Məhkəmə qərarları › İş №2-1(102)-1939/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1939/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1939/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı MMC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: “Azərbaycan Respublikasının ərazisindən kənardakı xərclərin gəlirdən çıxılması” giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə (bundan sonra mətn də cavabdeh) qarşı “iddiaçının Azərbaycan Respublikasının ərazisindən kənardakı yanacaq xərclərinin gəlirindən çıxılması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1564/2021 saylı, 16 iyul 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı 11 iyun 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, inzibati orqanın iddiaçının Azərbaycan Respublikasının ərazisindən kənardakı yanacaq xərclərinə dair nəzarət – kassa aparatı çek lərinin (qəbzlərini) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərci təsdiq edən sənəd kimi qəbul etməməsinin qanunazidd olmasının müəyyən edilməsi, iddiaçının Azərbaycan Respublikasının ərazisindən kənardakı yanacaq xərclərinə dair nəzarət-kassa aparatı çeklərinin (qəbzlərinin) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərci təsdiq edən sənəd olduğunun müəyyən edilməsi, iddiaçının Azərbaycan Respublikasının ərazisindən kənardakı yanacaq xərclərinə dair dəqiqləşmiş ərizədə göstərilən nəzarət – kassa aparatı çeklərinin (qəbzlərinin) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərci təsdiq edən sənəd olduğunun müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı beynəlxalq yükdaşı ma fəaliyyəti ilə məşğuldur. Bu zaman istifadə etdikləri nəqliyyat vasitələrinə respublika daxilində yanacaq doldurulmasının ödənişi nağdsız qaydada həyata keçirilir. Xarici ölkələrə yük daşınması zamanı, nəqliyyat vasitəsindəki yanacaq kifayət etmir və nəqliyyat vasitəsi olduğu xarici ölkədə yenidən yanacaqla təmin edilir. Orada yanacağın alınmasının xərc sənədləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun şəkildə həyata keçirilə bilinmir (elektron qaimə və s.). Çünki oranın qanunvericiliyi tətbiq edilir. O, yanacağın alınması üçün çəkilən xərc gəlirin əldə edilməsi üçün çəkilən xərc olmasına və gəlirdən çıxılmalı olmasına baxmayaraq, vergi orqanı (cavabdeh) həmin xərcləri mövcud sənədlər əsasında gəlirdən çıxılan xərc kimi qəbul etmir. Bu isə onların hüquqlarını pozu r. Belə ki, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi orqanına buna dair müraciət edilsə də, nəzərə alınmamışdır. Nəticədə, 2019-cu il üçün vergi bəyannaməsinin həmin xərclər göstərilmədən verilməsinə məcbur olunmuş və buna uyğun vergi hesablanaraq ödənilmişdir. Həmçinin vergi orqanının mövqeyi onu deməyə əsas verir ki, bu istər cari il (2020), istərsə də, gələcək illər üzrə belə olacaqdır. Hesab edirlər ki, artıq vergi hesablanması, onların hüquqlarının pozulmasıdır və bunun qarşısı alınmalıdır.

3. Birinci instansiya məhkəməsində iddianın dəqiqləşdirilməsi ilə bağlı iddiaçı tərəfə məhkəmənin tövsiyəsi olsa da, iddiaçının arz uladığı hala uyğun inzibati orqana qarşı əsaslandırılmış (iddiaçının hüquqlarının konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələrək pozulması) tələb konkret əks olunmaqla yeni ərizə (iddia ərizəsi) təqdim olunmamışdır.

4. Bakı İnzibati Məhkəməsinin (hakim X1, 2-1(112)-1096/2021 saylı iş) 11 fevral 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının məhkəməyə təqdim etdiyi ərizəsində cavabdeh inzibati orqan kimi göstərilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı konkret tələbi göstərilmədiyindən, iddianın dəqiqləşdirilməsi ilə bağlı iddiaçı tərəfə məhkəmənin tövsiyəsi olsa da, iddia çının arzuladığı hala uyğun inzibati orqana qarşı əsaslandırılmış (iddiaçının hüquqlarının konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələrək pozulması) tələb konkret əks olunmaqla yeni ərizə (iddia ərizəsi) təqdim olunmadığından, iddia mümkün sayılmamalıdır.

5. İddiaçı qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X8 - məruzəçi, X2 və X4, 2-1(103)1564/2021 saylı iş) 16 iyul 2021-ci il tarixli qərardadla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 11 fevral 2021-ci il tarixli qərardadını dəyişdirmə dən saxlamışdır.

7. İddiaçı 19 avqust 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün sayılmasını xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

8. Apelyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 2.2, 13, 35.1, 46.1.3-cü maddələri və iddianın mümkünlüyünə dair normaları səhv tətbiq edilmişdir.

9. Məhkəmə qərardadda inzibati prosessual icraatın imkanlarını (iddia növlərini) məhdudlaşdırmışdır. İnzibati icraatın imkanları məhkəmənin qərardadda sadaladıqlarından genişdir. Məhkəmə həmçinin qərardadda qeyd edir ki, iddia konkret deyil, bu məhkəmənin subyektiv mülahizəsidir və qanunun həqiqi mənasına uyğun deyildir. Belə ki, iddianın (yaxud onun hissəsinin) mümkün sayılması üçün o, qanunvericiliyin tələbinə cavab verməlidir. Hakimin iddianı İPM-də nəzərdə tutulmuş hər hansı iddia tələbinə aid edə bilməməsi qanunun tələbinə zidd olmayan iddianın mümkün sayılmamasına əsas ola bilməz. Məhkəmə iddianın mübahisələndirmə və ya məcburetmə iddiaları üzrə şərtlərə cavab verib - verməməsi üzərində dayanmışdır. Halbuki, iddia digər iddia növlərinin təsir dairəsində də mümkün ola bilər (məsələn, müəyyənetmə və sair). b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 11. “İnzibati icraat haqqında” Qanun: Maddə

46. Sübutların təqdim edilməsi və tələb olunması 46.1. İnzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. (-). Maddə

47. Sübutların qiymətləndirilməsi 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2. Maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur.

12. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün h əlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-). 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 36.Müəyyən etmə və ya tanınma haqqında iddia 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakt erli ola bilər. 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Maddə

58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilmə sinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məh kəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəl i Qərarı: (-). 4.1.İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2.Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1.İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2.Bu zaman məhkəmələr mü dafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. (-). Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

13. Kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

14. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar mövcud olmamışdır.

16. Vergi Məcəlləsinin müddəalarına görə vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi üçün vergi ödəyicisinin xərcləri nəzərə alınır.

17. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikasının ərazisindən kənardakı yanacaq xərclərinə dair nəzarət-kassa aparatı çeklərinin (qəbzlərini) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərci təsdiq edən sənəd kimi qəbul etməməsinin qanunazidd olmasının müəyyən edilməsi; Azərbaycan Respublikasının ərazisindən kənardakı yanacaq xərclərinə dair nəzarət-kassa aparatı çeklərinin (qəbzlərinin) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərci təsdiq edən sənəd olduğunun müəyyən edilməsi, Azərbay can Respublikasının ərazisindən kənardakı yanacaq xərclərinə dair dəqiqləşmiş ərizədə göstərilən nəzarət-kassa aparatı çeklərinin (qəbzlərinin) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərci təsdiq edən sənəd olduğunun müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. İddiaçının marağı Azərbaycan Respublikasının ərazisindən kənardakı yanacaq xərclərinə dair çəkilən xərci təsdiq edən sənəd olduğunun müəyyən edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməsi barədədir.

19. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını a raşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.

20. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

21. İddiaçı iddiasında yanacaq xərclərinə dair çəkilən sənədlərin xərci təsdiq edən sənəd kimi qəbul edilməsini xahiş etmişdir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı tələbi özünün hesab etdiyi xərc sənədlərinin, yəni konkret sübutların c avabdeh tərəfindən qəbul edilməsi ilə bağlıdır.

23. İşdə olan sənədlərlə iddiaçının barəsində hər hansı vergi yoxlaması aparılması, yoxlama zamanı, yaxud bəyannamə (hesabat) təqdim edərkən Azərbaycan Respublikasının ərazisindən kənardakı yanacaq xərclərinə dair çəkilən sənədlərin xərci təsdiq edən sənəd kimi qəbul edilməsindən imtina barədə heç bir dəlil yoxdur. 24. “İnzibati icraat haqqında” Qanunun müvafiq olaraq 46.1-ci və 47.1-ci maddələrinə görə inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qi ymət verir.

25. İddiaçının təqdim etdiyi sənədlər, həmçinin mübahisə açdığı sübutlar inzibati orqan tərəfindən müvafiq olaraq qiymətləndirilir.

26. İddiaçı şikayətində iddia növünün müəyyən etmə haqqında olmasını istisna etməmişdir.

27. İPM-in 36.1-ci maddəsinə görə müəyyən etmə haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının tanınmasını məhkəmədən tələb edə bilər.

28. Müəyyən etmə haqqında iddia o zaman yolveriləndir ki, hüquq münasibəti mövcud olsun. Müəyyən etmə haqqında iddianın predmeti olması üçün hüquq münasibəti mübahisəli olmalıdır. Əks halda hüquqi müdafiəyə olan ehtiyac haqqında prosessual şərt yerinə yetirilməmiş olar. Tanınma haqqında iddianın predmeti ancaq konkretləşmiş hüquq münasibəti ola bilər. Yəni hüquq münasibətinə çe vrilməmiş hər hansı əlaqələr tanınma haqqında iddianın predmeti ola bilməz. Bundan başqa, tanınma haqqında iddia o zaman qaldırıla bilər ki, iddiaçı hüquq münasibətinin mövcud olması və ya olmamasının qısa müddət ərzində (yəni tezliklə) müəyyən edilməsində maraqlı olsun. İddiaçının marağı kimi qanunda “hüquqi, iqtisadi və ideya” marağı göstərilir.

29. İddiaçının iddia tələbi sadalanan meyarlara cavab verməmişdir. Odur ki, iddianın müəyyən etmə və tanınma iddiası olması ilə bağlı şikayətin dəlilləri əsaslı sayıla bilməz.

30. Bəhs olunanlara əsasən kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1564/2021 saylı, 16 iyul 2021-ci tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar