Məhkəmə qərarları › İş №2-1(102)-194/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-194/2025

21.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-194/2025 21.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “X2 Emalı” ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarların ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı “X2 Emalı” ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə (üçüncü şəxs: "xxxx" QSC) qarşı “qərarın ləğv olunması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 avqust 2024-cü il tarixli, 2-1(106)-234/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ 1. 5 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********664900 saylı qərarından, görünür ki, “X2 Emalı” ASC-yə 22.473,60 manat əlavə vergi borcu hesablanmışdır. 2. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cəmiyyətin mühasibat hesablarında “X2 Emalı” ASC-nin debitor qalığı şəklində borcu mövcud olmuşdur. Lakin “X2 Emalı” ASC-nin 1989-2014-cü maliyyə illəri ü zrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan debitor borcunun heç bir müvafiq təsdiqedici sənədi aşkar edilməmişdir. Qeyd olunan borcu təsdiq edən sənəd olmadığından ümidsiz hesab olunaraq Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli sərəncamı ilə silinmişdir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2021 -ci il tarixli, 649s nömrəli sərəncamının surətindən görünür ki, 1 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin bu Sərəncamın əlavəsində müəyyən edilən 1989-2014-cü maliyyə illəri üzrə 2021-ci il yanvarın 1-nə olan 57630486,38 (əlli yeddi milyon altı yüz otuz min dörd yüz səksən altı manat otuz səkkiz qəpik) manat məbləğində ümidsiz debitor borcların silinməsi qərara alınmışdır. 4. 5 saylı Ərazi Vergilər İdarəsinin x x.xx.2023-cü il tarixli, **********859600 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) 1989-20l4-cü maliyyə illəri üzrə yaranmış və xx.xx.2021-ci il tarixə mövcud olan 57630486,38 manat dəyərində ümidsiz debitor borcları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 649s nömrəli Sərəncamına əsasən silinmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 649s nömrəli Sərəncamına əlavədə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 1989-2014-cü maliyyə illəri üzrə ümidsiz debitor borclarının siyahısında “X2 Emalı” ASC-nin “Stansiya və yükdaşıma” xidmət növü üzrə 502347,97 manat məbləğində borcunun silindiyi qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı “X2 Emalı” Açıq Səhmdar Cəmiyyət cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, vergi borcunun silinməsi və Bank hesablarına qoyulmuş sanksiyanın götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək “xx.xx.2022-ci il tarixli **********664900 saylı qərarın ləğv edilməsi” kimi baxılmasını xahiş etmiş və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1738/2023 saylı qərardadı ilə iddianın dəyişdirilməsi və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul olunmuşdur.

7. İddia tələbi onunla ə saslandırmışdır ki, X2 Emalı ASC Azərbaycan Respublikasının 208-İQ saylı xx.xx.1996-cı il tarixli Qanunu ilə təsdiq edilmiş X1 Cəmiyyətə çevrilməsi Qaydaları haqqında Əsasnaməyə uyğun olaraq İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 29 yanvar 2002-ci il tarixli, 33 saylı Sərəncamı ilə X2 Emalı zavodunun səhmdar cəmiyyətə çevrilməsi nəticəsində yaradılmışdır. X2 Emalı ASC 06 mart 2002-ci il tarixdə AR Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır və ona D-3413 saylı Şəhadətnamə verilmişdir. Müəssisə 03 fevral 2009cu il tarixdə AR Vergilər Nazirliyinin 5 saylı Saylı Ərazi Vergilər İdarəsi tərəfindən **********441600 nömrəsi ilə təkrarən qeydiyyatdan keçmişdir. 2006-cı ildə müəssisə müsabiqə yolu ilə özəlləşdirməyə açıq elan edilmiş və 2007-ci ildə özəlləş dirilmişdir. Özəlləşdirilmə zamanı müəssisənin emissiya prospektində kreditor borclar siyahısında Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin adı olmamışdır. Əksinə xx.xx.2000-ci il tarixə həmin müəssisənin X2 Emalı ASC-yə **********0 manat (57419,66 azn) borcu olmuşdur. 2006-cı ildə tərəflərindən yük daşımaları üçün vaqon ayrılması barədə ADY QSC-yə müraciət edildikdə, onların cavabdehə guya xx.xx.2001-ci il tarixə 2.511.739.831.00 manat (502347,97 AZN) borcun olduğu bildirilmişdir. Borcun yaranması araşdırılarkən 2000-ci ilin mart ayından oktyabra kimi Bakı yük stansiyasından Sumqayıt və Hacı Zeynalabdin stansiyalarına 1786 vaqon 502347,97 AZN məbləğində bizim hesaba yük daşındığı, ancaq cavabdehin maliyyə xidməti ilə birgə araşdırma aparılan zaman həmən məbləğdə yükün daşınması nı əsaslandıran və onların borclu olduğunu sübut edəcək heç bir rəsmi sənəd aşkar olunmamışdır. Eləcədə borclu olduqlarını təsdiqləyən qarşılıqlı üzləşmə aktı ortaya çıxmamışdır. Dəfələrlə həmin borcun əsassız olduğunu bildirərək onun silinməsini xahiş etsələr də buna nail ola bilməmişlər. Borcun olduğunu təsdiqləyən sənədlər olsa idi onları məhkəməyə verərdilər. 5 saylı Ərazi Vergilər İdarəsinin onlara göndərdiyi 21 iyun 2022-ci il tarixli, **********730200 saylı məktubunda ADY QSC-nin 1989-2014-cü maliyyə illəri üzrə yaranmış və xx.xx.2021-ci il tarixə mövcud olan 57630486,28 manat dəyərində ümidsiz debutor borcları AR Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 649s nömrəli Sərəncamına əsasən silinmişdir. Belə ki, onların ADY QSC-yə xx.xx.2021-ci il tarixə 502347,97 manat kreditor bor clarının olduğunu və həmin borcun AR NK-nin xx.xx.2022-ci il tarixli 649S nömrəli sərəncamına əsasən silinməsi nəticəsində, X2 X3 Cəmiyyətinin 2021-ci il üçün 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 38441,22 manat mənfəət vergisi üzrə borcun olması tələbi qoyularaq borc məbləği kimi hesablanmış və Sanksiya qərarı verilmişdir. xx.xx.2022-ci il tarixdə 01/39 saylı məktubla cavabdehə rəsmi olaraq xx.xx.2021-ci il tarixə borclu olduğunu təsdiqləyən heç bir sənədin, yəni daşımalara dair sifarişin və müqavilənin olmadığını, eləcə də borcun olubolmaması barədə üzləşmə aktının olmadığını göstərərək, 5 saylı Ərazi Vergilər İdarəsinə təqdim etmək məqsədi ilə xx.xx.2021-ci il tarixə 502247,97 manat borcunun olmaması barədə arayış vermələrini xahiş etmişlər. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli 2 17389 saylı cavab məktubunda ADY QSC-nin debutor borclarının tənzimlənməsi barədə AR Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 649S nömrəli sərəncamı ilə 1989-2014-cü maliyyə illəri üzrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan və 2021-ci il 01 yanvar tarixinə mövcud olan ümidsiz debutor borcları silinmişdir.

8. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) 1989-2014-cü maliyyə illəri üzrə yaranmış və xx.xx.2021ci il tarixə mövcud olan 57630486,38 manat dəyərində ümidsiz debitor borcları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 649s nömrəli Sərəncamına əsasən silinmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 649 s nömrəli sərəncamına əlavədə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 1989-2014-cü maliyyə illəri üzrə ümidsiz debitor borclarının siyahısında “X2 Emalı” ASC-nin “Stansiya və yükdaşıma” xidmət növü üzrə 502347,97 manat məbləğində borcunun silindiyi qeyd edilmişdir. Vergi Məcəlləsinin 13.2.16.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur. Belə ki, xx.xx.2021 -ci il tarixdə “X2 Emalı” ASC-nin 502347,97 manat məbləğində kreditor borcunun silindiyi üçün silinmiş borc məbləği Azərbaycan mənbəyindən gəliri hesab olunmuşdur. “X2 Emalı” ASC (VÖEN **********) tərəfindən təqdim olunmuş mənfəət vergi bəyannaməsinin 208. “İddia müddəti ötmüş və k reditorlar tərəfindən silinmiş borclar üzrə gəlir” sətri üzrə həmin məbləğin qeyd edilməli olduğu halda xx.xx.2022-ci il tarixdə “X2 Emalı” ASC tərəfindən təqdim edilmiş 2021-ci il üçün mənfəət vergi bəyannaməsinin 208. “İddia müddəti ötmüş və kreditorlar tərəfindən silinmiş borclar üzrə gəlir” sətri üzrə həmin məbləğ qeyd edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, vergiyə cəlb edilən dövriyyənin 2021-ci il üzrə 502347,97 manat, vergi məbləğinin isə 100469.59 (502347,97x20%) manat azaldılması və vergidən yayınma riskinin olması kimi qiymətləndirilir. İdarə tərəfindən xx.xx.2022-ci il tarixli **********730200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilərək əsaslandırılmış yazılı izahat və ya zəruri olan sə nədlərin (məlumatların) vergi orqanına təqdim olunması tələb olunmuşdur. Vergi ödəyicisi xx.xx.2022-ci il tarixli **********691700 nömrəli məktubunda hesablanmış əlavə vergi məbləğinin azaldılmasını və "xxxx" QSC-nə kreditor borcunun olmadığını bildirilməsinə baxmayaraq qarşı tərəflə tərtib edilmiş üzləşmə aktı və ya borcun olmaması haqqında məktubun təqdim edə bilməmisi səbəbindən vergi ödəyicisinə xx.xx.2021-ci il tarixdə 2021-ci il mənfəət vergi bəyannaməsi üzrə kameral qaydada 389979.88 manat ziyan nəzərə alınmaqla ((502347,97-389979,88)*20%) 22473.6 manat əlavə hesablama aparılmışdır.

9. Şirvan İnzibati Məhkəməsinin (hakim: H.N.Nəcəfov) xx.xx.2023-cü il tarixli, 21(120)-1738/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 5 sa ylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********664900 saylı qərarının ləğv edilməsi qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, vergi orqanı istinadlarında vergi bəyannaməsinin, sənədlər və məlumatların təqdim edilmədiyini qeyd etmiş və Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən müvafiq olaraq vergiləri hesablamaq hüququnu istinad edərək qərar qəbul etmişdir, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sənədlərə əsasən dəfələrlə vergi orqanına müraciət edərək borclu olduğunu təsdiqləyən sənədlərin olmadığını, qeyd edilən borcun əsassız yazıldığı üçün silindiyi bildirilsə də, vergi orqanı tərəfindən qeyd edilən istiqamətdə araşdırma aparılmamışdır. Məhkəmə xüsusilə vurğulayır ki, inzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yan ında 5 saylı Ərazi Vergilər Baş İdarəsinin 2021-ci il mənfəət vergisi üzrə xx.xx.2022-ci il tarixli, **********664900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı - əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırılmamışdır.

11. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.C.Hüseynov (sədrlik edən və məruzəçi), S.F.Həsənov və H.X.Bəhmənov) 9 avqust 2024-cü il tarixli, 2-1 (106)-234/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il ta rixli, 2-1(120)-1738/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

14. Cavabdeh qərardan kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayəti etiraza əsaslandırılmışdır. və apelyasiya şikayətinin dəlillərinə uyğun b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı Kassasiya şikayətinə qarşı etiraz təqdim edərək məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. apellyasiya TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur

18. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə

3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə

16. Vergi ödəyicisinin vəzifələri 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. Maddə

36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidi KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya i nstansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Hazırkı işin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X2 Emalı Zavodunun nəzdində “X2 Emalı” ASC-nin yaradılması (özəlləşdirilməsi) ilə bağlı sənədlər toplusunda (Emissiya prospekti) zavodun kreditor borcları siyahısında borcalan qismində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin və yaxud onun struktur qurumlarının adına rast gəlinməmişdir.

26. Bundan başqa, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin x x.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cəmiyyətin mühasibat hesablarında “X2 Emalı” ASC-nin debitor qalığı şəklində borcu mövcud olmuşdur. Lakin “X2 Emalı” ASC-nin 1989-2014-cü maliyyə illəri üzrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan debitor borcunun heç bir müvafiq təsdiqedici sənədi aşkar edilməmişdir. Qeyd olunan borcu təsdiq edən sənəd olmadığından ümidsiz hesab olunaraq Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli sərəncamı ilə silinmişdir.

27. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, vergi ödəyicisinin adının hər-hansı siyahıda borclu kimi göstərilməsi onun vergi borcunun yaranmasına dəlalət etməməlidir. İddiaçı ilə "xxxx" QSC-nin arasında qeyd olunmuş debitor borc məbləğini təsdiq edən sənədlər mövcud deyildir. Vergi orqanı isə iddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin arasında hər hansı mübadilə əməliyyatını və nəticələrini araşdırmadan vergi ödəyicisinə borc hesablamış, həmçinin bunu təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apeilyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassa siya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 avqust 2024-cü il tarixli, 21 (106)-234/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar