Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1940/2020 24.11.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: vergilərin hesablanması barədə qərarın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili X1, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X5, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal G əlirlər Baş İdarəsinin qarşı “vergilərin hesablanması barədə qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1024/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı MMC-yə cavabdehin “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********646800 nömrəli qərarına əsasən 2018-ci ilin yanvar ayı üzrə 27388,85 manat, xx.xx.2019-cu il tarixli **********348500 nömrəli qərarına əsasən 2018-ci ilin iyun ayı üzrə 8100,32 manat, xx.xx.2019-cu il tarixli **********872400 nömrəli qərarına əsasən 2018-ci ilin iyul ayı üzrə 13132,35 manat məbləğində əlavə vergi hesablanmışdır.
2. Sözügedən qərarları əsassız hesab edən iddiaçı həmin qərarların ləğv edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə heç bir cavab verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********646800 saylı və **********348500 saylı, xx.xx.2019-cu il tarixli **********872400 saylı qərarlarının ləğv edilməsini xahiş etmişdir.
4. İddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən vergilərin hesablanması haqqında qərarlarla kameral qaydada iddiaçıya münasibətdə əsassız olaraq ƏDV hesablanmışdır. Müvafiq dövrlər üzrə ilkin sənədlərdən göründüyü kimi, iddiaç ı tərəfindən müvafiq dövrün hesablamaları qanunamüvafiq aparılmış və vergilər ödənilmişdir. Belə ki, 2018-ci ilin yanvar ayı üzrə ƏDV-yə 140,00 manat dövriyyə cəlb edilmiş, 25,20 manat ƏDV hesablanmış, alınmış e-vhf üzrə əvəzləşdirilmiş məbləğ 77240,99 manat, büdcədən qaytarılan ƏDV məbləği 13878,18 manat, 2018-ci ilin iyun ayı üzrə ƏDV-yə 37438,75 manat dövriyyə cəlb edilmiş, 6738,98 manat ƏDV hesablanmış, alınmış e-vhf üzrə əvəzləşdirilmiş məbləğ 93539,9 manat büdcədən qaytarılan ƏDV məbləği 10098,20 manat, 2018-ci ilin iyul ayı üzrə ƏDV-yə 21624,00 manat dövriyyə cəlb edilmiş, 3892,32 manat ƏDV hesablanmış, alınmış e-VHF üzrə əvəzləşdirilmiş məbləğ 83302,48 manat, YGB üzrə 573,61 manat cəmi əvəzləşdirilən məbləğ 83876,09 manat, büdcədən qaytarılan ƏDV məbləği 11205,38 manat dövlət büdcə sinə hesablanmış və ödənilmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli **********646800 saylı və **********348500 saylı, xx.xx.2019-cu il tarixli **********872400 saylı qərarlarının ləğvi barədə Vergilər Nazirliyinə (indiki Dövlət Vergi Xidmətinə) şikayət ünvanlansa da, şikayətlə bağlı heç bir tədbir görülməmişdir.
5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı MMC tərəfindən xx.xx.2019-cu il tarixində 2018-ci ilin yanvar ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində cəmi dövriyyə 777582,04 manat göstərilməsinə baxmayaraq, xx.xx.2019-cu il tarixində təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində cəmi dövriyyə 625421,76 manat olduğu, xx.xx.2018-ci il tarixində 2018ci ilin iyun ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində cəmi dövriyyə 875788,0 manat göstərilməsinə baxmayaraq, xx.xx.2019-cu il tarixində təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində cəmi dövriyyə 253817,68 manat olduğu, xx.xx.2019-cu il tarixində 2018-ci ilin iyul ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində cəmi dövriyyə 237483,26 manat göstərilməsinə baxmayaraq xx.xx.2019cu il tarixində təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində cəmi dövriyyə 164762,26 manat olduğu müəyyən olunmuşdur. Lakin iddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannamələrində dövriyyənin azalmasına əsas verən təsdiqedici sənədlər vergi orqanına təqdim olunmadığı üçün kənarlaşma yaranmışdır.
6. Yaranmış kənarlaşma ilə bağlı iddiaçıya müvafiq məktublar göndərilərək dəqiqləşdirilmiş ƏDV bəyannamələrinin təqdim edilməsi tələb olunmu ş, lakin iddiaçı tərəfindən zəruri sənədlər və dəqiqləşdirilmiş bəyannamələr təqdim edilmədiyindən “Vergilərin hesablanması barədə” müvafiq qərarlar qəbul edilmişdir. Göstərilənlərə istinad edərək cavabdeh iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)1835/2019 saylı qərarı ilə (hakim – R.L.Kərimli) iddianın təmin edilməsi, “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********646800 saylı və **********348500 saylı, xx.xx.2019-cu il tarixli **********872400 saylı qərarların ləğv edilməsi qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən qərarlar cavabdeh orqan tərəfindən yazılı şəkildə tam əsaslandırılmamışdır. Belə ki, həmin qərarlarda yalnız Vergi M əcəlləsinin 59.1-ci maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Beləliklə, mübahisələndirilən inzibati aktlar qanuna zidd sayılmaqla yanaşı, onların qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin aktlar iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borclarını ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəy yən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz.
9. Məhkəmə qərarından cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1835/2019 saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1024/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarına əsasən (sədrlik edən və məruzəçi hakim – V.M.Ağayev, hakimlər – A.B.Nuriyeva və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnz ibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 21(82)-1835/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının 2017-ci ilin dekabr ayına dövriyyəsi üzrə təqdim etdiyi bəyannamədə 18%-lə vergiyə cəlb edilməklə göstərilən 102141,76 manat məbləğ sonradan dəqiqləşdirilmiş bəyannamə ilə 677594,49 manat artırılaraq 779736,25 manat məbləğində bəyan olunmuşdur. Bunun müqabilində isə 2018ci ilin yanvar, iyun və iyul ayları üzrə 18%-lə vergiyə cəlb edilməklə bəyan olunan dövriyyələrə münasibətdə də dəqiqləşdirilmiş bəyannamələr təqdim edilmişdir. Yeni bəyannamələr üzrə dövriyyələr 2018-ci ilin yanvar ayı üzrə 140 manat bəyan olunmaqla 152160,28 manat azaldılmış, 2018-ci ilin iyun ayı üzrə 31465 manat bəyan olunmaqla 40660 m anat azaldılmış, 2018-ci ilin iyul ayı üzrə 21624 manat bəyan olunmaqla 72957,5 manat azaldılmışdır. Həmin üç ay üzrə azaldılmış dövriyyə məbləğləri isə ümumilikdə 265777,78 manat təşkil edir ki, bu da 2017-ci ilin dekabr ayı üzrə artırılmış dövriyyə məbləğindən azdır. Belə olan halda, məhkəmə iddiaçıya 2018-ci ilin yanvar, iyun və iyul ayları üzrə əlavə vergi məbləğlərinin (ƏDV) hesablanması mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, cavabdeh mübahisələndirilən inzibati aktları tam əsaslandırmamışdır.
12. Məhkəmə qərarını cavabdeh xx.xx.2020-ci il tarixində almışdır.
13. Cavabdeh həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1024/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini və id dianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə işə məhkəmələr tərəfindən baxılarkən iddiaçını X6 təmsil etsə də, onun İddiaçı MMC-ni təmsil etmək səlahiyyəti olmamışdır. Belə ki, sözügedən MMC X6-nın əlavə iş yeridir və qanunvericiliyin tələblərinə əsasən iş yeri “əlavə iş yeri”ndən ibarət olan fiziki şəxslər hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik deyildir. Lakin məhkəmələr bunu nəzərə almamış, bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur.
15. Bundan başqa, iddiaçı tərəfindən 2018-ci ilin yanvar, iyun və iyul ayları üzrə 18% dərəcə ilə ƏDV cəlb edilən dövr iyyə 270119,53 manat və büdcəyə hesablanan ƏDV məbləği isə 48621,52 manat azaldılmışdır. Lakin iddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannamələrində dövriyyənin azalmasına əsas verən təsdiqedici sənədlər (bank çıxarışı sənədləri və dövriyyəni təsdiq edən digər sənədlər) vergi orqanına təqdim olunmamışdır. Yəni, iddiaçı tərəfindən qeyd olunan dövriyyə heç bir səbəb olmadan və dəqiqləşməni zəruri edən hallar, sübutlar təqdim edilmədən əsassız olaraq azaldılmışdır.
16. Bundan başqa, vergi ödəyicisində son xronometraj metodu ilə müşahidənin nəticələrinə (24-xx xxxx 2016-cı il) əsasən iddiaçının 1 günlük dövriyyəsi 1644,90 manat olmasına baxmayaraq 2018-ci ilin təkcə 1 ayı üzrə 18% dərəcə ilə ƏDV-yə cəlb edilən dövriyyəsini 140,0 manat əks etdirməsi tamamilə əsassız olmuşdur. Onu da qeyd etmək lazımdır ki, vergi ödəyicisinin ərizəsinə əsasən xronometraj müşahidələrin nəticələri kameral vergi yoxlamasının şamil olunduğu aylardan bir neçə ay sonra, yəni xx.xx.2018-ci il tarixdən passivləşdirilmişdir.
17. Məhkəmənin iddianı təmin etməsi ilə bağlı irəli sürdüyü dəlil özlüyündə ziddiyət təşkil edir və həqiqətə uyğun olması şübhə doğurur. Belə ki, hər hansı bir vergi ödəyicisinin 2018-ci ilin 3 ayı üzrə (yanvar, iyun, iyul) ƏDV-yə cəlb edilən dövriyyəsini cəmi 265777,78 manat azaldaraq bunun əvəzinə 2017-ci ilin dekabr ayı üzrə ƏDV-yə cəlb edilən dövriyyəsini birdən-birə 677594,49 manat artırması heç bir məntiqə uyğun deyil. Əgər azalmanın səbəbi bu idisə o zaman artırılan dövriyyə də ona bərabər olmalı idi.
18. Bundan əlavə, iddiaçı 2018-ci ilin üç ayı üzrə (yanvar, iyun, iyul) ƏDV tutulan dövriyyənin 265777,78 manat azaldılması və bunun əvəzi olaraq 2017-ci ilin dekabr ayında ƏDV tutulan dövriyyəni məhz 677594,49 manat artırmasının səbəblərini izah edən sənədləri vergi orqanına təqdim etməmişdir.
19. İddiaçı məhkəmə araşdırması zamanı işə aidiyyəti olmayan məsələləri müzakirə obyektinə çevirməklə məhkəmə araşdırmasını yanlış istiqamətə yönəltmiş və nəticədə iş üçün əhəmiyyət daşıyan vacib faktiki hallar araşdırılmamışdır. İddiaçının təqdim etdiyi sənədlər isə onun mövqeyinin təsdiq edilməsi baxımından heç bir əhəmiyyət daşımamış, icra etdiyi azalmaların qanuna və həqiqətə uyğun olduğunu təsdiq etməyə kifayət etməmişdir. Məhkəmələr tərəfindən işə baxılarkən işin hallarının araşdırılması prinsipinin tələbləri pozulmuş və nəticədə əsassız və qanunsuz q ərar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim edərək bildirmişdir ki, 2018-ci ilin yanvar ayının dövriyyəsində azalma, 2017-ci ilin dekabr ayının dövriyyə məbləğində isə artım müşahidə olunmuşdur. Dövriyyə məbləğinin azaldılmasının səbəbi ondan ibarətdir ki, “xxxx” MMC-yə məxsus xx.xx.2018-ci il tarixli HT 249605 nömrəli 778047,47 manat dəyərində elektron vergi-hesab fakturanın ödənişi 2018-ci ilin aprel və may aylarında həyata keçdiyi üçün Vergi Məcəlləsinin 166-cı maddəsini əsas tutaraq bu məbləği 2018-ci ilin iyun ayının dövriyyə məbləğinə aid edilməmişdir. Bunun nəticəsində də dövriyyə məbləğində azalma müşahidə olunmuşdur.
21. Bundan başqa, 2018-ci ilin iyun ayının dövriyyə məbləğində azalma, 2018-ci ilin may ayında isə dövriyyə məbləğində artım müşahidə olunmuşdur. xx.xx.2019-cu il tarixində 2018-ci ilin iyul ayı üçün təqdim olunmuş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində cəmi dövriyyə məbləği 237483,26 manat göstərilməsinə baxmayaraq xx.xx.2019-cu il tarixində təqdim edilmiş ƏDV bəyannaməsində cəmi dövriyyə 164762,26 manatadək azaldılmışdır.
22. Dövriyyə məbləğinin azaldılmasına səbəb ondan ibarətdir ki, “X1"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə aid xx.xx.2019-cu il tarixli HY 113706 nömrəli, xx.xx.2018-ci il tarixli HU 566676 nömrəli fakturaların ödənişləri xx.xx.2018 və xx.xx.2018-ci il tarixində ödənildiyi üçün Vergi Məcəlləsinin 166-cı maddəsini əsas tutaraq xx.xx.2018-ci il tarixində ödənilən məbləği 2018-ci ilin iyul ayının ƏDV bəyannaməsinin dövriyə məbləğindən çıxarılmışdı r. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X2 və iddiaçının nümayəndəsi X6 izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
24. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 və cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Vergi Məcəlləsinin 37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir.
26. Həmin Məcəllənin 37.4-cü maddəsinə gör ə kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir.
27. Həmin Məcəllənin 67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparma dıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri
28. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.
29. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
30. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
31. Həmin Məcəllənin 96.5.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş hə cmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosess ual hüquq normalarının tələbləri pozulmuşdur.
35. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından görünür ki, cavabdeh inzibati orqan hazırkı qərarın 25-28-ci maddələrinin tələbinə uyğun olaraq dəqiqləşdirilmiş ƏDV bəyannamələrində dövriyyənin azalmasına əsas verən təsdiqedici sənədləri (bank çıxarış sənədləri və dövriyyəni təsdiq edən digər sənədlər) iddiaçıdan tələb etmiş, lakin iddiaçı həmin sənədləri vergi orqanına təqdim etməmişdir.
36. Bununla bağlı cavabdehin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı yuxarıda göstərilən sənədləri təqdim etmədiyindən cavabdeh haqlı olaraq belə nəticəyə gəlmişdir ki, qeyd olunan dövriyyə heç bir səbəb olmadan və dəqiqləşməni zəruri edən hallar, sübutlar təqdim edilmədən əsassız olaraq azaldılmı şdır.
37. Cavabdeh göstərilən halları həm iddia ərizəsinə etirazında, həm də apellyasiya şikayətinin dəlillərində qeyd etsə də, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən cavabdehin bu mövqeyini nəzərə almamış, apellyasiya şikayətinin dəlillərinə qiymət verməmişdir.
38. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, vergi münasibətləri üzrə artıq mövcud olmuş inzibati praktika ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarlar yalnız cədvəl kimi və müvafiq məbləğləri və dövrləri göstərilməklə qəbul edilir. Həmin qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı isə səyyar vergi yoxlaması keçirildiyi halda aktda, kameral vergi yoxlaması keçirilən zaman qismən qərar və “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarda əks etdirilir. Bu isə o anlamı yaradır ki, həm vergi ödəyicisinə, həm də araşdırma aparan məhkəməyə vergilərin hesablanmasının hansı hallardan irəli gəldiyi və hansı hüquqi əsaslara söykəndiyi bəlli olur.
39. Məhkəmə kollegiyası razılaşır ki, göstərilən inzibati praktika qanunvericiliyin tələblərinə dəqiqliklə riayət etmir, lakin yalnız bu meyarı əsas götürməklə vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarların ləğv edilməsi düzgün deyil. Çünki, belə yanaşma ilə cavabdehin qəbul etdiyi əksər qərarlar ləğv edilməlidir ki, bu isə vergidən yayınma hallarına ehtimal yaradır (bax: Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(102)-604/2017 nömrəli qərarı).
40. Apellyasiya instan siyası məhkəməsi isə iddanın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlayarkən məhz yuxarıda qeyd edilən əsasa istinad etmişdir ki, Ali Məhkəmkənin hazırkı qərarın 38-39-cu bəndlərində qeyd olunan hüquqi mövqeyinə əsasən yalnız bu əsasla vergi orqanının qərarının ləğv edilməsi yolverilməzdir.
41. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan kassasiya şikayəti həmin hissədə təmin edilə bilməz.
42. Beləliklə, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndə rilməlidir.
43. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmə Kollegiyasının göstərilən hüquqi mövqeyi baxımından işə təkrar baxmalı, əsaslı və qanuni qərar qəbul etməlidir.
44. Qeyd olunanlara və İPM-in 96.5-ci maddəsinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1024/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.