Məhkəmə qərarları › İş №2-1(102)-1937/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1937/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1937/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının 4 aprel 2023cü il tarixli, 2-1(103)-761/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********5497 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən iddiaçıya məxsus olan obyektdə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Eldar Babayev 10D (**********10002)) Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədə k (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. 2. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən 21 oktyabr 2021-cu il tarixli, KY211670572 nömrəli çıxarışa əsasən, yoxlayıcı orqanın adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı İddiaçı, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i **********, yoxlamanın müddəti (başlama, sona çatma tarixi) xx.xx.2021-xx.xx.2021, yoxlanılan dövr cari fəaliyyət, yoxlamanın predmeti və hüquqi əsasları Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi qeyd olunmuşdur. 3. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 005350 nömrəli akta əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Eldar Babayev 10D ünvanında yerləşən “Təndir-Kabab” kafesində iddi açının iştirakı ilə xx.xx.2021-ci il tarixdə, saat 18:10-da təqdim edilmiş şəxsiyyət vəsiqələrinin surətlərinə əsasən ofisiant, qab yuyan, satıcı və s. işlərin görülməsinə cəlb olunmuş 8 (səkkiz) fiziki şəxsdən 6 (altı) nəfəri (X5, X7, X3, X8, X4 və X6) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir.

4. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********1204 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən, iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kont raktı) hüquqi qüvvəyə minmədən 6 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 12000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli, **********1258 nömrəli qərarının və tətbiq olunmuş maliyyə sanksiyalarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə cavabdeh Vergi Məcəlləsinin 23, 49 və 58.10-cu maddələrinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 6 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 12.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edərək iddiaçını vergi məsuliyyətinə cəlb etmiş və xx.xx.2021-ci il tarixədək 12.000 manat məbləğinin büdcəyə ödənilməsinin təmin edilməsini göstərmişdir. İddiaçı qərarı poçt vasitəsilə xx.xx.2021-ci il tarixdə almışdır. Qərar və maliyyə sanksiyası əsassız və qanunsuzdur, ona görə də ləğv edilməlidir. İddiaçı dövlət qeydiyyatından keçməklə fiziki şəxs olaraq VÖEN açmış, kiçik sahibkarlıqla məşğul olur. Cavabdehin xx.xx.2021-ci il tarixli **********1258 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı bu sahədə qüvvədə olan qanunvericiliyə zidd olduğuna və qaydalara əmək edilmədən tərtib edildiyinə görə ləğv edilməlidir. İddiaçının icarədə ol an “Təndir-Kabab” kafesində işçilərin müvafiq əmək müqavilələri olmadan işlərə cəlb edilməsi barədə yazılanlar həqiqəti əks etdirmir. Belə ki, həmin şəxslərin qeyri-rəsmi işləməsini təsdiq edən, ümumiyyətlə, işləməsinə dəlalət edən hər hansı bir sübut toplanmamışdır. Obyektdən kənar bir neçə şəxsi saxlayaraq onların məlumatları əldə edilmiş və guya qeyri-qanuni işlədilməsini müəyyən etmişlər. Əslində isə həmin vətəndaşların “Təndir-Kabab” kafesinə heç bir aidiyyəti yoxdur. Eyni zamanda həmin 6 şəxsin şəxsiyyəti, yaşadıqları faktiki və hüquqi ünvanlar müəyyən edilməmiş və onlardan hər-hansı izahatlar alınmamışdır. Yalnız həmin şəxslərin şəxsiyyətləri müəyyən olunduqdan və onlardan izahat alındıqdan sonra onların “Təndir-Kabab” kafesində işlədilməsi halı müəyyən oluna bilərdi. Göstərilən səb əb və əsaslara görə cavabdehin məlum qərarı və tətbiq etdiyi maliyyə sanksiyaları ləğv edilməlidir. Bundan başqa, vergi orqanı Vergi Məcəlləsinin 24.0.5-1-ci maddəsinin tələblərini kobudcasına pozaraq onlara hər hansı müraciət daxil olmadığı halda qanunsuz olaraq operativ vergi nəzarətin həyata keçirilməsi barədə qərar qəbul etmiş və qərarı qanunsuz şəkildə icra etmişdir. Vergi orqanı Ədliyyə Nazirliyində sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində çıxarış almadan yoxlama aparmışdır. Halbuki Prezidentinin sərəncamına əsasən 2021-ci ilin 31 dekabr tarixinədək bütün yoxlamalar və monitorinqlər qadağandır. Vergi orqanı dövlət başçısının həmin sərəncamında göstərilənlərin əksini edərək, heç bir qanuni əsaslar olmadan iddiaçını külli miqdarda cərimə etmişdir. Vergi əmə kdaşları real faktlara əsaslanmadan saxta şəkildə aktlar tərtib etmişlər. Belə ki, əllə yazılan Aktın surəti imzalanmış, sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokolda isə düzəliş edilmişdir. Bu tərtib edilmiş bütün sənədlərin reallığı əks etdirmədiyini və saxta olmasını birmənalı olaraq sübut edir.

7. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda işin hallarına istinad edilərək göstərilmişdir ki, Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” operativ vergi nəzarəti tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Məhz bununla bağlı əsaslı şübhələr olduğundan vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Qeyri-məşğulluğun aradan qaldırılması məqsədilə əmək müqaviləsinin bağlanması işəgötürənlərin başlıca vəzifələrindən biridir. Əmək haqlarının leqallaşdırması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilmişdir. İşçilər işəgötürən tərəfindən əmək müqaviləsi bağlanmadan onlara ödənilən əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Bundan əlavə, həmin işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi kimi neqativ hallarla ras tlaşır və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. Göründüyü kimi, iddiaçı ümumi ifadələrdən istifadə etməklə heç bir həqiqətə uyğun olmayan və sübutu olmayan arqumentlərlə iddia ərizəsini əsaslandırmağa çalışmışdır. Operativ vergi nəzarəti tədbiri çərçivəsində alınmış iddiaçının xx.xx.2021-ci il tarixli izahatına əsasən Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən “Təndir kabab” kafesində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş 8 nəfər fiziki şəxsdən 2 nəfəri ilə əmək müqaviləsi bağladığını, digər 6 nəfəri ilə əmək müqaviləsi bağlanmadığını etiraf edərək, həmin 6 nəfər ilə də əmək müqavilələrinin tez bir zamanda bağlanacağını bildirmişdir. X1 xx.xx.2021-ci il tarixli izahatına əsasən o, xx.xx.2021-ci il tari xdən Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən “Təndir kabab” kafesində iddiaçı tərəfindən “qutabçı” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının saat 08:00-20:00-dək olduğunu, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının gündəlik 15 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X7 da öz növbəsində iddiaçı tərəfindən işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 09:00-21:00-dən olduğunu, əmək haqqının gündəlik 15 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X3 xx.xx.2021-ci il tarixdən iddiaçı tərəfindən ofisiant vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının həftədə yeddi gün olmaqla, saat 11:00-23:00-dək olduğunu, əmək haqqının aylıq 450 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X8 da 4 aydır ki, şifahi razılıq əsasında iddiaçı tərəfindən xadimə vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 07:00-19:00-dək olduğunu, əmək haqqının gündəlik 15 manat təşkil etdiyini bildirmişdir. Göründüyü kimi operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir.

8. Bakı İnziba ti Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2-1(112)-4444/2022 nömrəli qərarı (hakim M.T.Hacıbəyova) ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən 6 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “Təndir-Kabab” adlı obyektdə müxtəlif işlərin görülməsinə cəlb edilmiş, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin pozulması aşkar edildiyi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinə əsasən iddiaçıya münasibətdə maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarında 6 nəfər şəxs izahatlarında obyektdə işləmələrini, tutduqları vəzifələri, iş rejimlərini, aldıqları əmək haqlarını göstərmişlər. Məhkəmədə aparılan inzibati araşdırma zamanı cavabdeh tərə findən iddiaçıya münasibətdə qəbul edilən mübahisələndirilən qərarın qanuna zidd və ya əsassız qəbul edilməsi müəyyən edilməmişdir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 aprel 2023-cü il tarixli, 2-1(103)-761/2023 nömrəli qərarı (hakimlər: R.Ə.Eyvazov /sədrlik edən və məruzəçi/, G.T.Axundova və F.F.Babayev) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2-1(112)-4444/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qe yd etmişdir ki, vergi orqanı tərəfindən iddiaçıya məxsus təsərrüfat obyektində həyata keçirilmiş operativ vergi yoxlaması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınmış, bu barədə müvafiq çıxarış verilmiş, qərar qəbul edilmiş, 02 noyabr 2021-ci il tarixdə operativ vergi nəzarəti həyata keçirilmiş, yoxlama zamanı 6 nəfər şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunması aşkar olunmuş, bu barədə 02 noyabr 2021-ci il tarixli akt tərtib olunmuş, iddiaçının özü də həmin aktı imzalamış və izahatında faktı etiraf etmiş, eləcə də həmin 6 nəfər işçinin izahatı alınmış, onlar da işləmələrini təsdiq etmişlər. Bununla yanaşı, iddiaçı 2 noyabr 2021-ci il tarixli izahatında da qeyd edilən halların mövcudluğunu, yəni əmək müqaviləsi (kont raktı) hüquqi qüvvəyə minmədən 6 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyini göstərmişdir. İddiaçı həmçinin cavabdehin əməkdaşları tərəfindən qeyd edilən fakta görə tərtib edilmiş aktları və digər sənədləri imzalamış, əksini təsdiq edən hər hansı qeyd aparmamışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

14. İddiaçı qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə, Vergilər Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid mə lumat reyestrinin aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə ziddir. Belə ki, həmin Əsasnamənin tələblərinə görə sahibkarlıq subyektlərində yoxlamalar və monitorinqlərin aparılması qadağan edilmişdir. Sonradan yoxlamalar və monitorinqlərin aparılması 2022-ci ilin sonunadək qadağan edilmişdir. Yəni bütün yoxlamalar, o cümlədən cavabdehin operativ yoxlamaları 2022-ci ilin dekabrın 31-dək qadağan edilmişdir. İşə baxan məhkəmə Vergilər Məcəlləsinin müddəalarını öz qərarına köçürmüş, iddiaçının dəlillərinə əhəmiyyət verməmişdir.

15. Başqa yandan, cavabdeh birinci instansiya məhkəməsində sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən heç bir çıxarış təqdim etmədiyi halda, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına xx.xx.2021-ci il tarixli KY211670572 n ömrəli çıxarışı təqdim etməsi sual doğurur. Halbuki həmin çıxarış yoxlayıcı tərəfindən yoxlama başlananadək iddiaçıya təqdim edilməli idi. Göründüyü kimi inzibati iş Bakı Apellyasiya Məhkəməsində baxış mərhələsində olan müddətdə cavabdeh tərəf arxa tarixə reyestrdən çıxarış əldə edərək işə əlavə etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edi lməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 18. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2024-cü il yanvarın 1-dək dayandırılır. Maddə

2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçi rilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haq qında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır....

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkə mə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏ DLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fun damental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhk əməsinin araşdırmaları yetərli hesab olunur.

25. İddiaçının kassasiya şikayətinin təkrarlanan dəlilləri hazırkı iş üzrə keçirilmiş operativ vergi nəzarətinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməməsindən, habelə, bütün yoxlamalar və monitorinqlərin aparılmasının qadağan edildiyi dövrdə cavabdehin hazırkı operativ vergi nəzarətini həyata keçirməsindən ibarətdir.

26. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus obyektdə operativ vergi yoxlaması cavabdehin xx.xx.2021-ci il tarixli, **********5497 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən 2 noyabr 2021-ci il tarixdə həyata keçirilmişdir. Cavabdeh yoxlamanın keçirilməsi barədə müvafiq məlumatları “Sahibkarlıq sahəsində aparılan yoxlamaların v ahid məlumat reyestri”nə daxil edərək xx.xx.2021-ci il tarixdə elektron qaydada imzalamışdır.

27. İddiaçı reyestrdən çıxarışın geri tarixə imzalanaraq apellyasiya instansiyası məhkəməsində təqdim edildiyini bildirsə də, nəzərə almaq lazımdır ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə məlumatlar elektron imza ilə daxil edilir və cavabdeh reyestrdən xx.xx.2021-ci il tarixli çıxarışı iddia ərizəsinə etiraza əlavə edərək birinci instansiya məhkəməsinə təqdim etmişdir. Ona görə də, iddiaçının kassasiya şikayətinin həmin dəlili əsassız olmaqla işin müəyyən edilən halları ilə tam təkzib olunur.

28. Bundan başqa, iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 383 nömrəli Fərmanına əsaslanaraq sahibkarlıq subyektlərində yoxlamaların və moni torinqlərin aparılmasının qadağan edildiyini bildirmişdir. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi Fərman “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi ilə bağlıdır və həmin Əsasnamənin məzmununda hər hansı vergi yoxlamasının həyata keçirilməsinin qadağan edilməsi nəzərdə tutulmamışdır.

29. Bununla belə, iddiaçının hüquqi marağına uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların 2024-cü il yanvarın 1-dək dayandırıldığı qeyd olunmuşdur. Lakin həmin Qanunun 2.1-ci maddəsində aparılmalı olan yoxlamaların siyahısı verilmiş və dayandırılması nəzərdə tutulmayan yoxlamalara vergi yoxlamaları da əlavə edilmişdir (hazırkı qərarın 18-ci bəndi). 30. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun müddəaları nəzərə alınsa belə, vergi yoxlaması kimi operativ vergi nəzarəti həmin Qanunda dayandırılması nəzərdə tutulan yoxlamalara aid edilməmişdir.

31. Bundan başqa, iddiaçı tərəfindən kassasiya instansiyası məhkəməsinə “kassasiya şikayətinə əlavə” təqdim edilmiş və iddiaçının VÖEN-ə sahib olmaqla hüquqi şəxs olmasına görə hazırkı mübahisənin inzibati deyil, kommersiya mübahisəsi olduğu, bununla da məhkəmə aidiyyətinin pozulduğu göstərilmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının vəkili Bakı şəhəri 25 sa ylı Vəkil bürosunun vəkili Vəkil2 olmaqla müvafiq order iş materiallarına əlavə edilmiş və kassasiya şikayəti həm iddiaçı, həm də vəkil tərəfindən imzalanmışdır. Lakin kassasiya şikayətinə əlavə sadəcə iddiaçının özü tərəfindən imzalanmış, vəkil qrafasının qarşısında “Vəkil1” qeydi olsa da, iş materiallarına yeni vəkil orderi əlavə edilməmiş və vəkil tərəfindən imzalanmamışdır. Ona görə də, məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilən “kassasiya şikayətinə əlavə”nin dəlillərinə qiymət verilməsini zəruri hesab etməmişdir.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kolleg iyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 aprel 2023-cü il tarixli, 21(103)-761/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar