildə zavodun sahə rəisi köçürülmüş, xx.xx.1986-cı ildən Tikinti-Quraşdırma sahəsinə baş mühəndisin v.m.i. edən köçürülmüş, xx.xx.1987-ci ildən baş iş icraçısı köçürülmüş, xx.xx.2003-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir; - xx.xx.2003-cü il tarixdə “İstiliklenerjitikintiquraşdırma” SC-nə sahə rəisi vəzifəsinə fərdi əmək müqaviləsi ilə işə qəbul edilmiş, xx.xx.2005-ci il tarixdə vəzifəsindən azad edilmişdir; - xx.xx.2006-cı il tarixdə "xxxx" BMMM-nin Bölgə direktorunun tabeliyində TəmirTikinti üzrə baş mütəxəssis vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı il tarixdə aparatda əsaslı tikinti şöbəsinin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2009-cu il tarixdə öz xahişi ilə işdən azad edilmişdir; - xx.xx.2009-cu il tarixdə “X3” Limited Şirkəti Aparatında əsaslı Tikinti Şöbəsinin rəisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2013-cü il tarixdə şirkətin filialının prezidentinin tikinti üzrə müşaviri vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir.

3. İddiaçı 17 yanvar 2020-ci il tarixdə, daha sonra isə 3 mart 2020-ci il tarixdə cavabdehə müraciət edərək ona 57 yaşdan, yəni xx.xx.2007-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh isə iddiaçıya xx.xx.2020-ci il tarixli **********1 nömrəli və xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktublar ünvanlayaraq onun müraciətindən imtina etmişdir.

4. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olar aq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Müraciətdə qeyd edilənlərin əksinə olaraq, pensiya təyinatı ilə bağlı ona aid sənədlərin əsli təqdim edilməmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi i lə məhkəməyə müraciət edərək onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı xx.xx.2007-ci il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2010-cu il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” qanunun 27.1-ci maddəsinə, əmək haqqına əsasən pensiya təyin edilməsinin və həmin tarixdən hal-hazıradək yenidən hesablanaraq yaranmış fərqin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1950-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. Hal-hazırda Şirvan şəhər sakini olmaqla yaşayır. O, xx.xx.1964-xx.xx.2014-cü il tarixə kimi işləməklə ümumi 49 il 08 ay əmək stajı vardır. Həmin əmək stajının xx.xx.1976-xx.xx.1977-ci ilə kimi Əli Bayramlı Tikinti-Təmir İdarəsində usta, xx.xx.1977-xx.xx.1984-cü ilə kimi həmin idarədə iş icraçısı və xx.xx.1987-xx.xx.2003cü ilə kimi həmin İdarədə böyük iş icraçısı vəzifələrində işləmişdir. İşlədiyi vəzifələr ağır iş olduğundan, ona xx.xx.2007-ci il tarixdə, 55 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Lakin ƏƏSMN-nin yanında DSMF-nun Şirvan şəhər şöbəsi tərəfindən ona xx.xx.2014-cü il tarixdən, 63 yaşdan yaşa görə əmək pensiyası təyin edilmişdir. O, xx.xx.2006-cı ilə kimi ümumi 25 il və 12 il 06 ay xüsusi iş stajı topladığına görə hesab edir ki, onun xx.xx.2007-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Çünki, xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Ə mək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndi ilə xx.xx.2010-cu il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 27.1ci maddəsinə əsasən hüquqi yaranmış şəxslər güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nın XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri: “yeni tikinti və quraşdırma işlərinin ustaları (2290000b—23419)” və “iş icraçıları (2290000b—24441)” vəzifələrinə əsasən 12 il 06 aydan çox zərərli əmək sahəsində əmək stajı və 25 ildən çox ümumi əmək stajını xx.xx.2006-cı il tarixə kimi toplamışlarsa, kişilər 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ yaranır. O, cavabdeh təşkilata xx.xx.2020-ci il tarixli ərizə və ona əlavə edilmiş şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının və hərbi biletin notarial təsdiq edilmiş surətləri ilə müraciət edərək, ona xx.xx.2007-ci il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən xx.xx.2010-cu il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunu nun 27.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh isə ona xx.xx.2020-ci il tarixli, **********1 saylı məktubla cavab olaraq müvafiq sənədlərin əsli təqdim edildikdən sonra baxıla bilinməsi barədə bildirilmişdir. Bundan sonra, o, xx.xx.2020-ci il tarixdə ərizəsinə əlavə edilmiş sənədlərin notarial təsdiq edilmiş surətlərini və sənədlərin əslini cavabdeh orqana təqdim etmiş, lakin sənədlərin əslinin nəzərdən keçirilməsinə baxmayaraq cavabdeh orqan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin mümkünsüz olduğunu və bunu əmək kitabçalarında qeyd edilən müəssisə və təşkilatlardan həmin yerlərdə işləməsini təsdiq edən arayışların olmadığını və həmçinin güzəştli arayışın olmadığını bildirmişlər. Lakin, ona r əsmi imtina verməkdən imtina etmişlər. Bunu da, onunla əsaslandırmışlar ki, yalnız işləməsini təsdiq edən arayışlar və güzəştli arayışlar təqdim edildikdən sonra güzəştli pensiyanın təyin edilib-edilməməsinə baxılması mümkün olacaqdır.

7. Cavabdeh iddia tələbinə yazılı etirazında göstərmişdir ki, şəxsə güzəştli əmək pensiyası hüququ verən peşələrdə işləməsini təsdiq edəcək iş yerindən arayışların təqdim edilməsi həmçinin hal hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tətbiq edilməsi müddətində də tələb edilmiş və qüvvədə olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensi ya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar (məsələn: isti iş sahələrində, isti işlərdə işləmək, müəyyən təhlükə dərəcəsi olan maddələrlə işləmək, yeraltı işlərdə çalışmaq, müəyyən üsullarla iş aparmaq və s.) barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur. Arayışda göstərilməlidir: xüsusi staja daxil olan dövr; peşə və ya vəzifəsi; görülən işin xarakteri, həmin iş dövrünün hansı siyahının bölməsi, hansı yarım bölməsi bəndinə daxil olması, həmin arayışın verilməsinə əsas olan ilkin sənədlər. İd diaçının İdarəyə təqdim etdiyi əmək kitabçasının surətindən onun işlədiyi peşələrin ona güzəştli şərtlərlə pensiya hüququ verən peşələr olması müəyyən edilə bilməz. Belə ki, qeyd edilən əmək kitabçasının surətinin bir qismi rus dilində tərtib edilmiş, digər bir hissəsində isə qeyd edilmiş peşələrin güzəştli peşə olması əmək kitabçasında qeyd edilmədiyindən ona idarə tərəfindən haqlı olaraq xx.xx.2020-ci il tarixdə müvafiq sənədlərin tam şəkildə verilməsi məzmununda, xx.xx.2020-ci il tarixdə isə güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməsi barədə arayışlar təqdim edilməsindən sonra iddiaçının müraciətinə baxılacağı barədə cavab məktubu verilmişdir. Həmin xx.xx.2020-ci il tarixdə verilmiş cavabda qeyd edilmişdir ki, iddiaçı müraciətində sənədlərin əsillərini verməsi barədə qeydinə c avab olaraq İdarə tərəfindən həmin sənədlərin tam verilməməsini göstərilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı cavab məktublarının məzmunundan göründüyü kimi, qeyd edilən məktubla cavabdeh iddiaçının tələbindən imtina etməmiş, ona sadəcə qanunvericiliklə müəyyən edilmiş sənədlərin veriləcəyi təqdirdə onun müraciətinə baxılacağını bildirmişdir. Cavabdeh İdarə həmin cavabı ilə iddiaçının heç bir hüququnu və qanunla qorunan hər hansı bir maraqlarını pozmamışdır. Əmək pensiyalarının ödənilməsi məcburi dövlət sosial sığorta ayırmaları üzrə daxil olmalar hesabına həyata keçirilir ki, bu da hər ay üçün sığortaedənlər tərəfindən ödənilən vəsaitlər hesabına formalaşır. Keçmiş dövr üçün yaranmış böyük borc məbləğləri isə hissə-hissə ödənilir. Həmin məbləğin birdəfəlik ödənilməsi üçün əlavə vəsait tələb olunur ki, bunun da Fondun büdcəsində birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Lakin keçmiş dövrlər üçün yığılmış borcun ödənilməsi faktiki olaraq vətəndaşın müraciət etdiyi tarixdə hüququ yarandığı tarixdən hesablanır, gecikmiş ayların sayına bölünməklə aparılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən - “əmək pensiyası ödənişinin maliyyə mənbələri” və maddə 6.2. - “əmək pensiyasının sığorta və yığım hissələri, bu Qanunun 20ci maddəsi ilə müəyyən olunan (hərbi qulluqçular və xüsusi rütbəli şəxslər) qulluq stajına görə əmək pensiyasına əlavələr məcburi dövlət sosial sığortası vəsaitləri hesabına maliyyələşdirilir. Əlavə olaraq həmin Qanunun 6.3-cü maddəsində qeyd edildiyi kimi “əmək pensiyasının yığım hissəsinin ödənilməsi müvafiq vəsai t olduğu halda həyata keçirilir”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda birdəfəlik olaraq ödəniş nəzərdə tutulmamışdır.

8. Bakı İnzibati Məhkəməsinin 3 noyabr 2020-ci il tarixli, 2-1(112)-5006/2020 nömrəli qərarı (hakim A.A.Abdullayeva) ilə iddia qismən təmin edilmiş, iddiaçıya yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının 57 yaşdan, yəni xx.xx.2007-ci il tarixdən, xx.xx.2010cu il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən, yəni əmək haqqına əsasən təyin edilməsi, eləcə də, iddiaçıya yaranmış pensiya fərqinin onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx.xx.2006 -cı ilə qədər 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajı mövcuddur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları təsdiq edilmişdir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Adıçəkilən Qaydaların 2 nömrəli Əlavəsinə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini t əsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 2007-ci il tarixdə yarandığından ona münasibətdə bu Qaydalar tətbiq oluna bilməz. İddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının XXVİİ Bölməsində (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) 2290000b-24441 (yeni tikinti və quraşdırma işlərinin ustaları) və 290000b-24441 (iş icraçıları) peşə şifrlərinə uyğundur. İddiaçı ya münasibətdə 2 nömrəli Siyahının müddəaları tətbiq olunmalıdır.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının pensiya hüququ artıq xx.xx.2007-ci il tarixdə yarandığından, ona münasibətdə həmçinin “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2010-cu il tarixə kimi qüvvədə olmuş 27.1-ci maddəsi şamil edilməli, yəni ona əmək haqqı əsasında pensiya təyin edilməlidir.

11. Məhkəmə, iddia tələbinin yaranmış fərqin birdəfəyə ödənilməsi hissəsi ilə bağlı göstərmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1ci maddəsinə tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tut ulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğundan, iddiaçıya yaranmış pensiya fərqi onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2-1(103)-81/2022 nömrəli qərarı (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) ilə cavab dehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 3 noyabr 2020-ci il tarixli, 2-1(112)-5006/2020 nömrəli qərarı pensiyanın ödənilməsi hissəsində dəyişdirilmiş, iddiaçıya yaranmış pensiya fərqinin onun müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, birinci instansiyası məhkəməsi qərarında iddianı qismən təmin edərək keçmiş 3 illik müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsini qeyd etmiş, lakin pensiya məbləğinin hansı tarixdən hesablanmasını müəyyən etməmişdir. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ 2017-ci il 01 iyul tarixədək – 2007-ci il tarixdən ya randığından, əmək pensiyasının təyin edilməsi üçün isə inzibati orqana xx.xx.2020-ci il tarixində müraciət etdiyindən istinad olunan qanunvericiliyin tələbinə görə iddiaçı həmin tarixdən keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləği müraciət edilən tarixdən əvvəlki üç il üçün hesablanaraq ödənilməlidir. İddiaçının pensiyası onun ilkin müraciət etdiyi (xx.xx.2020-ci il) vaxtdan 3 il əvvəlki tarixdən, yəni xx.xx.2017-ci il tarixdən hesablanıb ödənilməlidir.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh qeyd edir ki, iddiaçı iddia ərizəsinə özünə məxsus əmək kitabçası, şəxsiyyət vəsiqəsinin surəti, hərbi biletinin surəti və 2004-2005-ci illər üzrə əmək haqqı barədə arayışı təqdim etmişdir. İddiaçı iddia ərizəsində cavabdehin imtinasının ona münasibətdə qanunsuz olmasını və onun pensiya hüququnun xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən yarandığından ona münasibətdə tətbiq edilməli olmamasını qeyd etmişdir. Yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir. Şəxsə güzəştli əmək pensiyası hüququ verən peşələrdə işləməsini təsdiq edəcək iş yerindən arayışların təqdim edilməsi həmçinin hal-hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tətbiq edilməsi müddətində də tə ləb edilmiş və qüvvədə olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il üçün “əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar (məsələn: isti iş sahələrində, isti işlərdə işləmək, müəyyən təhlükə dərəcəsi olan maddələrlə işləmək, yeraltı işlərdə çalışmaq, müəyyən üsullarla iş aparmaq və s.) barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur. Arayışda göstərilməlidir: xüsusi staja daxil olan dövr, peşə və ya vəzifəsi, görülən işin xarakteri, həmin iş dövrünün hansı siyahının bölməs i, hansı yarım bölməsi bəndinə daxil olması, həmin arayışın verilməsinə əsas olan ilkin sənədlər. İddiaçının İdarəyə təqdim etdiyi əmək kitabçasının surətindən onun işlədiyi peşələrin ona güzəştli şərtlərlə pensiya hüququ verən peşələr olması müəyyən edilə bilməz. Belə ki, qeyd edilən əmək kitabçasının surətinin bir qismi rus dilində tərtib edilmiş, digər bir hissəsində isə qeyd edilmiş peşələrin güzəştli peşə olması əmək kitabçasında qeyd edilmədiyindən ona idarə tərəfindən haqlı olaraq xx.xx.2020-ci il tarixdə müvafiq sənədlərin tam şəkildə verilməsi məzmununda, xx.xx.2020-ci il tarixdə isə güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməsi barədə arayışlar təqdim edilməsindən sonra iddiaçının müraciətinə baxılacağı barədə cavab məktubu verilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı ca vab məktublarının məzmunundan göründüyü kimi, qeyd edilən məktubla cavabdeh iddiaçının tələbindən imtina etməmiş, ona sadəcə qanunvericiliklə müəyyən edilmiş sənədlərin veriləcəyi təqdirdə onun müraciətinə baxılacağını bildirmişdir. Əmək pensiyalarının ödənilməsi məcburi dövlət sosial sığorta ayırmaları üzrə daxil olmalar hesabına həyata keçirilir ki, bu da hər ay üçün sığortaedənlar tərəfindən ödənilən vəsaitlər hesabına formalaşır. Keçmiş dövr üçün yaranmış böyük borc məbləğləri isə hissə-hissə ödənilir. Həmin məbləğin birdəfəlik ödənilməsi üçün əlavə vəsait tələb olunur ki, bunun da Fondun büdcəsində birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Lakin keçmiş dövrlər üçün yığılmış borcun ödənilməsi faktiki olaraq vətəndaşın müraciət etdiyi tarixdə hüququ yarandığı tarixdən hesablanır, g ecikmiş ayların sayına bölünməklə aparılır. Bu səbəbdən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının müvafiq qərarı əsassızdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1 və 58.7-ci maddələrinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.... 19. “Əmək pensiyaları haqqında” Azərbaycan R espublikasının Qanunu: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdik də, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. (xx.xx.2010-cu il tarixə qədər qüvvədə olmuş redaksiyada) Maddə

27. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması 27.1. Bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Maddə

32. Əmək pensiyasının təyin edilməsi m üddətləri... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.... Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

20. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axır ıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.... 21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997- ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

22. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiya sı hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı;... 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əl avə:

2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir:... 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı;...

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: 22900000 – XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri... 2290000b – b) rəhbərlər və mütəxəssislər... 2290000b—24441 – iş icraçıları...

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesa b etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hazırkı qərarın 25-ci bəndinin “a” yarımbəndində qeyd olunan prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

29. Belə ki, hazırkı qərarın 19-24-cü bəndlərində sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı inzibati orqana təqdim edilməlidir.

30. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən iddiaçıya münasibətdə yuxarıda qeyd olunan şərtlərin ödənildiyi qənaətinə gəlmiş və bu zaman iddiaçının xx.xx.1976-xx.xx.2003-cü illərdə "xxxx" tikinti trestinin Əli-Bayramlı Tikinti-X1 işlədiyi usta və iş icraçısı vəzifələrini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının XXVİİ Bölməsində (Bina, qurğ u və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) 2290000b-24441 (yeni tikinti və quraşdırma işlərinin ustaları) və 290000b-24441 (iş icraçıları) peşə şifrlərinə uyğunlaşdırmışdır.

31. Cavabdehin iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışının olmaması ilə bağlı kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasında kı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Belə ki, işin, vəzifənin və peşənin adının müəyyən və ya təyin edilməsi məhkəmənin səlahiyyətinə aid deyil.

32. İş materiallarından görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışın təqdim edilməsi ilə bağlı apellyasiya məhkəməsi tərəfindən "xxxx" ASC-yə m üraciət edilmiş, lakin sonuncunun 12 aprel 2022-ci il tarixli, 0204-683 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" ASC "xxxx" ASC-nin hüquqi varisi deyildir və arxiv sənədləri "xxxx" ASC-də saxlanılmır.

33. Apellyasiya instansiya məhkəməsi qeyd edilən məktubla kifayətlənməyərək işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmiş, iddiaçının işlədiyi "xxxx" tikinti trestinin Əli-Bayramlı Tikinti-X2 fəaliyyət göstərib-göstərməməsi ilə bağlı müvafiq qurumlara – vergi xidmətinə, statistika idarəsinə, dövlət arxivinə, daşınmaz əmlakın dövlət reyestr xidmətinə və s. sorğular verməmiş, müəssisə fəaliyyət göstərmədiyi təqdirdə hüquqi varisini müəyyənləşdirməmişdir.

34. Şəxsin işlədiyi peşələrin siyahıda göstərilən peşələrə uyğunlaşdırılmasında çətinlik yarandıqda məhkəmə, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, işçinin əmək funksiyaları və eyniləşdirmə üçün zəruri olan digər meyar əlamətlərini əks etdirməklə arayış verilməsini tələb edə bilər.

35. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifə və malik old uğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.

36. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iddiaçının işlədiyi müəssisənin fəaliyyət göstərmədiyi və arxiv sənədlərinin müəyyən olunmadığı halda iddiaçının işlədiyi peşənin əmək funksiyalarının və müvafiq siyahıya uyğunlu ğunun yoxlanılması ilə bağlı analoji müəssisələrdə mövcud olan eyni adlı peşələrin müqayisəli təhlilini aparmamış, heç bir əsas olmadan iddiaçının işlədiyi vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifəyə aid etmişdir.

37. Bundan başqa, apellyasiya instansiya məhkəməsi iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədə işləməsi qənaətinə gəlsə də, konkret olaraq qeyd edilən vəzifədə işlədiyi dövrləri dəqiq göstərməmiş, iddiaçının güzəştli şərtlərlə iş stajını dəqiq müəyyən etməmişdir.

38. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.3 və 58.7-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir.

39. Cavabdeh qərarın ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə kollegiy ası qeyd edir ki, iş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan hazırda kassasiya şikayəti həmin hissədə təmin edilə bilməz.

40. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

41. İşə təkrar baxan məhkəmə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını tələb edərək iş materiallarına əlavə etməli, həmin arayış əsasında iddiaçının zəruri güzəştli iş stajının (12 il 6 ay) olub-olmamasını qiymətləndirməli və nəticədən asılı olaraq ədalətli qərar qəbul etməlidir.

42. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 21(103)-81/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar