Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1943/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərti, iddia verilməsi müddəti. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 21(103)-1486/2021 saylı, 01 iyul 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin 23 yanvar 2020-ci il tarixli əmri ilə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin (e) bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən hərbi xidmətdən ehtiyata buraxılmış və 26 yanvar 2020-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki birinci icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xarici Kəşfiyyat Xidmətinin işdən xaric edilməsinə dair 20 nömrəli, 23 yanvar 202 0-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 17 noyabr 2008-ci ildən 23 yanvar 2020-ci il tarixədək Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi - Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur (işləmişdir). Həqiqi hərbi xidmətə qəbul edilənədək əmək stajı olmamışdır. O, Azərbaycan Respublikasının keçmiş Milli Təhlükəsizlik Nazirliyinin 14 noyabr 2008-ci il tarixli, 108 nömrəli əmri ilə həqiqi hərbi xidmətə qəbul olunmuş, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin 23 yanvar 2020-ci il tarixli, 20 nömrəli əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Xarici Kəşfiyyat Xidmətində işlədiyi dövr ərzində müxtəlif vəzifələrdə çalışmış və vəzifələrini tam və layiqincə yerinə yetirmişdir. Onun barəsində hər hansı irad, xəbərdarlıq və s. kimi tədbirlər görülməmişdir. Məzuniyyət dövrü ərzində xarici ölkələrə səfərləri tənzimləyən mövcud hüquqi aktların tələblərinə riayət edərək əvvəlcədən icazə almışdır. Lakin səfər zamanı yaranmış zərurətlə əlaqədar o, heç bir məlumat verə bilmədən 3-cü ölkəyə getmək məcburiyyətində qalmışdır. Ölkəyə qayıtdıqdan sonra icazəsiz 3-cü ölkəyə getdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır, yəni işdən çıxarılmışdır. İşdən çıxarılması ilə bağlı əmrin surətini istəmiş, lakin əmrin surəti və ya əmrdən çıxarış ona təqdim olunmamışdır. 2008-ci ildən ehtiyata buraxıldığı dövrə qədər (23 yanvar 2020-ci il tarixədək) vəzifələrini layiqin cə yerinə yetirmiş və heç bir nizamintizam qaydalarına və ya işi ilə bağlı hər hansı məsuliyyətsizliyə yol verməmişdir. Məzuniyyətdə olduğu dövr ərzində isə onun 3-cü ölkəyə təcili keçməsinə zəruri ehtiyac yaranmışdır və bununla bağlı məlumat verə bilməmişdir. Xarici Kəşfiyyat Xidmətinin rəisi onun 3-cü ölkəyə keçməsinin səbəblərini, 3-cü ölkəyə keçmə ilə bağlı yaranmış zərurətin nə olmasını araşdırmadan, onun çalışdığı dövrdə vəzifəsini layiqincə yerinə yetirməsini, çalışdığı dövr ərzində heç bir nizam intizam qaydalarına və ya işi ilə bağlı hər hansı məsuliyyətsizliyə yol verməməsini, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin 27 mart 2019-cu il tarixli 069 nömrəli əmri ilə “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-201 9)” yubiley medalı və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin 25 iyun 2019-cu il tarixli, 0151 nömrəli əmri ilə “Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal ilə təltif olunmasını, vətənə və millətinə daim sədaqətli olmasını nəzərə almadan, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidmətə uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair 23 yanvar 2020-ci il tarixli, 20 nömrəli əmri qəbul edərək işçiyə verilə biləcək ən ağır cəzanı tətbiq etməklə onu işdən azad etmişdir. Beləlikllə də, Xarici Kəşfiyyat Xidməti onu işdən azad edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Ona 3-cü ölkəyə icazəsiz çıxdığına görə heç bir intizam tədbirləri, yəni xəbərdarlıq, töhmət və s. verilməmiş, o, həqiqi hərbi xidmətdən ehtiyata b uraxılmışdır, yəni işdən azad olunmuşdur. Hesab edir ki, onun təqsiri bu qədər ağır cəza ilə nəticələnməməli idi.
4. İddiaçı həmçinin iddia verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı ərizəsini onunla əsaslandmışdır ki, o, “Covid-19” virusunun yayılması ilə əlaqədar ölkədə olan karantin rejimi və hərbi qulluqçularla bağlı müddətin əmək kitabçasının verildiyi gündən başladığını bilmədiyindən, əmrin surətinin vacib olduğunu düşündüyündən iddia müddətini ötürmüşdür. Məhkəmədə hüquqlarını qanunla qoruya bilməsi və ədalətin bərpa olunması üçün ötürülmüş müddəti üzürlü sayılmasını xahiş etmişdir.
6. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz, həmçinin prosessual müddətin buraxılması ilə bağlı vəsatət təqdim etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 22-ci maddəsinə əsasən, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) ilə müəyyən edilmiş qaydalar tətbiq olunur. Eyni zamanda, İPM-in 38-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmçinin, MPM-in 130-cu maddəsində göstərilir ki, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məc əllənin 133.2-ci maddəsinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır, işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. İddiaçı XKX-nin 2020-ci il 23 yanvar tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 165-ci maddəsinə əsasən, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. İstinad olunan maddəyə müvafiq olaraq, hərbi qulluqçuların buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, o cümlədən XKX-nin, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq q urumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. İddiaçı barəsində aparılmış müvafiq araşdırmanın nəticəsinə görə hərbi xidmətdən buraxılmağa təqdim olunması barədə XKX-nin əmri ilə 23 yanvar 2020-ci il tarixdə müvafiq imza atmaqla tanış olmuşdur. Həqiqi hərbi xidmətdən ehitiyata buraxılarkən əlavə olaraq ona şifahi məlumat verilmiş, eləcə də icraatında olan işlərin və digər maddi əmlakın təhvil-təslimi üçün ona hərbi xidmətdən azad edilmə vərəqi təqdim olunmuşdur. Sözügedən sənəddə aidiyyəti struktur bölmələrlə keçirilən təhvil-təslimin nəticəsi barədə qeydlər aparılmışdır. Həmçinin, hərbi xidmətdən azad edilərkən İddiaçı 25 yanvar 2020-ci il tarixdə ******* nöm rəli əmək kitabçası təqdim edilmişdir. Beləliklə, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma barədə əmr İddiaçı “Hərbi xidmətkeçmə haqqına Əsasnamə”nin 165-ci maddəsinə əsasən, 23 yanvar 2020-ci il tarixində elan olunmuşdur. Əmrin elan olunduğu vaxtdan hesab olunduqda isə iddianın qaldırılması müddəti buraxılmışdır.
7. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-1497/2021 nömrəli qərardadı ilə (hakim: Ş.A.Həsənov) iddia mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün iddia vermək müddətini üzürsüz səbəblərdən ötürmüşdür. Odur ki, iddia mümkün hesab edilə bilməz.
9. Birinci instansiya məhkəməsinin həmin qərardadından iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddia müddətinin bərpa edil məsini və iddianın mümkün sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1486/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: S.İ.Bəktaşi və A.B.Nuriyeva) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-1497/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddia müddətinin bərpa edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul olunmasını xahiş etmişd ir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə qərardad qəbul edərkən tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır. Belə ki, iş materiallarından da göründüyü kimi, onun konstitusion hüququ pozulmuşdur, inzibati orqan onu əsassız və qanunsuz olaraq hərbi xidmətdən azad etmiş, məhkəmə isə ədalətli məhkəmə baxışı, çəkişmə prinsipi əsasında ədalətin bərpa olunmasını təmin etməli olduğu halda onu Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilməsi hüququndan məhrum etmişdir.
14. Daha sonra qeyd edilir ki, məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası İnzibati Proses sual Məcəlləsinin 38-cı maddəsində nəzərdə tutulmuş “mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan” şikayət verilməsi hüququ, yəni iddiaçıya aktın rəsmi təqdim olunmasını gözləmədən əvvəlcədən şikayət vermək hüququ verdiyi halda, məhkəmə bunu onun əleyhinə tövsif edərək, inzibati aktın elan olunduğu halda, rəsmi təqdim olunmasının zəruri olmaması qənaətinə gəlimişdir. Bu isə Azərbaycan Respublikası inzibati prosessual qanunvericiliyinin əsas tələblərinə-yəni inzibati aktın rəsmi təqdim edilməsi zərurətinə zidd olmaqla, qanunvericiliyin əsas tələblərinin məhkəmə tərəfindən kobud pozulması və düzgün tövsif edilməməsi kimi qiymətləndirilməlidir. Həmçinin, nəzərə alınmalıdır ki, məhkəmə birtərəfli qaydada Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsində “elan olunma” ifadəsini izah etməyə alışaraq, lakin həmin maddədə birmənalı şəkildə göstərilmiş “şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində” şikayət verilə biləcəyini nəzərə almamışdır. Məlum olduğu kimi xidmətdən azad edilməsinə dair əmr yalnız elan edilmişdir. Lakin əmrin təsdiq edilmiş sürəti ona təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsindən göründüyü kimi, şəxs inzibati akt təqdim olunduğu vaxtdan 30 gün müddətində şikayət verə bilər. Əmrlə tanış olsa belə, əmrdə göstərilən bütün hallara münasibət bildirməklə şikayət verməsi üçün əmrin surətinin ona təqdim edilməsi zəruridir. Lakin göründüyü kimi, Azərbaycan Respublikası Xaric i Kəşfiyyat Xidməti qanunvericiliyin tələblərini pozaraq əmrin surətini rəsmi təqdim etmədiyi üçün şikayət vermək hüququndan məhrum olmuşdur. Bundan başqa, məhkəmə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 165-ci maddəsinə əsasən, ehtiyata və ya istefaya buraxılma barədə əmrlərin buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunmasını əsas gətirərək əmrin surətinin təqdim edilməsinin zəruri olmaması qənaətinə gəlir. Lakin nəzərə alınmalıdır ki, “Hərbi xidmət keçmə haqqında” Əsasnamə bilavasitə hərbi xidmətlə bağlı məsələləri tənzimləyir. İnzibati aktlardan şikayət verilməsi və bu məsələlərin tənzimlənməsi inzibati prosessual qanunvericiliyin tənzimləmə predmetinə aiddir. Hər bir halda məhkəmə “Hərbi xidmət keçmə haqqında” Əsasnamədə əks olunmuş “elan olun ma” ifadəsini əsas tutaraq, onu “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsində göstərilən aktın təqdim olunması” tələbindən üstün hesab edirsə, nəzərə alınmalıdır ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 10.3-cü maddəsinə əsasən, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aid olsun. Göründüyü kimi, bu halda inzibatı icraatla bağlı məsələ, o cümlədən aktdan şikayət verilməsi məsələsi bilavasitə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tənzimləmə predmetinə aid olduğu üçün, Məcəllənin tələbləri əsas götürülməli və iddiaçıya inzibati aktın su rəti təqdim olunmalı idi. Məhkəmənin ədalətli və qərəzsiz olmaq, proses iştirakçılarına yardım etmək kimi vəzifələri olsa da, bu halda işə baxarkən qərəzli şəkildə inzibati orqanın tərəfindən çıxış edərək, cavabdeh tərəfin gətirdiyi dəlillərindən kənara çıxaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsini birtərəfli qayda səhv tövsif edərək, onu ədalətli məhkəmə baxışı hüququndan məhrum etmişdir. İnzibati akt ona rəsmi təqdim edilməmişdir. O, şikayət vermək üçün inzibati aktın təqdim edilməsini gözləmişdir. Hesab etmişdir ki, ən azı poçt vasitəsi ilə həmin akt ona təqdim olunacaqdır. Digər hal isə məlum olduğu kimi, 2020-ci ilin əvvəlində ölkədə koronovirus infeksiyasının tüğyan etməsi ilə əlaqədar dəfələrlə məhkəmə işlərin baxılmasının təxirə salınması, yal nız cinayət işlərinə baxılacağı kimi kütləvi informasiya vasitələrində Məhkəmə Hüquq Şurasına istinad edilməklə məlumatlar yayılmışdır. Bu isə digər vətəndaşlar kimi onda da hüquqlarının müdafiəsi istiqamətində müəyyən çaşqınlıq yaratmışdır. Belə ki, kütləvi informasiya vasitələrdə məhkəmələrin müəyyən növ işlərə baxılmasını təxirə salması ilə bağlı informasiyalara rast gəldiyi halda, bir müddətdən sonra gözləyirdi ki, aidiyyəti qurumlar işlərə artıq baxılmasının adi qaydada davam ediləcəyinə dair də məlumat yayımlayacaqlar. Lakin o, kütləvi informasiya vasitələrində bu barədə məlumata rast gəlməmişdir. İnzibati aktın ona təqdim olunmaması ilə yanaşı, göstərilən hallar şikayətin vaxtında verilməməsinin obyektiv səbəbi kimi məhkəmə tərəfindən nəzərə alınmalı olsa da nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə yazılı etiraz təqdim edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular...
2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Maddə 29
6. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri...
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.... 17. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə
165. Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tə rəfindən elan olunur.... Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsin dən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə q ərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 20 Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
22. Belə ki, işdə olan sənədlərə əsasən, ca vabdehin 23 yanvar 2020-ci il tarixli əmri ilə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cavabdehin əmri iddiaçının hərbi biletində qeyd edilmiş, hərbi bilet iddiaçıya təqdim edilmiş, həmçinin əmrlə tanış edilmişdir.
23. İddiaçı ehtiyata buraxılması barədə cavabdehin əmrinin ləğvi tələbi ilə məhkəməyə 25 avqust 2020-ci ildə müraciət etmiş, bununla da mübahisələndirilən əmrin ləğv edilməsi ilə bağlı məhkəməyə iddia verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan prosessual müddəti ötürmüşdür. İddiaçı ərizəsində olduğu kimi, kassasiya şikayətində də iddia verilməsi müddətinin ötürülməsinin səbəbi olaraq mübahisələndirilən əmrin surətinin ona təqdim edilmədiyini göstərmişdir.
24. Kassasiya şikayətinin bu dəlili ilə əlaqədar olaraq məhkəmə kollegiyası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinə istinad edərək bildirir ki, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Göründüyü kimi, qanunvericilikdə hərbi qulluqçuya ehtiyata buraxılma barədə əmrin surətinin təqdim edilməsi nəzərdə tutulmamışdır.
25. Birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmr 23 yanvar 2020-ci il tarixdə iddiaçıya qanunvericiliklə müəyyən edilmiş qaydada elan olunmuşdur (həmin sənədlər dövlət sirri olduğu üçün surəti iş materiallarına əlavə edilməmişdir. Birinci instansiya məhkəməsində hakim tərəfindən h əmin sənədlərə baxış keçirilmiş və sənədlərin həqiqiliyi öz təsdiqini tapmışdır).
26. Kassasiya şikayətində müddətin üzürlü səbəbdən ötürülməsi barədə qeyd edilən digər dəlil Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlıdır.
27. Bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, koronavirus epidemiyasının Azərbaycan Respublikası ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsini təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycan Respublikası Prezidentinin 1861 nömrəli Sərəncamı əsasında 2020-ci il 27 fevral tarixində yaradılmışdır. Ölkəmizdə “COVİD-19” infeksiyası ilə əlaqədar xüsusi karantin rejimi isə 2020-ci ilin mart ayının ikinci yarısında elan edilmiş və müəyyən məhdudiyyətlər tətbiq olunmağa başlanmışdır. Halbuki, iddiaçı tərəfindən müvafiq əmrin mübahisələndirilməsinə dair məhkəmədə iddia qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş müddət 2020-ci il fevral ayının 23-də (2020-ci il 23 yanvar tarixindən 30 gün hesablamaqla) başa çatmışdır. Başqa sözlə, iddiaçı 2020-ci ilin yanvar ayının 23-dən fevral ayının 23-dək olan müddət ərzində məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etmək üçün real imkana malik olmuşdur.
28. Digər tərəfdən, “COVİD-19” virusunun yayılması ilə əlaqədar məhkəmələrin fəaliyyətində məhdudiyyətlər ilk dəfə “Azərbaycan Respublikasında koronavirus (COVİD19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilm əsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 19 mart tarixli 05 nömrəli Qərarı əsasında tətbiq olunmuşdur. Həmin qərara müvafiq olaraq, məhkəmələrə müəyyən kateqoriya işlər istisna olmaqla, icraatlarında olan digər işlərə baxılmasının müvəqqəti olaraq təxirə salınması tövsiyə olunsa da, iddia ərizələrinin icraata qəbul edilməsinə heç bir məhdudiyyət tətbiq olunmamışdır. Əksinə, fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrini, o cümlədən apellyasiya və kassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərmələri tövsiyə edilmişdir (məcburi tələb olaraq müəyyən olunmamışdır). Beləliklə də, iddiaçı bu müddət ərzində müvafiq iddia ərizəsini məhkəməyə şəxsən təqdim etmək, yaxud poçt vasitəsilə və ya elektron şəkildə göndərmək imkanına malik olmuşdur.
29. Göründüyü kimi, iddiaçı qanunda nəzərdə tutulmuş prosessual müddəti təqsiri olmadan ötürməsi, yəni müddətin üzürlü səbəblərdən buraxılması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Odur ki, iddia verilməsi müddətinin üzürsüz səbəblərdən buraxılması və bu əsasla da iddianın mümkün sayılmaması barədə aşağı instansiya məhkəmələri düzgün nəticəyə gəlmişlər.
30. Qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəm ə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
31. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qan un qüvvəli aktlardan irəli gəlməsidir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28.12.2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yana şı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır.
33. İstinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür.
34. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən iddianın mümkün sayılmaması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə prosessual hüquq normalarının tələblərinə uyğundur.
35. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar olma dığından şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1486/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.