Məhkəmə qərarları › İş №2-1(102)-1935/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1935/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1935/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli **********7242 nömrəli qərarın ləğv edilməsi” tələbin ə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2-1(103)-1504/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********6847 nömrəli qərar əsasında Bakı şəhəri Səbail rayonu Yusif Məmmədəliyev 19 ünvanda yerləşən İddiaçı (VÖEN: **********) məxsus restoranda Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il t arixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022 tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmış və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri” ndən xx.xx.2021-ci il tarixli KY211701819 nömrəli çıxarışda plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsinin əsası kimi Vergi Məcəlləsinin 50.2.4-cü maddəsinə istinad olunmuşdur.

2. Fərdi sahibkar İddiaçı (VÖEN: **********) məxsus Bakı şəhəri Səbail rayonu Yusif Məmmədəliyev 19 ünvanda yerləşən “Hollywood” restoranında operativ vergi yoxlaması zamanı 2 nəfərin (Şahid və X1) əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi müəyyən edilməklə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7242 nömrəli qərar qəbul e dilmiş və həmin qərara əsasən iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2022-ci tarixədək 4000 manat məbləğin büdcəyə ödənilməsi qərara alınmışdır. 3. “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********7243 nömrəli tələbnamədən görünür ki, iddiaçıdan büdcəyə ödənilməli olan 4000 manat vəsaitin xx.xx.2021-ci il tarixə kimi Vergilər Nazir liyinin Milli Gəlirlər Baş İdarəsinin AZ17CTRE******************** nömrəli hesabına ödənilməsi tələb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli **********7242 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə fiziki şəxs kimi vergi uçotuna qediyyata alınmış və ünvan 2 ünvanında yerləşən ticarət obyektində sahibkarlıq fəaliyyətini həyata keçirir. Ticarət obyektində 18 nəfər işçi tərəfindən əmək müqaviləsi bağlanılmaql a, 1 nəfər isə sabit vergi ödəyicisi kimi işləyir. Ticarət obyektində əmək müqaviləsi bağlanılmadan və ya əmək qanunvericiliyinə uyğun olmadan fəaliyyət göstərən hər hansı işçi yoxdur. Buna baxmayaraq xx.xx.2021-ci il tarixdə ticarət obyektində operativ vergi yoxlaması keçirilmiş və bu zaman Şahid və X1 adlı şəxslər onlarla əmək müqaviləsi bağlanılmadan ticarət obyektində xidmətin və ya hər hansı işin görülməsinə cəlb edilmiş işçi kimi vergi xidmətinin əməkdaşları tərəfindən qeydə alınmışdır. Nəticədə bununla bağlı xx.xx.2021-ci il tarixli 004248 nömrəli akt tərtib edilmiş və həmin akt əsasında xx.xx.2022-ci il tarixli **********7242 nömrəli qərar qəbul edilməklə barəsində 4000 manat maliyə sanksiyası tətbiq edilmişdir. Bununla bağlı qeyd olunan məbləğin ödənilməsi üçün **********7243 nömr əli tələbnamə göndərilmişdir. İddiaçı hesab edir ki, ona məxsus ticarət obyektində keçirilmiş operativ vergi tədbirinin nəticələrinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli 004248 nömrəli akt və həmin akt əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********7242 nömrəli qərar əsassız və qanunsuzdur. Belə ki, Şahid və X1 adlı şəxslər sahibkarlıq fəaliyyətini həyata keçirtdiyi ticarət obyektində hər hansı xidmətin göstərilməsinə cəlb edilməmiş, nə əvvəllər, nə də hazırda işə götürülməmiş, obyektində işçi kimi fəaliyyət göstərməmişdir. Operativ vergi yoxlaması zamanı həmin şəxslər müştəri kimi ona məxsus obyektdə olmuşlar. Vergi Xidmətinin əməkdaşları tərəfindən həmin şəxslərin hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halları aşkar edilməmiş, hətta hansı işləri n görülməsinə cəlb edilmələri aydınlaşdırılmamış və yalnızca tədbir zamanı ticarət obyektində olduqları üçün işçi kimi qeyd edilmişlər. Bu hal xidmətin əməkdaşlarına bildirilsə də, bununla bağlı hər hansı araşdırma aparmadan, qərəzli olaraq həmin şəxsləri əmək müqaviləsi olmadan işin və ya xidmətin göstərilməsinə cəlb edilmiş şəxslər kimi sənədləşdirmişlər. Halbuki vergi xidmətinin əməkdaşları düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalı idi. Operativ vergi nəzarətini həyata keçirən vergi xidmətinin əməkdaşları ona qarşı qərəzli mövqedə olmuş və sahibkarlıq fəaliyyətinin keçirilməsinə maneə yaratmışdır.

6. Cavabdeh yazılı etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, cavabd ehin xx.xx.2021-ci il tarixli **********6847 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 3 ünvanında yerləşən “Hollywood klub” adlı obyektdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 2 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 004248 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosi al sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı 2 nəfər fiziki şəxsin və iddiaçının nüməyəndəsinin izahat verməkdən imtina edilməsi barədə akt tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7242 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edi lmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinə göndərilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2-1(112)-7102/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********7242 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ləğv edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçının Vergi Məcəlləsinin 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusunu törətməsini sübut edən icraat materialları, o cümlədən yuixarıda adları çəkilən şəxslərin iddiaçıya məxsus obyektdə əmək müqaviləsi bağlamadan işə cəlb edilməsinə dair izahatlar, foto və ya video görüntülər və s. s übutlar məhkəməyə təqdim edilməmiş, cavadehin təqdim etdiyi icraat materialları yalnız vergi orqanının yoxlayıcıları tərəfindən tərtib edilmiş, onların imza və idarənin möhürü ilə təsdiq edilmiş sənədlər olmaqla, iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi üçün yetərli, əsaslı sübutlar hesab olunmur.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və Ş.A.Məmmədova) 26 aprel 2023-cü il tarixli, 21(103)-1504/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2-1(112)-7102/2022 nömrəli qərarı dəyişd irilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh orqanın əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı operativ vergi nəzarətinin nəticəsi haqqında akt tərtib edilərkən həmin 2 nəfər şəxsin şəxsiyyəti müəyyən edilməmiş, onların izahatı alınmamış, bu şəxslərə münasibətdə qeyd olunan halların mövcudluğuna dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavadehin təqdim etdiyi icraat materialları yalnız vergi orqanının yoxlayıcıları tərəfindən tərtib edilmiş, onlar imza və idarənin möhürü ilə təsdiq edilmiş sənədlər olmaqla, iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi üçün yetərli, əsaslı sübutlar hesab olunmur. Belə olan halda həmin şəxslər lə əlaqədar iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi əsassızdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə dair yazılı etirazın dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq qeyd edir ki, operativ vergi nəzarəti zamanı 2 nə fər fiziki şəxs və iddiaçının nümayəndəsi izahat verməkdən imtina etmiş və bu barədə akt tərtib edilmişdir. Bundan başqa “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi” Qaydalarının 10.5-ci bəndinə əsasən, sənədləşmə işləri aparılmışdır ki, 2 nəfər fiziki şəxsin obyektdə konkret hansı işlə məşğul olması, həmin iş yerində iş saatının vaxtı, həmin iş yerinin əsas və ya əlavə iş yeri olması kimi məsələlələrin araşdırılması ilə bağlı vergi orqanı əməkdaşlarının üzərinə hər hansı öhdəlik qoyulmamışdır.

14. Bundan başqa nə Vergi Məcəlləsində, nədə ki, “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi” Qaydalarında əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin sadələşdirilmiş ve rgi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi haqqında qəbz əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı video çəkilişlərin həyata keçirilməsi nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 48ci maddəsində tərtib edilən protokola dair ümumi tələblərdə foto və video çəkilişin aparılması tələblər siyahısında nəzərdə tutulmadığından səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti icra olunan hərəkətlər əsasən protokol və aktla rəsmiləşdirilir, yalnız zərurət olduqda bu hərəkətlərlə bağlı foto və video çəkiliş aparılır.

15. Bundan əlavə nə birinci, nə də apellyasiya instansiyası məhkəmələri tərəfindən İlham Mürsəlov və Ruzi Əlizadə şa hid qismində cəlb edilməmiş, izahat alınmamış, işin faktiki hallarının araşdırılması üçün əhəmiyyət kəsb edən hallara münasibət bildirilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 41.1. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Maddə

58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəx s üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsini n “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu, başqa sözlə, operativ vergi nəzarəti zamanı izahatı alınmamış şəxslərin iddiaçı ilə ə mək münasibətlərində olub-olmaması halını sübut edə bilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd əsaslandırılmamış qərar qəbul etmişdir. Yəni, hazırkı iş üzrə iddiaçının tələbi mübahisələndirmə haqqında iddia növünə aid olduğundan, sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür (İPM-nin 14.1-ci maddəsi).

26. Mübahisələndirmə haqqında iddia növündə olan işlərdə cavabdeh faktiki şərtlərin mövcudluğunu məhkəmə prosesi zamanı təqdim edilmiş sənədlərlə sübut etməklə yanaşı və hətta daha öncə, inzibati icraatın gedişində, o cümlədən icraatın nəticəsində inzibati aktın qəbulu zamanı şəxsə faktiki şərtlərin mövcudluğunu göstərməlidir. Bu “İnzibati icraat haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinin tələbindən irəli gəlir. Belə ki, həmin maddələrə əsasən, yazılı və ya yaz ılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.

27. Lakin hazırkı iş üzrə mübahisələndirilən qərarda, yəni inzibati aktda yuxarıda qeyd olunan normaların tələblərinə uyğun hər hansı əsaslandırma aparılmamış, işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməmişdir.

28. Məhkəmə kollegiyası cavabdehin “nə birinci, nə də apellyasiya instansiyası məhkəmələri tərəfindən İlham Mürsəlov və Ruzi Əlizadənin şahid qismində cəlb edilməməsi, izahat alınmaması, işin faktiki hallarının araşdırılması üçün əhəmiyyət kəsb edən hallara müna sibət bildirilməməsi” ilə bağlı kassasiya dəlilinə münasibətdə qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəz inə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olar.

29. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

30. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə isə inzibati orqan haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki, yuxarıda qe yd edildiyi kimi, inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi məsuliyyətinə cəlb etdikdən sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Qeyd edildiyi kimi, məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.

31. Odur ki, hazırkı halda qiymət verilməli olan, cavabdeh tərəfindən iddiaçı ya maliyyə sanksiyasının tətbiq edilməsi və vergi məsuliyyətinə cəlb edilməsi zamanı inzibati icraatın tələblərinə riayət edilib-edilməməsidir.

32. Eyni zamanda məhkəmə kollegiyası cavabdehin hazırki mübahisə üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı video çəkilişlərin nəzərdə tutulmaması, habelə səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti icra olunan hərəkətlərin əsasən protokol və aktla rəsmiləşdirilməsi, yalnız zərurət olduqda bu hərəkətlərlə bağlı foto və video çəkiliş aparılması” ilə bağlı kassasiya dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 41.1-ci maddəsində birmənalı olaraq qeyd edilmişdir ki, vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşy alarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur.

33. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmə hallarının cavabdeh vergi orqanı tərəfindən yoxlanılması onun vergi nəzarət tədbiridir ki, bu tədbir nəticəsində də cavabdeh inzibati orqanın əməkdaşları vergi ödəyicisi olan iddiaçıya məxsus mağazaya gələrək pozuntu aşkar etmişdilərsə, bu zaman protokolla rəsmiləşdirdikləri kimi, foto və ya video çəkilişdən də istifadə etməli və hazırda həmin çəkilişlər sübut qismində məhkəməyə təqdim edilməli idi. Lakin cavabdeh inzibati orqan qanunvericiliklə üzərinə qoyulmuş vəzifəni qismən icra etmiş, protokol tərtib etmiş, lakin foto və ya video çəkiliş aparmamışdır.

34. Eyni za manda məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh inzibati orqan vəzifəsini yerinə yetirməməsini zərurət olduğu halda çəkiliş aparılmalı olması ilə əsaslandırsa da, qanunvericilikdə vergi nəzarəti yoxlamalarının foto və ya video çəkilişlə qeydə alınması ilə bağlı zərurət halları müəyyən edilməmiş, çəkilişin aparılması birmənalı olaraq bütün hallara aid edilmişdir. Əgər zərurət halları müəyyən edilmiş olsaydı belə, cavabdeh hazırki mübahisə üzrə foto və ya video çəkili aparılmasından imtinasını, yəni zərurət olmadığını sübut etməli idi. Çünki mübahisə predmeti olan qərarın əsaslılığını sübut etmək üçün cavabdeh inzibati orqanın heç bir sübutu yoxdur (izahat və s.).

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmə məli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2023-cü il tarixli, 21(103)-1504/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar