Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1940/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi, şikayət üzrə apelyasiya icraatının mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə si Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə ya görə əmək pensiyası təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1767/2021 saylı 15 iyul 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşı tamam olduğu tarixdən, yəni 26.07.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat 2. 1 saylı Bakı İnzibati-İnzibati Məhkəməsinin 2-1(81)-4301/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qərarı ilə (hakim:T.Ə.Əsədova) iddia təmin edilmiş, iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni 26.07.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
3. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən onun 26.07.2013-cü ilə qədər 22 il 7 ay 10 gün ümumi və 20 il 2 ay 11 gün güzəştli iş stajı olduğundan iddia tələbi əsaslı olmuşdur.
4. Cavabdeh 20 may 2021-ci il tarixdə qərardan apelyasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi ba rədə ərizə vermişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1767/2021 saylı, 15 iyul 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: A.B.Nuriyeva və S.İ.Bəktaşi) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 21(81)- 4301/2019 saylı qərarından apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmiş, cavabdehin şikayəti üzrə apellyasiya mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir.
6. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddəti üzürsüz səbəbdən buraxdığından şikayət mümkün sayıla bilməz.
7. Cavabdeh ap elyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək onun ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpa edilməsini, apelyasiya şikayətinin qəbul edilərək apelyasiya şikayəti üzrə icraatın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
8. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi qərardad qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 14.11.2019-cu il tarixli 2-1(81 )-4301/2019 saylı qərarı 18.02.2020ci il tarixində aidiyyəti üzrə cavabdehə şikayət verilməsi üçün müəyyən edilmiş müddət bitmiş kimi icra edilməsi üçün daxil olmuşdur. Göründüyü kimi, sözügedən qərar cavabdehə məlumat üçün deyil, icra ed ilməsi üçün daxil olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
9. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi g ündən başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 85.1 Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.8 Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
11. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
13. İş materiallarından görünür ki, mübahisələndirilən qərarın surəti 18.11.2019-cu il tarixli müşayiətedici məktubla sifarişli - xəbərnaməli poçt vasitəsi ilə tərəflərə göndərilmişdir. Qərarın cavabdehə çatması barədə sənəd mövcud olmasa da, qərar 07.02.2020-ci il tarixli məktubla cavabdeh inzibati orqana icra edilməsi üçün göndərilmiş və məhkəmə qərarı cavabdeh tərəfindən 17.02.2020- ci il tarixdə xəbərnaməyə imza edilərək qəbul edilmiş, 20.05.2021-ci il tarixdə həmin qərardan apelyasiya şikayəti verilmişdir. Qərarın 17.02.2020ci il tarixdə icra üçün təqdim edilməsini və şikayətin 20.05.2021-ci il tarixdə verilməsini cavabdeh mübahisələndirmir. 14.Cavabdehin müddət bərpasına dair ərizədə və kassasiya şikayətində istinad etdiyi əsas dəlili ondan ibarətdir ki, mübahisələndirilən məhkəmə qərarı məlumat üçün deyil, yalnız qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün ona təqdim edilmişdir. 15.Məhkəmə tərkibi cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, hər bir halda məhkəmə qərarı cavabdehə təqdim edildikdən sonra onun, qərarın təqdim edildiyi gündən 1 (bir) ay müddətində apelyasiya şikayəti vermək hüququ olsa da, bu hüququndan istifadə etməmiş, apelyasiya şikay ətini məhz həmin müddətdən hesablanmaqla 3 (üç) aydan artıq müddət keçdikdən sonra vermiş, beləliklə də məhkəmə qərarından apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 (ay) müddəti ötürmüşdür. Məhkəmə qərarının məlumat üçün deyil, icra edilməsi üçün təqdim edilməsi isə prosessual müddətin ötürülməsinin üzrlü səbəbi kimi qəbul edilə bilməz.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında bildirdiyi hüquqi mövqeyə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır.
17. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayətində göstərilən dəlillər prosessual müddətin ötürülməsi səbəbinin üzrlü hesab edilməsinə əsas vermir. Odur ki, apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət cavabdeh tərəfindən üzrsüz səbəblərdən ötürüldüyündən apelyasiya instansiyası məhkəməsi cavabdehin şikayəti üzrə аpelyаsiyа icraatını mümkün saymamaqda haqlı olmuşdur.
18. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyas iya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1767/2021 nömrəli iş üzrə 15 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.