Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1937/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Quba rayonu Qəçrəş Bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: subyektiv hüquq; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Quba rayonu Qəçrəş Bələdiyyəsinə qarşı “Quba rayonu Qımılqazma ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin X2 ayrılmasına dair Quba rayonu Qımılqazma Bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarını ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 mart 2025-ci il tarixli, 2-1(105)-255/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Quba rayonu Qəçrəş Bələdiyyəsinə qarşı “Quba rayonu, Qımılqazma kənd ərazisində 0,12 ha torpaq sahəsinin X1 dair Quba rayonu, Qımılqazma bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 nömrəli qərarı və həmin qərarla əlaqəli 15 avqust 2004-cü il tarixli alqı-satqı aktının etibarsız hesab edilməsi, Quba rayonu, Qımıl-qazma bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarına və həmin qərarla əlaqəli 15 avqust 2004-cü il tarixli alqı-sa tqı aktına dair qeydlərin ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində xx.xx.2022-ci il tarixində iddia tələbinə dəqiqləşdirmə ərizəsi verərək, Quba rayonu Qımılqazma ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin X2 ayrılmasına dair Quba rayonu Qımılqazma Bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
3. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Ceyhun Məmmədov) xx.xx.2022-ci il tarixli, 2-1(118)- 568/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər H.Babayeva - məruzəçi, F.Məmmədov və Z.Məmmədov) xx.xx.2022-ci il tarixli, 21(118)-330/2022 nömrəli qərardadı ilə həmin qərardadın ləğv edilməsi və işin yenidən birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır.
5. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Vəfa Əzizova) 30 sentyabr 2024-cü il tarixli, 2-1(118)-122/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
6. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi məqsədilə işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X6məruzəçi, X7 və X3) 2-1(105)-255/2025 nömrəli 06 mart 2025-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-122/2024 saylı, 30 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlan ılmışdır.
8. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi məqsədilə işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakimə si həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üz rə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
12. Mə hkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, 2-1(102)-875/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-906/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-926/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-977/2022 saylı, xx.xx.2022-ci il tarixli nömrəli qərarlarda) aşkar və birmənalı şəkildə qeyd edilmişdir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümk ünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Al i Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
13. Eyni zamanda məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, formalaşmış vahid məhkəmə təcrübəsi onu göstərir ki, inzibati məhkəmə icraa tı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Lakin hazırkı iş üzrə iddiaçı cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin onun hüquq və mənafelərinə toxunduğunu sübut edə bilməmişdir.
14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəf li araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
15. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 m art 2025-ci il tarixli, 2-1(105)-255/2025 nömrəli qərardadından verdiyi kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.