Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1936/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-cu il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondun un Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1661/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçinın H3 seriyalı ******* nömrəli hərbi biletindəki qeydlərə əsasən, o, xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər hərbi xidmətdə olmuşdur.
2. İddiaçının xx.xx.1976-cı il tarixli əmək kitabçasında əmək fəaliyyəti aşağıdakı qaydada qeyd edilmişdir: - xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək 3 №li trestin 37 №li mexanikləşdirilmiş dəstəsində 1-ci dərəcəli ixtisassız fəhlə işlə mişdir; - xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək 3 №li trestin 37 №li mexanikləşdirilmiş dəstəsində 1-ci dərəcəli ixtisassız fəhlə işləmişdir; - xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Gürcüstan, Qardabani kartonruberoid zavodunda yonma baraban xidməti üzrə 2-ci dərəcəli fəhlə işləmişdir; - xx.xx.1981-ci il tarixdə 4 №li Trestin 47 saylı tikinti idarəsinə fəhlə vəzifəsinə qəbul olunmuş, xx.xx.1981-ci il tarixdə 3-cü dərəcəli çilingər ixtisası verilmiş, xx.xx.1982-ci il tarixdə 4-cü dərəcəli çilingər keçirilmiş, xx.xx.1985-ci il tarixdə işdən azad edilmişdir; - xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Bəndçəkmə İdarəsi-Qazax sahəsi üzrə fəhlə işləmişdir; - xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək Şıxlar kənd orta məktəbində təsərrüfat müdir i vəzifəsində işləmişdir; - xx.xx.2006-cı il tarixdə “Azərtuneltikinti” SC 3 nömrəli Tunel Tikinti İdarəsi Yeraltı iş üzrə 3-cü dərəcəli dağ-mədən sahəsinə işə qəbul edilmiş, xx.xx.2007-ci il tarixdə Yeraltı iş üzrə 4-cü dərəcəli qazmaçı keçirilmiş, xx.xx.2008-ci il tarixdə 4-cü dərəcəli betonçu keçirilmiş, xx.xx.2010-cu il tarixdə işdən azad edilmişdir; - xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək “Azərtuneltikinti” SC 3 nömrəli Tünel Tikinti İdarəsi Yeraltı İşlər üzrə 3-cü dərəcəli dağ mədən fəhləsi işləmişdir; - xx.xx.2011-ci il tarixdə “Azərtuneltikinti” SC 3 nömrəli Tuneltikinti idarəsinə yeraltı iş üzrə 4-cü dərəcəli qazmaçı vəzifəsinə qəbul edilmiş, xx.xx.2014-cü il tarixdə öz ərizəsi ilə müqaviləsinə xitam verilmişdir; - xx.xx.2014-cü il tarixdə "xxxx" QSC Tikinti Departa mentinin 3 saylı Tuneltikinti Dəstəsinə yeraltı iş üzrə 4-cü dərəcə ilə qazmaçı peşəsinə qəbul edilmişdir; - xx.xx.2015-ci il tarixdə Əsaslı təmir xidmətinin Qurğuların və tunellərin orta və əsaslı təmiri 7 saylı tunel sahəsinə 4-cü dərəcə ilə izoləedici peşəsinə keçirilmişdir; - xx.xx.2016-cı il tarixdə Tikinti Departamentinin 3 saylı Tunel Tikinti Dəstəsinə 4-cü dərəcəli qazmaçı peşəsinə keçirilmişdir; - xx.xx.2017-ci il tarixdə Tikinti Departamentinin 2 saylı Tunel və Ümumi Tikinti işləri üzrə Dəstəsinin 1 saylı ümumi tikinti işləri üzrə sahəsinə 4-cü dərəcəli qazmaçı peşəsinə keçirilmişdir.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir.
4. Cavabdeh **********9 saylı, 11 avqust 2021-ci il tarixli məktubla iddiaçının müraci ətinin təmin olunmasından imtina edərək bildirmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin 6 aprel 2021-ci il tarixli A/83 nömrəli arayışında “Azərtunelmetrotikinti” SC- nin 3 saylı Tunel Tikinti İdarəsində xx.xx.2008 - xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində yerüstü iş şəraiti üzrə betonçu və xx.xx.2007 - xx.xx.2008-ci il, xx.xx.2011 31,07.2014-cü il, xx.xx.2014 - xx.xx.2015-ci il, xx.xx.2016-cı il tarixindən hazırki vaxtadək qazmaçı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifələr yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (4 il 3 ay 17 gün (xx.xx.2006-xx.xx.2007-ci il, xx.xx.2010-xx.xx.2011-ci il, xx.xx.2015-xx.xx.2016cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd edilənləri nəzə rə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubunun əsassız hesab olunması, ona xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın xx.xx.2020-ci il tarixdən hesablanıb ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. Bundan sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın həmin tar ixdən hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 1959-cu ildə doğulmuşdur. 60 yaşı 25 may 2019- cu ildə tamam olmuşdur. 1975- ci ildən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Hazırda onun 25 ildən çox ümumi iş stajı var və həmin illərin 13 ilindən çox hissəsini yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir. Belə ki, xx.xx.2020-ci il tarixinə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməsinin 12 il 6 ayı tamam olmuşdur. Ona görə də onun xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Buna görə də xx.xx.2021-ci il tarixdə ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün c avabdehə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2021-ci il tarixli məktubla ona imtina cavabı vermişdir.
8. Cavabdehin iddiaya dair yazılı etirazının dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.
9. Bakı İnzibati Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2-1(112)- 2504/2022 saylı qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, iddiaçıya xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hesablanıb ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. İddiaçının 60 yaşına çatması (xx.xx.2019) və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. Belə ki, onun 60 ya şı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması onun əmək kitabçası ilə təsdiq olunur və iddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. İddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması da işin mübahisə doğurmayan hallarındandır (təqdim olunmuş çıxarışa əsasən iddiaçının faktiki malik olduğu pensiya kapitalı 53.094,38 manat təşkil edir). İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuş və buna əsas kimi onun “Azərtunelmetrotikinti” SC-nin 3 saylı Tunel Tikinti İdarəsində xx.xx.2008-xx.xx.2010-cu il tarixləri aras ındakı dövr ərzində yerüstü iş şəraiti üzrə betonçu və xx.xx.2007-xx.xx.2008-ci il, xx.xx.2011-xx.xx.2014-cü il, 01,08.2014-xx.xx.2015-ci il, xx.xx.2016-cı il tarixindən bu günədək işlədiyi qazmaçı vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər” bölməsində (1.1.2) nəzərdə tutulmuş betonçular və şpur qazmaçıları vəzifələrinə uyğun olmadığı qeyd edilmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pens iyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlarda (“Güzəştli arayış”) qeyd olunmuş məlumatlar əsas götürülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr: “Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ- mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər” adlı 1.1.2-ci bəndinin “fəhlələr” adlı “a” yarımbəndində əks olunan “yeraltı dağ-mədən fəhlələri” və “izolyasiyaçılar” peşələri; “Açıqda dağ-mədən işləri və yer səthində işlər” adlı 1.2.1-ci bəndinin “fəhlələr” adlı “a” yarımbəndində əks olunan “qazmaçılar” peşəsi nəzərdə tutulmuşdur. İddiaçının 60 yaşı 25 may 2019-cu ildə tamam olsa da, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməsinin (güzəştl iş stajı) 12 il 6 ayı xx.xx.2020-ci il tarixində tamam olduğundan, onun xx.xx.2020ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pe nsiyası hüququ yaranmışdır
11. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1661/2022 nömrəli iş üzrə 22 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Hüseynov - sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2-1(112)-2504/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apel lyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində göstərilir ki, iddiaçının cavabdeh orqana təqdim etdiyi "xxxx" QSC-nin 6 aprel 2021-ci il tarixli A/83 nömrəli arayışında “Azərtunelmetrotikinti” SCnin 3 saylı Tunel Tikinti İdarəsində xx.xx.2008 - xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində yerüstü iş şəraiti üzrə betonçu və xx.xx.2007 - xx.xx.2008-ci il, xx.xx.2011 xx.xx.2014-cü il, xx.xx.2014 - xx.xx.2015-ci il, xx.xx.2016-cı il tarixdən bu günədək qazmaçı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifələr yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. B u səbəbdən də iddiaçınn güzəştli iş stajı 12 il 6 aydan az (4 il 3 ay 17 gün (xx.xx.2006-xx.xx.2007-ci il, xx.xx.2010-xx.xx.2011-ci il, xx.xx.2015-xx.xx.2016-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Lakin göstərilən xüsusatlara apellyasiya instansiyası məhkəməsi tərəfindən diqqət yetirilməmişdir. Bu səbəbdən, apellyasiya instansiya məhkəməsinin müvafiq qərarı əsassızdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri 16.Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasnın minimum məbləğindən az olmayan pensiya təminat ına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.3. Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hak imiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddət sığortaolunanın sığorta stajına daxil edilir. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir Maddə 32.1-1. Əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödəni lir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” (1.1.2. bölməsi)
20. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə
87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə bax ılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlilləri ni təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qeyd edilməlidir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün hazırkı qərarın 18 bəndində qeyd edilən normanın məzmununa görə, kişilər60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə gü zəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
28. İddiaçının 60 yaşına çatması (xx.xx.2019) və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. Belə ki, onun 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması əmək kitabçası ilə təsdiq olunur və iddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. İddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması da işin mübahisə doğurmayan hallarındandır.
29. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuş və buna əsas kimi iddiaçının “Azərtunelmetrotik inti” SC-nin 3 saylı Tunel Tikinti İdarəsində xx.xx.2008xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində yerüstü iş şəraiti üzrə betonçu və xx.xx.2007- xx.xx.2008-ci il, xx.xx.2011-xx.xx.2014-cü il, 01,08.2014-xx.xx.2015-ci il, xx.xx.2016-cı il tarixindən bu günədək işlədiyi qazmaçı vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər” bölməsində (1.1.2) nəzərdə tutulmuş betonçular və şpur qazmaçıları vəzifəl ərinə uyğun olmadığı qeyd edilmişdir.
30. Məhkəmə kollegiyası cavabdehin mövqeyini əsassız hesab edir. Belə ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 14 fevral 2022-ci il tarixli 40N-10/3-165 nömrəli məktubda qeyd olunmuşdur ki: “xx.xx.1959-cu il təvəllüdlü İddiaçı “Azərtunelmetrotikinti” SC-nin 3 saylı Tunel Tikinti İdarəsinə xx.xx.2006-cı il tarixindən yeraltı ağır iş şəraiti üzrə 3-cü dərəcəli dağ-mədən fəhləsi peşəsinə qəbul edilmiş, xx.xx.2007-ci il tarixindən yeraltı ağır iş şəraiti üzrə 4-cü dərəcəli qazmaçı, xx.xx.2008-ci il tarixindən yerüstü iş şəraiti üzrə 4-cü dərəcəli betonçu peşələrində işləmiş və xx.xx.2010cu il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) əmək müqaviləsi nə xitam verilmişdir. xx.xx.2010-cu il tarixindən “Azərtunelmetrotikinti” SC-nin 3 saylı Tunel Tikinti İdarəsinə yeraltı ağır iş şəraiti üzrə 3-cü dərəcəli dağ-mədən fəhləsi peşəsinə qəbul edilmiş, xx.xx.2011-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2011-ci il tarixindən “Azərtunelmetrotikinti” SC-nin 3 saylı Tunel Tikinti İdarəsinə yeraltı ağır iş şəraiti üzrə 4-cü dərəcəli qazmaçı peşəsinə qəbul edilmiş, xx.xx.2014-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2014-cü il tarixindən "xxxx" QSC-nin Tikinti Departam entinin 3 saylı Tunel Tikinti Dəstəsinə yeraltı ağır iş şəraiti üzrə 4-cü dərəcəli qazmaçı peşəsinə qəbul edilmiş, xx.xx.2015-ci il tarixindən "xxxx" QSC-nin Əsaslı Təmir Xidmətinə 4-cü dərəcəli izoləedici (tuneldə yalnız gecə işi, 24% xüsusi zərərli və yeraltı ağır iş şəraitində) peşəsinə, xx.xx.2016-cı il tarixindən Tikinti Departamentinin 3 saylı Tunel Tikinti Dəstəsinə yeraltı ağır iş şəraiti üzrə 4-cü dərəcəli qazmaçı peşəsinə keçirilmiş və xx.xx.2017-ci il tarixindən 2 saylı Tunel və Ümumi Tikinti işləri üzrə Dəstəsində yeraltı ağır iş şəraiti üzrə 4- cü dərəcəli qazmaçı peşəsində işləyir. İddiaçı ağır və yeraltı iş şəraitində əmək stajı 13 il 11 ay 27 gün (on üç il on bir ay iyirmi yeddi gün) təşkil edir. İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək və xx.xx.2010 -cu il tarixindən xx.xx.2011-ci il tarixinədək “Azərtunelmetrotikinti” SC-nin 3 saylı Tunel Tikinti İdarəsində işlədiyi yeraltı ağır iş şəraiti üzrə 3-cü dərəcəli dağ-mədən fəhləsi peşəsi və xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək "xxxx" QSC-nin Əsaslı Təmir Xidmətində işlədiyi 4-cü dərəcəli izoləedici (tuneldə yeraltı ağır iş şəraiti, yalnız gecə işi, 24% xüsusi zərərli və ağır iş şəraitində) peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının “Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ1mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, t unellərdə və s. yeraltı qurğularda yeraltı işlər” adlı 1.1.2-ci bəndinin “fəhlələr” adlı “a” yarımbəndində əks olunan “yeraltı dağ-mədən fəhlələri” və “izolyasiyaçılar” peşələrinə, xx.xx.2007-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək və xx.xx.2011-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək “Azərtunelmetrotikinti” SC-nin 3 saylı Tunel Tikinti İdarəsində işlədiyi yeraltı ağır iş şəraiti üzrə 4-cü dərəcəli qazmaçı peşəsi, xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək "xxxx" QSC-nin Tikinti Departamentinin 3 saylı Tunel Tikinti Dəstəsində işlədiyi yeraltı ağır iş şəraiti üzrə 4-cü dərəcəli qazmaçı peşəsi, xx.xx.2016-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək "xxxx" QSC-nin Tikinti Departamentinin 3 saylı Tunel Tikinti Dəstəsində işlədiyi yeraltı ağır iş şəraiti üzrə 4-cü d ərəcəli qazmaçı peşəsi və xx.xx.2017-ci il tarixindən hazırki vaxtadək "xxxx" QSC-nin Tikinti Departamentinin 2 saylı Tunel və Ümumi Tikinti işləri üzrə Dəstəsində işlədiyi yeraltı ağır iş şəraiti üzrə 4-cü dərəcəli qazmaçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının “Açıqda dağ-mədən işləri və yer səthində işlər” adlı 1.2.1-ci bəndinin “fəhlələr” adlı “a” yarımbəndində əks olunan “qazmaçılar” peşəsinə aiddir. Qeyd: Qazmaçı peşəsinin əsas vəzifə və funksiyası müəssisə tərəfindən tərtib olunmuş icra layihəsinə və qazma yerinin bərkitmə pasportuna uyğun olaraq məhlul vuran aparatın köməkliyi ilə tyubinqlərin arxasına sement, qum, həmçinin nəzarət sement məhlulun vurulması, beton və dəmirbeton bərkitmələrin, taxta qəliblərinin və düzgün bucaqlı konstruksiyaların hazırlanması, quraşdırılması, sökülməsi və yenidən quraşdırılması, torpaq qazıntılarını vaqonetkalara yükləməsi, dağ süxurlarının partlayış yolu ilə, şpurların (yəni qaya, torpaq hissələrində deşiklərin) elektrik və pnevmo burğularla, perforatorlarla qazılması, kabellərin asılması, bərkidici bucurqatların, yükləyibboşaldıcı qurğuların yerinin dəyişdirilməsi və s. ibarətdir”.
31. Beləliklə də işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda iddiaçının işlədiyi peşələr: “Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağmədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər” adlı 1.1.2-ci bəndinin “fəhlələr” adlı “a” yarımbəndində əks olunan “yeraltı dağmədən fəhlələri” və “izolyasiyaçılar” peşələri; “Açıqda dağ-mədən işləri və yer səthində işlər” adlı 1.2.1-ci bəndinin “fəhlələr” adlı “a” yarımbəndində əks olunan “qazmaçılar” peşəsi nəzərdə tutulmuşdur. Məhkəmələr bu nəticəyə gələrkən iddiaçının işlədiyi müəssisə tərəfindən verilən, onun işlədiyi vəzifələri, iş şəraitini və yerinə yetirdiyi işlərin xarakterini ətraflı təsvir edən güzəştli arayışı mötəbər sübut kimi qəbul e tməkdə haqlı olmuşlar. Həmin arayış və iddiaçının əmək fəaliyyəti barədə işdə olan digər sənədlər onun xx.xx.2020-ci il tarixinədək yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə 12 il 6 ay güzətli iş stajını tamamlamasını təsdiq edir.
32. Sadalanan maddi hüquq normalarının da tələblərindən göründüyü kimi, iddiaçının 60 yaşı 25 may 2019-cu ildə tamam olsa da, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməsinin (güzəştli iş stajı) 12 il 6 ayı xx.xx.2020-ci il tarixində tamam olduğundan, onun xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin ka ssasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 21(103)-1661/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.