Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1938/2020 13.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xxx qızı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiyanın mümkünsüzlüyü, iddianın mümkün sayılması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin nümayəndəsi X1 və cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı xxx qızının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplom üzrə ixtisasın tanınması tələbinə dair inzi bati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1349/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Rusiya Federasiyasının Cənubi X2 tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli AVB 0509 836 nömrəli ali təhsil haqqında sənədin (diplomun) tanınması nostrifikasiya olunması barədə tələblə xx.xx.2014-cü il tarixdə cavabdehə müraciət etmiş və cavabdeh iddiaçının müraciətini təmin etməmiş, ona bu barədə xx.xx.2015-ci il tarixli A-7199/03-24 nömrəli məktub ünvanlamışdır. Daha sonra iddiaçı xx.xx.2019-cu il tarixli ərizə ilə təkrarən cavabdehə müraciət edərək tələbinin təmin olunmasını xahiş etmiş, cavab deh xx.xx.2019-cu il tarixli məktubla bildirmişdir ki, iddiaçının xx.xx.2015-ci il tarixdə eyni məzmunlu müraciətinə baxılıb imtina cavabı verilmiş və onun inzibati aktın təqdim edildiyi andan 30 gün müddətində məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehə qarşı Rusiya Federasiyasının Cənubi X2 tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli AVB 0509 836 nömrəli ali təhsil haqqında sənədin (diplomun) tanınması - nostrifikasiya olunması barədə iddia tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddiaçı xx.xx.2019-cu il tarixdə iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyasının Cənubi X2 tərəfi ndən verilmiş xx.xx.2005-ci il tarixli АВГ ******* nömrəli diplom üzrə ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cənubi X2nun Bakı filialını 2005-ci ildə bitirmiş və ona bu barədə diplom verilmişdir. Sonradan 1 saylı Bakı İqtisad Məhkəməsinin xx xxxx 2007-ci il tarixli qərarı ilə İnstitutun fəaliyyəti dayandırılmış orada təhsil alan tələbələr ölkə ərazisində qanuni fəaliyyət göstərən digər institutlara köçürülmüşlər.
4. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1567/2020 saylı qərardadı ilə (hakim: E.Ə.Əliyev) iddia mümkün sayılmamışdır.
5. Məhkəmə hesab etmişdir ki, iddiaçı qanunla müəyyən edilm iş müddəti ötürdüyündən iddia mümkün sayıla bilməz.
6. Məhkəmənin həmin qərardadından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması xahiş edilmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1349/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və V.M.Məmmədov) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1567/2020 saylı qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir.
8. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qanunla vətə ndaşın inzibati orqana və məhkəməyə təkrar müraciət etmək hüquqlarının məhdudlaşdırıldığı hallar istisna olmaqla, vətəndaşın müraciət etmək hüququ məhdudlaşdırıla bilməz. Cavabdeh inzibati orqan hər bir halda iddiaçının müraciətini araşdırmalı və ona qanunla müəyyən edilmiş müddət ərzində cavab verməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli cavab məktubu inzibati aktın qəbulundan imtina kimi qiymətləndirilməlidir.
9. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddiaçının şikayəti üzrə apelyasiyanın mümkün sayılmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
10. Cavab deh hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə İnzibati Prosessual Məcəllənin tələblərinə cavab vermir. Belə ki, iddiaçı ona məxsus diplomun tanınması ilə bağlı nazirliyə ilk dəfə xx.xx.2014-cü ildə müraciət etsə də həmin vaxt ona xx.xx.2015-ci il tarixdə imtina cavabı verilmişdir. Lakin o, həmin imtinanı məhkəmə qaydasında mübahisələndirməmiş, yenidən diplomun tanınması barədə xx.xx.2019-cu ildə cavabdehə müraciət etmiş, lakin müraciətinə yeni hər hansı bir sənəd əlavə etmədiyindən cavabdeh orqan ona xx.xx.2019-cu il tarixli məktubla məlumat verərək bildirmişdir ki, bu işlə əlaqədar olaraq xx.xx.2015-ci ildə imtina verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılar ının izahatları:
12. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
16. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
17. Normanın məzmunundan göründüyü kimi, iddianın mümkün sayılmama sı barədə qərardaddan şikayət verilə bilər.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər.
19. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər.
20. Adı çəkilən normaların əlaqəli təhlilindən göründüyü kimi, məhkəmə qərardadlarından o halda şikayət verilə bilər ki, onların müstəqil mübahisələndirilməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş olsun.
21. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəmə sinin iddianın mümkün sayılmamasına dair qərardadını ləğv edərək işi mahiyyəti üzrə baxılması üçün göndərməklə, əslində iddianı mümkün hesab etmişdir. İddianın mümkün sayılmasına dair qərardaddan şikayət verilməsi isə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır.
22. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayıla bilməz.
23. Azərbaycan Respublikası İPM-nin: - 96.2-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. - 96.3-cü maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştira kçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
24. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının İPM-nin 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1349/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.