Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1944/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; malların istifadə təyinatının müəyyən edilməsi; əsaslandırılmamış qərar; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisad iyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 may 2023-cü il tarixli, 2-1(103)-1439/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh iddiaçının xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan dövr ərzində 536 sayda elektron alış aktları üzrə ümumilikdə 119000,0 manat dəyərində malların təqdim olunduğu, lakin müvafiq dövr üzrə gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etmədiyini əsas gətirərək iddiaçıya 2020-ci ilin gəlir vergisi üzrə vergi məbləği hesablamış, bununla əlaqədar olaraq cavabdeh tərəf indən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********376800 nömrəli kameral qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixli, **********376800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya cavabdeh orqan tərəfindən fərdi sahibkar qismində kameral vergi yoxlanması zamanı 2020-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə əsassız olaraq 5.950 manat vergi məbləği hesablanmışdır. V ergi məbləği ilə bağlı iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinə şikayət göndərilmiş və əsassız hesablanmış cərimənin silinməsi xahiş edilmişdir. Dövlət Vergi Xidmətinin 20 noyabr 2021- ci il tarixli qərarı ilə iddiaçının şikayəti təmin edilməmiş, 5950 manat vergi məbləğinə cərimə və penya hesablanaraq əsassız və qeyri qanuni olaraq 7.181,65 manat məbləğində vergi məbləği təyin edilmişdir. İddiaçı xx.xx.2018-ci ildə fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə vergi orqanına müraciət etmiş və 5 il müddətinə fəaliyyətini dayandırmışdır. Həmin tarixdən bu günədək iddiaçı tərəfindən hər hansı bir əməliyyat aparılmamış, elektron qaimə göndərilməmiş, bank və ya kassa ilə hər hansı köçürülmə edilməmişdir. Eyni zamanda Vergi Məcəlləsi və Nazirlər Kabinetinin xx.xx.20 20-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydalarında” vergi ödəyicisi olmayan şəxslərdən, o cümlədən MMC-nin təsisçisindən malların alınması üçün hər hansı istisna və məhdudiyyətlər nəzərdə tutulmamışdır. xx.xx.2020-ci il ərzində EAA 163409, EAA 162780, EAA 163215, EAA 163385 saylı elektron mal alışı aktı əsasında iddiaçı tərəfindən şəxsi istifadəsində olan ümumi dəyəri 119.000 manat olmaqla müxtəlif mallar "xxxx" MMC-yə satılmışdır. İddiaçının vergi ödəyicisi kimi VÖEN-i olsa da qeyd edilən mallar sahibkarlıq fəaliyyəti məqsədilə deyil, şəxsi təsərrüfatında istifadə məqsədilə əvvəlki illərdə alınmış və istifadə edilmişdir. Qeyd edilən mallar sahibkarlıq fəaliyyəti üçün istifadə edilmədiyindən iddiaçı tərəfindən t əqdim edilən sadələşmiş vergi bəyannamələrində, o cümlədən xx.xx.2018-ci ildə təqdim edilən sonuncu sadələşmiş vergi bəyannaməsinin 1 saylı əlavəsinin aktivlər bölməsində ümumiyyətlə göstərilməmişdir. Həmin tarixdən sonra isə iddiaçı tərəfindən edilən müraciət əsasında fəaliyyəti müvəqqəti dayandırılmışdır. Eyni zamanda iddiaçı tərəfindən alqı-satqı əməliyyatı yalnız bir dəfə aparılmış, yəni belə əməliyyatlar təkrar olunmamış və mütəmadi xarakter daşımamışdır. İddiaçıya əsassız olaraq cərimə və penya ilə birlikdə 7.181,65 manat vergi məbləği təyin edilmişdir. Həmin cərimə məbləği xx.xx.2021-ci il tarixdə ödənilmiş, sonradan iddiaçı sözügedən qərarı əsassız hesab etdiyindən cərimənin geri ödənilməsinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Cavabdeh iddia tələbinə qarş ı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, aparılmış araşdırma nəticəsində uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi olan iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan dövr ərzində 536 sayda elektron alış aktları üzrə ümumilikdə 119000,0 manat dəyərində malların təqdim olunduğu müəyyən edilməsinə baxmayaraq, müvafiq dövr üzrə gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməməklə gəlir məbləğinin göstərilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” xx.xx.2021-ci il tarixli məktub göndərilərək vergi bəyannaməsini, müvafiq təsdiqedici sənədləri və ətraf lı izahat məktubunu vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün vergi ödəyicisinin mikro-sahibkar olduğu nəzərə alınaraq Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-cu il üçün gəlir vergisi üzrə 5950,0 manat (119.000,0 *5%) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********376800 nömrəli Qərar göndərilmişdir. Fərdi sahibkar olan iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində inzibati qaydada şikayət verilmiş və cavabdeh orqanın xx.xx.2021-ci il tarixli qərarı ilə inzibati şikayət təmin edilməm iş və cavabdehin xx.xx.2021- ci il tarixli **********376800 nömrəli qərarı qüvvədə saxlanılmışdır. Fərdi sahibkar inzibati şikayətində də, iddia ərizəsində də şəxsi istifadəsində olan, ümumi dəyəri 119000,0 manat olmaqla müxtəlif malların "xxxx" MMC-yə satıldığını, onun vergi ödəyicisi kimi qeydiyyatda olmasına baxmayaraq, qeyd edilən malların sahibkarlıq fəaliyyəti məqsədilə deyil, şəxsi təsərrüfatında istifadə məqsədilə əvvəlki illərdə alındığını və istifadə edildiyini bildirmişdir. İnzibati araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2020-ci il ərzində EAA seriyalı, 162780, 163409, 162509, 163215 və 163385 nömrəli elektron alış aktlarına əsasən 536 sayda, 119000,0 manat dəyərində müxtəlif ofis mebellərinin və avadanlıqların (kassa aparatı, kompüter, server, printer, yanacaq doldurma apa ratı, tornaçı qurğu, təkər montajı aparatı, diaqnostika avadanlığı, mühərrik yağı boşaldılması üçün nasos, şkaf, qaynaq aparatı və s.) "xxxx" MMC-yə təqdim edilməsi müəyyən edilmişdir. Araşdırma zamanı elektron alış aktı təqdim edilən "xxxx" MMCnin rəhbər və təsisçisinin İddiaçı olduğu və fərdi sahibkar ilə Cəmiyyətin qarşılıqlı surətdə asılı şəxslər olduğu, bundan əlavə iddiaçının fərdi sahibkar olaraq xx.xx.2012ci il tarixdən vergi ödəyicisi kimi vergi orqanından qeydiyyatdan keçməsi müəyyən edilmişdir. Əlavə olaraq inzibati araşdırma zamanı fərdi sahibkar tərəfindən 2020-ci il ərzində elektron alış aktı ilə "xxxx" MMC-yə təqdim edilən malların çeşidlənməsi zamanı həmin malların əsasən sahibkarlıq məqsədləri üçün istifadə edilən əsas vəsaitlərin, ofis mebel və istifadə təyinatı sahibkarl ıq məqsədləri üçün olan avadanlıqların olduğu və "xxxx" MMC tərəfindən 2020-ci il üçün təqdim edilən mənfəət vergisi bəyannaməsinə əsasən maşınlar və avadanlıqların, digər əsas vəsaitlərin mədaxil olunması müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının 536 sayda müxtəlif ofis mebellərinin və sahibkarlıq təyinatı olan avadanlıqların şəxsi istifadə malları olmasının iddia edilməsinə baxmayaraq, sonuncu qeyd olunanların mümkünlüyünü əsaslandıra bilməmiş və bu barədə araşdırmaya hər hansı bir sənəd təqdim etməmişdir. Beləliklə, iddiaçının 2012-ci ildən vergi orqanında qeydiyyatda olmasını, elektron alış aktı ilə təqdim edilən malların ofis mebel və sahibkarlıq təyinatlı avadanlıqların olmasını, təqdim edilmiş mallara görə elektron qaimə-faktura təqdim etməli olduğunu, fərdi sahibkarın mal təq dim edilmiş "xxxx" MMC rəhbər və təsisçisi olduğunu və Cəmiyyətin həmin dövrdə maşınlar, avadanlıqlar və əsas vəsaitlərin mədaxil edildiyini, təqdim edilmiş malların şəxsi istifadə mallarına uyğun olmadığını, əks halın vergi ödəyicisi tərəfindən sübuta yetirilmədiyini nəzərə alaraq cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********376800 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022 -ci il tarixli, 2-1(112)-5142/2022 nömrəli qərarı ilə (hakim: X1) iddia təmin edilmiş, iddiaçı barəsində tərtib edilmiş cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********376800 nömrəli qərarı ləğv edilmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən xx.xx.2020ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan dövr ərzində 536 sayda elektron alış aktları üzrə ümumilikdə 119000,0 manat dəyərində malların təqdim olunduğu, lakin müvafiq dövr üzrə gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etmədiyi cavabdeh tərəfindən vergidən yayınma halı kimi qiymətləndirilmiş və İddiaçı 2020-ci ilin gəlir vergisi üzrə vergi məbləği hesablanmış, bununla əlaqədar olaraq cavabdeh tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********376800 nömrəli qərar qəbul edilmişdir. Malların təqdim edildiyi "xxxx" MMC-nin rəhbər və təsisçisi İddiaçıdur, yəni iddiaçı qeyd olunan malları rəhbər və təsisçisi olduğu MMC-y ə təqdim etmişdir və həmin mallar sahibkarlıq fəaliyyəti məqsədilə deyil, şəxsi təsərrüfatında istifadə məqsədilə aldığı və istifadə etdiyi mallardır. Cavabdeh inzibati orqan təqdim edilmiş malların şəxsi istifadə mallarına uyğun olmadığını bildirməklə kifayətlənmiş, həmin malların sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlak olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 may 2023-cü il tarixli, 2-1(103)-1439/2023 nömrəli qərarı ilə (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X4 və X3) Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, vergi ödəyicisinin 536 sayda müxtəlif ofis mebellərinin və sahibkarlıq təyinatı olan avadanlıqların şəxsi istifadə malları olmasının iddia edilməsinə baxmayaraq qeyd olunanların mümkünlüyünü əsaslandıra bilməmiş və bu barədə araşdırmaya hər hansı bir sənəd təqdim etməmişdir. Malların İddia çı rəhbər və təsisçisi olduğu MMC-yə təqdim edilməsi göstərilməsi tamamilə qanunvericiliyə ziddir. Fiziki şəxs İddiaçı və hüquqi şəxs "xxxx" MMC mülki hüququn ayrı-ayrı subyektləridir. Yəni, İddiaçı malları təsisçisi olduğu müəssisəyə təqdim etməsi onu vergi ödəmə öhdəliyindən azad etmir. Məhkəmə isə bu halı əsas götürməklə tamamilə qanunvericiliyə zidd bir qərar qəbul etmişdir. Eyni zamanda malların sahibkarlıqda istifadə edilmiş mallar olmasını malların çeşidləri sübut edir və həmin malların təqdim edilməsi üzrə elektron alış aktları məhkəməyə sübut kimi təqdim edilsə də məhkəmə həmin sübutları nəzərə almamışdır.
12. Kassator hesab edir ki, apellyasiya məhkəməsinin qərarı Vergi Məcəlləsinin 13.2.12, 16.1.3, 16.1.6, 37.1, 37.3, 67.1, 94, 101.3-cü, Mülki Prosessual Məcəllənin 418.1, 418. 2-ci, maddələrinin tələblərini pozulması ilə qəbul edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
13. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Vergi Məcəlləsi: Maddə
3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə
23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə
24. Vergi orqanlarının vəzifəl əri 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə;... 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə;... Maddə
37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergi si bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bi ldiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannamə sində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə
67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) d axil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsm i məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə
83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Bu Məcəllənin 85.4-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla, vergi ödəyicisinin vergi orqanında uçota alındığı tarixədək əldə etdiyi gəlirləri, o cümlədən xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər həmin gəlirlərin aid olduğu hesabat dövrləri üzrə ayrılıqda hes ablanaraq vergi orqanı tərəfindən vergi orqanının uçot sənədlərində qeyd edilir. Vergi ödəyicisinin xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər hesablanarkən bu Məcəllənin 127-ci maddəsinin müddəaları nəzərə alınır. 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara.[506] 83.3. Vergi orqanının səyyar və kameral (bu Məcəllən in 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. 83.4. Bu Məcəlləyə müvafiq olaraq verginin vergi bəyannaməsini vermək şərti ilə ödənilməsində, yaxud əvvəllər verginin hesablanmasında səhv olunduğunu müəyyən edildiyi hallarda, vergi orqanı qanunvericiliyə uyğun vergiləri hesablayır və sonra bu Məcəllənin 84-cü maddəsinə uyğun olaraq verginin hesablanmasına dair bildirişi 5 iş günü müddətində vergi ödəyicisinə göndərir. Vergi orqanı bu Məcəllənin 85-ci maddəsində göstərilən müddət başa çatanadək vergi məbləğini qanunvericilik lə müəyyən edilmiş qaydada hesablaya və ya əvvəllər hesablanmış vergi məbləğinə düzəliş edə bilər. [508] 83.5. Bu Məcəlləyə müvafiq olaraq verginin vergi bəyannaməsini vermək şərti ilə ödənilməsi müəyyən edildiyi halda, verginin ödənilməsinə dair öhdəliyin əks etdirildiyi bəyannamənin tərtib edilməsi bu cür verginin hesablanması və onun ödənilməsinə dair bildirişdir. 83.6. Vergilər bu Məcəllənin 5.0.1-ci, 212.4-cü və ya 221.4.1-ci maddələrinə uyğun olaraq alındıqda və vergi ödəyicisi vergi bəyannaməsini vermədiyi, vergi orqanı isə vergi ödəyicisinin ödəməli olduğu verginin məbləğini bu Məcəllə ilə müəyyən edilmiş qaydada digər məlumata əsasən hesablamadığı halda, hesab olunur ki, vergi orqanı vergi ödəyicisinin illik vergi öhdəliyini vergi ödəyicisinin il ərzində vergitutma bazasından tut ulmuş və ya ödənilmiş vergi məbləğində hesablamış və verginin hesablanması barədə vergi ödəyicisinə bildiriş vermişdir. 83.7. Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. 83.8. Vergi ödəyicisinin bu Məcəllənin 83.7-ci maddəsinə uyğun olaraq verginin hesablanması barəsində vergi orqanının qərarından aşağıdakıları əsas tutaraq məhkəməyə müraciət etmək hüququ vardır: 83.8.1. vergi məbləğinin ödənilməli olan miqdarından çox olduğunu; 83.8.2. verginin vaxtından əvvəl hes ablanmasına əsas vermiş amilin və ya vəziyyətin olmadığını. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.
15. Avropa Məhkəməsinin Potocka və digərləri Polşaya qarşı iş üzrə qərarına əsasən qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır.
16. İnzibati Prosessual Məcəllə: a) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.... 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə t ərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə 87 Apellyasiya instansiyası məhkəməsində icraat... 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 92.0. Aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır:... 92.0.6. bu Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda. b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə b ağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin göstərilməlidir. əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı ol duğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və h ərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.
20. Qərarının 11-ci bəndində qeyd edilən kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab edir. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, cavabdeh iddiaçının xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan dövr ərzində 536 sayda elektron alış aktları üzrə ümumilikdə 119.000,0 manat dəyərində malların təqdim olunduğu, lakin müvafiq dövr üzrə gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etmədiyini əsas gətirərək iddiaçıya 2020-ci ilin gəlir vergisi üzrə vergi məbləği hesablamış, bununla əlaqədar olaraq cavabdeh tərəfindən “Vergi lərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********376800 nömrəli kameral qərar qəbul edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin olunması barədə birinci instansiya məhkəməsinin qərarını malların iddiaçının təsisçisi olduğu "xxxx" MMC-yə təqdim edilməsi və həmin mallar sahibkarlıq fəaliyyəti məqsədilə deyil, şəxsi təsərrüfatında istifadə məqsədilə aldığı və istifadə etdiyi mallar olması əsası ilə dəyişdirmədən qüvvədə saxlamışdır.
22. Lakin, apellyasiya instansiyası məhkəməsinin qərarından göründüyü kimi, həmin malların iddiaçının şəxsi təsərrüfatında istifadə etdiyi barədə mövqeyini əsaslandırmamış, habelə cavabdeh vergi orqanı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə qərarda münasibə t bildirməmişdir.
23. Hazırkı qərarın 16a bəndində qeyd olunan normalardan, həmçinin milli və beynəlxalq məhkəmələrin formalaşdırdığı hüquqi mövqelərdən aydın olur ki, apellyasiya instansiya məhkəməsi öz qərarını əsaslandırmağa və apellyasiya şikayətində göstərilən dəlillərə münasibət bildirməyə borcludur. Lakin qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi göstərilən tələbləri pozmuşdur.
24. İPM-in 92.0.6-cı bəndində göstərilən normanın tələblərindən də məlum olduğu kimi, əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda məhkəmə qərarı kassasiya qaydasında mütləq ləğv olunmalıdır.
25. Hazırkı qərarın 15-ci və 16-cı bəndlərində qeyd olunan prosessual hüquq normalarında və Avropa Məhkəməsinin qərarında təsbit olunmuş işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsi pinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
26. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid sənədlərin, faktlar ın və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərarın qəbuluna imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Bu prosessual məhkəmə qənaəti prinsipinin tələblərindən və məhkəmə mübahisəsinin uzanmasının qarşısının alınması məqsədlərindən də irəli gəlir. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.
27. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı tərəfindən 2020-ci il ərzində EAA seriyalı, 162780, 163409, 162509, 163215 və 163385 nömrəli elektron alış aktlarına əsasən 536 sayda, 119000,0 manat dəyərində müxtəlif ofis mebellərinin və avadanlıqların (kassa aparatı, kompüter, server, printer, yanacaq doldurma aparatı, tornaçı qu rğu, təkər montajı aparatı, diaqnostika avadanlığı, mühərrik yağı boşaldılması üçün nasos, şkaf, qaynaq aparatı və s.) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) təqdim edilmişdir.
28. Bununla yanaşı, işin halları ilə müəyyən olunur ki, elektron alış aktı təqdim edilən "xxxx" MMC-nin rəhbər və təsisçisinin İddiaçı olduğu və iddiaçı ilə Cəmiyyətin qarşılıqlı surətdə asılı şəxslər olduğu, bundan əlavə iddiaçı xx.xx.2012-ci il tarixdən vergi ödəyicisi kimi vergi orqanından qeydiyyatdan keçmişdir.
29. İddiaçı 536 sayda müxtəlif ofis mebellərinin və sahibkarlıq təyinatı olan avadanlıqların şəxsi istifadə olan malları olmasını və malların satışı sahibkarlıq fəaliyyətinə aidiyyəti olmadığını iddia edir.
30. Apellyasiya instansiyası məhkəməsi qərarında birinci instansiya məhkəməsinin mövqeyi təkrarlayaraq bildirmişdir ki, malların təqdim edildiyi "xxxx" MMC-nin təsisçisi İddiaçıdur. Yəni, iddiaçı qeyd olunan malları rəhbər və təsisçisi olduğu MMC-yə təqdim etmişdir və həmin mallar sahibkarlıq fəaliyyəti məqsədilə deyil şəxsi təsərrüfatında istifadə məqsədilə aldığı və istifadə etdiyi mallardır, cavabdeh inzibati orqan təqdim edilmiş malların şəxsi istifadə mallarına uyğun olmadığını bildirsə də, bu barədə sübut məhkəməyə təqdim edilməmişdir.
31. Məhkəmənin göstərilən dəlilənə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının dəlillərini həqiqətə uyğun olub-olmaması üzrə araşdırma aparmadan, iddiaçının onun dəlillərini təsdiq edən hər hansı bir sübutu tələb etmədən, malların iddiaçının təsərrüfatında istif adə edilməsi və həmin malların onun sahibkarlıq fəaliyyətinə aid olması kimi nəticəyə gələrək, göstərilənlərin əksini sübut etməyi cavabdehin üzərinə qoymuşdur.
32. Halbuki, işin araşdırılmış hallarından görünür ki, iddiaçı həm inzibati icraat zamanı həm də məhkəmə icraatı zamanı 119000,0 manat dəyərində müxtəlif ofis mebelləri və avadanlıqlar (kassa aparatı, kompüter, server, printer, yanacaq doldurma aparatı, tornaçı qurğu, təkər montajı aparatı, diaqnostika avadanlığı, mühərrik yağı boşaldılması üçün nasos, odadavamlı şkaflar, qaynaq aparatı, seyflər, qapılar, bank xəzinələrində qiymətli əşyaların təhlükəsiz saxlanılması üçün kilidlənən yeşiklər, diaqnostika aparatı, işçi stolları və s.) şəxsi təsərrüfatında istifadə məqsədilə əvvəlki illərdə alınmış və şəxsi təsərrüfatda istifadə etdiy ini bildirmiş, lakin qeyd olunanların mümkünlüyünü əsaslandıra bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin malların iddiaçının şəxsi istifadəsində olması barədə nəticəyə hansı əsasla gəlməsi qərarda əsaslandırmamış və sübutetməni cavabdehin üzərinə qoymuşdur.
33. Göstərilənlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin hallarına görə həddindən artıq ağır sübutetmə yükü cavabdehin üzərinə qoyula bilməz.
34. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən obyektiv araşdırma prinsipinin tələblərini pozmuş, gəldiyi nəticəni əsaslandırmamışdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı ləğv edilməlidir.
35. İşə təkrar baxan apelyasiya instansiyası məhkəməsi İPM-in 12-ci maddəsinin tələblərinə uyğun i şin hallarını ətraflı araşdırmalı, apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməli, malların təyinatına uyğun olaraq qiymətləndirilərək şəxsi təsərrüfatda istifadə məqsədinin müəyyən edilməsi ilə bağlı araşdırma aparmalı, aparılan araşdırma nəticəsində əsaslandırılmış qərar qəbul etməlidir.
36. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməməsi tələbinə dair hissədə təmin oluna bilməz.
37. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, kassasiya şikayəti qismən təmin edilm əli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 may 2023-cü il tarixli, 21(103)-1439/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.