Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1940/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, müddətin ötürülməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri n Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Prezident təqaüdünün əvvəlki dövrlərə görə də ödənilməsi öhdəliyinin qoyulması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 2-1(103)-1050/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən kassasiyanın mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəhid olmuş X1 görə Prezident təqaüdünün “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidetninin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının qüvvəyə mindiyi xx.xx.2007-ci ildən xx.xx.2018-ci il tarixinədək ödənilməyən hissəs inin birdəfəlik olaraq ödənilməsi vəzifəsinin cаvаbdеhə həvalə edilməsi barədə qərar olunmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1954/2020 nömrəli qərarı ilə (hakim Aytən Oruczadə) iddia tələbi təmin edilmişdir.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(103)-881/2021 nömrəli qərarı ilə (hakimlər: Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Cahangir Yusifov) Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir.
5. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğ v edilməsini və birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının qüvvədə saxlanılması barədə qərarın qəbul olunmasını xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibai Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-2244/21 nömrəli qərarı ilə (hakimlər: Zakir Quliyev – məruzəçi, Rahib Nəbizadə və Səyyad Kərimov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 21(103)-1050/22 nömrəli qərarı ilə (hakimlər: Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, İkram Şirinov və Mirzə Tağızadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx. xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
9. İş kassasiya instansiyasına daxil olduqdan sonra cavabdehin şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və məlum olmuşdur ki, şikayət müddət ötürülməklə verilmişdir.
10. Odur ki, cavabdeh və onun vəkilinə məhkəmə bildirişi göndərilməklə bu çatışmazlıq onların diqqətinə çatdırılmış, verilmiş şikayət üzrə kassasiya icraatının mümkünlüyünə yazılı icraat qaydasında baxılması 10 oktyabr 2022-ci il tarixinə təyin edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
11. İnzibati Prosessual Məcəllə: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə an ından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (-) Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğ u gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-) Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayıla bilməz.
13. Belə ki, İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə, məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 (on) gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
14. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 2-1(103)-1050/22 nömrəli qərarı poçt rabitəsi vasitəsi ilə cavabdehə 13 iyun 2022-ci il tarixdə təqdim olunmuşdur. Lakin həmin qərardan kassasiya şikayəti 14 iyul 2022-ci il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1(bir) ay müddət keçdikdən sonra poçt rabitə vasitəsi ilə verilmişdir. Halbuki, həmin qərardan kassasiya şikayəti verilməsinin son günü 13 iyul 2022-ci il tarixi olmuşdur. Beləliklə də, qanunvericilikdə məhkəmə qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət otürülmüş və bu barədə tərəflərə 5 sentyabr 2021-ci il tarixli bildiriş göndər ilmişdir. Bildirişdə cavabdehə və vəkilinə məhkəmə iclasının təyin olunduğu vaxtadək yuxarıda göstərilən nöqsanın aradan qaldırılması, yəni prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyini təsdiq edən sübutlar və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatət təqdim etmək təklif olunmuş, əks halda şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar edilmişdir.
15. Lakin buna baxmayaraq, müddətin ötürülmədiyini təsdiq edən sübutlar və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatət təyin olunmuş vaxtadək, yəni bildirişdə göstərilən 10 oktyabr 2022-ci il tarixədək məhkəməyə təqdim edilməmişdir.
16. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən ötürmüşdür. Odur ki, cavabdehin şikayəti üzrə kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.
17. Göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 21(103)-1050/22 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.