Məhkəmə qərarları › İş №2-1(102)-1937/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1937/2021

17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1937/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı oğlunun (prosessual hüquq varisi ) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş işçiyə aylıq müavinətin ödənilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş işçiyə aylıq müavinətin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-706/2021 saylı, 30 iyun 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx. -cu il tarixdə ünvankəndində doğulmuşdur. 12.08.1998-ci il tarixli əlil vəsiqəsinə əsasən iddiaçı 2-ci qrup əlildir. 2. 21 saylı Tikinti İdarəsinin Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlandığı 19 sentyabr 2014-cü il tarixli məktubda qeyd edilir ki, iddiaçı istehsalat qəzası nəticəsində xəsarət almış 2012-ci ilin oktyabr ayına qədər ayda 44 AZN ödənilmişdir. Müəssisə hal-hazırda heç bir fəaliyyət göstərmir, ona görə də ödənci ödəmə imkanı yoxdur.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 21 saylı Tikinti İdarəsinin rəisinə ünvanlandığı 31.07.2014-cü il tarixli məktubda qeyd edilmişdir ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli Qərarı ilə tənzimlənir. Həmin Qərarın 1.2-ci maddəsinə əsasən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə, ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş müddə t üzrə onların müraciəti əsasında aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Göstərilənləri nəzərə alaraq müraciətinin müsbət həlli qeyri-mümkündür.

4. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 17.09.2001-ci il tarixli şəhadətnaməyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 5 ünvanında yerləşən 21 saylı tikinti idarəsi özəlləşdirilmişdir.

5. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X7 Dövlət Qeydiyyat İdarəsinin məktubundan görünür ki, “Bakı şəhər Tikinti” Trestinin 21 saylı tikinti idarəsi (VÖEN **********) hüquq ünvanı ünvan 4ına malik rəhbəri ünvan 5 ünvanında qeydiyyatda olan X8r.

6. Azərbaycan Respublikasının Vergilə r Nazirliyi yanında Bakı Vergilər Departamentinin X7 Dövlət Qeydiyyat İdarəsinin məktubundan görünür ki, “Bakı şəhər Tikinti” Trestinin 21 saylı tikinti idarəsi (Qeydiyyat nömrəsi D-778) 21.06.2016-cı il tarixdə ləğv edilərək X7 dövlət reyestrindən çıxarılmışdır.

7. Dövlət Sosial Müdafiə Fondunun 13 iyun 2018-ci il tarixli məktubundan görünür ki, “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssislərinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən, həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2008ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların 5.3-cü bəndinə əsasən özəlləşdirilməyə açıq elan e dilmiş müəssisədə çalışarkən əmək zədəsi almış şəxslərə aylıq və birdəfəlik müavinətlərin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2008-cı il tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaya əsasən bu qayda onun qüvvəyə mindiyi tarixədək özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin, 2003-cu il 27 sentyabr tarixindən bu qayda qüvvəyə minənədək özəlləşdirilməsi başa çatmış dövlət müəssisələrinin və bu qayda qüvvəyə minənədək idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisini n ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Azərbaycan Respublikasının Mülk Məcəlləsinin 1126.1-ci maddəsinə əsasən həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquqi varisi daşıyır zərər əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçılar X9, X18, X24 və İddiaçı cavabdehə qarşı 22 iyul 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özəlləşdirilən “Bakı şəhər Tikinti” Trestinin 21 saylı Tikinti İdarəsi dövlət müəssisəsinin sosial ödəncləri üzrə X3 11.305 manat, X10 10.800 manat, X15 5.544 manat, İddiaçı 3.696 manat oktyabr 2012-ci ildən oktyabr 2019cu il tarixədək 7 il müddətində yaranmış borcların ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

9. Məhkəmənin 13 iyul 2020-ci il tarixli, 2-1(112)-172/2020 nömrəli qərardadı ilə iddiaçılar X1 və digərlərinin cavabdehə qarşı özəlləşdirilən dövlət müəssisəsinin sosial ödənişləri üzrə yaranmış borcların ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbləri üzrə 2-1(112)-172/2020 nömrəli inzibati işdən iddiaçı X4 cavabdehə qarşı özəlləşdirilən dövlət müəssisəsinin sosial ödənişləri üzrə yaranmış borcların ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi, iddiaçı X11 cavabdehə qarşı özəlləşdirilən dövlət müəssisəsinin sosial ödənişləri üzrə yaranmış borcların ödənilməsi vəzifə sinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi, İddiaçı cavabdehə qarşı özəlləşdirilən dövlət müəssisəsinin sosial ödənişləri üzrə yaranmış borcların ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi üzrə icraatlar ayrılmışdır. 10. 2 saylı Bakı “Asan xidmət” X22 tərəfindən verilmiş 10.01.2020-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən iddiaçı 20.12.2019-cu ildə ölmüşdür. İddiaçı 20.12.2019-cu ildə öldüyündən məhkəmə tərəfindən iddiaçının qızı Xeyransa Kazımova prosessual hüquq varisi kimi məhkəmə icraatına cəlb edilmişdir.

11. İddiaçı hüquq varisi X5 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2012-ci ilin oktyabr ayından etibarən istehsalatda baş verən bədbəxt hadisə nəticəsində mərhum İddiaçı ödənilməli olan ödənclərin verilm əsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.

12. İddia onunla əsaslandırılmışdır ki, “Bakı şəhər Tikinti” Trestinin 21 saylı tikinti idarəsində fəhlə işləyərkən əmək xəsarətləri alaraq, qanunla nəzərdə tutulan qaydada müavinət almışlar. Oktyabr 2012-ci il tarixdən onlara ödənilən müavinətlərin verilməsi dayandırılmışdır. Əvvəl əsaslandırmışlar ki, idarə özəlləşməyə gedir. Onların ödənclərini veriləcəkdir. Onlar da rəhbərliyin şifahi göstərişinə inanmışlar. Nəhayət «Bakı şəhər Tikinti Tresti» 21 saylı Tikinti İdarəsi 21 iyun 2016-cı il tarixdə ləğv edilərək Azərbaycan Respublikası X7 dövlət reyestrindən çıxarılmışdır. Ondan sonra aidiyyəti bütün dövlət orqanlarına müraciət etsələr də, heç b ir müvafiq orqan onlara dəqiq kimə müraciət etmək lazım olduğunu cavablandırmamışlar. Hər birinə oktyabr 2012-ci il tarixədək “Bakı şəhər Tikinti” Trestinin 21 saylı tikinti idarəsi tərəfindən istehsalat qəzası nəticəsində aldıqları xəsarətə görə müvafiq olaraq 135, 120, 66 və 44 azn ödənc verilmişdir.

13. Cavabdehin iddiaya dair etirazı onunla əsaslandırılmışdır ki, istehsalat qəzası nəticəsində işçiyə dəyən zərəri ödəmək işəgötürənin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 03 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 1.1-ci bəndinin 3-cü abzasına əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Göründüyü kimi həmin ödənclərın verilməsi qanunvericiliklə Dövlət Sosial Müdafiə Fondunun deyil, işəgötürənlərin vəzifəsi kimi müəyyən olunmuşdur. Bundan əlavə, iddiaçının ərizəsində də qeyd etdiyi kimi onun işlədiyi müəssisə “Bakı şəhəri tikinti tresti” 21 saylı tikinti idarəsi hal-hazırda fəaliyyət göstərmir. Adıçəkilən Qaydaların 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Bu səbəblə iddiaçı aldığı xəsarət nəticəsində Fonda yox, işlədiyi müəssisənin hüquqi varisi olan müəssisəyə müraciət etməlidir. Təqsirkar müəssisənin ləğv edildiyi halda isə işçinin sağlamlığına dəvən zərərin ödənilməsi qaydaları Mülki Məcəllə ilə tənzimlənir. Müəssisə ləğv edildiyi halda iddiaçının qanunvericilikdə müəyyən edilmiş müddət daxilində ikinci növbəli kreditor kimi həyata və sağlamlığa dəyən zərərin ödənilməsini tələb etmək hüququ mövcud olmuşdur. İşçinin aylıq müavinəti almaq hü ququ mövcud deyil. Azərbaycan Respublikasının Prezidentinin 26.09.2003-cü il tarixli, 920 saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydaları”nın, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na əsasən aylıq müavinəti almaq üçün əsas şərt şəxsin işlədiyi müəssisənin özəlləşdirilməsi barədə qərar qəbul edilməsi və özəlləşdirilməsi başa çatmam ış olmasıdır. Lakin müəssisənin özəlləşdirilməsi 2001-ci ildə başa çatmışdır. Həmçinin 2003-cü ilə kimi müəssisənin vətəndaşlara borcu olmamış və müəssisə ləğv edilənədək vətəndaşlara ödənclər ödənilmişdir. Eləcə də müəssisənin borcu olmadığı üçün 2008-ci ildə vətəndaşla Fond arasında müqavilə bağlanılmamışdır. Nazirlik tərəfindən apardığı araşdırmalar nəticəsində iddiaçının işlədiyi müəssisənin həmin siyahılarda olmadığı aşkar edilmiş və bu fakt vətəndaşa verilən imtina məktubunda da öz əksini tapmışdır.

14. Birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin icraatında olmuş 2(005)-63/2018 nömrəli mülki işin materiallarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2(005)-63/2018 nömrəli qərardadı ilə iddiaçılar X1, X12 və İddiaçı cavabdeh “Bakı şəhəri Tikinti” Trestinin 21 saylı Tikinti İdarəsinin Ləğv Etmə Komissiyasına qarşı X13, X14, X16, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanına Milli Gəlirlər Departamentinin X26 Qeydiyyat İdarəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti üçüncü şəxslər göstərilməklə əmək xəsarətinə görə ödəniş tələbinə dair mülki iş üzrə icraata cavabdeh “Bakı şəhəri Tikinti” Trestinin 21 saylı Tikinti İdarəsi ləğv edildiyindən və həmin qurum Azərbaycan Respublikası X7 dövlət reyestrindən çıxarıldığından xitam verilmişdir. Həmin qərardad yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır.

15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin məhkəməyə ünvanlandığı 03.0 3.2020-ci il tarixli məktubda qeyd olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 5 ünvanında yerləşən 21 saylı tikinti idarəsi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının özəlləşdirilməsi departamentı ilə bağlanmış 10.07.2001-ci il tarixli, 2252 nömrəli alqı-satqı müqaviləsinə əsasən əmək kollektivi tərəfindən vəkil edilmiş şəxs X19 tərəfindən özəlləşdirilmişdir. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 26.09.2003-cü il tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən həmin Qaydalar "Azərbaycan Respublikasında 1995-1998-cı illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na əsasən özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin Qaydalar qüvvəyə minənədək yaranmış borclarına şamil edilir. 21 saylı tikinti idarəsinin özəlləşdirilməsi həmin Qaydalar qüvvəyə minənədək başa çatdığından (2001-ci ildə), qeyd edilən müəssisənin adı Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş müvafiq siyahıya daxil edilməmişdir.

16. Bakı İnzibati Məhkəməsinin (hakim X20, 2-1(112)-5508/2020 saylı iş) 15 oktyabr 2020-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilərək İddiaçı 21.06.2016-cı il tarixdən 20.12.2019-cu il tarixədək istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi aylıq öd əncin hesablanaraq hüquqi varisi X2 ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

17. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi “Bakı şəhər Tikinti” Trestinin 21 saylı Tikinti İdarəsi 21.06.2016-cı il tarixdə ləğv edilərək X7 dövlət reyestrindən çıxarıldığından, eyni zamanda ləğv zamanı ödənclərin gələcəkdə ödənilməsi kapitallaşdırılmadığından, hazırda bu sahədə dövlət siyasətini həyata keçirən və əhalinin bu statusda olan qisminin sosial müdafiəsini təşkil edən mərkəzi icra hakimiyyəti olan cavabdeh 21.06.2016-cı il tarixdən etibarən həmin ödəncləri iddiaçıya ödəməli idi. İddiaçının işlədiyi və istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş müəssisə 2001-ci ildə özəlləşdirildiyindən iddiaçı barədə məlum atlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilməməsi, həmçinin müəssisənin ləğvi zamanı prosedur qaydalara riayət edilməməsi iddiaçının iradəsindən asılı olan hal deyil və onun Konstitusiya ilə müdafiə olunan hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilməz.

18. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X21-məruzəçi, X17 və X37, 2-1(103)706/2021 saylı iş) 30 iyun 2021-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qərarını dəyi şdirmədən saxlamışdır.

20. Cavabdeh 26 iyul 2021-ci il tarixdə qərarın surətini almış, 26 avqust 2021-ci il tarixdə kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

21. Azərbaycan Respublikasının Prezidentinin 26.09.2003-cü il tarixli 920 saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydalar”ı İdarəetməyə verilən dövlət müəssisələrinin onları idarə etmək hüququna dair müqavilə qüvvəyə minənədək yaranmış borclarına şamil edilir.

22. Dövlət özəlləşməsi haqqın da qərar qəbul edilmiş müəssisələrə münasibətdə qaydalar qüvvəyə minənədək yaranmış borcları nəzərdə tutur.

23. Vətəndaş 1993-cü ildə xəsarət almış və müəssisə tərəfindən 2012-ci ilədək ona xəsarətə görə ödənc ödənilmişdir. Maddənin məzmunundan da qeyd edildiyi kimi dövlət özəlləşməsi haqqında qərar qəbul edilmiş müəssisələrə münasibətdə qaydalar qüvvəyə minənədək yaranmış borcları nəzərdə tutur. Göründüyü kimi qaydalar qüvvəyə minənədək (26.09.2003-cü il) müəssisənin vətəndaşlara borcu olmamışdır.

24. Məhkəmə qərarında sözügedən Qaydaların 19.03.2010-cu il tarixə qədər qüvvədə olmuş redaksiyasının 3.7 və 3.8-ci bəndlərinə istinad edir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləğinin” 3.7,-ci bəndinə əsasən Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilir və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. 3.8. Ləğv edil miş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Dövlət mülkiyyətində saxlanılan kolxoz və sovxozların siyahısı rübdə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilir.

26. Daha sonra sözügedən qərarın 3.11,-ci maddəsində qeyd edilmişdir ki, zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir.

27. Məhkəmə qanunvericinin 3.7 və 3.8-ci maddələrdə qeyd ediləndən sonra məhz 3.11-ci maddənin qeyd edilməsinə fikir vermədən qanun qanunun analogiyasını tətbiq etmişdir.

28. Belə ki, qanunverici həmin maddədə ləğv edilmiş təqsirkar kolxoz və sovxozlar, Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanma qaydasını xüsusi norma kimi qeyd etmişdir. Norma imperativ normadır. Bu norma konkret davranış qaydası müəyyən edir və olduğu kimi icra edilməlidir. Lakin məhkəmə tərəfindən norma genişləndirici şəkildə tövsif edilərək hüquqi şəxslər ləğv edildikdən sonra onun “əmək xəsarətinə görə ödənc ödəmək" öhdəliyi dövlətin üzərinə qoyulmuşdur. 29. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiyası Qanunun 1.0.10,-ci maddəsinə əsasən qanunun analogiyası - konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməlidir.

30. Bununla yanaşı ləğv edilmiş təqsirkar kolxoz və sovxozlar və Ermənistan Respublikasında xəsarət alan qaçqın statuslu şəxslərin çalışdığı müəssisələr dövlətin mülkiyyətində olmuşdur. Lakin vətəndaşın işlədiyi müəssisə əvvəl dövlət mülkiyyətində olsa da, sonradan özəlləşdirilmiş hüquqi şəxs kimi qeydiyyatdan keçmiş və müstəqil fəaliyyət göstərmişdir.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə e tmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

32. Həmçinin, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X7 Dövlət Qeydiyyat İdarəsinin **********115100 nömrəli məktubundan görünür ki, "Bakı şəhər Tikinti" Trestinin 21 saylı tikinti idarəsi (VÖEN **********) təmsilçilik funksiyasına malik rəhbəri Səfa Fəqan oğludur və müəssisə 21.06.2016-cı il tarixdə ləğv edilərək X7 dövlət reyestrindən çıxarılmışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikası Konstitusiyası: Maddə

38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kə s qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

35. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”: 1-ci bənd. Bu Qaydalar “Azərbaycan Respublikasında 1995–1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında dövlət ə mlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin (bundan sonra – dövlət müəssisələri) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. 2-ci bənd. Bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzv lərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”: 1.1-ci bənd. Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclə rin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əm ək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. 1.2-ci bənd. Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. 2.1-ci bənd. İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. 3.10-cu bənd. Zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. 3.11-ci bənd. Zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir. 3.12-ci bənd. Zərərin ödənilməsi ilə əlaqədar tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll edilir. Həmin Qaydaların 19.03.2010-cu il tarixə qədər qüvvədə olmuş 3.7-ci və 3.8-ci bəndlərinə əsasən Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilir və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Dövlət mülkiyyətində saxlanılan kolxoz və sovxozların siyahısı rübdə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilir.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2008-ci tarixli, 242 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat q əzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası”: 1-ci bənd. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın İİ bölməsində göstərilən şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətlərin təyin edilməsi və ödənilməsi qaydasını müəyyən edir. 2-ci bənd. Azərba ycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmış (başa çatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu siyahıları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə (bundan sonra Şöbə) və ya “DOST” mərkəzlərinə (bundan sonra – Mərkəz) göndərir. Şöbə lər və ya Mərkəzlər yalnız həmin siyahıda qeyd olunan müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət təyin edirlər. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunmuş siyahılarda adları olmayan işçilər tərəfindən müavinət alınması üçün müraciət olunduğu halda, müavinət almaq hüququ təqsirkar müəssisənin yerləşdiyi ərazi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun və Maliyyə Nazirliyinin yerli orqanlarının və təqsirkar müəssisənin vəzifəli şəxsləri tərəfindən yaradılmış birgə komissiyanın rəyi əsasında müəyyən olunur. Müraciət edən şəxsin müavinət almaq hüququ təsdiq ol unduğu halda, komissiya bu barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Müraciət edən şəxsin müavinət almaq hüququ təsdiq olunmadığı halda, komissiya imtinanın səbəbi göstərilməklə müraciət edən şəxsə məlumat verir.

38. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

82. M übahisə ilə bağlı şikayət üzrə yenidən baxılmasının hədləri Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qəra rının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiy a instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

39. Cavabdehin kasasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

40. Cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instan siyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır.

42. İddia tələbi özəlləşdirilən “Bakı şəhər Tikinti” Trestinin 21 saylı Tikinti İdarəsi dövlət müəssisəsinin istehsalatda baş verən bədbəxt hadisə nəticəsində olan ödənclərin oktyabr 2012-ci ildən başlayaraq yaranmış borcun ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədədir.

43. İşdə olan sənədlərdən görünür ki, İddiaçı “Bakı şəhər Tikinti” Trestinin 21 saylı Tikinti İdarəsində işləyən zaman bədbəxt hadisə zamanı xəsarət almış, istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 8 0 %-ni itirmiş, ona 2-ci qrup əlillik təyin edilərək işlədiyi müəssisə tərəfindən 2001-ci ildə özəlləşdirilənə qədər, 2001-ci ilsə isə özəlləşdirildikdən sonra 2012-ci ilin oktyabr ayına kimi ödənclər ödənilmişdir. 2012-ci ilin oktyabr ayından müəssisə fəaliyyət göstərmədiyini əsas gətirərək ödənclərin verilməsini dayandırmışdır. Bundan sonra iddiaçı idarəyə qarşı ona ödənclərin ödənilməsi tələbi ilə ümumi məhkəməyə müraciət etmiş, məhkəmə idarənin 21.06.2016-cı il tarixdə ləğv edilərək X7 dövlət reyestrindən çıxarılmasını əsas göstərərək iddiaçının iddiası üzrə icraata xitam vermişdir. İddiaçı bundan sonra cavabdehə müraciət edərək ödənclərin ödənilməsini xahiş etmiş, cavabdeh isə müəssisənin 2001-ci il tarixdə özəlləşdirilməsini, ödənişin müəssisə tərəfindən həyat keçirilməli olmasını bi ldirib iddiaçının xahişini təmin etməmiş, iddiaçı hazırkı iddia ilə inzibati məhkəməyə müraciət etmişdir.

44. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir.

45. Qaydaların 3.11-ci bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir. - 3.12-ci bəndin ə əsasən zərərin ödənilməsi ilə əlaqədar tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll edilir.

46. Həmin Qaydaların 19.03.2010-cu il tarixə qədər qüvvədə olmuş 3.7-ci və 3.8ci bəndlərinə əsasən Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilir və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondun un vəsaiti hesabına ödənilir. Ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Dövlət mülkiyyətində saxlanılan kolxoz və sovxozların siyahısı rübdə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilir.

47. Adıçəkilən Qərarla təsdiq olunmuş Qaydaların məzmunundan aydın olur ki, istehsalatda baş vermiş bədbəxt hadisə zamanı xəsarət almış işçilərə ödənclərin kim tərəfindən verilməsi tam şəkildə öz əksini tapmamışdır. Belə ki, hazırkı mübahisə üzrə işəgötürən müəssisə hüquqi şəxs kimi ləğv edilmiş, lakin həmin müəssisənin xəsarət almış işçilərinə ödənilməli olan ödənclərin kim tərəfindən ödənilməsi məsələsi həllini tapmamışdır. Lakin vaxtı ilə qüvvədə olmuş 3.7 və 3.8-ci bəndlərində oxşar münasibətlər üzrə hansı üsulla ödənclərin ödənilməsi Qaydalarda öz əksini tapmışdır.

48. Qaydalar müəyyən etmişdir ki, ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir.

49. İşin hazırkı halında iddiaçının işlədiyi müəssisə özəlləşdirildiyinə, sonra isə ləğv olunduğuna görə ödənclərin cavabdeh tərəfindən həyata keçirilməli olması barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

50. Odur ki, kasasiya şikayətinin dəlillə ri əsaslı olmadığından təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

51. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-706/2020 saylı, 30 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar