Məhkəmə qərarları › İş №2-1(102)-194/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-194/2022

26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-194/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Bakı Nəqliyyat Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yol nişanının olmaması nəticəsində yaranmış maddi və mənəvi ziyan tələbi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Bakı Nəqliyyat Agentliyinə (bundan sonra mətndə cavabdeh) qarşı “yol nişanlarının quraşdırılması, maddi və mənəvi zərərin tutulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 21(103)-1365/2021 saylı, 2 sentyabr 2021-ci il tarixl i qərarından iddiaçı və cavabdehin verdiyi kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 30 sentyabr 2017-ci il tarixli etibarnaməyə əsasən Kia Rio markalı, dövlət qeydiyyat nişanı 90TV014 olan avtomobil 02.12.2010-cu il tarixdən 30.09.2027-ci ilə qədər iddiaçının istifadəsinə verilmişdir. 2. “Nəqliyyat vasitələrinin zədələnməsi barədə” arayışa əsasən Kia Rio markalı, 90TV014 dövlət qeydiyyat nömrəli avtomobilin Badamdar yolunda qabaq təkər diski, qabaq sol qanadı, qapısı zədələnmişdir, zədə daş səkiyə dəymə nəticəsində baş vermişdir. 3. 21.02.2019-cu il tarixli qüsur aktına əsasən Kia Rio markalı, 90TV014 dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş zərərin aradan qaldı rılması üçün 6812 manat məbləğində ehtiyat hissələrinin dəyişdirilməsi və işin görülməsi tələb olunur. 4. 203944 və 659256 nömrəli mədaxil qəbzlərinə əsasən iddiaçı hüquqi yardım göstərilməsi üçün Bakı şəhər 6 saylı Vəkil bürosuna 2019-cu ilin aprel və fevral aylarında 222 manat ödəniş etmişdir. 5. 236564 nömrəli, 09.02.2019-cu il tarixli qəbzə əsasən iddiaçı məsləhət xidmətlərinə görə "xxxx" MMC-yə 200 manat ödəmişdir.

6. Cavabdehin iddiaçıya ünvanlanmış 10 iyun 2019-cu il tarixli məktubuna əsasən Səbail Badamdar yolunda 20-ci sahə istiqamətindən Qurd Qapısı istiqamətində Kia-Rio markalı, 90TV014 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edərkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi və mənəvi zərərin Agentliyin hesabına ödənilməsi, habelə təhlükəsizlik adacığını göstərən yol nişanlarının quraşdırılması barədə müraciətinin təmin edilməsindən imtina edilmişdir, imtina onunla əsaslandırılmışdır ki, iddiaçıya dəymiş zərər ilə cavabdehin hüquq məsuliyyət arasında səbəbli əlaqə mövcud deyildir.

7. Bakı şəhər Xətai rayon Məhkəməsinin 20.11.2019-cu il tarixli qərarına və Səbail rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş 20.01.2019-cu il tarixli inzibati xəta haqqında protokola, ******* nömrəli, 29.01.2019-cu il tarixli və 01.04.2019-cu il tarixli “İnzibati tənbeh vermə haqqında qərar”lara, iddiaçının 22.01.2019-cu il tarixli izahatına, yol nəqliyyat hadisəsinin baş vermə sxeminə əsasən 20 yanvar 2019-cu ildə axşam saatlarında Səbail Badamdar yolu ilə 20-ci sahə istiqamətindən Qurd Qapısı istiqamətində əks yolu ayıran qoşa xəttin sol kənarı ilə yolun hə rəkət hissəsində irəliləyərkən qoşa xətt qurtardıqdan sonra təhlükəsizlik adacığına dəydiyinə görə iddiaçıya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına) görə 40 manat cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi barədə X24 Polis Şöbəsi tərəfindən 01.04.2019-cu il tarixli inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş, iddiaçı tərəfindən həmin qərardan verilmiş şikayət Bakı şəhər Xətai rayon Məhkəməsinin 20.11.2019-cu il tarixli qərarı ilə ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı 11 iyun 2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Səbail - Badamd ar yolu ilə, 20-ci sahə istiqamətindən Qurd Qapısı istiqamətində əks yolu ayıran qoşa xətt qurtardıqdan sonra qarşıda olan maneəni - təhlükəsizlik adacığını göstərən yol nişanlarının quraşdırılması və iddiaçıya dəymiş 6812 manat məbləğində maddi zərərin, hüquqlarının vəkil tərəfindən müdafiə edilməsi ilə əlaqədar çəkdiyi 220 manat məbləğində vəkil xərcinin, bu işlə əlaqədar hüquqi məsləhətin alınmasına görə 200 manat məbləğində xərcin və iddiaçıya dəymiş 1000 manat məbləğində mənəvi zərərin, beləliklə iddiaçıya dəymiş cəmi 8232 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia onunla əsaslandırmışdır ki, iddiaçı 20.01.2019-cu il tarixdə, saat 20:45də Səbail – Badamdar yolu ilə, 20-ci sahə ist iqamətindən Qurd Qapısı istiqamətində əks yolu ayıran qoşa xəttin sol kənarı ilə, yolun hərəkət hissəsində irəliləyərkən qoşa xətt qurtardıqdan sonra qarşıda olan maneəni – təhlükəsizlik adacığını görmədiyinə görə etibarnamə əsasında idarə etdiyi Kia Rio minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi həmin maneəyə dəymiş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Avtomobilə 6812 manat zərər dəymişdir. İddiaçı tərəfindən yol-nəqliyyat hadisəsinin baş verməsi zamanı onun heç bir təqsiri olmadığına görə, yəni manevr etmə qaydaları pozulmadığına görə 29.01.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət vermiş və Bakı şəhəri Xətai rayon məhkəməsi tərəfindən həmin qərarın ləğv edilməsinə dair 19.03.2019-cu il tarixli, 3(011)-477/2019 nö mrəli qərar qəbul edilmişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdə təhlükəsizlik adacığınımaneəni göstərən hər hansı yol nişanı olmamışdır, habelə hadisə axşam saatlarında qaranlıq hava şəraitində baş verdiyinə görə qarşıda olan maneənin iddiaçı tərəfindən görülməsi qeyri-mümkün olmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə avtomobil yollarının təhlükəsizliyinin təmin edilməsi və bunun üçün müvafiq yol nişanlarının quraşdırılması barədə müvafiq orqan və qurumların üzərinə vəzifələr qoyulmuşdur. Yol hərəkəti təhlükəsizliyi Azərbaycan Respublikasında qüvvədə olan standartlarda və yol hərəkətinin təşkili ilə bağlı layihə və sxemlərdə nəzərdə tutulan texniki vasitələrdən, konstruksiyalardan kompleks şəkildə istifadə olunması əsasında təşkil edilməlidir. Avtomobil yollarında nişanlama xətləri çəkilməli, yol nişanları və göstəriciləri, svetoforlar və yol hərəkəti təşkilinin digər texniki nizamlama vasitələri quraşdırılmalıdır. Hadisənin baş verdiyi yerdə heç bir yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edilməmiş, müvafiq yol nişanları quraşdırılmamışdır. Bundan əlavə iddiaçı ilə yanaşı onun azyaşlı qızı də avtomobildə olmuşdur. Avtomobilin maneə-təhlükəsizlik adacığına dəyməsi nəticəsində azyaşlı və iddiaçı çox qorxmuş və sarsıntı keçirmişlər. İddiaçı özünün mənəvi iztirablarını 1000 manat kimi qiymətləndirmişdir.

10. Cavabdeh İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, tələbin xüsusiyyəti ilə bağlı zərərin anlayışı, növləri, ödənilməsi qaydası və bu kimi digər məsələlərin t ənzimlənməsində əsas qanunverici akt olan Mülki Məcəlləyə əsasən mülkü hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu baxımdan Agentliyin hərəkətsizliyi nəticəsində iddiaçıya dəymiş ziyana görə məsuliyyət daşıması üçün yuxarıda sadalanan dörd şərt eyni zamanda mövcud olmalıdır və həmin şərtlərdən birinin olmaması halında məsuliyyət istisna edilir. Həmin hadisədə iddiaçının təqsiri olduğunu təsdiq edən Səbail RPİ DYPŞ-nin 29.01.2019-cu il tarixli, TP ******* nömrəli qərarı Bakı şəhəri Xətai rayon məhkəməsinin 19.03.2019-cu il tarixli, 3(011)477(2019) nömrəli qərarı ilə ləğv edilərək yenidən baxılması üçün Səbail RPİ DYPŞ-yə göndə rilmiş və həmin şöbənin 01.04.2019-ci il tarixli İXP ******* nömrəli qərarı ilə iddiaçı yenidən cərimə edilmişdir. İddiaçı Səbail – Badamdar yolu ilə, 20-ci sahə istiqamətindən Qurd Qapısı istiqamətində hərəkət edərək havanın qaranlıq olmasını, yol və meteoroloji şəraiti, həmin yolun hərəkət hissəsinin kəsişməsinin girişində və çıxışında piyada keçidinin olmasını, habelə yolun hərəkət hissəsinin son kənarı ilə hərəkət edərək yol ayırıcına daxil olarkən diqqətin artırılmalı olduğunu nəzərə almamış, buna uyğun sürət həddi seçməmiş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir.

11. Bakı İnzibati Məhkəməsinin (hakim X3, 2-1(112)-1441/2020 saylı iş) 19 mart 2020-ci tarixli qərarı ilə iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının baş vermiş hadisə ilə b ağlı ona tətbiq edilmiş inzibati tənbehin məhkəmə tərəfindən ləğv edilməsi halı baş vermiş hadisənin səbəbkarının iddiaçının özünün olmasını istisna etməyərək yalnız baş vermiş hadisədə iddiaçının inzibati məsuliyyətinin mövcud olmamasının göstəricisidir. İddiaçının idarə etdiyi avtomobilə ziyan vurulmasının cavabdehin təqsirindən(qanunsuz qərarı (inzibati aktı) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində ) baş verməməsi, ziyan dəyməsinin səbəbkarının iddiaçının özü olması nəticəsinə gəldiyi üçün məhkəmə avtomobilə vurulmuş ziyanın məbləğinin iddiaçının iddia ərizəsində göstərdiyi məbləğə uyğun gəlib-gəlməməsi məsələsini araşdırmağa zərurət görmür.

13. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X10məruzəçi, X7 və X11, 2-1(103)-1222/2020 saylı iş) 29 sentyabr 2020-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı qismən - yol nişanlarının quraşdırılması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilmiş, Səbail-Badamdar yolu ilə, 20-ci sahə istiqamətindən Qurd Qapısı istiqamətində əks yolu ayıran qoşa xətt qurtardıqdan sonra qarşıda olan maneəni - təhlükəsizlik adacığını göstərən yol nişanlarının quraşdırılması öhdəliyi cavabdehə həvalə edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin olunan hissəsi ilə bağlı hesab etmi şdir ki, hazırki iş üzrə müvafiq yol nişanının quraşdırılması tələbi ictimai maraq baxımından mühüm əhəmiyyət kəsb edir və yol hərəkəti təhlükəsizliyinə xidmət edir. Məhkəmə qərarın dəyişdirilmədən saxlanılması hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın qismən - iddia tələbinin rədd olunan hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c) kasasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X12-məruzəçi, X5 və X1, 2-1(102)-300/2021 saylı iş) 9 fevral 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 29 sentyabr tarixli qər arı mübahisələndirilən hissədə ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

18. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi “işin mübahisə olunmayan halı” kimi yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdə təhlükəsizlik adacığını - maneəni göstərən hər hansı yol nişanının olmadığını, həmçinin yol nişanının quraşdırılması öhdəliyini cavabdehin üzərinə qoymaqla cavabdehin qanunda bilavasitə təsbit edilmiş vəzifəsini icra etmədiyini müəyyən etdiyi halda, baş vermiş zərərli nəticəni (yol hərəkəti iştirakçısının əməlində inzibati xəta tərkibinin olubolmamasından asılı olmayaraq) iddiaçının məsuliyyət dairəsinə aid etməklə və bunun əsası kimi yol hərəkəti sahəsində fiziki şəxslərin “Yol hərəkəti haqqında” Qanunun 6-cı maddəsinin İİ hissəsində təsbit olunmuş vəzifələrinə istinad etməkdə haqlı olmamışdır. Apellyasiya instansiya məhkəməsi zərərin əvəzinin ödənilməsi barədə tələblə bağlı işin hallarını İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələbləri qaydasında araşdırmalı olduğu halda bunu etməmişdi. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

19. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X8məruzəçi, X13 və X9, 2-1(103)-1365/2021 saylı iş) 2 sentyabr 2021-ci il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayətini qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 19 mart 2020-ci tarixli qərarı iddiaçının maddi və mənəvi zərərə, vəkil xidmətlərinə görə pul tələbinin rədd olunması hissələrində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar çıxarılmaqla, iddia həm in hissədə qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə ona dəymiş maddi ziyana görə 3406 manat, vəkil xidmətlərinə görə 300 manat tutulması qərara alınmış, iddia maddi ziyan tələbinin qalan hissəsində, habelə, mənəvi zərərə görə pul tələbi hissəsində təmin edilməmişdir.

20. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh orqan qanunvericilikdə qeyd olunan tələbləri və nizamnaməsində göstərilən vəzifələrini yerinə yetirməmiş, hadisənin baş verdiyi Səbail-Badamdar yolu ilə 20-ci sahə istiqamətindən Qurd Qapısı istiqamətində əks yolu ayıran qoşa xəttin sol kənarı ilə yolun hərəkət hissəsində, qoşa xətt qurtardıqdan sonra, qarşıda yerləşən maneə (təhlükəsizlik adacığı) barədə xəbərdarlıq nişanı yerləşdirməmişdir. Konkret halda, avtomobilin əvvəlki vəziyyətinin artıq saxla nılmadığı nəzərə alınmaqla, avtoservisin qüsur aktı ilə avtomobilin bərpası üçün 6812 manat məbləğində xərcin tələb olunsa belə, həmin məbləğin tam həcmdə cavabdehdən tutulması əsaslı hesab oluna bilməz. Çünki, cavabdeh tərəfindən mübahisələndirilən “təhlükəsizlik adacığı”na dair yol nişanı qoyulmasa belə, iddiaçının da bir sürücü olaraq, qanunla müəyyən edilən məsuliyyəti var. İddiaçının yol hərəkəti iştirakçısı kimi, hər bir halda, həm öz şəxsi təhlükəsizliyini, həm də ictimai təhlükəsizliyin təmin etmək üçün maksimal tədbirlər görməli olduğu halda bunu etməmişdir. O cümlədən, hava şəraiti, yolun işıqlandırılmaması və s. bu kimi əlverişsiz şəraitdə (baxmayaraq ki, iddiaçının tələb olunan hərəkət sürətini aşmamışdır), avtomobili daha aşağı sürətlə idarə etməklə və daha az manevr etmək, və yaxud şəraitdən asılı olaraq, ümumiyyətlə, manevrlər etməməklə, son nəticədə, baş verə biləcək yol nəqliyyat hadisəsinin qarşısını almaq, ən azından, nəticələrini minimuma endirmək üçün real imkana malik əldə etmiş olardı. Cavabdehin mülki məsuliyyətinin ölçüsünü “Kia Motors Azərbaycan” (Əhmədli) avtoservisin 2 №-li qusur aktı ilə müəyyən edilən 6812,00 manat dəyərində zərərin yarısı qədər azaldılmasını və 3406,00 manat məbləğində müəyyən edilməsini - Mülki Məcəlləsinin 458.1-ci maddəsinin tələbinə uyğun hesab edir ki, bu da həm yol nəqliyyat hadisəsi zamanı bilavasitə polis orqanı tərəfindən qeydə alınmış zədələnmənin həcminə, həm də hazırkı mərhələdə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş avtomobildə aparılmış real təmir işlərinin həcmi ilə uyğunluq təşkil edir. İddiaçının ona dəym iş 1000 manat məbləğində mənəvi zərərin ödənilməsi tələbinə gəldikdə isə, onun bu tələbinin təmin edilməsi üçün əsaslar müəyyən olunmur. İddiaçı tərəfindən ona dəymiş mənəvi zərər əsaslandırılmamışdır. İddiaçının vəkil xidmətlərinə görə çəkdiyi xərcin 420 manat (220+200) cavabdehdən tutulması tələbini isə məhkəmə kollegiyası qismən əsaslı sayır. Belə ki, İPM-in 108.2-ci maddəsinə əsasən vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC vasitəsilə 6 saylı vəkil bürosunun vəkili Nümayəndə1 vəkil xidmətinə görə (aralarında bağlanmı ş müqaviləyə əsasən) 300 manat pul ödənilmişdir.

21. İddiaçı 5 oktyabr 2021-ci il tarixdə qərarın surətini almış, 27 oktyabr 2021-ci il tarixdə kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 02.09.2021-ci il tarixli qərarının “Cavabdehdən iddiaçının xeyrinə ona dəymiş maddi ziyana görə 3406 manat, vəkil xidmətlərinə görə 300 manat tutulsun” hissəsində ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə maddi ziyana görə 6812 manat və hüquqi yardımın göstərilməsinə görə 632 manat məbləğində pul vəsaitinin tutulması barədə qərar edilməsini xahiş etmişdir.

22. Cavabdeh 5 oktyabr 2021-ci il tarixdə qərarın surətini almış, 2 noyabr 2021-ci il tarixdə kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 02.09.2021-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin həmin hissədə təm in edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

23. İddiaçının kasasiya şikayətinin dəlillərinə görə Bakı Apellyasiya Məhkəməsi hər hansı maddi hüquq normasına və ya sübutlara istinad etmədən maddi zərərin tam həcmdə tutulmasını əsaslı hesab etməmiş və iddia tələbi üzrə məbləğin yarısının tutulmasını qət etmişdir. Bakı Apellyasiya Məhkəməsi yenə də əsassız olaraq iddiaçının məsuliyyət daşıdığını və təhlükəsizlik ad acığına dəyməməli olmasını bildirmişdir. Qeyd edək ki, Ali Məhkəmənin 9 fevral 2021-ci il tarixli qərarı ilə də iddiaçının hər hansı məsuliyyət daşımadığı və bu iş üzrə cavabdehin öz öhdəliklərini yerinə yetirməməsi müəyyən edilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən hüquqi yardım ın göstərilməsi xidmətlərinə görə çəkilmiş xərclərin alınması üçün iddia tələbinin həcmi artırılmış və 2 sentyabr 2021-ci il tarixli iddia ərizəsinə əlavə təqdim edilmiş və məhkəmədən 632 manat məbləğində vəkil xərcinin ödənilməsi xahiş edilmiş və müvafiq xərcləri sübut edən qəbzlər məhkəməyə təqdim edilmişdir. Buna baxmayaraq, məhkəmə tərəfindən bu məsələyə hüquqi qiymət verilməmiş və əsassız olaraq yalnız 300 manat məbləğində vəkil xərcinin tutulması qət edilmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsi Mülki Prosessual Məcəlləyə uyğun olaraq, iddiaçı tərəfindən təqdim edilmiş sübutlara və iş üzrə faktlara düzgün hüquqi qiymət verməmiş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İddia tələbinin artırılmasına dair iddia ərizəsinə əlavə təqdim edilsə də, Bakı Apellyasiya Məhkəməsi həmin əlavə ilə bağlı qətnamədə heç bir qeyd etməmişdir.

24. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Yol hərəkəti haqqında” Qanunun 10-cu maddəsinin tələblərinə əsasən yerli avtomobil yollarında yol nişanlarının quraşdırılmaması nəticəsində yol hərəkəti iştirakçılarına dəymiş zərərə görə müvafiq icra hakimiyyəti orqanları (yerli icra hakimiyyəti orqanları) məsuliyyət daşıyır və həmin orqanlar tərəfindən də dəymiş zərər ödənilməlidir. Bu səbəbdən məhkəmə araşdırması zamanı iddiaçıya dəymiş ziyanın ödənilməsi qənaətinə gəlinərsə həmin zərər cavabdeh tərəfindən deyil, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tərəfindən ödənilməlidir. Belə olan halda, Agentlik hazırkı iddia tələbi üzrə əsl cavabdeh qismində çıxış edə bilməz. Ondan hər hansı məbləğdə pulun tutulması mövcud qanunvericiliyin pozulmasına səbəb olur. Bu baxımdan hazırkı işin hüquqi həlli üçün ilk növbədə hadisənin baş verdiyi avtomobil yolunun sahibi olan müvafiq icra hakimiyyəti müəyyən edilməli, daha sonra isə bu və ya digər şəxsin dəymiş ziyana görə məsuliyyət daşıması üçün zəruri olan şərtlərin (əməl, zərər, təqsir və səbəbli əlaqə) mövcudluğu araşdırılmalıdır. Lakin inzibati işdə sadalan zəruri şərtlərdən biri olan səbəbli əlaqə yoxdur. Belə ki, hadisənin baş verməsində iddiaçının təqsiri olması Səbail Rayon X25 şöbəsinin 01 aprel 2019-cu il tarixli İXP ******* nömrəli qərarı ilə təsdiq olunur. Bu səbəbdən şəxsin təqsirli və hüquqa zidd hərəkəti nəticəsində özünə dəymiş ziyana görə başqa şəxs məsuliyyət daşıya bilməz. “Yol hərəkəti haqqında” Qanunun 49-cu və 50-ci mad dələrinin İ hissələrinin göstərişləri mütləq əsas götürülməli, İddiaçı 20 yanvar 2019-cu İl tarixdə, saat 20:45-də “Kia Rio” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə SəbailBadamdar yolunda, 20-ci sahə istiqamətindən Qurd Qapısı istiqamətində hərəkət edərkən havanın qaranlıq olmasını, yolun işıqlandırılmamasını, yolun quruluşu və meteoroloji şəraiti nəzərə almaması da diqqətə alınmalıdır. Lazım gələrsə qiymətləndirilməsi müvafiq ekspertiza təyin etməklə də həll edilə bilər. bu xüsusatın b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

25. İddiaçı cavabdehin kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir.

26. Cavabdeh iddiaçının kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Tətbiq edilən hüquq 27. “Yol hərəkəti haqqında” Qanun: Maddə

36. Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları İ. Yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; 4) yol örtüyünü zədə ləməməli və ya çirkləndirməməli, yol nişanlarını çıxarmamalı, qarşısını kəsməməli, zədələməməli, özbaşına yol nişanları, svetoforlar və hərəkətin təşkilinin digər texniki vasitələrini quraşdırmamalıdırlar; 5) hərəkətə maneçilik törədən əşyaları və ya materialları ataraq, boşaldaraq və ya yolda qoyaraq yol hərəkətini çətinləşdirməməli və ya onun təhlükəsizliyi üçün qorxu törətməməlidirlər (bu cür maneənin və ya təhlükənin yaranmasına yol verməmək mümkün olmadıqda, onların mümkün qədər tez aradan qaldırılması üçün lazımi tədbirlər görməli, bunu dərhal etmək mümkün olmadıqda isə, əl altında olan vasitələrlə digər hərəkət iştirakçılarının xəbərdar edilməsini və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təmin etməlidirlər); 6) yol hərəkəti qanunvericiliyin ə riayət olunması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının sərəncamlarını yerinə yetirməlidirlər; 7) nəqliyyat, yol, kommunal və digər müəssisə və təşkilatların vəzifəli şəxsləri, yolda hər hansı bir iş aparan fəhlələr, eləcə də digər şəxslər müəyyən edilmiş yol hərəkəti qaydalarına təsir göstərə biləcək maneələr yaratmaqdan və başqa hərəkətlərdən çəkinməlidirlər. İİ. Yol hərəkəti qaydalarına riayət edən yol hərəkətinin hər bir iştirakçısı digər şəxslərdən həmin qaydaların tələblərini gözləməyi tələb edə bilər. İİİ. Yol hərəkəti iştirakçılarının: 1) təhlükəsiz və rahat yol hərəkəti şəraitinə malik olmaq, yolların, küçələrin, meydanların və dəmiryol keçidlərinin hərəkətin təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində dəymiş zərərin ödənilməsini tələb etm ək; 2) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və yol sahibləri qüvvədə olan qanunvericiliyi pozduqda, onların hərəkətlərindən (hə 28. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

29. Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmla kına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmə k və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

30. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxı ş keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəmə si vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

31. İddiaçı və cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir. Şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayətlər qəbul oluna bilən hesab edilir.

32. İddiaçı tələbində Səbail-Badamdar yolu ilə, 20-ci sahə istiqamətindən Qurd Qapısı istiqamətində əks yolu ayıran qoşa xətt qurtardıqdan sonra qarşıda olan maneəni təhlükəsizlik adacığını göstərən yol nişanlarının quraşdırılması və ona dəymiş 6.812 manat məbləğində maddi zərərin, hüquqlarının vəkil tərəfindən müdafiə edilməsi ilə əlaqədar çəkdiyi 220 manat məbləğində vəkil xərcinin, bu işlə əlaqədar hüquqi məsləhətin alınmasına görə 200 manat məbləğində xərcin və iddiaçıya dəymiş 1.000 manat məbləğində mənəvi zərərin, beləliklə iddiaçıya dəymiş cəmi 8.232 manat məbləğində pul vəsaitinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmiş, apelyasiya məhkəməsinin qərarından iddiaçı və cavabdeh kasasiya şikayəti vermişlər.

33. Məhkəmə kollegiyası vurğulayır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1222/2020 saylı 29.09.2020-ci il tarixli qərarı, təhlükəsizlik adacığını göstərə n yol nişanlarının quraşdırılması öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində dəyişdirilmədən qüvvəsində saxlanılmış, qərarın bu hissəsindən cavabdeh kasasiya şikayəti verməmiş və bu hissədə qərar qanuni qüvvəyə minmişdir.

34. Apelyasiya məhkəməsinin araşdırılmış hallarından görünür ki, Səbail rayon X25 Şöbəsi (baş inspektoru E.A.Ağamalıyev) tərəfindən 20.01.2019-cu il tarixində tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən iddiaçı 20.01.2019-cu il tarixdə, saat 20:45-də özünə məxsus “KİA Rio” minik markalı ** TV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin protokol əsasında Polis şöbənin 29.01.2019-cu il tarixli ******* saylı (baş inspektor u E.A.Ağamalıyevin) qərarı ilə İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə ilə tənbeh olunmuşdur. 35. 20.01.2019-cu il tarixli qərar Bakı şəhəri Xətai rayon Məhkəməsinin (011)477/2019 saylı 19 mart 2019-ci il tarixli qərarı ilə, protokolu isə 3(011)-2279/2019 saylı 20.11.2019-cu il tarixli digər bir qərarı ilə iddiaçının şikayətlərinə əsəsən ləğv olunaraq yenidən baxılması üçün X4ytarılmışdır.

36. Səbail rayon Polis İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı 21 dekabr 2019-cu il tarixli məktubundan görünür ki, məktuba 5 vərəqdən ibarət qoşma sənədlər: ilin əvvəlində baş vermiş yol-nəqliyyat hadisəsinə dair 20 yanvar 2019-cü il tarixdə tərtib olunmuş inzibati xəta haqqında protokol, 2 nüsxədə (çap və əlyazma variantında) 29.01.2020-ci il tarixli ******* sa ylı qərar, avtomobili idarə edən iddiaçının izahatı və hadisənin sxemi əlavə olunmuşdur. Həmin sənədlər sırasında iddiaçı barəsində inzibati xətaya dair yeni icraat qaydasında məsuliyyətə cəlb etmə qərarı mövcud olmamışdır. Yəni protokol və qərar ləğv edilərək məsələyə yenidən baxılması üçün X4ytarılsa da, məsələyə baxılmamışdır.

37. Əslində, Səbail rayon Polis İdarəsi tərəfindən inzibati icraat sənədlərinin məhkəməyə göndərildiyi 21.12.2019-cu il tarixə münasibətdə polis orqanı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı və 38.1-ci maddələrinin tələbləri baxımından inzibati xətanın törədildiyi 20.01.2019-cu il tarixindən üç ay keçənədək inzibati tənbeh vermək imkanı qaçırılması, daha konkret bir ildən də çox müddətin keçməsi iddiaçının inzibati məsuliyyətini istisna edən hal kimi q iymətləndirilə bilər.

38. Beləliklə də tədqiq olunan sübutlarla son nəticədə müəyyən olunur ki, iddiaçının iştirakçısı olduğu 20 yanvar 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun həmin xətanı törətməkdə təqsirli bilinməsini təsdiq edən sənəd mövcud deyildir.

39. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1222/2020 saylı 29.09.2020-ci il tarixli qərarı, təhlükəsizlik adacığını göstərən yol nişanlarının quraşdırılması öhdəliyinin cavabdeh Bakı Nəqliyyat Agentliyinə həvalə edilməsi hissəsində qanuni qüvvədə olmuşdur.

40. Belə olan halda, “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin 3-cü hissəsinin 1-ci bəndinə əsasən yol hərəkəti iştirakçıları: təhlükəsiz və rahat yol hərəkəti şəraitinə malik olmaq, yolların, küçələrin, meydanların və dəmiryol keçidlərinin hərəkətin təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək hüququna malikdirlər.

41. İşin mübahisələndirilməyən faktiki halları ilə müəyyən edilir ki, 20 yanvar 2019-cu il tarixdə axşam saatlarında iddiaçının idarə etdiyi “Kia Rio” markalı, 90TV014 dövlət qeydiyyat nişanlı avtomobillə Səbail-Badamdar yolu ilə 20-ci sahə istiqamətindən Qurd Qapısı istiqamətində əks yolu ayıran qoşa xəttin sol kənarı ilə yolun hərəkət hissəsində irəliləyərkən qoşa xətt qurtardıqdan sonra qarşıda olan maneəyə-təhlükəsizlik adacığına dəymiş və yol nəqliyyat hadisəsi baş vermişdir.

42. Ən azından, mübahisəli təhlükəsizlik adacığına müvafiq xəbərdaredici yol nişanının cavabdeh tərəfindən quraşdırılmadığı, yəni, hadisə anında həmin yol nişanının mövcud olm adığı işin tərəflər arasında mübahisələndirilməyən halıdır.

43. Halbuki, “Yol hərəkəti haqqında” Qanunun 69-cu maddəsinin İİ hissəsinə görə yol nişanlanmasına hərəkət təhlükəsizliyini artırmaq məqsədi ilə yol hərəkəti qaydalarını müəyyənləşdirən, yol qurğularının ölçülərini və ya yolun istiqamətini bildirən, yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlərinə çəkilən xətlər, yazılar və digər qeydlər aiddir. Yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və svetoforlarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında tətbiq olunur. Müvəqqəti nişanlama xətləri rənginə görə digər nişanlama xətlərindən fərqlənməlidir. 44. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 22 noyabr 1998-ci i l tarixli, 24 nömrəli Fərmanın 2.31-ci bəndinə görə həmin Qanunun 61-ci maddəsinin 11-ci hissəsində, 69-cu maddəsinin 2-ci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi nəzərdə tutulur.

45. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli 1902 nömrəli Fərmanı ilə təsdiq edilmiş Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsinin: -1.1-ci bəndinə əsasən Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edən, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir...” -3.1.8-ci bəndinə görə nəqliyyat axı nının tənzimlənməsi üçün svetoforların və yol nişanlarının yerlərini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X25 İdarəsinin rəyi nəzərə alınmaqla müəyyən edir və ya dəyişdirir, onları quraşdırır və lazımi qaydada saxlanılmasına nəzarət edir.

46. Cavabdeh orqan isə qanunvericiliyin qeyd olunan tələbləri və nizamnaməsində göstərilən vəzifələrini yerinə yetirməmiş, hadisənin baş verdiyi SəbailBadamdar yolu ilə 20-ci sahə istiqamətindən Qurd Qapısı istiqamətində əks yolu ayıran qoşa xəttin sol kənarı ilə yolun hərəkət hissəsində, qoşa xətt qurtardıqdan sonra, qarşıda yerləşən maneə (təhlükəsizlik adacığı) barədə xəbərdarlıq nişanı yerləşdirməmişdir.

47. İddiaçı inzibati xətaya dair icraat materialları üzrə 22.01.2019-cu il tarixdə hadisə ilə bağlı polis orqanına verdiyi izahatın da da göstərmişdir ki, həmin yolda hərəkət zamanı qaranlıq hava şəraiti mövcud olmuş, yolda işıqlandırma olmamış və 4.2.1 (maneəni sağdan keçmə) nişanı qoyulmadığından səkini (təhlükəsizlik adacığını) görə bilməmiş, avtomaşının sol qabaq təkərini həmin səkiyə vurmuşdur...”

48. İşə əlavə olunmuş fotoşəkillərdən də görünür ki, qeyd olunan yol nişanı mübahisələndirilən təhlükəsizlik adasına quraşdırılmamışdır.

49. Cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçıya ziyan dəydiyindən ziyanı tələb etməkdə iddiaçı haqlı olmuşdur.

50. Ziyanın qismən cavabdehdən tutulması barədə apelyasiya məhkəməsinin gəldiyi nəticəni məhkəmə kollegiyası əsaslı hesab edir.

51. İnzibati xətaya dair icraat materialları üzrə tərtib olunmuş “Yol nəqliyyat hadisəsinin sxeminin “Yol nəqliyyat hadisəsi nəticəsində zədələnmi şdir:” bölməsində qeyd olunur ki, iddiaçının idarə etdiyi “Kia Rio” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobildə qabaq sol təkər, 2 qabaq yastıqları, qabaq sol qanad və sol qapı zədələnmişdir.

52. Digər tərəfdən, işə əlavə olunmuş “Kia Motors Azərbaycan” (Əhmədli) avtoservisin 2 N-li qusur aktına əsasən müəyyən olunur ki, avtomobilin nəinki qeyd olunan hissələri 25 adda ehtiyat hissələri zədələnmiş və usta xərci ilə birlikdə bərpası üçün 6.812 manat məbləğində pul vəsaiti tələb olunur (25 adda dəyişilməli ehtiyat hissələri üzrə 6.812 manat, usta haqqına görə 900 manat).

53. İşin hazırkı mərhələsində iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş “Kia Motors Azərbaycan” avtoservisinin təmir kartından (No110320-c007) 11.03.2020) görünür ki, avtomobildə 3.000 (eht. his. 2040+360 manat usta haqqı) manatlıq iş görülmüş, lakin 3.782 manat dəyərində təmirə ehtiyacı olan görülməmiş işlər qalmışdır.

54. Tədqiq olunan həmin sənədlərin qarşılıqlı təhlili ilə müəyyən olunur ki, yolnəqliyyat hadisəsi zamanı polis orqanı tərəfindən qeydə alınmış zədələnmiş hissələrin (qabaq sol təkər, 2 qabaq yastıqları, qabaq sol qanad və sol qapı) avtoservisin qüsur aktında təsbit olunan qiymətlərlə müəyyən edilən dəyəri, usta haqqı xərci nəzərə alınmadan, 2.625 (120+760+1.350+245+150) manat təşkil edir.

55. Bununla yanaşı, hər bir halda, qeyd olunan iki sənəd üzrə zərərin həcmini eyniləşdirmək heç də real vəziyyəti əks etdirən hal kimi qəbul edilə bilməz. Çünki, avtoservisin qüsur aktından görünür ki, avtomobilin elektrik sistemi, ön sol çaşkası stabilizatoru və sair hissələri d ə zədələnmişdir.

56. Apelyasiya məhkəməsi hesab etmişdir ki, konkret halda, avtomobilin əvvəlki vəziyyətinin artıq saxlanılmadığı nəzərə alınmaqla, avtoservisin qüsur aktı ilə avtomobilin bərpası üçün 6.812 manat məbləğində xərcin tələb olunsa belə, həmin məbləğin tam həcmdə cavabdehdən tutulması əsaslı hesab oluna bilməz.

57. Çünki, cavabdeh tərəfindən mübahisələndirilən “təhlükəsizlik adacığı”na dair yol nişanı qoyulmasa belə, iddiaçının da sürücü olaraq, qanunla müəyyən edilən məsuliyyəti var.

58. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 6-cı maddəsinin bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək; 2-ci bəndinə əsasən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində iştira k etmək və bunun üçün keçirilən tədbirlərdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına köməklik göstərmək vəzifəsidir;

59. Həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 4-cü bəndinə əsasən nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir.

60. Qanunun qeyd olunan tələbləri baxımından, iddiaçının yol hərəkəti iştirakçısı kimi, hər bir halda, həm öz şəxsi təhlükəsizliyini, həm də ictimai təhlükəsizliyin təmin etmək üçün maksimal tədbirlər görməli olduğu halda bunu etməmişdir. O cümlədən, hava şəraiti, yolun işıqlandırılmaması və s. bu kimi əlverişsiz şəraitdə (baxmayaraq ki, iddiaçının tələb olunan hərəkət sürətin i aşmamışdır), avtomobili daha aşağı sürətlə idarə etməklə və daha az manevr etmək, və yaxud şəraitdən asılı olaraq, ümumiyyətlə, manevrlər etməməklə, son nəticədə, baş verə biləcək yol nəqliyyat hadisəsinin qarşısını almaq, ən azından, nəticələrini minimuma endirmək üçün real imkana malik əldə etmiş olardı.

61. Apelyasiya məhkəməsi “cavabdehin mülki məsuliyyətinin ölçüsünü “Kia Motors Azərbaycan” (Əhmədli) avtoservisin 2 №-li qusur aktı ilə müəyyən edilən 6.812,00 manat dəyərində zərərin yarısı qədər azaldılmasını və 3.406,00 manat məbləğində müəyyən edilməsini-qanunvericiliyin tələbinə uyğun hesab etmişdir ki, bu da həm yol nəqliyyat hadisəsi zamanı bilavasitə polis orqanı tərəfindən qeydə alınmış zədələnmənin həcminə, həm də hazırkı mərhələdə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş avtomobildə aparılmış real təmir işlərinin həcmi ilə uyğunluq təşkil edir.

62. İddiaçının ona dəymiş 1.000 manat məbləğində mənəvi zərərin ödənilməsi tələbinə gəldikdə isə, onun bu tələbinin təmin edilməsi üçün əsaslar müəyyən olunmamışdır.

63. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında mənəvi ziyanın şərhi ilə bağlı göstərilir ki,..mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüf uz və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

64. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas X2 Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

65. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsas larını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

66. Konkret halda isə qeyd olunan meyarlar baxımından, iddiaçı tərəfindən ona dəymiş mənəvi zərər əsaslandırılmamışdır. Bu baxımdan, mənəvi zərərin ödənilməsi hissəsində iddianı rədd etməklə məhkəmə haqlı olmuşdur.

67. İddiaçının vəkil xidmətlərinə görə çəkdiyi xərcin 420 manat (220+200) cavabdehdən tutulması tələbini apelyasiya məhkəməsi qismən əsaslı saymışdır.

68. Belə ki, İPM-in 108.2-ci mad dəsinə əsasən vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

69. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC vasitəsilə 6 saylı vəkil bürosunun vəkili Nümayəndə1 vəkil xidmətinə görə (aralarında bağlanmış müqaviləyə əsasən) 300 manat pul ödənilmiş, apelyasiya məhkəməsi həmin məbləğin cavabdehdən tutulması barədə qərar vermişdir.

70. Bəhs olunanlara əsasən apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kasasiya şikayətləri təmin edilə bilməz.

71. Kasasiya şikayətləri təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

72. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1365/2021 saylı, 2 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar