Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1943/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "Azstone” MMC-nin cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Mineral X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı "Azstone” MMC-nin (VÖEN **********) cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Mineral X1rşı “yoxlama aktının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının 2-1(103)-1817/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2020-ci il tarixdə cavabdeh “Şahqaya” əhəngdaşı yatağında monitorinq aparmışdır. Baxış keçirilən zaman "xxxx" MMC tərəfindən qeyd olunan faydalı qazıntı yataqlarında istifadə hüququ olmadan sahibkarlıq fəaliyyətinin keçirilməsi müəyyən edilmiş və bununla bağlı cavabdeh tərəfindən həmin tarixli ******* nömrəli baxış aktı tərtib edilmişdir.
2. İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Mineral X1rşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X5 X3 əməkdaşı Y.Yusifov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il ta rixli, 000068 nömrəli yoxlama aktının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı iyirmi ildən artıqdır ki, peşəkar şirkət olaraq Qaradağ rayonu Qızıldaş qəsəbəsində dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması fəaliyyəti ilə məşğuldur. İddiaçının sahibkarlıq fəaliyyətinə maneçilik törədilməsi məqsədilə X5 X3 əməkdaşı Y.Yusifov və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin – Operativ Nəzarət İdarəsinin üç əməkdaşı (A.Mirzəyev, A.Həsənov və Q.Hacıəliyev) xx.xx.2020-ci il tarixdə iddiaçının və ya yaxud hal şahidlərinin iştirakı olmadan yoxlamanın keçirilməsi ilə bağlı 000068 nömrəli akt tərtib etmişlər. Lakin 08 iyul 202 1-ci il tarixdə müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə İddiaçı MMC-də yoxlama aparılması üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə yoxlama qeydiyyatı aparılmayıb. İddiaçı bu barədə xx.xx.2021-ci il tarixdə Ədliyyə Nazirliyinə müraciət etmiş, xx.xx.2021-ci il tarixdə rəsmi cavab almışdır. Bununla da yuxarıda adları çəkilən vəzifəli şəxslər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamalarının vahid məlumat reyestrinin forması və aparılması haqqında” Əsasnamənin tələblərini pozaraq, xx.xx.2020-ci il tarixdə rəhbəri olduğu MMC-nin və hal şahidlərinin iştirakı olmadan yoxlamanın keçirilməsi ilə bağlı akt tərtib etmişdir. Qeyd etmişdir ki, həmin tarixdə adlarını qeyd etdiyi qurumun əməkdaşları İddiaçı MMC-nin fəaliyyət göstərdiyi ərazidə olmamışdır. Həmin vəzifəli şəxslərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının hüquqları pozulmuş və işgüzar nüfuzuna xələl gəlmişdir. Bu pozuntudan əlavə olaraq, İddiaçı MMC-nin balansında 2 ədəd daş kəsən kombayn (SM-89) və 1 ədəd PDM – 2U olmasına baxmayaraq, 10 dekabr 2020-ci il tarixdə cavabdehin əməkdaşı Y.Yusifov və vergi xidmətinin digər 3 əməkdaşı hal şahidlərinin və İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan tərtib etdikləri 000068 nömrəli aktda balansda və istifadədə olmayan avadanlıqlar qeyd etmişlər. Bu aktın tərtib edilməsindən sonra, sözügedən Agentlik Bakı Kommersiya Məhkəməsində əsassız iddia qaldıraraq, İddiaçı MMC-dən 151.200 manat pulun tutulmasını tələb etmişdir. Həmin tələbə dair Agentlik tərəfindən verilmiş ərizə Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır. Bu tələblə bağlı iddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinə xx.xx.2021ci il tarixli qarşılıqlı iddia təqdim edilmiş, xx.xx.2020-ci il tarixli, 000068 nömrəli yoxlama aktının ləğv edilməsini xahiş etmişdir. Lakin qarşılıqlı iddia ilə bağlı Bakı Kommersiya Məhkəməsində xx.xx.2021-ci il tarixdə, 2-2-(113)-3242/2021 nömrəli qərardad qəbul edilmiş, qarşılıqlı iddia tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edilməsi izah olunmuşdur.
4. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, mübahisələndirilən xx.xx.2020-ci il tarixli 00068 nömrəli baxış aktı “Şahqaya” əhəngdaşı yatağında Agentlik tərəfindən öz səlahiyyətləri çərçivəsində monitorinq apararkən tərtib edilmiş aktdır. Həmin akt inzibati akt deyil. Agentliyin əməkdaşı tərəfindən tərtib edilən akt dövlətə məxsus (faydalı qazıntı ehtiyatı dövlət və ya sahə balansında qeydə alınmış) yatağa baxış zamanı ərazinin (yer təki sahəsinin) vəziyyətinin təsvir edilməsi məqsədi ilə tərtib edilmiş sənəddir. Həmin aktda hər hansı hakimiyyət tədbiri əks edilməyib. X6 Məcəlləsinin 228-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın aşkar edilməsini təsbit edib. Agentliyin əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati tənbeh verilməsi haqqında qərar qəbul edilməsi üçün məhkəməyə göndərilmişdir. Qaradağ rayon Məhkəməsinin qərarı ilə iddiaçı İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir.
5. Eyni zamanda, iddiaçı təkrar apellyasiya şikayəti vermiş, lakin şikayət rədd edilmişdir (12 avqust 2021-ci il Bakı Apellyasiya Məhkəməsi şikayəti icraata qəbul etməkdən imtina etmişdir). Nəticə etibari ilə, baxış keçirilən zaman şirkətin qeyd olunan faydalı qazıntı yataqlarına münasibətdə istifadə hüququ olmadığına görə, iddiaçı həmin ərazidə yer təki sahəsi ilə bağlı sahibkarlıq fəaliyyətini həyata keçirə bilməzdir. Bu səbəbdən hesab edilir ki, Agentlik tərəfindən həyata keçirilən monitorinq, qanunvericiliklə nəzərdə tutulmuş qaydada yer təki sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirmək hüququ olmayan şəxsin fəaliyyətinin yoxlanılması kimi qəbul edilə bilməz. Şəxs inzibati xəta törətmiş, inzibati qaydada cərimələnmişdir və yenə də yoxlamanın nə ticəsindən şikayət etməkdə davam edir. Yer təkinin istifadəsinə və yerin təkindən özbaşına istifadəyə yol verilməməsinə nəzarət etmək, eyni zamanda fəaliyyət istiqamələrinə uyğun olaraq, faydalı qazıntıların çıxarılması üçün istifadə edilən yer təki sahələrinin dəqiq uçotunu, görülən işlərin qanunvericiliyin tələblərinə uyğunluğunu müəyyən etmək Agentliyin Nizamnaməsinə əsasən (3.1.11-ci və 3.1.13-cü bəndlər) onun əsas vəzifəsidir. Qeyd olunan yataqlarda keçirilən monitorinqin məqsədi məhz yerin təkindən özbaşına istifadəyə yol verilməməsinə nəzarət etmək, faydalı qazıntıların çıxarılması üçün istifadə edilən yer təki sahələrinin dəqiq uçotunu aparmaq və görülən işlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamaqdan ibarət olmuşdur. Həmin tədbirin keçirildiyi dövrdə iddiaçıya məlumat verilmiş, şirkətin nümayəndəsi monitorinqi müşahidə etmiş, lakin baxışda iştirak etməkdən, aktı qəbul etməkdən imtina etmişdir. X7 xidmətinin əməkdaşlarının iştirakı ilə keçirilmişdir. Sonradan həmin aktla bağlı şirkətin direktoru Emin Əliyev izahat verilməsi və protokol tərtib edilməsi məqsədi ilə Agentliyə dəvət edilmişdir. E.Əliyevin öz xətti ilə yazdığı izahatında “Dağ-mədən ayırması” aktının müddətinin bitdikdən sonra da fəaliyyət göstərdiyini bildirmişdir. İddiaçının həmin aktı inzibati qaydada mübahisələndirməsində məqsədi “Şahqaya” yatağında qanunsuz olaraq apardığı hasilata görə Agentlik tərəfindən həmin şirkətə qarşı qaldırılmış mülki iddia ilə bağlı məsuliyyətdən yayınmaqdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
6. Bakı İnzib ati Məhkəməsinin 2-1(112)-2201/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qərardadı ilə (hakim M.T.Hacıbəyova) iddia mümkün sayılmamışdır.
7. Məhkəmə qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli 000068 nömrəli akt iddiaçı tərəfindən Qaradağ rayonu, Qızıldaş qəsəbəsində (Şahqaya yatağında) dağ-mədən işlərinin aparıldığı obyektdə keçirilən monitorinq nəticələrinin rəsmiləşdirilməsi zamanı tərtib olunmuşdur. Hazırda mübahisələndirilən akt cavabdeh tərəfindən monitorinq zamanı aşkar edilmiş halları özündə əks etdirən sənəddir. Bu akt konkret məsələni nizama salmaq və ya həll etmək xüsusiyyətinə malik deyil, iddiaçı üçün hüquqi nəticələr yaratmır.
8. İddiaçının ləğv edilməsini tələb etdiyi xx.xx.2020-ci il tarixli 000068 nömrəli akt subyektiv baxımdan, qan unvericiliyin tələbləri qaydasında cavabdeh orqanın hər hansısa məsələnin nizama salınmasında öz səlahiyyətlərini aşmadan tərtib olunmuşdur və iddiaçının hüquqlarını məhdudlaşdıran inzibati akt deyildir.
9. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1817/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərardadı ilə (hakimlər C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və V.Ə.Baxışova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2201/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya in stansiyası məhkəməsi Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işə yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
13. Kassasiyaçı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanununun 3.2, 31,6, 31.7-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş Yer təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədilə "Dağ-mədən ayırması statusunun verilməsi" Qa ydalarının 3.1 və 4.1-ci bəndlərinə istinad edərək qeyd etmişdir ki, məhkəmənin qiymət verməli olduğu məsələlərdən biri odur ki, nəzərdə tutulan maddələrə əsasən aparılan yoxlama “yoxlamaların vahid məlumat reyestrində” qeydə alınmalı idi. Hazırki mübahisəli isdə aparılmış yoxlamalar vahid məlumat reyestrində qeydə alınmamışdır. Məhz bu halı müəyyən etmək üçün tərəfindən 08 iyul 2021-ci il tarixdə Ədliyyə Nazirliyinə müraciət edilmiş, 12 iyul 2021-ci il tarixdə rəsmi cavab alınmışdır. Həmin cavaba görə müəyyənləşdirmişdir ki, xx.xx.2020-ci il tarixdə İddiaçı MMC-də yoxlamanın aparılması üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydə alınmadığına görə aparılmış yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu hala əsasən hüquqi şəxs barəsində məsuliyyət tədbiri tə dbiq edilə bilməz. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar araşdırılmamış, məsələyə düzgün hüquqi qiymət verilməmişdir. Qeyd olunanlara əsasən kassasiyaçı İPM-nin 90, 91 və 92-ci maddələrinə istinad edərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və inzibati icraat üzrə işə yenidən baxılmasını xahiş etmişdir. b) kassasiya şikayətinə dair etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqları nın pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əs aslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
16. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı Bənd 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan di gər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edi lmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın.
17. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyas ı məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddia nın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
23. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
24. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslıl ığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olma yaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yaxud həmin aktların etibarsızlığının tan ınması barədə iddialara qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmuşdur.
27. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
28. Bəhs olunanlara ə sasən cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından, iddia predmeti olan xx.xx.2020-ci il tarixli 00068 nömrəli baxış aktı “Şahqaya” əhəngdaşı yatağında Agentlik tərəfindən öz səlahiyyətləri çərçivəsində yatağa baxış zamanı ərazinin (yer təki sahəsinin) vəziyyətinin təsvir edilməsi məqsədi ilə tərtib edildiyindən və həmin aktın tərtib edilməsi nəticəsində iddiaçı barəsində hər hansı vəzifə yaranmadığından iddia haqlı olaraq mümkün sayılmamalıdır.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında əks olunmuş hüquqi mövqeyinə əsasən inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın.
30. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə hazırkı mübahisə predmeti olan yoxlama aktının ləğv edilməsi ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələlər i təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "Azstone” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1817/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.