Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1937/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sos ial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2019-cu il tarixdən təyin olunması və hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2024-cü il tarixli, 2-1(103)289/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1979-cu il tarixdə X2 ilə rəsmi nikaha daxil olmuş, sonuncu xx.xx.2004-cü il tarixdə ölmüşdür.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nəsimi şəhər (rayon) şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət t əyin edən komissiyanın xx.xx.2009-cu il tarixli 1392 nömrəli qərarına əsasən, iddiaçıya yaşa görə (qocalıq) - 3 uşaq anası kimi xx.xx.2009-cu il tarixdən 75 manat məbləğində pensiya təyin edilmişdir.
3. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən iddiaçıya verilmiş 05/Q129/70 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində iddiaçıya dair xx.xx.2022-ci il tarixədək aparılmış yoxlamaya (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat orqanlarında olan məlumata) əsasən, o, (akt qeydi nömrə - 32) Şərur rayon Dərvişlər icra nümayəndəliyində X3 ilə nikaha daxil olmuş və sonuncunun xx.xx.2004-cü il tarixdə ölməsi ilə bağlı həmin nikaha xitam veril mişdir (ölüm xx.xx.2004-cü il tarixdə 461 nömrəli akt qeydi ilə Nəsimi rayon Qeydiyyat Şöbəsində dövlət qeydiyyatına alınmışdır). xx.xx.2004-cü il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində iddiaçının nikahı haqqında akt qeydi aşkar edilməmişdir.
4. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, ərinin hərbçi olduğunu, 2004-cü ildə öldüyünü, ölməmişdən əvvəl pensiyaya çıxdığını, 2022-ci ilin aprel ayında ona ailə başçısını itirməyə görə pensiya təyin edildiyini bildirmiş, əvvəlki 3 ilin pensiyasını və qulluq stajına görə hər ay 10 faiz maddi yardım alması üçün köməklik göstərilməsini xahiş etmişdir.
5. Cavabdeh inzibati orqan iddiaçının tələbindən imtina edərək xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçı 31 mart 2022-ci il tarixdə Mərkəzi Filiala mərhum X1 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün müraciət etmişdir. Mərkəzi Filialın sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 18 aprel 2022-ci il tarixli **********1 nömrəli məktubunda iddiaçıya yaşa görə əmək pensiyasının 31 mart 2022-ci il tarixədək ödənildiyi qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Sözügedən Qanunun 35.2-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonra kı ayın 1-dən ayrılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarının 13 may 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasında deyilirdi ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 6.2-ci bəndinə əsasən, pensiyanın bir növündən digər növünə keçdikdə, yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Bununla əlaqədar olaraq, iddiaçıya Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsinə uyğun olaraq, 01 aprel 2022-ci il tarixdən müvafiq təminat xərcliyinin (822,75 manat) 80 faizi - 658,20 manat məbləğində ailə başçısını itirmə yə görə əmək pensiyası təyin edilərək ödənilir. Eyni zamanda, “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 04 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən, aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım 01 yanvar 2022-ci il tarixədək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına ödənilir. Qeyd olunanlar nəzərə alınmaqla, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası və əmək pensiyasına qulluq stajına görə əlavələr 01 yanvar 2022-ci il tarixdən əvvəl deyil, 01 aprel 2022-ci il tarixdən təyin edildiyindən müraciətdə göstərilən maddi yardımın ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2019-cu il tarixdən təyin olunması və hesablanaraq ödənilməsini xahiş etmişdir.
7. İddiaçının tələbi hazırkı qərarın 1-5-ci bəndlərində sadalanan hallara istinad edilməklə əsaslandırılmışdır.
8. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: A.M.Almazova) 28 aprel 2023-cü il tarixli, 21(112)-4329/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyas ının xx.xx.2019-cu il tarixdən təyin olunmaqla hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası xx.xx.2022-ci il tarixdə təyin edilmişdir. Həmin tarixə qədər o, 3 uşaq anası olaraq yaşa görə əmək pensiyası almışdır. İddiaçının əmək pensiyasının pensiya növü (yaşa görə əmək pensiyasından ailə başçısının itirilməsinə görə pensiyaya keçirilməklə) həmin tarixdən dəyişdirilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya (həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq) hüququnun yarandığı 20 iyun 2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək hesablanıb ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəzərə alınmalı dır ki, xx.xx.2019 - xx.xx.2022-ci il tarixləri arasında ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və P.A.Hüseynov) 27 fevral 2024-cü il tarixli, 2-1(103)-289/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmuş, iddia rədd edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəmə sinin hüquqi mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, Mərkəzi Filial tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına ünvanlanmış sorğuya 18 aprel 2022-ci il tarixli **********1 nömrəli məktubla cavab verilərək iddiaçıya yaşa görə əmək pensiyasının 31 mart 2022-ci il tarixədək ödənildiyi qeyd olunmuşdur. İddiaçıya 2022-ci ilin mart ayının 31-nə qədər, yəni ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması ilə bağlı müraciət etdiyi tarixə qədər yaşa görə əmək pensiyası ödənildiyindən, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan hər hansı məbləğ, o cümlədən iddianın təmin olunması üçün hər hansı faktiki və hüquqi əsas yoxdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hеsаb etmişdir ki, iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmamışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
15. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsi və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyy ən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 2 5 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.... Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imka nlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək;... Maddə 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur....
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. K assasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə m əhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir....... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, ş ikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
23. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə nəticəyə gələrkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya 2022-ci ilin mart ayının 31-nə qədər, yəni ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması ilə bağlı müraciət etdiyi tarixədək yaşa görə əmək pensi yası ödənildiyindən, Mərkəzi Filial tərəfindən iddiaçıya hər hansı məbləğ ödənilməsi, həmçinin iddianın təmin olunması üçün hər hansı faktiki və ya hüquqi əsas yoxdur.
24. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, ailə başçısını itirməyə görə əmək pensiyası təyini ilə bağlı mübahisələrdə müəyyən edilməli olan ən zəruri məsələ pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etməkdən ibarətdir.
25. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir.
26. Qeyd edilən prinsiplərin mənasına görə, qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
27. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyə görə, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı).
28. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). 29.13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (həmin qanun xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir) “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddə yeni redaksiyada verilmişdir. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. 34.2-ci maddəsinə əsasən, əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır.
30. Qeyd olunan maddənin əvvəlki redaksiyasında isə qeyd olunmuşdur ki, əmək pensiyasının bir növündən başqa növünə keçirilmə əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə, bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır.
31. Hazırkı mübahisə üzrə iddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ 61 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən yaranmışdır. 32.“Əmək pensiyaları haqqında” Qanunun iddiaçının hüququnun yarandığı vaxt (xx.xx.2019-cu il) qüvvədə olan redaksiyasına əsasən, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi müvafiq müraciətin edildiyi tarixdən deyil (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş redaksiyadan fərqli olaraq), məhz vətəndaşın hüququnun yarandığı vaxtdan təyin edilməli və hesablanmalıdır. Bu qənaət “Əmək pensiyaları haqqında” Qanunun 14.1, 14.1.2-ci maddələri ilə yanaşı, həmin Qanunun 31.1-ci və 32.11-ci maddələrinin tələblərindən irəli gəlir.
33. Belə ki, həmin Qanunun 31.1-ci maddəsində “əmək pensiyası hüququ olan şəxslər” müddəası, o cümlədən, ai lə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan şəxsləri, Qanunun 32.1-1-ci maddəsində “əmək pensiyaları” müddəası isə, həmçinin “ailə başçısını itirməyə görə əmək pensiyası”nı da ehtiva edir.
34. İddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası xx.xx.2022-ci il tarixdə təyin edilmişdir. Həmin tarixə qədər o, 3 uşaq anası olaraq yaşa görə pensiya almışdır. İddiaçının əmək pensiyasının pensiya növü (yaşa görə əmək pensiyasından ailə başçısının itirilməsinə görə pensiyaya keçirilməklə) həmin tarixdən dəyişdirilmişdir. Halbuki, iddiaçıya (həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq) hüququnun yarandığı 20 iyun 2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməklə ödənilməli idi. Eyni zamanda qeyd edilməlidir ki, iş materiallarında iddiaçın ın ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yarandıqdan sonra könüllü olaraq pensiyanın həmin növündən imtina etməsi və öz istəyi ilə yaşa görə əmək pensiyası almağı seçməsi ilə bağlı sübutlar da mövcud deyildir.
35. Nəzərə alınmalıdır ki, iddiaçıya xx.xx.2019-0104.2020-ci il tarixləri arasında ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmədiyindən kassasiya şikayəti əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməlidir.
37. Yuxarıd a göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2024-cü il tarixli, 21(103)-289/2024 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmaqla ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar qətidir.