Məhkəmə qərarları › İş №2-1(102)-1936/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1936/2023

08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1936/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərbi qulluqçunun ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi və öz arzusu ilə ehtiyata buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “ehtiyata buraxılma barədə əmrin ləğv edilməsi və öz arzusu ilə ehtiyata buraxılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 21(103)-183/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1992 - xx.xx.1996-cı illərdə Silahlı Qüvvələrdə, xx.xx.1996-cı ildən Sərhəd Qoşunlarında xidmət keçmiş, Dövlət Sərhəd Xidməti rəisinin 7 avqust 2019-cu il tarixli 948 ş/h nömrəli əmri ilə Sahil Mühafizəsinin qərargah rəisinin müavini – peşəkar hazırlıq şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

2. İddiaçı xx.xx.2021-ci il tarixdə Sahil Mühafizəsinin qərargah rəisinə raportla müraciət edərək, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət dən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir.

3. İddiaçı ilə xx.xx.2021-ci il tarixdə aparılmış söhbət haqqında arayışa əsasən, söhbətin sonunda Sahil Mühafizəsinin rəhbər heyəti iddiaçıya ehtiyata buraxılmaqla bağlı qərarını həyata keçirməyə tələsməməsini, bir daha düşünməsini tövsiyə etmiş, habelə mövcud qanunvericiliyin və Əsasnamənin tələbləri, hərbi xidmətin vacibliyi və üstünlükləri izah edilərək fikirlərini dəqiqləşdirilməsi üçün vaxt verilmişdir.

4. İddiaçı ilə xx.xx.2021-ci il tarixdə aparılmış söhbət haqqında arayışa əsasən, söhbətin sonunda iddiaçının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması məqsədəuyğun hesab edilmişdir. 5. xx.xx.2021-ci il tarixli attestasiya vərəqəsində qeyd edilmişdir ki, iddiaçı xidmət etdiyi müddətdə vəzifə borclarının və verilmiş tapşırıqların icrasına məsuliyyətlə yanaşmağa çalışsa da, son vaxtlar bir sıra nöqsanlara yol verməklə tabeçiliyində olan şəxsi heyətə düzgün nəzarət təşkil edə bilməmişdir. Belə ki, o, hərbi qulluqçulara məharət dərəcəsi üzrə imtahanların qəbulu zamanı və bu prosesin sənədləşdirilməsi zamanı yaranan kobud nöqsanları vaxtında aşkar edə bilməmişdir. Bundan başqa, o, qanunsuz fəaliyyətlə məşğul olan, arzuolunmaz şəxslə bir məclisdə görüşərək süfrə arxasında fotoşəkillər çəkdirməklə onunla əlaqədə olmuş və bununla sərhədçi nüfuzuna xələl y etirmişdir. Buna görə də, Azərbaycan Respublikası Silahlı X1 67-ci maddəsinin “e” bəndinə müvafiq olaraq hərbi rütbəsi bir pillə aşağı salınmaqla, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması məqsədəuyğun hesab edilmişdir.

6. Cavabdehin xx.xx.2021-ci il tarixli, 1233 ş/h nömrəli əmrinə əsasən, iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq qərargah rəisinin müavini-peşəkar hazırlıq şöbəsinin rəisi vəzifəsindən azad olunmaqla, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır.

7. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 0172 nöm rəli əmrinə əsasən, iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 75 (yetmiş beş) gün müddətinə növbəti məzuniyyət verilməklə, 5 oktyabr 2021-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmış və Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır (Əsas: cavabdehin xx.xx.2021-ci il tarixli, 1233 ş/h nömrəli əmri). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xidməti uyğunsuzluğa görə hərbi xidmətdən azad olunması barədə 15 iyul 2021-ci il tarixli 1233 ş/h nömrəli əmrin ləğv olunması və öz arzusu ilə ehtiyata buraxılması barədə əmr verilməsi vəzifəsinin cavabde hə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona 23 iyul 2021-ci il tarixdə işdən çıxarılma ilə bağlı təyinat vərəqi verilmişdir. Həmin sənəddə qeyd olunur ki, 15 iyul 2021-ci il tarixdə onun barəsində Xidmət rəisi tərəfindən ehtiyata buraxılması barədə əmr verilmişdir. O, Dövlət Sərhəd Xidmətində 29 il xidmət etmiş, 1-ci dərəcə kapitan kimi xidmət dövrü ərzində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə və qüsursuz olaraq gəlmiş, medallarla təltif edilmişdir. Səhhəti ilə bağlı yaranmış problemlə əlaqədar öz vəzifə öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkdiyi üçün 4 may 2021-ci il tarixdə işdən azad olunması ilə bağlı raport yazmışdır. 16 may 2021-ci il tarixdə o, müayinə üçün hərbi həkim komissiyasına göndərilmişd ir. 31 may 2021-ci il tarixli “Hərbi həkim komissiyasının rəyi”ndə onun hipertoniya xəstəliyindən əziyyət çəkdiyi və sıradankənar hərbi xidmətə yararlı olması öz əksini tapmışdır. Sonradan heç bir qanuni əsas və heç bir ətraflı araşdırma olmadan xidmətdən çıxarılmışdır. Birinci səbəb odur ki, 4 iyul 2021-ci il tarixdə dostu C.Bədəlov onu öz ad gününü qeyd etmək üçün Bakı şəhərindəki “Bakı” kafesinə dəvət etmiş və təxminən 4 – 5 saat davam etmiş həmin tədbirdə Rövşən Əliyev adlı şəxs də iştirak etmişdir. Onun həmin şəxslə əvvəldən, nə də tədbirdən sonra münasibəti olmamışdır. Həmin şəxs tədbirdə 2 saat qaldıqdan sonra oranı tərk etmişdir. O, 12-13 iyul 2021-ci il tarixlərdə Neftçala rayonunda ezamiyyətdə olmuş və ezamiyyətdən qayıtdıqdan sonra sözügedən tədbirdə çəkilmiş şəkillərdəki görünt ülərlə əlaqədar hərbi hissə komandiri onu öz yanına çağırmışdır. Hərbi hissə komandiri ondan 40 dəqiqə ərzində izahat almış, “balıqçılardan kimi tanıması”, “balıqçılarla nə vaxt görüşməsi” kimi suallar vermişdir. R.Əliyev qayıq sahibi olan şəxsdir, 5 iyul 2021-ci il tarixdə qayığın heyət üzvü olan balıqçıları özbaşına dənizə göndərmişdir. Həmin şəxslər dənizə özbaşına getdikləri üçün mühafizə orqanı tərəfindən tutulmuşlar. O, R.Əliyevlə şəxsi və ya xidməti münasibətlərdə olmadığından, bu hadisələr barədə məlumatı dostu C.Bədəlovdan almışdır. R.Əliyevin dindirilməsində əsas məqsəd onun dənizə kim tərəfindən göndərilməsinin dəqiqləşdirilməsi olmuşdur. Onun Peşəkar hazırlıq şöbəsinin müdiri kimi xidmətində hər hansı marağı olmamışdır. Digər bir səbəb isə, “məharət dərəcəsinin saxtalaşdırılmas ı” ilə bağlıdır. O, məsələdən xəbərdar olmamış, məharət dərəcələri ilə bağlı şöbə tərəfindən 2 nüsxədə sənəd tərtib edilmişdir. Sənədlərdən biri həmin şöbədə, digəri isə məxfi şöbədə saxlanılır. Peşəkar hazırlıq şöbəsində olan sənəddə heç bir dəyişiklik edilməmişdir. Məxfi şöbədə isə zərurət yarandıqda, sənəd müxtəlif şəxslər tərəfindən sənəd imza edilərək götürülə bilər. Qərargah rəisinin otağında onun bu işdə təqsirinin olmadığı, yalnız nəzarət edilməli olduğu bildirilmişdir. O, isə qeyd etmişdir ki, nəzarəti təkcə o, deyil, komissiya üzvü olan 10 nəfər də etməlidir. Eyni zamanda, sənədlə bağlı nəzarət hər iki şöbə tərəfindən həyata keçirilməlidir. Məharət dərəcəsinin qiymətləndirilməsi 2021-ci ilin yanvar ayında keçirilmişdir və o, həmin dövrdə “Covid-19” virusuna yoluxmuşdur. Komissiya nın iclasında iştirak etsə belə, nə səhhəti, nə də xarakteri belə bir saxtakarlığın həyata keçirilməsinə yol verə bilməzdi. Onun saxtakarlıq etməməsi müəyyən edilmişdir. Lakin bununla bağlı iclasın yekunu olaraq protokol tərtib edilmiş və bildirilmişdir ki, rütbəsi bir pillə aşağı salınacaq və “xidməti uyğunsuzluq”la işdən xaric olunması barədə qərar qəbul ediləcək. O, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə müvafiq olaraq (xidməti uyğunsuzluğa görə) 23 iyul 2021-ci il tarixdən 5 oktyabr 2021-ci il tarixədək 75 gün müddətinə növbəti məzuniyyət verilməklə və 5 oktyabr 2021-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. “Xidməti uyğunsuzl uğa görə” ehtiyata buraxılmağı və heç bir intizam tədbiri tətbiq edilmədən rütbəsinin aşağı salınmasından aydın olur ki, məsul şəxslər tərəfindən araşdırma düzgün və ətraflı aparılmamışdır. Qeydiyyatda olduğu hərbi hissə yuxarıda sadalanan hadisələrlə bağlı düzgün araşdırma aparmadan yanlış qərar vermişdir. Ona qarşı yaradılmış olan bu kompaniya onun işdən öz səhhətində yaranan problemlə bağlı çıxmaq istəyi ilə əlaqədardır.

10. Cavabdeh tərəfindən təqdim edilən iddia tələbinə yazılı etirazda göstərilmişdir ki, iddiaçı Dövlət Sərhəd Xidməti rəisinin 7 avqust 2019-cu il tarixli 948 ş/h nömrəli əmri ilə Sahil Mühafizəsinin qərargah rəisinin müavini – peşəkar hazırlıq şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. İddiaçı həmin vəzifədə xidmət etdiyi müddətdə yol verdiyi nöqsanlara yol verdiyi v ə xidməti vəzifələrinin icrasına səthi yanaşdığı üçün Sahil Mühafizəsinin qərargah rəisi, kontr-admiral Abbas Qiyasov tərəfindən Sahil Mühafizəsinin rəisinə raportla müraciət edilərək, onun X4 Komissiyasına çıxarılması xahiş olunmuşdur. Buna əsas olaraq bildirilmişdir ki, iddiaçının rəhbərlik etdiyi şöbənin fəaliyyətinə zəif nəzarəti nəticəsində hərbi qulluqçulara məharət dərəcəsinin verilməsi işi nöqsanlarla aparılmış, qarşıya qoyulmuş tapşırıqlara səthi yanaşma nəticəsində heyətin “həyəcan” siqnalı əsasında hərəkəti və döyüş tapşırığı qənaətbəxş olmamışdır. Bununla yanaşı, iddiaçı “Bakı” restoranında qaçaqmalçılıqla məşğul olan vətəndaş R.Əliyevlə görüşmüş, birgə şəkillər çəkdirmiş və onun qanunsuz fəaliyyəti barədə məlumatlı olmasına baxmayaraq, bu haqda heç kimə məruzə etməmişdir. Apar ılmış araşdırma zamanı məlum olmuşdur ki, 14 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq İİR-dən Azərbaycan Respublikasına nərə cinsli balıqların qaçaq yolla gətirilməsi ilə məşğul olan, Azərbaycan Respublikası vətəndaşları Neftçala rayon sakinləri Sulduz Nağıyev və Taleh İsayev 1 ədəd bayda tipli üzmə vasitəsilə, həmçinin qeyd olunan qaçaqmalçılıq fəaliyyətini təşkil edən Neftçala rayon sakini R.Əliyev saxlanılmışdır. Saxlanılmış şəxs R.Əliyevin üzərindən çıxan smartfon tipli mobil telefona baxış zamanı onun sabiq hərbi qulluqçu İddiaçıla birlikdə bir neçə fotoşəkilləri aşkar edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, İddiaçı 4 iyul 2021-ci il tarixdə Neftçala rayon sakini C.Bədəlovun “Bakı” restoranında keçirilən ad günü tədbirinə dəvət olunmuş və orada d əvət olunanlar arasında R.Əliyevlə görüşmüşdür. Bununla yanaşı, həmin tədbirdə onlarla birlikdə “Caspian Fish” şirkətinin nümayəndəsi Neftçala rayon sakini X3 da iştirak etmişdir. Qeyd olunanlarla yanaşı X10 bölməsinin rəisi ədliyyə polkovnik-leytenantı Əliəşrəf Qurbanov tərəfindən X15 hazırlıq şöbəsinin baş zabiti 2-ci dərəcəli kapitan İsmayıl Teymurov tərəfindən Sahil Mühafizəsi rəisinin 29 yanvar 2021-ci il tarixli 056 nömrəli “Sahil Mühafizəsinin hərbi qulluqçularına məharət dərəcəsinin müəyyən edilməsi, verilməsi və təsdiq edilməsi haqqında” əmrində əlavə dəyişiklik edilməsi ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, 2021-ci ilin yanvar ayında Sahil Mühafizəsinin hərbi qulluqçularına məharət dərəcəsinin müəyyən edilməsi, verilməsi və təsdiq edilməsi ilə əlaqəd ar keçirilmiş imtahanların aktını və əmri cari ilin fevral ayında Peşəkar hazırlıq şöbəsinin zabiti baş leytenant Orxan Oruczadə tərəfindən hazırlanmışdır. Qeyd olunan əmr və akt sənədlərlə iş bölməsi tərəfindən imzalatdırıldıqdan sonra şöbəyə qaytarılmışdır. Sözügedən əmri təkrar testlərlə yoxlamaq məqsədi ilə Peşəkar hazırlığı şöbəsinin baş zabiti 2-ci dərəcəli kapitan İ.Teymurov iddiaçının razılığı ilə təsdiq olunmuş əmrdə dəyişiklik edərək kapitan Yusif Babayevi, leytenant Orxan Quluzadəni, baş miçman Rahim Qurbanovu, gizir Ceyhun Məmmədovu, gizir Saleh Nağıyevi, gizir Bəhruz Ələsgərovu və kiçik gizir Əbdüləhməd Əliyevi əmrə əlavə etmişdir. Nəticədə 2021-ci ilin fevral ayından iyul ayınadək kapitan Y.Babayevə 634,50 manat, leytenant O.Quluzadəyə 562,50 manat, baş miçman R.Qurbanova 142,50 manat, gizir C.Məmmədova 427,50 manat, gizir S.Nağıyevə 285 manat, gizir B.Ələsgərova 142,50 manat və kiçik gizir Ə.Əliyevə 285 manat olmaqla, toplam 2.479,50 manat ödənilmişdir. Yuxarıda qeyd olunanlarla bağlı 1-ci dərəcəli kapitan İddiaçı 14 iyul 2021-ci il tarixdə X4 komissiyasının qarşısına çıxarılmışdır. İddiaçı məharət dərəcəsinin verilməsi prosesində aşkar olunmuş nöqsanlar onun şöbənin fəaliyyətinə zəif nəzarət etməsi səbəbindən baş verdiyini etiraf etmişdir. Arzuolunmaz şəxslərlə (qaçaqmalçılıqla məşğul olan şəxs) bir məclisdə olmasını təsadüf nəticəsində olduğunu bildirərək, birgə şəkillərin çəkilməsi məclisin gedişatında baş verdiyini söyləmişdir. Tədbirdə görüşdüyü şəxslə tanış olsa da, onunla son zamanlar heç bir əlaqəsinin olmadığını bildirmiş, lakin qeyd olunan hadisən in Sahil Mühafizəsinin rəhbərliyinə vaxtında məruzə etmədiyini nöqsan olduğunu etiraf etmişdir. Attestasiya komissiyasının yekun rəyinə əsasən, 1-ci dərəcəli kapitan İddiaçı xidməti fəaliyyəti zamanı ciddi nöqsanlara yol verdiyi və sərhədçiyə yaraşmayan etik-davranış qaydalarını pozduğu üçün Azərbaycan Respublikası Silahlı X1 67-ci maddəsinin “e” bəndinə müvafiq olaraq, hərbi rütbəsi bir pillə aşağı salınmaqla «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması məqsədəuyğun hesab edilmişdir. Həmin attestasiya komissiyasının yekun rəyi iddiaçıya elan edilmiş, lakin o, həmin sənədlərə imza etməkdən imtina etmişdir. Bununla bağlı, 14 iyul 2021-ci il tarixdə Q/2848 nöm rəli akt tərtib edilmişdir. Attestasiya komissiyasının yekun rəyinə əsasən, Dövlət Sərhəd Xidməti rəisinin 15 iyul 2021-ci il tarixli 1233 ş/h nömrəli əmri ilə 1-ci dərəcəli kapitan İddiaçı Azərbaycan Respublikası Silahlı X1 67-ci maddəsinin “e” bəndinə müvafiq olaraq, hərbi rütbəsi bir pillə aşağı salınmaqla «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı iddia ərizəsində Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidməti müddəti ərzində qüsursuz xidmət etdiyini bildirsə də, ona məxsus xidmət vərəqəsindən görünür ki, ona 24 may 2017-ci il tarixdə “hərbi qulluqçularla ünsiyyət qaydalarını pozduğuna görə” Sahil Mühafizəsinin rəisi tərəfindən “şiddətli töh mət”, 5 yanvar 2020-ci il tarixdə “sənədlərin tərtibatında yol verdiyi nöqsanlara görə” Sahil Mühafizəsinin qərargah rəisi tərəfindən “töhmət”, 13 oktyabr 2020-ci il tarixdə vəzifə borcunun zəif icrasına görə, Sahil Mühafizəsinin rəisi tərəfindən “töhmət” elan edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin (hakim R.L.Kərimli) 11 mart 2022-ci il tarixli, 21(112)-2046/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Sərhəd Xidmətinin 15 iyul 2021-ci il tarixli 1233 ş/h nömrəli əmri ləğv edilmiş, iddiaçının hərbi xidmətdən “öz arzusu” ilə ehtiyata buraxılması barədə əmr verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sübutetmə yükü daşıyan cavabdeh əmrin verilməsinə əsas kimi təqdim olunan “attestasiya komissiyasının yekun rəyi” fo rmal mülahizələrə əsaslanır. Komissiyanın attestasiya vərəqəsində “vəzifə borclarının və verilmiş tapşırıqların icrasına məsuliyyətlə yanaşmağa çalışsa da, son vaxtlar bir sıra nöqsanlara yol verməklə tabeliyində olan şəxsi heyətə düzgün nəzarəti təşkil edə bilməmişdir”, “məharət dərəcəsi ilə bağlı prosesin sənədləşdirilməsi zamanı yaranan kobud nöqsanları vaxtında aşkar edə bilməmişdir”, “qanunsuz fəaliyyətlə məşğul olan arzuolunmaz şəxslərlə görüşməklə, onunla şəkil çəkdirməklə sərhədçi nüfuzuna xələl gətirmişdir” ifadələri əks olunmuşdur. Lakin nəzərə alınmalıdır ki, sadalanan hallar məcmusunda onun özünün hansı hərəkət və ya hərəkətsizliyi səbəbindən xidmət etdiyi sahədə (şöbənin fəaliyyətində) uğursuz nəticələr yarandığı konkret bildirilməmişdir.

13. İddia ərizəsindən iddiaçının yaxın illərdə ayrı-ayrı mükafatlara layiq görülməsi, o cümlədən “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunması bildirilmiş və cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazında bu təltiflərin mövcudluğunu təkzib etməmişdir. Lakin ona həmin təltiflər verildiyi halda komissiya 15 iyul 2021-ci il tarixli müvafiq əmrin qəbuluna əsas olmuş attestasiya vərəqəsini tərtib edərkən hərbi qulluqçu kimi hazırkı iddiaçının təcrübəli əməkdaş olduğunu (1996-cı ildən xidmət etmişdir) qeyd etsə də, tutduğu Peşəkar hazırlıq şöbəsinin rəisi vəzifəsinə uyğun gəlməməsini və “xidməti uyğunsuzluğa görə xidmətdən ehtiyata buraxılması”nı məqsədəuyğun sayıldığını əsaslandırmamışdır. Məhkəmənin qənaətinə görə, Dövlət Sərhəd Xidmətində zabit kimi uzun müddət xidmət etmiş və Xidmətin tabeliyindəki qurumlardan biri nin “Peşəkar hazırlıq şöbəsi”nin rəisi vəzifəsinə təyin olunmuş, yüksək təltifə layiq görülmüş təcrübəli hərbi qulluqçunun çox da böyük olmayan müddət keçdikdən sonra xidməti fəaliyyətində attestasiya vərəqəsində qeyd olunan tərzdə mənfi xarakterli halların baş verməsi ağlabatan və məntiqi də görünmür.

14. Attestasiya vərəqəsində iddiaçının sərhədçi nüfuzuna xələl gətirdiyi göstərilmiş və bu, onun “qanunsuz fəaliyyətlə məşğul olan arzuolunmaz şəxslərlə görüşməsi, onunla şəkil çəkdirməsi” ilə əsaslandırılmışdır. Məhkəmə icraatında isə, “qanunsuz fəaliyyətlə məşğul olan” şəxs barəsində müvafiq ittiham hökmü və ya inzibati xəta haqqında qərarın mövcudluğu müəyyən edilməmişdir (cavabdeh tərəf hər hansı sübut təqdim etməmişdir). Belə hal, “sərhədçi nüfuzuna xələl gətirən” hərəkət qismində qiy mətləndirilə də bilməz. Göstərilən bütün xüsusatların məcmusunda məhkəmə hesab etmişdir ki, hətta onun xidməti fəaliyyətində sadalanan nöqsanlar mövcud olsa belə, seçilmiş intizam tədbiri, yəni rütbəsi bir pillə aşağı salınmaqla “xidməti uyğunsuzluğa görə” xidmətdən ehtiyata buraxılması qanuna, o cümlədən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində təsbit edilmiş “mütənasiblik prinsipi”nə, 58-ci maddəsinə, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 15, 69-cu maddələrinə, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 33.3, 41-ci maddələrinə ziddir.

15. Məhkəmə onu da qeyd etmişdir ki, hazırkı məhkəmə icraatında iddiaçı mübahisələndirilən 15 iyul 2021-ci il tarixli əmrin qəbulundan əvvəl ehtiyata buraxılması barədə ərizə ilə aidiyyə ti üzrə müraciət etdiyini bildirsə də, cavabdeh inzibati orqan bunu təkzib edən heç bir sübut gətirməmişdir. Halbuki, 10 ildən artıq zabit rütbəsində xidmət etmiş hərbi qulluqçu kimi onun müvafiq hüququ da yaranmışdır. Bu hal da, müvafiq əmrin adekvat addım və qərəzsiz hərəkət kimi qiymətləndirilməsinin əleyhinə çıxış etməklə yanaşı, bununla bağlı cavabdeh inzibati orqanın hərəkətsizliyi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) 13 aprel 2023-cü il tarixli, 2-1(103)-183/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2046/2022 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.

18. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə, həm də hazırkı icraat zamanı məhkəməyə təqdim olunmuş sübutlarla müəyyən edilən hallara əsasən, Attestasiya Komissiyasının rəyində göstərilən halların həqiqiliyi öz təsdiqini tapmışdır. Belə ki, iddiaçının rəisi olduğu Dövlət Sərhəd Xidmətinin X15 hazırlığı şöbəsinin baş zabiti 2-ci dərəcəli kapitan X7 17 iyul 2021-ci il tarixli izahatına və “Sahil Mühafizəsi” rəisinin 056 saylı xx.xx.2021-ci il tarixli əmrinə, tərəflərin məhkəməyə verdiyi izahatlarına (və s.) əsasən müəyyən olunur ki, 2021-ci ilin yanvar ayında Sahil Mühafizəsinin hərbi qulluqçularına məharət dərəcəsinin müəyyən edilərək verilməsi və təsdiq edilməsi ilə əlaqədar keçilmiş imtahanların nəticələrinə dair tərtib olunmuş akt və əmr həmin ilin fevral ayında Peşəkar hazırlığı şöbəsinin leytenant X21 tərəfindən hazırlanıb iş bölməsi tərəfindən imzalandıqdan sonra şöbəyə qaytarılmış, lakin sonradan, aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 2-ci dərəcəli kapitan X16 tərəfindən, həmin şöbəsinin rəisi 1-ci dərəcəli kapitan İddiaçı razılığı ilə təsdiq olunmuş əmrdə dəyişiklik edilmiş və kapitan X23, leytenant X17, baş miçman X22, gizir X19, gizir X27, gizir X20 və kiçik gizir X11 məharət dərəcəsi verilən şəxslər kimi əmrə əlavə edilmiş, nəticədə sonunculara toplamda 2479 ma nat məharət dərəcələrinə görə əlavə vəsait ödənilmişdir. Həmin əmrə əlavə olunmuş “tanış oldum” başlıqlı vərəqədən görünür ki, Peşəkar hazırlığı şöbəsinin rəisi olan İddiaçı da həmin əmrlə tanış olduğunu imzası ilə təsdiqləmişdir. Peşəkar hazırlığı şöbəsinin baş zabiti 2-ci dərəcəli kapitan X16 vermiş olduğu izahatında adları çəkilən hərbi qulluqçuların şöbə rəisi İddiaçı razılığı ilə, sonradan qanunsuz olaraq akta əlavə etdiyini təsdiq etmişdir. Eyni zamanda, Maliyyə bölməsinin rəisi X8 xx.xx.2021-ci il tarixli və gizir X9 xx.xx.2021-ci il tarixli izahatlarına əsasən, onların öz xahişləri ilə adlarının sonradan sözügedən əmrə əlavə edildiyini təsdiqləmişlər. Qeyd olunanlar onu deməyə əsas verir ki, Peşəkar hazırlıq şöbəsinin rəisi olaraq İddiaçı üzərinə düşən vəzifə borcuna ciddi yanaşm amış, kobud pozuntulara yol vermişdir.

19. İddiaçının Attestasiya Komissiyasının tədqiq olunan rəyində yol verdiyi göstərilən digər pozuntu onu ehtiva edir ki, onun arzuolunmaz şəxslərlə (dövlət sərhədini pozan, qaçaqmalçılıqla məşğul olan şəxs) əlaqələri mövcud olmuşdur. Qeyd olunmalıdır ki, iddiaçıya irad tutulan həmin halların həqiqiliyi məhkəməyə təqdim olunmuş sübutlarla təsdiq olunur. Belə ki, cavabdehin təhqiqat orqanı tərəfindən aparılan araşdırma zamanı qaçaqmalçılıq cinayət əməlini törətməkdə təqsirləndirilən Rövşən Əliyevin üzərindən çıxan smartfon tipli mobil telefona baxış keçirilərkən onun İddiaçıla birlikdə fotoşəkilləri aşkar edilmişdir ki, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş həmin fotoşəkillərdə qeyd olunanlar öz təsdiqini tapır. Bundan əlavə, iddiaçının xx.xx.2021 -ci il tarixdə “Bakı” restoranında X24 ilə görüşdüyü müəyyən olunmuşdur. Əslində, iddiaçı özü də iddia ərizəsində 4 iyul 2021-ci il tarixdə Bakı şəhərində “Bakı” kafesində dostunun 4-5 saat davam edən ad günündə Rövşən Əliyev adlı şəxslə birlikdə iştirak etdiyini inkar etmir. Hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(002)-358/2021 nömrəli hökmündən isə görünür ki, X24, bir qrup şəxslə əlbir olub, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq dövlət sərhədini dəfələrlə keçməsinə görə AR CM-nin 32.5, 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri bilinərək məhkum edilmişdir. Göründüyü kimi, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu olaraq iddiaçı etik davranış qaydaları ilə üzərinə düşən vəzifələrinə etinasızlıq göstərmiş, aşkar surətdə onları pozmuşdur. Başqa sözlə, onun xidməti vəzifələri ilə bir araya sığmayan, hərbi qulluqçu adına ləkə gətirən hərəkətlərə yol verməsi sübuta yetirilir.

20. Ən azından, iddiaçının öz arzusu ilə ehtiyata buraxılması barədə ərizə verməsi, onun vəzifə borclarının icrasına laqeyd yanaşmasını, ələlxüsus, arzuolunmaz şəxslərlə (o cümlədən, dövlət sərhədini pozan və qaçaqmalçılıqla məşğul olan şəxslə) əlaqə saxlaması üçün əsas ola bilməzdi. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun qeyd olunan 4-cü maddəsinin 2-ci hissəsinin tələbi baxımından o, hərbi qulluqçu olaraq, hərbi xidmətdən ehtiyata buraxıldığı son günə qədər hərbi xidmətin başında sayılırdı.

21. İddiaçı h əmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

22. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. İddiaçı əlavə olaraq göstərir ki, mübahisələndirilən əmrdə göstərilən “pozuntular” korrupsiya və qulluq mənafeyi əleyhinə olan cinayətlə bağlıdır ki, əvvəla bu fakt təsdiqini tapmayıb, digər tərəfdən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin də belə bir faktı təsdiq etmək səlahiyyəti yoxdur. Cavabdeh qanunla onun səlahiyyətinə aid edilmiş işlər üzrə (səlahiyyət həddində) intizam icraatı həyata keçirə bilər, amma hüquq-mühafizə orqanının (prokurorluq orqanl arının) səlahiyyətlərini mənimsəyə bilməz. İşə baxan məhkəmələr cavabdehin qeyd olunan “pozuntu”ya baxaraq yekun qərar qəbul etmək səlahiyyətində olub-olmamasını müəyyən etməyə borclu olduğu halda, həmin hala qiymət verməkdən yayınmışdır. 4 iyul 2021-ci il tarixdə keçirilmiş tədbirdə iddiaçının təsadüf nəticəsində görüşdüyü Rövşən Əliyev adlı şəxsin tutulduqdan sonra telefonuna baxış keçirən zaman fotoşəkillər aşkar edilməsi və “ildırımsurətli” intizam araşdırması nəticəsində 15 iyul 2021-ci il tarixdə onun barəsində müvafiq əmr verilmişdir. İddiaçının təsadüf nəticəsində (tədbir zamanı) görüşdüyü şəxsin dövlət sərhədini qanunsuz olaraq keçəcəyini və gələcəkdə məsuliyyətə cəlb edilməsini qabaqcadan bilməli olması absurddur. İddiaçının həmin pozuntunun törədilməsinə aidiyyəti müəyyən olun saydı, istintaq zamanı həmin məsələlər ortaya çıxardı.

23. Bundan başqa, apellyasiya məhkəməsinin qüvvəsini itirmiş intizam cəzalarına istinad etməsi obyektiv araşdırma aparılmamasından xəbər verir. İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı”, “Hərbi xidmətə görə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri 20 il qüsursuz xidmətə görə” medalları ilə təltif olunmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi bütün bunları nəzərə almamışdır.

24. Digər tərəfdən, sonradan məharət dərəcəsi verilən şəxslərin - kapitan X23, leytenant X17, baş miçman X22, gizir X19, gizir X27, gizir X20 və kiçik gizir X5 izahatlarında iddiaçının həmin məsələdə hər hansı bir formada iştirakı olmadığı müəyyən edilsə də, apellyasiya məhkəməsi bu hala əhəmiyyət verməmişdir. İddianın rədd edilmə əsası kimi məhkəmə kollegiyasının X17 və gizir X9 izahatlarına istinad etməsi başa düşülən deyil. Halbuki, X8 və gizir X9 izahatlarında X7 adını hallandırılır. X8 və gizir X9 izahatlarında xahişləri ilə adlarının X16 tərəfindən sonradan sözügedən əmrə əlavə edildiyini təsdiqləmələrinin iddiaçının kobud pozuntuya yol verməsi ilə əlaqəsinin nədən ibarət olması qeyri-müəyyən qalmışdır.

25. Məhkəmə qərarda göstərmişdir ki, “həmin əmrə əlavə olunmuş “tanış oldum” başlıqlı vərəqədən görünür ki, iddiaçı da həmin əmrlə tanış olduğunu imzası ilə təsdiqləmişdir.” Məhkəmə kollegiyasının bu yanaşması tamamilə absurddur. Belə ki, məharət dərəcəsinin müəyyən edilməsi ilə əlaqədar keçilmiş imtahanların nəticələrinə dair tərtib olunmuş akt və əmrdə iddiaçı ilə yanaşı 8 nəfər komissiya üzvünun də imzaları olmuş dur. Digər komissiya üzvləri kimi əmrlə tanış olmasını təsdiq edən imza atması iddiaçının əmrin saxtalaşdırılması barədə məlumatlı olması anlamına gəlmir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

26. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X2”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəz ifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə gör ə araşdırmağa borcludur.... Maddə

14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdi m olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansi yası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası mə hkəməsi tərəfindən işə baxılan zaman hazırkı qərarın 28-ci bəndində qeyd olunan prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

32. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən iki əsas dəlili qiymətləndirmiş və iş üzrə yekun nəticəyə gəlmişdir. Bunlardan biri iddiaçının arzuolunmaz şəxslərlə (dövlət sərhədini pozan, qaçaqmalçılıqla məşğul olan şəxs) əlaqəsinin mövcud olması, digəri isə Sahil Mühafizəsinin hərbi qulluqçularına məharət dərəcəsinin müəyyən edilərək verilməsi və təsdiq edilməsi ilə əlaqədar keçirilmiş imtahanların nəticələrinə dair tərtib olunmuş akt və əmrdə saxtakarlığa yol verilməsi ilə bağlıdır.

33. İddiaçının arzuolunmaz şəxslərlə əlaqəsinin mövcud olması xüsusatı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəsiz halına görə, iddiaçı 04 iyul 2021-ci il tarixdə keçirilən ad günü tədbirində X24 ilə görüşmüş və onların masa arxasında bərabər şəkilləri çəkilmişdir. İşə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(002)-358/2021 nömrəli hökmündən göründüyü kimi, X18 təqsirli bilindiyi cinayət əməli 6-14 iyul 2021-ci il tarixləri arasında, yəni iddiaçı ilə görüşdən sonrakı tarixlərdə törədilmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi iddiaçının X24 ilə sonuncunun cinayət əməlini törətməsindən öncə bir məclisdə iştirakını onun xidmətə uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına əsas kimi qəbul etməkdə səhvə yol vermişdir.

34. Azərbaycan Respublikasının 3 ok tyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı bəndinin maddəsinin “j” bəndinə əsasən, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar.

35. Nəzərə almaq lazımdır ki, iddiaçı 10 ildən artıq xidmət etmiş zabit kimi xx.xx.2021-ci il tarixdə Sahil Mühafizəsinin qərargah rəisinə raportla müraciət edərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir.

36. İddiaçı ilə xx.xx.2021-ci il tarixdə aparılmı ş ilkin söhbət zamanı ona ehtiyata buraxılmaqla bağlı qərarını həyata keçirməyə tələsməməsi, bir daha düşünməsi tövsiyə edilmiş, habelə mövcud qanunvericiliyin və Əsasnamənin tələbləri, hərbi xidmətin vacibliyi və üstünlükləri izah edilərək fikirlərini dəqiqləşdirməsi üçün vaxt verilmişdir. 37. xx.xx.2021-ci il tarixdə iddiaçı ilə aparılmış ikinci söhbət zamanı isə onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması məqsədəuyğun hesab edilmişdir.

38. Buna baxmayaraq, X24 xx.xx.2021-ci il tarixdə saxlanıldıqda və onun mobil telefonunda iddiaçı ilə xx.xx.2021-ci il tarixdə çəkilmiş şəkili müə yyən edildikdə, dərhal həmin gün iddiaçının hərbi rütbəsi bir pillə aşağı salınmaqla “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmasının məqsədəuyğun hesab edilməsi barədə attestasiya keçirilmiş və bir gün sonra, yəni xx.xx.2021-ci il tarixdə hazırkı iş üzrə mübahisələndirilən əmr qəbul edilmişdir.

39. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan cavabdehin etirazında və apellyasiya şikayətində irəli sürdüyü dəlillərin əsaslığını yoxlamamış, iddiaçının öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə müraciəti ilə əlaqədar söhbət zamanı ona ehtiyata buraxılmaqla bağlı qərarını həyata keçirməyə tələsməməsi, bir daha düşünməsinin tövsiyə edilməsi, növbəti söhbət zamanı (xx.xx.2021-ci il tarixdə) isə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasının məqsədəuyğun hesab edilməsinə baxmayaraq, qısa (bir ay) müddət keçdikdən sonra bir gün ərzində onun “xidmətə uyğunsuzluğa görə” ehtiyata buraxılmasının səbəblərini ətraflı araşdırmamışdır.

40. Bundan başqa, iddiaçının mübahisələndirdiyi əmrin qəbul edilməsinə əsas olmuş digər xüsusat Sahil Mühafizəsinin hərbi qulluqçularına məharət dərəcəsinin müəyyən edilərək verilməsi və təsdiq edilməsi ilə əlaqədar keçilmiş imtahanların nəticələrinə dair tərtib olunmuş akt və əmrdə saxtakarlığa yol verilməsi ilə bağlıdır.

41. Bununla bağlı qeyd olunmalıdır ki, “Sahil Mühafizəsinin hərbi qulluqçularına məharət dərəcəsinin müəyyən edilməsi, verilməsi və təsdiq edil məsi haqqında” 056 nömrəli əmrin 29 yanvar 2021-ci il tarixdə qəbul edilməsinə, iddiaçının 03 may 2021-ci il tarixdə öz arzusu ilə ehtiyata buraxılmasına dair müraciət etməsinə və ona xidmətinin davam etdirilməsinin təklif olunmasına baxmayaraq, X18 14 iyul 2021-ci il tarixdə saxlanılması və onun mobil telefonunda iddiaçı ilə 04 iyul 2021-ci il tarixdə çəkilmiş şəklinin aşkar edilməsi ilə bərabər həmin gün, yəni 14 iyul 2021-ci il tarixdə keçirilmiş attestasiya komissiyasının iclasının protokolunda iddiaçı tərəfindən saxtakarlığa yol verilməsi də müəyyən edilmiş və qeyd edilənlər onun xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmasına səbəb olmuşdur.

42. Lakin bununla bağlı, apellyasiya instansiyası məhkəməsi işdə olan açıq-aşkar ziddiyyətləri tam, hərtərəfli və obyektiv araşdırmadan yekun n əticəyə gəlmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının yuxarıda qeyd edilən əsaslara görə xx.xx.2021-ci il tarixdə ehtiyata buraxılması barədə əmr qəbul edilsə də, iş materiallarına əlavə edilmiş X9 və X8 izahatları mübahisələndirilən əmrdən 2 gün sonra, 17 iyul 2021-ci il tarixdə alınmışdır. Adları çəkilən şəxslər izahatlarında adlarının məharət dərəcəsinin verilməsi barədə əmrə əlavə edilməsini yoldaşlıq əsasında X6 xahiş etdiklərini bildirmişlər. İsmayıl Teymurov isə 17 iyul 2021-ci il tarixdə verdiyi izahatda iddiaçının bundan məlumatlı olduğunu qeyd etsə də, kassasiya instansiyası məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində həmin izahatını təkzib etmiş, məharət dərəcəsi alanların siyahısına əlavə şəxslərin salınmasından iddiaçının məlumatlı olmadığını qeyd etmişdir. 4

3. Habelə, X12 da məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, DSX-nin X10 bölməsinin rəisi olaraq xidməti araşdırma onun tərəfindən aparılmışdır. Xidməti araşdırma zamanı müəyyən olmuşdur ki, leytenant X17, kapitan X23, gizir X19, gizir X27, gizir X20, kiçik gizir X11 və baş miçman X13 adları məharət dərəcəsi verilən siyahıya X16 tərəfindən salınmışdır. Qeyd olunan hərbi qulluqçuların izahatları əsasında İddiaçı bunlardan xəbərdar olmaması müəyyən edilmişdir. Məhz, X16 bu hərəkətlərə yol verdiyinə görə xidməti uyğunsuzluqla hərbi xidmətdən azad olunmuşdur.

44. Göründüyü kimi, iddiaçının barəsində xidməti uyğunsuzluğa görə qəbul edilmiş mübahisələndirilən əmrin xx.xx.2021-ci il tarixdə qəbul edilməsinə, lakin həmin əmrdə istinad olunan əsasın xx.xx.2021-ci il tarixdə alınmış izah atla müəyyən edilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi bu halları araşdırmamış, İsmayıl Teymurovun izahatının əsaslığını yoxlamamışdır. Nəzərə almaq lazımdır ki, hazırda İsmayıl Teymurov məhkəməyə göndərdiyi ərizəsində təhqiqat zamanı verdiyi izahatında göstərilən xüsusatların həqiqəti əks etdirmədiyini, iddiaçının həmin əmrdə edilən dəyişikliklərdən xəbərdar olmadığını bildirmişdir.

45. Odur ki, işə apellyasiya instansiyası məhkəməsində işə təkrar baxılan zaman yuxarıda qeyd edilən hallar – mübahisələndirilən əmrin qəbul edilməsinə əsas olmuş xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılmalıdır.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 27-28-ci bəndlərində qeyd olunan maddi və prosessual hüquq normala rının tələblərinə cavab vermir.

47. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 2-1(103)-183/2023 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

48. İşə təkrar baxan məhkəmə işin hallarını Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla təkrarən araşdırmalıdır.

49. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, hazırkı halda şikayət iddianın təmin edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.

50. Şərh edilənlərə əsasən, məhkəmə kolle giyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 21(103)-183/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar