Məhkəmə qərarları › İş №2-1(102)-1936/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1936/2020

30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1936/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin qarşı iş üzrə QƏRAR Açar sözlər: (əmək pensiyanın yenidən hesablanması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması vəzifəsinin cava bdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1075/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1958-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehə hə valə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun əri X1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə müəssisəsində inspektor vəzifəsində qulluq etmişdir. Əri 2009-cu ilin 15 iyun tarixində rəhmətə gedəndən sonra iddiaçıya ərinin əmək haqqısı əsasında ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Hal-hazıradək 540 manat pensiya alır. AzərbaycanRespublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli sərəncamı ilə ədliyyə işçilərinin əməkhaqları 10 faiz artırılmışdır. İddiaçının pensiyası da əmək haqqı ilə bağlı olduğu üçünartırılmalı idi. Lakin cavabdeh inzibati orqan tərəfindən pensiya artırılma mışdır. Pensiyanınartırılması ilə cavabdeh DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinə müraciət olunmuş,lakin x xxxxx 2019-cu il tarixli cavab məktubu ilə sorğu verildiyi və cavab alındıqdan sonraməsələyə baxılacağı bildirilmişdir. Lakin cavabdan 1 ay keçməsinə baxmayaraq heç bir işgörülməmişdir. Ona görə də, iddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Birinci instansiya məhkəməsinin xx.xx.2019-ci il tarixli,2-1(82)-1962/2019 nömrəli (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli sərəncamınaəsasən İddiaçı aldığı əmək pensiyasının 10 faizartırılması və xx xxxx 2018-ci il tarixdən bu qərar icra edildiyi günədək almadığı hissədəpensiya məbləği nin ona birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh DSMF Bakı şəhəriNərimanov rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 26 və 38ci, Azərbaycan Respublikası «Dövlət qulluğu haqqında» Qanununun 2.3-cü Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Sərəncamına, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1, 1.0.2, 4.1, 20.1.8, 20.1.10, 20.1.15, 20.1.19.1, 20.1.19.2 və 20.20, 30.1, 31.1, 32.-1-1, 32.3-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 976 nömrəli F ərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamənin 1.1-ci bəndinə əsaslanaraq Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli sərəncamına əsasən iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli sərəncamına əsasən aldığı əmək pensiyasının 10 faiz artırılması və xx xxxx 2018-ci il tarixdən bu qərar icra edildiyi günədək almadığı hissədə pensiya məbləğinin ona (iddiaçıya) birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməli olduğuna dair nəticəyə gəlmişdir. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-1075/2020 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Aida Hüseyn və Cahangir Yusifov) qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin vəkili və nümayəndəsi Vəkil 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 21(82)-1962/2019 saylı qərarından verdiyi apelyasiya şikayətinin mümkün hesab edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsi - cavabdeh DSMF-nin Xüsusi şərtlərlə təyinat idarəsi ilə əvəz edilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-1075/2020 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Aida Hüseyn) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 4.1, 20.1.8, 20.1.10, 20.1.15 və 20.20-ci maddələrinə əsaslanaraq birinci instansiya məhkəməsi iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018ci il tarixli sərəncamına əsasən aldığı əmək pensiyasının 10 faiz artırılması və xx xxxx 2018-ci il tarixdən bu qərar icra edildiyi günədək almadığı hissədə pensiya məbləğinin ona (iddiaçıya) birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edərək düzgün nəticəyə gəlmişolduğuna dair nəticəyə gəlmişdir. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddiaçının aldığı pensiyanın kateqoriyası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə dəyişdirilmişdir. Buna görə də, iddiaçıya Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibbi baş İdarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında Sərəncamına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş İdarəsinin h ərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin vəzifə maaşlarının 2018-ci ilin martın 1-dən orta hesabla 10 faiz artırılması iddiaçıya şamil oluna bilməz. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-1075/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişd ir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsini n xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin fakt iki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, iddiaçının aldığı pensiyanın kateqoriyası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə dəyişdirilmişdir. Buna görə də, iddiaçıya Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibbi baş İdarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında Sərəncamına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş İdarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərini n vəzifə maaşlarının 2018-ci ilin martın 1-dən orta hesabla 10 faiz artırılması iddiaçıya şamil oluna bilməz. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1 cimaddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qaydada və şərtlərləmüəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyinolunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümüilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədiləvətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasınınvətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququnamalikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 20.1.8-ci maddəsinə əsasən dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla); Həmin Qanunun 20.1.10-cu maddəsinə əsasən bu Qanunun 20.1.9-cu maddəsində nəzərdə tutulmuş şəxslər və ya həmin şəxslər sırasından bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçıları vəfat etdikdə, onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; Həmin Qanunun 20.1.15-ci maddəsinə əsasən xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan ədliyyə işçisi, yaxud ədliyyə işçisi kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri. Həmin Qanunun 20.19.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əmək haqqının 50 faizi miqdarında; Həmin Qanunun 20.19.2-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rü tbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əmək haqqının 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 20.20-ci maddəsinə əsasən bu Qanunun 20.1.15-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş ədliyyə işçisinin qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. Həmin Qanunun 30.1-ci maddəsinə görə əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin o lunması üçün müraciət edə bilərlər. Həmin maddənin xx.xx.2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən (maddə xx.xx.2017-ci tarixdən əlavə olunmuşdur) əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Həmin maddənin xx.xx.2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. xx xxxx 2018-ci il tarixli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb Baş İdarəs inin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Sərəncamına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb Baş İdarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılmışdır. Bu səbəbdən də Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir cavabehin imtinası isə iddiaçının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilə olmaqla, belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübut edilə bilməmişdir. Bütün yuxarıda göstərilənlərə istinad ən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli,21(103)-1075/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar