Məhkəmə qərarları › İş №2-1(102)-194/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-194/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-194/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: işin hallarının araşdırılmaması, üçüncü şəxs qismində cəlb etmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini n Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin mərhum atasına məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyul 2023-cü il tarixli, 2-1(103)-1306/2023 saylı qərarından cavabdeh və Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyul 2023-cü il tarixli, 2-1(103)-1306/2023 saylı qərardadından Vəzirova Nailə Rüstəm qızı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Ba kı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 4080A nömrəli bağ sahəsinin atası X7 məxsus olması barədə arayışın verilməsini xahiş etmişdir.

2. Cavabdeh 08 fevral 2021-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, Bakı şəhər icraiyyə Komitəsinin 9/333 saylı 30 avqust 1989cu il tarixli qərarı ilə X7 93 saylı Bağ Tikinti Kooperativinin nəzdində Ləhiş qəsəbəsində bağ sahəsinin ayrılmasına dair məlumat mövcuddur. X1 93 saylı BTK nəzdində Ləhiş qəsəbəsində 4080a nömrəli bağ sahəsinin ayrılmasına dair sənəd İdarəsinin arxivində aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayon u, Ləhiş qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 4080A saylı bağ sahəsinə dair hüququn X7 məxsus olması haqqında arayışın verilməsinin cavabdeh Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini tələb etmişdir.

4. İddianın əsaslarına görə iddiaçının mərhum atası X7 Bakı şəhər İcraiyyə Komitəsinin 9/333 saylı xx.xx.1989-cu il tarixli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 4080A saylı bağ sahəsi verilmişdir. Həmin vaxtdan etibarən bağ sahəsi atasının istifadəsində olmuş, vəfat etdikdən sonra vərəsəlik hüququ əsasında onun istifadəsinə keçmiş, hal-hazırda da onun sahibliyindədir. Həmin torpaq sahəsinə hüququn X7 məxsus olması haqqında arayış verilməsi üçün cavabdehə müra ciət etsə də, sonuncu müraciətin təmin edilməsindən imtina etmişdir.

5. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, bir neçə bağ sahəsi bir hasar daxilindədir, ara sərhədləri şərtidir. Qonşu bağ sahələri ilə yol nəzərə alınmaqla notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim olunmamışdır. Həmçinin bağ sahəsinə dair təqdim edilmiş sənədlərdə bağ sahəsinin ölçüsü barədə məlumat yoxdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-698/2022 saylı, 21 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim X8) iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağ massivində 93 saylı BTK nəzdində 0,12 ha sahəsi olan 4080A saylı bağın mərhum X7 məxsusluğu haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və R eyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Böyük Vətən müharibəsi iştirakçısı X7 Ləhiş bağ massivindəki 93 nömrəli BTK-nın nəzdində 4080A nömrəli bağ sahəsi ayrılmışdır. 4080A nömrəli bağ sahəsinə dair X5 hüquqlarının qeydiyyatı Maraqlı şəxs maraqlarına toxunmur (onun hüquqları həmin ərazidəki digər bağ sahəsinə aiddir). Odur ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında uyğunsuzluğu aradan qaldırmaqla mərhum X5 Ləhiş bağ massivindəki 93 nömrəli BTK-nın nəzdindəki sahəsi 4080A nömrəli saylı bağ sahəsinə dair hüquqlarının qeydiyyatı təmin edilməklə həmin bağ sahəsinin ona məxsu sluğuna dair arayış verilməlidir.

8. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

9. İş apelyasiya instansiyası məhkəməsinin məhkəmə icraatında olan zaman Vəzirova Nailə Rüstəm qızı ərizə ilə məhkəməyə müraciət edərək onun hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyul 2023-cü il tarixli, 21(103)-1306/2023 nömrəli qərardadı ilə (hakimlər X14 (məruzəçi), X15 və X12) Vəzirova Nailə Rüstəm qızının vəsatəti təmin edilməmiş, onun üçüncü şəxs kimi işə cəlb edilməsindən imtina edilmişdir.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mərhum Ənvər Süleymanova məxsus “4080A” bağ sahəsi vət. N.Vəzirov anın bağ sahəsi ilə hər hansı bir qonşuluğu və ona heç bir aidiyyəti olmayan bağ sahəsidir və konkret halda, onun qanuni mənafeyi və hüquqi marağı pozulmur. Belə olan halda isə İPM-in 28.1-ci və ya 28.2-ci maddələrinin tələləri qaydasında onun istər adi, istərsə də zəruri cəlbetmə qismində üçüncü şəxs kimi işə cəlb olunması zərurəti yaranmır.

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyul 2023-cü il tarixli, 21(103)-1306/2023 nömrəli qərarı ilə (hakimlər X14 (məruzəçi), X15 və X12) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-698/2022 saylı, 21 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etm işdir ki, 93 saylı BTK nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 4080A saylı bağ sahəsinin iddiaçının mərhum atası X7 məxsus olması sübuta yetirilir.

14. Apelyasiya instansiyası məhkəməsinin qərardadından Vəzirova Nailə Rüstəm qızı, qərardan isə cavabdeh apelyasiya şikayətləri vermişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. cavabdehin verdiyi kassasiya şikayətinin dəlili:

15. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş olunur. 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə, eləcə də İPM-in 12.1-ci maddəsinə istinad edilməklə qeyd edilir ki, Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə K omitəsinin xx.xx.1989-cu il tarixli, 9/333 saylı qərarında X7 ayrılmış torpaq sahəsinin ölçüsü və nömrəsi qeyd olunmamışdır. Belə ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən 4080 saylı bağ sahəsinin bir hissəsinə uyğun gəlməsi iddiaçıya 4080A nömrəli bağ sahəsinin ayrılması anlamına gəlmir. Bağın nömrəsinin 4080A nömrəsi olması və 0.12 ha ölçüsündə torpaq sahəsinin ayrılması iş materiallarında heç bir mötəbər sübutla təsdiq olunmur. Həmçinin iddiaçı tərəfindən göstərilən torpaq sahəsi bir neçə bağ sahəsi bir hasar daxilindədir və ara sərhədləri şərtidir. Qonşu bağ sahələri ilə yol nəzərə alınmaqla notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim olunmamışdır, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinə digər fizi ki şəxslərin (X18, X19 və Vəzirova Nailə Rüstəm qızı) müraciətləri daxil olmuşdur. Vəzirova Nailə Rüstəm qızı torpaq sahəsinə 425a nömrəli bağ sahəsi kimi iddia edir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən və ümumi 0,12 ha torpaq sahəsi olan 425a saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması və bununla bağlı onun adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və Torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsində 2-1 (112)-10941/2023 saylı inzibati iş mövcuddur. b. X22 Rüstəm qızının verdiyi kassasiya şikayətinin dəlili:

17. X22 Rüstəm qızı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərar dadının ləğv edilməsini, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən bağ sahəsinin mərhum atasına məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə X22 Rüstəm qızının üçüncü şəxs kimi icraata cəlb edilməsini və iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-698/2022 saylı qərarının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi üçün işin təkrar apelyasiya baxışma göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 71, 125 və 127ci maddələrinə, Torpaq Məcəlləsinin 67 və 68-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-c i maddəsinə, “Torpaq islahatı haqqında” Qanununun 9 və 10-cu maddələrinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərardadının qanunsuz və əsassız olduğu bildirilir.

19. Qeyd edilir ki, İddiaçı mübahisələndirdiyi torpaq sahəsi ilə hal hazırda X22 Rüstəm qızının qanuni istifadəsində və faktiki sahibliyində olan torpaq sahəsi naturada eyni ərazidir və iş materiallarında olan məhkəmə aktlarından görünür ki, sözügedən fakt cavabdeh inzibati orqan tərəfindən də təsdiq edilir. c. kassasiya şikayətlərinə etirazın dəlilləri

20. İddiaçı həm cavabdeh, həm də X22 Rüstəm qızının kassasiya şikayətlərinə etiraz edərək şikayətlərin təmin edilməməsini apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar və qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQ UQ

21. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğ un olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

22. Azər baycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəm ə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sən ədləri tələb edə bilər. 58.3. Sübutların cəlb olunmasına dair şifahi məhkəmə iclasında qaldırılmış vəsatət yalnız məhkəmənin əsaslandırılmış qərardadı ilə rədd edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hal larda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

23. İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli 01/2022 nömrəli qərardadı...

53. İPM-in 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cə lbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad İPM-in 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. İPM-in 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

25. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarını, X22 Rüstəm qızı isə qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktlarının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayə t edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu səbəbdən apelyasiya məhkəməsinin qərar və qərardadı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın əsaslarına görə iddiaçının mərhum atası X7 Bakı şəhər İcraiyyə Komitəsinin 9/333 saylı xx.xx.1989-cu il tarixli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 4080A saylı bağ sahəsi verilmişdir. Həmin vaxtdan etibarən bağ sahəsi atasının istifadəsində olmuş, vəfat etdikdən sonra vərəsəlik hüququ əsasında onun istifadəsinə keçmiş, halhazırda da onun sahibliyindədir. Həmin torpaq sahəsinə hüququn X7 məxsus olması haqqında arayış verilməsini cavabdehdən xahiş edir.

28. İşdə mövcud olan Bakı şəhər XDS İK - nin arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli, 9/333 saylı qərarının təsdiq edilmiş arxiv çıxarışına əsasən müəyyən olunur ki, iddiaçının mərhum atası, Böyük Vətən müharibəsi iştirakçısı X7 93 nömrəli BTK nəzdində bağ sahəsi ayrılmışdır. Cavabdehin təqdim etdiyi 93 saylı BTK üzvlərinin siyahısına, bağçılığın sxematik bölgü planına, habelə 93 saylı BTK-nın arxiv qovluğunun materiallarına əsasən müəyyən olunmuşdur ki, BTK-ya ayrılmış bağ sahəsinin yerləşmə sxemində yola yaxın hissədə iddia olunan 4080A saylı bağ sahəsi mövcuddur, eləcə də iddiaçının mərhum atasının X5 adı həmin bağçılığın siyahısında 11-cı sırada Böyük Vətən müharibəsi iştirakçısı kimi qeyd olunmuşdur.

29. Beləliklə, iddiaçının atasına bağ sahəsi ayrılması barədə qərar, qərarla təsdiq edilən 93 saylı BTK-nın üzvlərinin siy ahısı mövcuddur, lakin konkret olaraq hansı bağ sahəsinin ayrılması barədə sənəd mövcud deyildir. 30. 93 saylı BTK-nın üzvlərinin siyahısında 22 nəfərin adı qeyd edilmişdir. İddiaçının atasının adı siyahıda 11-ci sıradadır. Cavabdehin təqdim etdiyi 93 saylı BTK-ya ayrılmış bağ sahəsinin yerləşmə sxemində 22 bağ sahəsi, hər bağ sahəsinin nömrəsi göstərilmişdir. İddiaçının iddia etdiyi 4080A nömrəli bağ sahəsi yerləşmə sxemində sıralama üzrə 10-cu sıradadır. 11-ci sırada isə 4081A nömrəli bağ sahəsi qeyd edilmişdir.

31. Təqdim edilən sənədlərin heç birində iddiaçının atasına 4080A nömrəli bağın verilməsi barədə məlumat mövcud deyildir. İddiaçı atasına verilmiş bağın məhz 4080A nömrəli bağ olmasına dair məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Apelyasiya instansiyası məhkəməsi məhz 4080 A nömrəli bağın iddiaçının atasının istifadəsinə verilməsini hər hansı mötəbər dəlillə sübuta yetirə bilməmişdir.

32. Apellyasiya məhkəməsi gəldiyi nəticəni həm də onunla əsaslandırmışdır ki, “Eyni zamanda, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 adında şəxs məhkəməyə verdiyi ifadəsində 1973-1978-ci illərdə keçmiş bağlar idarəsində işlədiyini, 1978-ci ildən Ləhiş bağları üzrə sahə rəisi olduğunu, 2007-2009-ci illərdə Bakı şəhər Texniki İnventarlaşdırma İdarəsində mühəndis vəzifəsində işlədiyini, hazırda isə Kürdəxanı Bələdiyyəsində torpaq və ərazi idarəetmə şöbəsinin rəisi işlədiyini qeyd edərək aşağıdakıları bildirmişdir: Ləhiş bağlarının xəritəsi 1973-cü ildə hazırlanıb. 2007-ci ildə həmin xəritə Əmlak Məsələləri Dövlət Xidmətinə verilib. O zaman bağ sahəsi verilənd ə bağların sahəsi yazılmırdı. 93 nömrəli BTK-nın nəzdində X4 4080A nömrəli bağ sahəsi ayrılıb. 93 nömrəli BTK-nın nəzdindəki bağlar bağın öz nömrəsi və “A” nömrəsi ilə, 172 nömrəli BTK-nın nəzdindəki bağlar həmin bağ nömrəsinin “B” və “V” nömrəsi ilə ayrılmışdır. Özünün vaxtilə apardığı qeydlərinə əsasən (həmin qeydləri məhkəməyə təqdim edir) X4 93 nömrəli BTK-nın nəzdində 4080A nömrəli bağ sahəsi, Maraqlı şəxs 172 nömrəli BTK-nın nəzdində 4080B nömrəli bağ sahəsi ayrılıb”.

33. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində şahid kimi ifadə vermiş M.Ağakişiyevin əmək kitabçası tələb edilməmiş, onun 2007-2009-ci illərdə Bakı şəhər Texniki İnventarlaşdırma İdarəsində mühəndis vəzifəsində işləməsi, 93 nömrəli BTK barədə məlumatların nəyə görə onda olması, məhkəməyə təqdim e tdiyi məlumatların cavabdehin arxivində deyil, özündə saxlanılması səbəbi öyrənilməmişdir. Bundan başqa, həm məhkəmə iclas protokolunda, həm də məhkəmə qərarında iddiaçının mərhum atası X13 deyil, X6 barədə məlumat verməsinə diqqət yetirilməmiş, məhkəmənin surətini aldığı və işə əlavə etdiyi işin birinci cild 205 və 206-cı səhifələrində istinad etdiyi məlumatların mötəbərliyi, həmin məlumatların haradan götürülməsi, məlumatların həqiqətən iddiaçının atasına aid torpaq sahəsinə aid olması, hansı ilkin sənədlərə əsasən tərtib edilməsi araşdırılmamışdır.

34. Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin bir neçə bağ sahəsi bir hasar daxilində və ara sərhədlərinin şərti olduğunu bildirmiş, apellyasiya məhkəməsi şikayətin bu dəlili ilə bağlı araşdırma aparmamış, iddiaçının göstərdiyi bağ sahəsinin hər hansı bağ sahələri ilə üst-üstə düşməsini, iddia olunan, həmçinin üst-üstə düşən hissədə torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın olmasını, yaxud cavabdehdə hansı hüquqmüəyyənedici sənədlərin olmasını, mübahisə olunan torpaq sahəsindən faktiki istifadə edən şəxsləri müəyyən etməmiş, onların icraata cəlb edilməsi mümkünlüyünü müzakirə etməmişdir.

35. Odur ki, işə baxılan zaman İPM-in 12, 58-ci maddələrinin tələbləri apellyasiya məhkəməsi tərəfindən təmin edilmədiyindən cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət olduğundan iddianın təmin edilməməsi barədə şikayət təmin edilməməlidir.

36. Əri zəçi N.Vəzirovanın apelyasiya məhkəməsinin 20 iyul 2023-cü il tarixli qərardadından verdiyi kassasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

37. Əvvəla məhkəmə kollegiyası vurğulayır ki, N.Vəzirova ərizə ilə müraciət edərək qərardaddan kassasiya şikayəti üzrə müddətin bərpa olunmasını xahiş etmiş, lakin onun kassasiya şikayəti üzrə müddəti buraxmadığı müəyyən edilmişdir.

38. Bundan əlavə N.Vəzirova vəsatətlə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, üçüncü şəxs kimi icraata cəlb edilməsini və iş üzrə Bakı İnzibati Məhkəməsinin 21(11 2)- 698/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmiş, vəsatətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “4205a ” saylı torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinın Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə onun arasında bağlanmış 33101 saylı, 22 sentyabr 2005-ci il tarixli “Bağın istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən bağ torpaq sahəsi onun qanuni istifadəsinə verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, xx.xx.2023-cü il tarixli cavab (imtina) məktubunda cavabdeh bildirmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən ona məxsus torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə, göstərilən torpaq sahəsinə digər fiziki şəxslərin müraciətləri mövcuddur.

39. Apelyasiya məhkəməsinin mövqeyinə görə N.Vəzirovanın vəsatətində istinad edilən və ona əlavə edilmiş cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda, eləcə də, cavabdehin bundan əvvəlki müraciətinin cavablandırıldığı xx.xx.2022-ci il tarixli məktubunda, Ləhiş bağ massivində N.Vəzirovaya məxsus 0,12 ha torpaq sahəsi olan “4205A” saylı bağ sahəsinin hazırkı iş üzrə iddiaçının mərhum atası X7 məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd olunmamış və vurğulanmamışdır. N.Vəzirovaya ayrılanLəhiş bağ massivində yerləşən “4205A” saylı bağ sahəsinin 93 saylı Bağ Tikinti Kooperativinə aidiyyəti yoxdur, torpaq sahəsi ona Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinın Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında bağlanmış 33101 saylı 22 sentyabr 2005-ci il tarixli “Bağın istifadəyə verilməsi haqqında” müqavilə əsasında ayrılmışdır. Digər tərəfdən, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən Xidmətin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən xx.xx.2022-ci il tarixli məktubu ilə birinci instansiya məhkəməsinə təqdim olunmuş mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, 93 saylı BTK-nın bağların bölgü sxemində, mərhum Ənvər Süleymanova məxsus “4080A” saylı bağ sahəsi yalnız 4080 saylı bağ sahəsinin bir hissəsinə uyğun gəlir.

40. N.Vəzirova ilə bağlı sənədlərə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “4205a” saylı torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinın Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə onun arasında bağlanmış 33101 saylı, 22 sentyabr 2005-ci il tarixli “Bağın istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən bağ torpaq sahəsi onun qanuni istifadəsinə verilmişdir. Cavabdeh onların arxivində müqavilənin mövcud olmasını təsdiq etmişdir.

41. Eyni zamanda ərizəçi N.Vəzirova, İddiaçı, habelə Ali Məhkəməyə ərizə göndərmiş X18 eyni torpaq sahəsinə iddialıdırlar.

42. S.Tağıyev ərizəsinə Sabunçu rayonu Nardaran Bələdiyyəsinin 14 noyabr 2023-cü il tarixli arayışını əlavə etmiş, arayışda S.Tağıyevin bələdiyyə yaranan vaxtdan 4080 a nömrəli torpaq sahəsindən istifadə etdiyi qeyd edilmişdir.

43. S.Tağıyev ərizəsində bildirmişdir ki, həmin torpaq sahəsi Vəzirova Nailə Rüstəm qızı tərəfindən etibarnamə ilə ona veri lmişdir.

44. Bundan başqa, ərizəyə əlavə edilmiş 21 sentyabr 2004-cü il tarixli müqavilədən görünür ki, Sabunçu rayonu, Ləhiş ərazisində 0,12 ha torpaq sahəsi olan 4080 a nömrəli bağ 10 il müddətinə X9 istifadəsinə verilmişdir.

45. Bu iş üzrə cavabdeh iddiaçıya ünvanladığı məktublarında iddiaçının iddia etdiyi torpaq sahəsinə digər şəxslərin də müraciətləri olduğunu bildirmiş, mübahisəli əraziyə baxış zamanı mütəxəssis rəyində də bunu qeyd etmiş, apellyasiya məhkəməsi digər şəxslər dedikdə, onların N.Vəzirova və S.Tağıyev olub-olmamasını araşdırmamış, sadəcə olaraq mübahisə olunan ərazinin 93 saylı BTK-nın bağların bölgü sxeminə aid olmaması əsası ilə vəsatəti təmin etməmişdir.

46. Cavabdeh N.Vəzirovaya ünvanladığı məktublarında onun iddia etdiyi torpaq sahəsinin 93 saylı BTK-ya məxsus bağ ların ərazisi və onların sxematik xəritəsində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyini bildirməmişdir. Apellyasiya məhkəməsi 93 saylı BTK-ya məxsus bağların ərazisi və N.Vəzirovanın iddia etdiyi torpaq sahəsinin həmin bağların ərazisində yerləşməməsi barədə araşdırma aparmamışdır.

47. N.Vəzirovanın kassasiya şikayətindən görünür ki, onun bağ torpaq sahəsinə iddia tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsində 2-1(112)-10941/2023 nömrəli inzibati iş vardır. Hazırkı iş üzrə iddiaçı da eyni torpaq sahəsinə iddialıdır. 2-1(112)-10941/2023 nömrəli inzibati işlə bağlı cavabdehin birinci instansiya məhkəməsinə göndərdiyi 3 oktyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2080A saylı bağ sahəsinə dair sənəd idarənin arxivində aşka r edilməmişdir. Məlumat üçün qeyd edirik ki, idarənin arxivində saxlanılan xx.xx.2004-cü il tarixli akta əsasən bağ sahələrinin gələcəkdə zibilxanalara çevrilərək antisanitariya yaranmasının qarşısını almaq məqsədilə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 941 nömrəli sərəncamını əsas götürərək 93 nömrəli BTK tərkibində kimə verilməsi məlum olmayan 4080a saylı bağ sahəsinə verilən orderin ləğv olunaraq Bağlar Təsərrüfatı boş bağlar balansına keçirilməsi məqsədəuyğun hesab edilmişdir.

48. Məhkəmə kollegiyası hesab edir ki, N.Vəzirovanın üçüncü şəxs kimi işə cəlb edilməsinə qiymət verilməsi üçün bağ torpaq sahəsinə iddialı olan şəxslərin təqdim etdiyi yuxarıda sadalanan sübutlar, o cümlədən cavabdehin 3 oktyabr 2023-cü il tarixli məktubunda qeyd edilən hallar, İddiaçı və vəsatət verən N.Vəzirovanın, cavabdehin həm iddiaçıya, həm də N.Vəzirovaya imtina ilə bağlı dəlilləri yoxlanılmalı, əraziyə iddiası olan şəxslərin və cavabdehin nümayəndəsinin iştirakı ilə baxış keçirilməli, ərazinin situasiya planı (sxemi) tərtib edilib işə əlavə olunmalı, mübahisə olunan torpaq sahəsinin tam və ya qismən yüklü olub olmaması müəyyən edilməli, qəbul ediləcək məhkəmə qərarı digər şəxslərin mənafeyinə toxunacağı halda, onların icraata cəlb edilməsi, həmçinin Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-10941/2023 nömrəli inzibati işin nəticəsi öyrənilməli, həmin işin hazırkı işdən asılılığı, icraatın dayandırılması, yaxud hər iki işin bir icraatda birləşdirilməsi mümkünlüyü müzakirə edilməli, bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyul 2023-cü il tarixli qərardadı ləğv edilməli, iş vəsatətə baxılması üçün həmin məhkəməyə göndərilməli, İPM-in 28-ci maddəsinin və “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli 01/2022 nömrəli qərardadının tələbləri nəzərə alınaraq vəsatətə münasibət bildirilməlidir.

49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərar və qərardadının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar və qərardad ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyul 2023-cü il tarixli, 21(103)-1306/2023 saylı qərarı və qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Kassasiya şikayətləri qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar