Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1944/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə əmək pensiyası, peşə və vəzifələrin uyğunluğu) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 01.08.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.07.2021-ci il tarixli, 21(103)-1810/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1960-cı ildə Zaqatala rayonunda anadan olmuşdur.
2. Əmək fəaliyyətinə 1980-ci ildə başlamış, 2016-cı ilədək müxtəlif sahələrdə işləmişdir.
3. İddiaçıya 29.06.2017-ci il tarixdən xüsusi şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilmişdir. 01.08.2019-cu il tarixdən ona pensiyanın ödənişi dayandırılmışdır.
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, güzəştli şərtlə rlə yaşa görə əmək pensiyasının yenidən ödənilməsini xahiş etmişdir.
5. Cavabdeh 30 may 2020-ci il tarixli, **********7 saylı məktubla müraciətin təmin edilməsindən imtina olunduğunu bildirmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş 31 dekabr 1980-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasında onun “Azərnəqliyyattikinti” Trestinin 445 saylı Tikinti İdarəsində 26.03.198301.07.1990-cı illərdə bənna və usta, 15.09.1991-08.04.1993-cü illərdə isə baş iş icraçısı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Onun işlədiyi həmin vəzifələr Siyahıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı tələb olunan 12 il 6 aydan az təşkil edir. Qeyd olunanlara əsasən ona güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Bakı İnzibati Məhkəməsinə (bundan sonra-mətndə birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ona 01.08.2019-cu il tarixdən yenidən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək fəaliyyətinə 1980-ci ildən başlamış və 2016-cı ilədək müxtəlif sahələrdə çalışmışdır. 25 ildən çox sığorta stajına malikdir. Həmçinin işlədiyi müddətin 12 il 6 ayından çox hissəsini xüsusilə zərərli və ağır işlərdə çalışmışdır. Belə ki, onun əmək kitabçasındakı qeydlərdən də göründüyü kimi, 22 dekabr 1980-ci il tarixindən 04 yanvar 1998-ci il tarixinə qədər “Azərnəqliyyattik inti” trestinin 445 saylı tikinti idarəsində aşağıda qeyd olunan müxtəlif peşə və vəzifələrdə işləmişdir: 22.12.1980-ci ildən 1-ci dərəcəli yardımçı fəhlə peşəsində, 26.03.1983-cü ildən 2-ci dərəcəli bənna, 01.07.1988-ci ildən usta vəzifələrində, 01.06.1990-cı ildən iş icraçısı vəzifəsində, 15.09.1991-ci ildən böyük iş icraçısı vəzifəsində, 08.04.1993-cü ildən 04.01.1998-ci ilədək yenidən iş icraçısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Elə buna görə də, ona 29.06.2017-ci ildən güzəştli şərtlərlə pensiya təyin edilərək ödənilmiş, lakin 01.08.2019-cu il tarixdən pensiya ödənişi dayandırılmışdır. Bundan sonra, pensiyanın əsassız yerə dayandırılması və yenidən pensiya təyin edilməsi üçün cavabdehə müraciətlər etmişdir. Müraciətlərinə cavab olaraq bildirilmişdir ki, onun tələb olunan iş stajı olmadığından pensiya ödənişi dayandırılmışdır. Daha sonra xüsusi şərtlərlə pensiyanın yenidən təyin edilərək ödənilməsi üçün yenidən cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən 01.04.2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası ƏƏSMN Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı il təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Qeyd olunanlar nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. Cavabdeh həmin cavabından sonra tələb olunan sənədləri iş yerinin arayışı ilə birgə cavabdehə təqdim etmişdir. Bundan sonra, ca vabdeh tərəfindən 30 may 2020-ci il tarixli, **********7 saylı məktubla bildirilmişdir ki, idarəyə təqdim edilmiş 31 dekabr 1980-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasına əsasən “Azərnəqliyyattikinti” Trestinin 445 saylı Tikinti İdarəsində 26.03.1983-01.07.1990-cı il tarixləri arasındakı dövr ərzində bənna və usta, 15.09.1991-08.04.1993-cü il tarixləri arasındakı dövr ərzində isə baş iş icraçısı vəzifələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifələr Siyahıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanlara əsasən güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. Hesab edir ki, onun əmək kitabçasında olan qeydlərə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ olduğu üçün cavabdehin imtinası qan unsuz və əsassızdır.
8. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri yuxarıda qeyd olunan imtina məktubunun əsaslarına uyğundur.
9. Birinci instansiya məhkəməsinin 12.03.2021-ci il tarixli, 2-1(112)-1210/2021 nömrəli (hakim Aygün Abdullayeva) qərarı ilə iddia tələbi təmin edilmiş, 01.08.2019-cu il tarixdən etibarən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və iddiaçıya 01.08.2019-cu il tarixdən yenidən ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçının 22.12.1980-ci ildən 04 yanvar 1998-ci il tarixə qədər “Azərnəqliyyattikinti” trestinin 445 saylı tikinti idarəsində işlədiyi peşə və vəzifələr (bənna, usta, iş icraçısı, böyük iş icraçısı) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007- ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxildir. Bundan əlavə onun güzəştli şərtlərlə pensiya hüququ yarandığı dövrə qədər, yəni 29.06.2017-ci il tarixədək xüsusi iş stajı ilə yanaşı, 25 ildən çox sığorta stajı da mövcud olmuşdur.
11. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.07.2021-ci il tarixli, 21(103)-1810/2021 nömrəli (hakimlər Azər Hüseynov - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Xəyalə Cəmilova) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci insta nsiya məhkəməsinin 12.03.2021-ci il tarixli, 2-1(112)-1210/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi 31.12.1980-ci il tarixli, HT-İ ******* nömrəli əmək kitabçasına əsasən onun “Azərnəqliyyattikinti” Trestinin 445 saylı tikinti idarəsində 26.03.1983-01.07.1990-cı il tarixləri arasındakı dövr ərzində bənna və usta, 15.09.1991-08.04.1993-cü il tarixləri arasındakı dövr ərzində isə baş iş icraçısı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr Siyahıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz təqdim olunmuşdur. Etirazda şikayətin təmin olunmaması və apelyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.07.2017ci il tarixədə k qüvvədə olmuş redaksiyası: M a d d ə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
18. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
159. Xüsusi şəraitdə tətbiq edilən əmək haqqı
1. Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişl i olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 19. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanı
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində: 1.3. həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.6. sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər.
20. Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli Qərarı
1. Azərbaycan Respublikasının müəssisə, idarə və təşkilatlarında iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çal ışan işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağır və zərərlik səviyyəsindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı müəyyən edilsin:
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahı: 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri: bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar; tikinti və quraşdırma işləri üzrə ustalar, iş icraçılar, ustalar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının “Bin a, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölməsi: a) bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar; b) tikinti və quraşdırma işləri üzrə ustalar, iş icraçıları.
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 1.1. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla k ifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
24. Apelyasiya instansiyas ı məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Bu səbəbdən şikayət təmin edilm əməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir
26. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məh kəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Hazırkı mübahisə mahiyyət baxımından iddiaçının “Azərnəqliyyattikinti” Trestinin 445 saylı Tikinti İdarəsində 26.03.1983-01.07.1990-cı il tarixlərdə işlədiyi bənna və usta peşələrinin, eləcə də 15.09.1991-08.04.1993-cü il tarixlərdə işlədiyi baş iş icraçısı vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahı sında nəzərdə tutulan peşə və vəzifələrə uyğunluğu ilə bağlıdır.
29. Belə ki, cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının “Azərnəqliyyattikinti” Trestinin 445 saylı Tikinti İdarəsində 26.03.198301.07.1990-cı il tarixlərdə işlədiyi bənna və usta, 15.09.1991-08.04.1993-cü il tarixlərdə işlədiyi baş iş icraçısı peşə və vəzifələri Siyahıda nəzərdə tutulan vəzifələrə uyğun deyildir. Həmin Siyahının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlı 29-cu bölmə”sində bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar, tikinti və quraşdırma işləri üzrə ustalar və iş icraçıları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi əmək kitabçasında isə “Azərnəqliyyatti kinti” Trestinin 445 saylı tikinti idarəsində 26.03.198301.07.1990-cı illərdə bənna və usta, 15.09.1991-08.04.1993-cü illərdə isə baş iş icraçısı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Yəni iddiaçı bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənna və usta qismində deyil, adi bənna və usta qismində, eləcə də tikinti və quraşdırma işləri üzrə iş icraçısı deyil, baş iş icraçısı qismində işləmişdir. Odur ki, iddiaçının malik olduğu güzəştli iş stajı tələb olunan 12 il 6 aydan az olduğundan ona əmək pensiyasının ödənişi dayandırılmışdır.
30. Bununla bağlı nəzərə almaq lazımdır ki, hazırkı qərarın 17-ci bəndində istinad olunan normaya görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsus ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
31. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 445 saylı Tikinti İdarəsinin 02.11.2020-ci il tarixli, 11-A nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı 22.12.1980-ci il tarixdən 04 yanvar 1998-ci il tarixinə qədər “Azərnəqliyyattikinti” trestinin 445 saylı Tikinti İdarəsində i şləmiş və 22.12.1980-ci ildə bənna briqadasına 1-ci dərəcəli yardımçı fəhlə peşəsinə qəbul edilmiş, 26.03.1983-cü ildə bənna briqadasına 2-ci dərəcəli bənna keçirilmiş, 01.07.1988-ci ildə tikinti işləri üzrə usta vəzifəsinə keçirilmiş, 01.07.1990-cı ildə tikinti işləri üzrə sahəyə iş icraçısı vəzifəsinə keçirilmiş, 15.09.1991-ci ildə tikinti işləri üzrə sahələrə böyük iş icraçısı vəzifəsinə keçirilmiş, 08.04.1993-cü ildə tikinti işləri üzrə sahəyə iş icraçısı vəzifəsinə keçirilmiş, 04.01.1998-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. Qeyd olunan peşə və vəzifələr (bənna, usta, iş icraçısı, böyük iş icraçısı) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatl arın, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxildir.
32. İşdə olan “Azərnəqliyyattikinti” ATSC-nin 14.07.2021-ci il tarixli, 05 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı həqiqətən “Azərnəqliyyattikinti” trestinin 445 saylı Tikinti İdarəsində 26.03.1983-cü ildə bənna briqadasının tərkibində 2-ci dərəcəli bənna vəzifəsinə keçirilmiş, 01.07.1988-ci ildə tikinti işləri üzrə usta vəzifəsinə keçirilmiş, 01.07.1990-cı ildə tikinti işləri üzrə sahəyə iş icraçısı vəzifəsinə keçirilmiş, 15.09.1991-ci ildə tikinti işləri üzrə sahələrə böyük iş icraçısı vəzifəsinə keçirilmiş, 08.04.1993-cü ildə tikinti işləri üzrə sahəyə iş icraçısı vəzifəsinə keçirilmişdir. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Gü zəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərinin siyahısı”nda “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölməsinin “a” və “b" bəndlərində nəzərdə tutulan bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar, tikinti və quraşdırma işləri üzrə ustalar və iş icraçıları vəzifələri ilə eynilik təşkil edir.
33. Nəzərə almaq lazımdır ki, iş icraçısı anlayışı ümumi anlayışdır, peşənin və ya vəzifənin növünü və onun peşə məzmunu ifadə edir. Baş və ya böyük iş icraçısı anlayışı isə funksional anlamda vəzifəni və onun statusunu ifadə edir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, adıçəkilən siyahıda nəzərdə tutulmuş iş icraç ısı anlayışı məzmun baxımından həm də baş və ya böyük iş icraçısını vəzifəsini də ehtiva edir.
34. Beləliklə, mübahisəyə dair işin müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçının işlədiyi peşə və vəzifələr bu qərarın 21-ci bəndində istinad olunan siyahıda nəzərdə tutulmuş peşə və vəzifələrə uyğundur. Bu baxımdan, iddiaçı ona təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi tələbində haqlı sayılmalıdır.
35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından əmək pensiyası ilə bağlı məsələnin həlli ilə əlaqədar hər bir halda, o cümlədən pensiyanın ləğv olunması ilə bağlı hallarda, inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə, həmin icraatın yekununda qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırılmış qərar qəbul etməyə borcludur. Şəxs inzibati orqanın hansı hallara və qanunvericilik normalarına söykənərək müvafiq qərarı qəbul etdiyini həmin qərardan aydın görmək imkanına malik olmalıdır. Cavabdehin pensiyanın dayandırılması yaxud ləğv edilməsi barədə iddiaçıya sadəcə olaraq məktubla cavab verməsi yetərli sayıla bilməz və şəxsin qanunauyğun qərarın qəbuluna, eləcə də obyektiv inzibati icraatın aparılmasına olan tələb hüququnun pozulması kimi qiymətləndirilməlidir. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
36. Bundan əlavə, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla (bir qayda olaraq əlverişsiz inzibati aktla) bağlı onun mülahizələrini və arqumentlərini dinləmək, habelə onun ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qa nunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
37. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, inzibati orqan, o cümlədən cavabdeh şəxsin tələbi ilə bağlı qəbul etdiyi qərarda göstərdiyi əsaslara bağlıdır və həmin əsasları məhkəmə icraatının gedişində hər dəfə dəyişərək yeni əsaslar irəli sürməkdə, o cümlədən də apelyasiya və kassasiya şikayətlərində tamamilə yeni və fərqli əsaslara istinad etməkdə haqlı sayıla bilməz. Belə yanaşma şəxsin müdafiə hüququnun səmərəli təşkili və həyata keçirilməsi ilə bağlı tələblər, habelə məhkəmə icraatının effektivliyi və prosessual qənaət prinsipləri baxımından yolverilməzdir.
38. Beləliklə, iddiaçıya təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddi açının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçının əmək pensiyasının bərpa olunması ilə bağlı məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır.
39. Nəticə etibarı ilə, cavabdehin kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Bu baxımdan şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.07.2021-ci il tarixli, 21(103)-1810/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.