Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1942/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sənədlərin təqdim edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X Ərazi Vergilər İdarəsinin Cavabdeh (VÖEN **********) qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2-1(106)-141/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Dövlət Vergi Xidmətinin X Ərazi Vergilər İdarəsinin səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********156549 nömrəli qərarı ilə vergi ödəyicisi olan Cavabdeh mart 2019 – fevral 2022 vergi dövrünü əhatə edən fəaliyyəti üzrə qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.
2. Yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi xx.xx.2022-ci il tarixli, **********56619 nömrəli tələbnamə ilə cavabdehdən tələb edi lmiş, lakin cavabdeh həmin sənədlərin təqdim olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək vergi dövrünü əhatə edən ilkin mühasibat sənədlərinin (bank və kassa ödəniş sənədləri, alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələr, təhvil-təslim aktları, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi barədə tərtib olunmuş Forma-2, Forma-3, e-qaimə fakturalar, malmaterialların hərəkəti barədə aylıq material hesabatları, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılıq (lisenziya), aparılmış idxal-ixrac əməliyyatlarına dair gömrük sənədləri, mətbəələrdən alınmış ciddi hesabat blanklarının hərəkəti barədə (blankların alınması, istifadə olunması, korlanması, itirilməsi və xx.xx.2022-ci il tarixə qalıq sayı barədə seriya və nömrələri göstərilməklə) hesabatın, nağd pul vəsaitlərinin hərəkəti barədə aylıq daxili kassa hesabatların, banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər üzrə bağlanmış müqavilələr, əsas vəsaitlərin mövcudluğu və hərəkəti barədə (2019-cu, 2020-ci və 2021-ci illər üzrə olmaqla) hesabatların, alınmış kreditlərin hərəkəti barədə (kreditin istifadə olunduğu təyinat, əsas məbləği və faiz məbləği üzrə ödənişlər, hesabat ilinin sonuna qalıqlar göstərilməklə) 2019-cu, 2020-ci və 2021-ci illər üzrə ayrılıqda məlumatların, 2019-cu, 2020-ci və 2 021-ci illər üzrə illik gəlir vergisinin yoxlanılması üçün gəlir və xərcləri təsdiq edən sənədlər, hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələrin (icarə müqavilələri daxil olmaqla), tutulmalar və ayırmalar göstərilməklə, işçilərə hesablanmış aylıq əmək haqqı cədvəllərinin təsdiq edilmiş (imza və möhürlə) surətlərinin ona təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, idarənin xx.xx.2022-ci il tarixli, **********156549 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan vergi dövrünü əhatə etməklə fərdi sahibkar Cavabdeh (VÖEN **********) növbədənkənar səyyar vergi yoxlaması keçirilir. Səyyar vergi yoxlamasına xx.xx.2022 -ci il tarixdə başlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli KY221731312 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarış, xx.xx.2022-ci il tarixli **********156549 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərar və xx.xx.2022-ci il tarixli **********156619 saylı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə xx.xx.2022-ci il tarixli **********099000 №-li məktubla cavabdehin elektron poçtuna (xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi tərəfindən oxunmuşdur) və kağız daşıyıcısı formasında hüquqi ünvanına göndərilmişdir. Tələbnamədə göstərilən müddətin keçməsinə baxmayaraq, tələb olunan sənədlərin təsdiq olunmuş surətləri vergi orqanının yoxlamanı keçirə n vəzifəli şəxsinə və ya X Ərazi Vergilər İdarəsinə təqdim edilməmişdir. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” çıxarılmış xx.xx.2022-ci il tarixli, **********155383 saylı Qərar əsasında vergi ödəyicisinə Vergi yoxlamasının keçirilməsi üçün tələb olunan xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan vergi dövrünü əhatə edən ilkin mühasibat sənədlərinin (bank və kassa ödəniş sənədləri, alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələr, təhvil təslim aktları, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi barədə tərtib olunmuş Forma-2 və Forma-3, e-qaimə fakturalar, mal-materialların hərəkəti barədə aylıq material hesabatlar, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılıq (lisenziya), aparılmış idxal-ixr ac əməliyyatlarına dair gömrük sənədləri, mətbəələrdən alınmış ciddi hesabat blankların hərəkəti barədə (blankların alınması, istifadə olunması, korlanması, itirilməsi və xx.xx.2022-ci il tarixə qalıq sayı barədə seriya və nömrələri göstərilməklə) hesabat, nağd pul vəsaitlərinin hərəkəti barədə aylıq daxili kassa hesabatları, banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər üzrə bağlanmış müqavilələr, əsas vəsaitlərin mövcudluğu və hərəkəti barədə (2019-cu, 2020-ci və 2021-ci illər üzrə olmaqla) hesabatların, alınmış kreditlərin hərəkəti barədə (kreditin istifadə olunduğu təyinat, əsas məbləği və faiz məbləği üzrə ödənişlər, hesabat ilinin sonuna qalıqlar göstərilməklə) 2019-cu, 2020-ci və 2021-ci illər üzrə ayrılıqda məlumatların, 2019-cu, 2020-ci və 2021-ci illər üzrə illik gəlir vergisinin yoxlanması üçün gəlir və xərcləri təsdiq edən sənədlərin, hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələrinin (icarə müqavilələri daxil olmaqla), tutulmalar və ayırmalar göstərilməklə işçilərə hesablanmış aylıq əmək haqqı cədvəlləri) təsdiq edilmiş (imza və möhürlə) surətlərinin təqdim olunması təklif edilmiş, lakin fərdi sahibkar Cavabdeh vergi orqanının xx.xx.2022-ci il tarixli, **********156549 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarını məhkəmə qaydasında mübahisələndirdiyini əsas gətirərək, tələb olunan ilkin mühasibat sənədlərinin yoxlamaya təqdim olunmasından imtina etmişdir. Yoxlayıcı tərəfindən bu barədə xx.xx.2022-ci il “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” Akt (elektron və kağız daşıyıcı formasınd a olmaqla) tərtib edilmişdir. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar və “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” Akt xx.xx.2022-ci il tarixli, **********399300 saylı məktubla vergi ödəyicisinin elektron qutusuna və poçt vasitəsi ilə kağız daşıyıcı formasında hüquqi ünvanına göndərilmişdir. Beləliklə, səyyar vergi yoxlamasının keçirilməsi üçün yuxarıda qeyd olunan sənədlərin əldə edilməsi mümkün olmamışdır. Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən, vergi ödəyicisi bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda, həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respu blikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli, 2-2(102)-47/19 saylı qərarında qeyd olunmuşdur ki, səyyar vergi yoxlamasının aparılması zamanı vergi ödəyicisindən sənədlərin götürülməsi ilə bağlı mübahisələr artıq inzibati məhkəmə icraatı qaydasında aparılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən iddia təmin edilməlidir.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, vergi orqanı xx.xx.2022-ci il tarixli, **********156549 saylı, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” və xx.xx.2022-ci il tarixli, **********156619 saylı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması” barədə qərarlar qəbul etmişdir. Həmin qərarlar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, həmin qərarın qanunsuz və əsassızlığı vergi orqanının özü tərəfindən də etiraf olunduğundan “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” xx.xx.2022-ci il tarixli, **********159387 saylı qərar qəbul etmişdir. Həmin qərar əsaslandırılmasa da, iddiaçının qanunsuz hərəkətlərinə haqq qazandırmaq cəhdidir. Belə ki, o, vergi orqanının qanunsuz qərarlarını mübahisələndirmiş, bu barədə iddiası məhkəmə tərəfindən təmin olunmuşdur. Hazırda həmin iş vergi orqanının şikayəti əsasında Şirvan Apellyasiya Məhkəməsində icraatdadır. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə görə, mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair Protokol”un (Paris, 2 mart 1952-ci il) 1- ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İddiaçı şikayət olunan məhkəmə aktı ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair Protokol”un 1-ci maddəsinin və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 6-cı maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsi imperativ qaydada olmaqla mülkiyyətçini digər şəxslərin özbaşınalığından qorumaq məqsədi daşıyır. Göründüyü kim i, mülki qanunvericiliyin normalarının mülkiyyətçilərin hüquqlarının müdafiə məqsədi güddüyü şübhəsizdir. Təbiidir ki, əks təqdirdə qanun fəaliyyətsiz qalar ki, bu zaman qanunvericiliyin çatmaq istədiyi ümumi məqsəd xəyali xarakter alardı. Məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, ictimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən, hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalniz məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cə miyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənməsi və ona hörmət olunması məhkəmə işinin səmimiliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə də, bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar.
6. Şirvan İnzibati Məhkəməsinin (hakim: X1) 24 noyabr 2022-ci il tarixli, 2-1(120)1904/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.2022-ci il tarixli, **********156549 nömrəli qərarına əsasən təyin edilmiş “Səyyar vergi yoxlaması”nın keçirilməsi üçün zəruri olan xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan vergi dövrünü əhatə edən ilkin mühasibat sənədlərinin (bank və kassa ödəniş sənədləri, alınmış və satılmış mallar üzrə bağlanmış müqavilələr, təhvil təslim aktları, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi barədə tərtib olunmuş Forma-2, Forma- 3, e-qaimə fakturalar, mal-materialların hərəkəti barədə aylıq material hesabatları, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün alınmış xüsusi razılıq (lisenziya), aparılmış idxal-ixrac əməliyyatlarına dair gömrük sənədləri, mətbəələrdən alınmış ciddi hesabat blankların hərəkəti barədə (blankların alınması, istifadə olunması, korlanması, itirilməsi və xx.xx.2022-ci il tarixə qalıq sayı barədə seriya və nömrələri göstərilməklə) hesabat, nağd pul vəsaitlərinin hərəkəti barədə aylıq daxili kassa hesabatları, banklardan və digər kredit təşkilatlarından alınmış kreditlər üzrə bağlanmış müqavilələr, əsas vəsa itlərin mövcudluğu və hərəkəti barədə (2019-cu, 2020-ci və 2021-ci illər üzrə olmaqla) hesabatlar, alınmış kreditlərin hərəkəti barədə (kreditin istifadə olunduğu təyinat, əsas məbləği və faiz məbləği üzrə ödənişlər, hesabat ilinin sonuna qalıqlar göstərilməklə ) 2019-cu, 2020-ci və 2021-ci illər üzrə ayrılıqda məlumatların, 2019-cu, 2020-ci və 2021-ci illər üzrə illik gəlir vergisinin yoxlanması üçün gəlir və xərcləri təsdiq edən sənədlər, hüquqi və fiziki şəxslərlə bağlanmış bütün təsərrüfat müqavilələri (icarə müqavilələri daxil olmaqla), tutulmalar və ayırmalar göstərilməklə işçilərə hesablanmış aylıq əmək haqqı cədvəllərinin təsdiq edilmiş (imza və möhürlə) surətlərinin iddiaçıya təqdim edilməsi vəzifəsi cavabdehin (VÖEN **********) üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəmə si hesab etmişdir ki, Dövlət Vergi Xidməti X Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********156549 nömrəli qərarı ilə vergi ödəyicisi olan Cavabdeh mart 2019 fevral 2022 vergi dövrünü əhatə edən fəaliyyəti üzrə qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi xx.xx.2022-ci il tarixli, **********56619 nömrəli Tələbnamə ilə cavabdehdən tələb olunmuş, lakin cavabdeh həmin sənədləri təqdim etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğu n olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Həmin Məcəllənin 42.3-cü maddəsinə əsasən, səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdi m edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X2 və X3) 26 aprel 2023-cü il tarixli, 2-1(106)-141/2023 nömrəli qərarı ilə Şirvan İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kass asiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayətində işin hallarını, iddia tələbinə etirazın dəlillərini sadalamış, vergi yoxlamasının mahiyyəti ilə əlaqədar dəlilləri qeyd edərək kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
13. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Vergi Məcəlləsi Maddə
38. Səyyar vergi yoxlaması Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərar ına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Maddə
42. Sənədlərin tələb edilməsi Maddə 42.1 Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Vergi ödəyicisi tərəfindən vergilərin hesablanmasına təsir edən və yoxlama dövründə təqdim edilən sənədlərdən fərqli sənədlər əlavə vergi yoxlamasının təyin edildiyi tarixdən 30 iş günü müddətində təqdim edilməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Maddə 42.3. Səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi b u Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. Maddə
43. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi Maddə 43.1. Sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. Maddə 43.11. Vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir
15. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin göstərilməlidir. əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı ic raat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikay əti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, apellyasiya məhkəməsində yoxlama üçün zəruri olan sənədlərin iddiaçıya təqdi m edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələ də işə baxan məhkəmə tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
22. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, işin halları ilə müəyyən olunur ki, iddiaçı Dövlət Vergi Xidmətinin X Ərazi Vergilər İdarəsinin səyyar vergi yoxlamasının keçirilməsi h aqqında xx.xx.2022-ci il tarixli, **********156549 nömrəli qərarı ilə vergi ödəyicisi olan Cavabdeh mart 2019 – fevral 2022 vergi dövrünü əhatə edən fəaliyyəti üzrə qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.
23. Yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi xx.xx.2022-ci il tarixli, **********56619 nömrəli tələbnamə ilə cavabdehdən tələb olunmuş, lakin vergi orqanının xx.xx.2022-ci il tarixli, **********156549 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarını məhkəmə qaydasında mübahisələndirdiyini əsas gətirərək cavabdeh həmin sənədləri təqdim etməkdən imtina etmişdir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın tətbiq edilən hüquq hissəsində qeyd edil ən normaların tələbləri baxımından, səyyar vergi yoxlaması keçirilərkən yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən vergi qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tələb etmək vergi orqanının hüququ və vəzifəsidir. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs də həmin sənədləri və ya elektron faylları vergi orqanına təqdim etməlidir.
25. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, **********156549 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın qanunsuz hesab edilməsi barədə iddia tələbi Şirvan İnzibati Məhkəməsinin 2-1(120)1587/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qərardadı ilə mümkün sayılmamış, Şirvan Apellyasiya Məhkəməsi İnzibati Kollegiyası və Azərbaycan Respub likası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən qərardad dəyişdirilmədən saxlanılmış, iş yekunlaşmışdır.
26. Beləliklə, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2-1(106)-141/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.