Məhkəmə qərarları › İş №2-1(102)-1939/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1939/2024

12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1939/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kasasiyanın şikayətinin mümkünlüyü və şikayətin imzalanmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti qarşı “torpaq sahəsinin cizgisinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-12 16/2024 nömrəli, 6 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlük məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Orjonikidze Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin (indiki Suraxanı rayon İcra Hakimiyyətinin) 5 saylı 20 aprel 1990-cı il tarixli qərarına əsasən Əmircan qəsəbəsində yerləşən fərdi evin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin çizgisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. Bakı İnzibati Məhkəməsinin (hakim: X1) 2-1(112)-1743/2023 saylı 19 oktyabr 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilərək, Orjonikidze rayon X2 İcraiyyə Komitəsinin 5 №-li, 20 aprel 1990-cı il tarixli qərarına əsasən İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən fərdi evin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır.

3. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1216/2024 nömrəli, 6 mart 2024-cü il tarixli qərarı ilə (hakimlər X3 (məruzəçi), X4 və X5) verilmiş apelyasiya şikayəti təmin edilməmiş, birinci instan siya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilib yenidən baxılmasını və ya iddia tələbinin mümkün sayılmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:

6. Cavabdehin kassasiya şikayətini nəzərdən keçirərkən müəyyən edilmişdir ki, şikayət cavabdeh tərəfindən tərtib edilib imzalansa da, vəkil tərəfindən imzalanmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 407.3 Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd ə lavə edilməlidir.

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 90.3 Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəala rı tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

10. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi 2-1(103)1216/2024 saylı, 6 mart 2024-cü il tar ixli qərarı ilə birlikdə “İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi qaydasına dair izah” məlumatı cavabdehin qeyd edilmiş ünvanına göndərmiş, cavabdeh isə müvafiq poçt qəbzinə imza etməklə 27 mart 2024-cü il tarixdə həmin prosessual sənədləri qəbul etmişdir.

11. Daha sonra cavabdeh 15 aprel 2024-cü il tarixdə apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermişdir, lakin şikayət qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş kassasiya şikayətinin ancaq cavabdeh tərəfindən imzalandığı, səlahiyyətli vəkilin isə imzalamadığı müəyyən edilmişdir.

12. Halbuki apellyasiya instansiyası məhkəməsinin qərarı ilə birlikdə göndərilən kassasiya şikayəti verilməsi qaydas ına dair izahda da qeyd edilmişdir ki, kassasiya şikayəti həm onu verən şəxs (qanuni nümayəndə və ya nümayənda), həm də onu tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır.

14. Eyni zamanda bu Qərardadın 7-ci bəndində qeyd edilən normanın tələbindən də göründüyü kimi, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. 15.Beləliklə, cavabdehin şikayəti cavabdeh tərəfindən imzalansa da, şikayətə orderi əlavə edilmiş vəkil tərəfindən imzalanmadığından, məhkəmə tərkibi hesab edir ki, belə olan halda, cavabdehin kassasiya şikayəti mümkün sayıla bilməz. Odur ki, şikayətin qəbulundan imtina edilməlidir.

16. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1216/2 024 nömrəli, 6 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar