Məhkəmə qərarları › İş №2-1(102)-1945/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1945/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1945/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əvvəlki illər üzrə əmək haqqının ödənilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə (bundan sonra cavabdeh) qarşı “pul təminatının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1868/2021 saylı, 8 iyul 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasə n işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xidmət vərəqəsinə əsasən 21.06.1994-cü il tarixdən Sərhəd Qoşunlarında xidmətə başlamış, 15.07.2015-ci il tarixdə öz arzusu ilə ehtiyata buraxılmışdır.

2. Xidmət vərəqəsinə əsasən, iddiaçı 05.07.1994-cü il tarixdən 24.11.1995-ci il tarixədək N nömrəli hərbi hissənin 10-cu sərhəd zastavasının rəisinin müavini, 24.11.1995ci il tarixdən 01.05.1996-cı il tarixədək isə 12-ci sərhəd zastavasının rəisinin müavini vəzifələrində, 01.05.1996-cı il tarixdən 09.02.1999-cu il tarixədək N nömrəli hərbi hissənin 16-cı sərhəd zastavasının rəisinin müavini vəzifəsində xidmət keçmişdir.

3. DSX “Naxçıvan” X3 07.07.2020-ci il tarixli məktubuna əsasən, iddiaçı 19 941998-ci illər ərzində N nömrəli hərbi hissənin 10-cu, 12-ci və 16-cı sərhəd zastavasının mənəvi-psixolojı hazırlıq üzrə müavini vəzifəsində xidmət etmiş, pul təminatı tam şəkildə hesablanmışdır. İddiaçının xidmət etdiyi müddət ərzində sərhəd zastavasının rəisi vəzifələrini icra etməsi barədə hər hansı əmr olmamışdır.

4. DSX Sərhəd Qoşunları N nömrəli hərbi hissənin (Horadiz şəhəri) 17.06.2020-ci il tarixli məktubuna əsasən, iddiaçının 21-ci sərhəd zastavasının rəisi vəzifələrini müvəqqəti icra etməsi, şəxsi heyətin siyahısından çıxarılması və şəxsi hesab kartoçkası mövcuddur. Lakin 2005-2007-ci il tarixlərdə N nömrəli hərbi hissədə xidmət etməsi barədə nizami hissə üzrə əmrlərdə və şəxsi hesab kartoçkalarında qeydiyyatlar mövcud deyil.

5. Xidmət vərəqəsinə əsasən, iddiaçı 19.04.2004-cü i l tarixdən 13.08.2004-cü il tarixədək N nömrəli hərbi hissənin komendant bölüyü komandiri vəzifəsində xidmət keçmişdir.

6. DSX N saylı hərbi hissə komandirinin 11.06.2004-cü il tarixli 141 nömrəli əmrindən çıxarışa əsasən, komendant bölüyü komandiri iddiaçıya 11.06.2004-cü il tarixdən 21-ci sərhəd zastavasının rəisi vəzifəsinin icrası müvəqqəti həvalə edilmişdir.

7. DSX N saylı hərbi hissə komandirinin 18.08.2004-cü il tarixli əmrlərindən çıxarışa əsasən, iddiaçı, DSX rəisinin 13.08.2004-cü il tarixli əmri ilə xidmət yeri dəyişdirildiyindən, 18.08.2004-cü il tarixdən həmin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır.

8. DSX rəisinin 13.08.2004-cü il tarixli əmrindən çıxarışa əsasən, həmin əmrlə iddiaçı 5-ci sərhəd dəstəsinə 16-cı sərhəd zastavasının rəisi müavini vəzifəsinə t əyin edilmiş. Həmçinin DSX rəisinin 23.01.2007-ci il tarixli 008 nömrəli əmri ilə təsdiq edilmiş təşkilat-ştat dəyişikliklərinə müvafiq olaraq eyni tarixli 120 ş/h nömrəli əmrlə iddiaçı yenidən 16-cı sərhəd zastavası rəisinin müavini vəzifəsinə təyin edilmişdir. DSX rəisinin 11.07.2007-ci il tarixli 912 ş/h nömrəli əmri ilə isə iddiaçı 16-cı sərhəd zastavasının rəisi vəzifəsinə təyin edilmişdir.

9. DSX Sərhəd Qoşunları N nömrəli hərbi hissənin (Xudat şəhəri) 24.07.2020-ci il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı 17.07.2007-ci il tarixədək 16-cı sərhəd zastavasının rəisinin müavini vəzifəsində işləmiş, 17.07.2007-ci il tarixli 170 nömrəli əmrlə həmin zastavanın rəisi vəzifəsinə təyin edilmişdir.

10. İddiaçının zastava rəisi vəzifəsini icra etdiyi müddət üçün həmi n vəzifəyə uyğun təminatın ödənilməsi barədə müraciətinə cavabdeh tərəfindən 24.01.2020-ci il və 24.03.2020-ci il tarixli məktublarda bildirilmişdir ki, zastava rəisinin vəzifələrinin icra edilməsi bağlı müvafiq əmr olmadığı üçün müraciətinin təmin edilməsi mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı 13 may 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, hərbi vəzifədə olduğu müddətdə yüksək maaşlı zastava rəisi vəzifəsini icra etdiyi ümumilikdə 1305 gün müddət (X6 10-cu (Böyükdüz) sərhəd zastavası – 13 ay olmaqla 395 gün, (X6 16-cı (Dərsəm) sərhəd zastavası – 4 ay olmaqla 120 gün, (X13 21-ci (2-ci Şahsevən) sərhəd zastavası – 3 ay olma qla 90 gün, Xudat sərhəd dəstəsi 16-cı (Zuxul) sərhəd zastavası – 23 ay olmaqla 700 gün) ərzində həmin vəzifə maaşına görə əlavə pul təminatının hazırkı dövr üçün ehtiyac meyarı nəzərə alınmaqla hesablanaraq birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1994-cü ildən 2015-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit olaraq 24 təqvim ili xidmət etmiş və 2015-ci ildə Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. 1994-cü ilin iyun ayından Azərbaycan Respublikasının Sərhəd Qoşunları sıralarında müxtəlif hərbi vəzifələrdə xidmət etmişdir. Hərbi xidmətinin bir hissəsi sərhəd zastavalarında keçmiş, xidmət dövrü ərzində Sərhəd Qoşunlarının ayrı-ayrı hərbi hissələrinin sərhəd z astavalarında ştat üzrə müəyyən olunmuş rəis müavini hərbi vəzifəsində xidmət etmiş, öz hərbi vəzifəsi ilə eyni vaxtda komandanlığın əmri ilə zastava rəisinin vəzifələrini icra etmişdir. Belə ki,1994-cü ilin noyabr ayından 1995-ci ilin dekabr ayınadək N nömrəli hərbi hissənin (X11) 10-cu (Böyükdüz) sərhəd zastavası – ümumilikdə 13 ay olmaqla 395 gün, 1998-ci ilin sentyabr ayından həmin ilin dekabr ayınadək N nömrəli hərbi hissənin (X11) 16-cı (Dərsəm) sərhəd zastavası ümumilikdə 4 ay olmaqla 120 gün, 2004-cü ilin iyun ayından həmin ilin avqust ayınadək N nömrəli hərbi hissənin (X13) 21-ci (2- ci Şahsevən) sərhəd zastavası ümumilikdə 3 ay olmaqla 90 gün, bundan başqa 2005-ci ilin avqust ayından 2007-ci ilin iyul ayınadək (Xudat sərhəd dəstəsi) 16-cı (Zuxul) sərhəd zastavası – ümumilikdə 23 ay olmaqla 700 gün müddətində rəis vəzifəsini icra etmişdir. Lakin göstərilən müddətdə əlavə məsuliyyət yaradan rəis vəzifəsini rəsmi icra etməyinə baxmayaraq həmin vəzifə maaşına görə pul təminatı ödənilməmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, zastava rəisi vəzifəsini icra etdiyi müddət ərzində həmin vəzifə maaşına görə əlavə pul təminatı ödənilməlidir. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə ərizə ilə müraciət etmiş, lakin inzibati orqanın 24.01.2020-ci il 10/13 və 24.03.2020-ci il tarixli 10/59 saylı qərarı ilə (ünvanına çatma 11.04.2020) tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh öz imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının zastava rəisinin vəzifələri icra etməsi ilə bağlı DSX rəisinin müvafiq əmri ilə təyin edilmiş səlahiyyətli şəxsin əmri olmadığı üçün zastava rəisinin vəzifə maaşının hesablanması mümkün deyildir. Eyni zamanda inzibati orqan qeyd edir ki, onun zastava rəisi vəzifəsini icra etməyinə dair hərbi hissə komandirinin əmri olmadığından müvəqqəti icra etdiyi vəzifə maaşına görə pul təminatının ödənilməsi mümkün olmamışdır.

13. Cаvаbdeh tərəfindən 02.10.2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş iddiaya etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 3-cü maddəsinə əsasən, Dövlət Sərhəd Xidməti rəisinin və silahlı birləşmələrdə əlavə səlahiyyət verilmiş səlahiyyətli şəxslərin əmri ilə həmin hərbi hissədə digər yüksək maaşlı vəzifələri müvəqqəti icra etmələrinə icazə verilmiş zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına müvəqqəti icra olunan vəzifələr üzrə vəzifə maaşları, əgər vəzifənin müvəqqəti icrası fasiləsiz olaraq vakant vəzifədə - 30 gündən, vakant olmayan vəzifədə 60 gündən çox davam etmişsə ödənilir. İddiaçının iddia ərizəsində qeyd etdiyi vəzifələrin icrasını DSX rəisinin və silahlı birləşmələrdə əlavə səlahiyyət verilmiş səlahiyyətli şəxslərin əmri ilə deyil, yalnız xidmət etdiyi hərbi hissə komandirinin əmri ilə icra etdiyi müəyyən edilmişdir. Bundan başqa “Azərbaycan Respublikasının Dövlət sərhədinin mühafizəsi üzrə sərhəd qoşunlarının nizamnaməsi”nin 88-ci maddəsinə əsasən zastava rəisinin müavini həmin nizamnamənin 86-cı maddəsinə (zastava rəisi və onun müavinlərinin vəzifəsi) nəzərdə tutulan vəzifələri yerinə yetirir. Bundan əlavə, tabeliyində olanların tapş ırıqlarını bilmək və daim zastavanın idarə edilməsini öz üzərinə götürməyə hazır olmaq onun vəzifəsidir. Göstərilənlərə əsasən, cavabdeh iddiaçının tələbini əsassız hesab edərək, iddianın rədd edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında İddiaçı 2005-ci ilin dekabrında rəhbərlik tərəfindən mükafatlandırılması barədə əmrdə onun vəzifəsinin “zastava rəisi” olaraq qeyd edildiyini iddia edərək, həmin əmrin təqdim edilməsinə dair sorğu verilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Onun vəsatəti təmin edilərək müvafiq sorğu verilmiş və cavabdeh tərəfindən iddiaçının 2005-ci il üzrə mükafatlandırılması barədə əmrlərdən və xidmət vərəqəsindən çıxarışlar təqdim edilmişdir. Həmin əmrlərdə və xidmət vərəqəsindən çıxarışlarda, o cümlədən DSX rəisinin 17.12.2005-ci il tarixli 0199 nömrəli “Həvəsləndirmə haqqında” əmrində İddiaçı vəzifəsi “16-cı sərhəd zastavası rəisinin müavini” kimi qeyd edilmişdir

15. Bakı İnzibati Məhkəməsinin (hakim X7, 2-1(112)-948/2021 saylı iş) 02.04.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək iddiaçının Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 21-ci sərhəd zastavasının rəisi vəzifəsini müvəqqəti icra etdiyi 11.06.2004-cü il tarixdən 18.08.2004-cü il tarixədək olan dövr üçün zastava rəisi vəzifəsi ilə komendant bölüyü komandiri vəzifəsinin maaşları arasındakı fərqin hazırkı vəzifə maaşları əsas götürülməklə hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia tələbində qeyd etdiyi dövrlərd ən 11.06.2004-cü il tarixdən 18.08.2004-cü il tarixədək N nömrəli hərbi hissənin 21-ci sərhəd zastavasının rəisi vəzifəsinin icrasının müvəqqəti həvalə edildiyinə dair əmrin olduğu müəyyən edilsə də, iddia tələbinin digər hissələri ilə bağlı müvafiq əmrlərin olmadığı müəyyən edilmişdir. İddiaçı həmin dövrlərdə zastavaya rəhbərliyin məhz onun tərəfindən həyata keçirildiyinə və faktiki olaraq rəis vəzifəsini icra etdiyinə istinad etsə də, bununla bağlı müvafiq əmrin olmaması, həmçinin iddiaçı rəis müavini olaraq zərurət yarandığı halda zastavanın idarə edilməsini öz üzərinə götürməli olduğuna görə, məhkəmə iddia tələbini həmin hissələrdə əsassız hesab edir.

17. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 02.04.2021-ci il tarixli qərarının ləğv edilm əsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X2-məruzəçi, X9 və X10, 2-1(103)-1868/2021 saylı iş) 8 iyul 2021-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 2 aprel 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

19. İddiaçı 27 iyul 2021-ci il tarixdə qərarın surətini almış, 27 avqust 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməyən hissədə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayəti nin dəlilləri

20. Məhkəmə yalnız cavabdeh inzibati orqanın üzdə olan sənədlərinə (cavabdeh sənədlərin bir qismini təqdim etmiş, digərlərinin olmadığını bildirmişdir.) istinad etmiş, mövcud mübahisəli məsələdə ‘‘Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə tövsif olunan hüquq normalarının inzibati orqan tərəfindən pozulub-pozulmama amilinin dərindən araşdırılma zərurəti ilə bağlı iddiaçının istəyini nəzərə almamış, nəticə etibarilə sərhəd zastavalarında rəis vəzifələrini faktiki icra etmiş məsul şəxs müəyyənləşdirilməmiş və bu faktlara hüquqi qiymət verilməmişdir.

21. Cavabdeh məhkəmənin göndərdiyi sorğulara cavab olaraq yalnız iddiaçının X4 əmri ilə ştat üzrə müavin (mənəvi-psixoloji hazırlıq üzrə müavin) olduğu vəzifələr və bu vəzifələrə görə aldığı məvaciblər haqqında məlumatları təqdim etmişd ir. İddiaçı onsuz da ştat üzrə tutduğu hərbi vəzifələr barədə məlumatları cavabdehə ünvanladığı müraciətində, həmçinin məhkəmələrə ünvanladığı iddia ərizəsində açıq şəkildə bildirmişdir. Yəni inzibati orqan məhkəməyə yeni fərqli məlumat təqdim etməmişdir.

22. İddiaçının tələbi isə həmin dövrlərdə sərhəd zastavalarında müavin (mənəvipsixoloji hazırlıq üzrə müavin) vəzifələri ilə eyni vaxtda rəis vəzifələrinin faktiki onun tərəfindən müvəqqəti icra edildiyini təsdiqləyən detalların araşdırılaraq reallığa söykənən həqiqətlərin üzə çıxarılmasına nail olmaqdan ibarət olmuşdur.

23. Cavabdeh Naxçıvan və Xudat sərhəd dəstələrinin sərhəd zastavalarında vakant zastava rəisi vəzifələrinin icrasının iddiaçı tərəfindən deyil, hər hansı digər şəxslər tərəfindən həyata keçirildiyinə dair təsdiqləyici məl umatları (vəsatətdə tələb olunur ki, sərhəd zastavasına faktiki kim rəhbərlik etmişdir - hərbi hissənin nizami hissə üzrə əmr kitabından çıxarış) məhkəmə iclaslarının heç birində təqdim etməmişdir.

24. Sərhəd zastavalarında iddia olunan rəis vəzifələrini həmin dövrlərdə faktiki əvəz etmiş şəxs barədə rəsmi məlumatların təqdim edilməsi üçün cavabdeh inzibati orqan qarşısında qəti tələb qoyulması barədə apellyasiya məhkəməsi malik olduğu hüquq və səlahiyyət imkanlarından istifadə etməmişdir.

25. Halbuki Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən iddiaçının iddia tələbində haqlı olmadığını sübuta yetirilməsi üzrə vəzifələr cavabdeh inzibati orqanın üzərində olan öhdəliklərdir.

26. İddiaçı zəruri məlumatların təqdim edilməsi ilə əlaqədar hər iki instansiya məhkəmələri qarşısında ardıcıl yazılı (Bakı İnzibati Məhkəməsinə 09.09.2020-ci il və Bakı Apellyasiya Məhkəməsinə 21.06.2021-ci il tarixli) və şifahi olaraq vəsatətlərlə çıxış etmişdir.

27. Tam məxfi sənədlərin, X1 təkmilləşdirilməsi üzrə sərəncamların, X12 X5 üzrə zərflərin (üzərində göy, yaşıl, qırmızı zolağı olan zərflər) hərbi hissənin məxfi hissəsindən təhvil alınmasına yalnız zastava rəisinə və ya onu rəsmən əvəz edən şəxslərə almağa icazə verilir. Adıçəkilən sənədləri təhvil almış şəxs barədə məlumatlar hərbi hissənin arxivində saxlanılan qeydiyyat kitablarında mövcuddur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Müdafiə nazirinin 05.06.2002-ci il tarixli 220 nömrəli əm ri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”: 52-ci maddə. Hərbi hissə komandirinin əmri ilə həmin hissədə digər yüksək maaşlı vəzifələri müvəqqəti icra etmələrinə icazə verilmiş zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq xidmət hərbi qulluqçulara müvəqqəti icra olunan vəzifələr üzrə vəzifə maaşları (Əsasnamənin 54-cü maddəsi nəzərə alınmaqla), əgər vəzifənin müvəqqəti icrası fasiləsiz olaraq: vakant vəzifədə - 30 gündən çox, vakant olmayan vəzifədə 60 gündən çox davam etmişsə ödənilir. 53-cü maddə. Vəzifəni müvəqqəti icra etmənin fasiləsiz müddəti vəzifəyə başlama günündən, lakin vəzifəni müvəqqəti icra etməyə icazə vermə haqqında hərbi hissə komandirinin əmrinin imzalanması günündən tez olmayaraq, vəz ifədən azad olunma gününədək azad olunma günü də daxil olmaqla hesablanır. 54-cü maddə. Zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq xidmət hərbi qulluqçularına yüksək maaşlarla vəzifələri müvəqqəti icra etmələri zamanı vəzifə maaşları aşağıdakılara əməl etməklə ödənilir:...b) hərbi hissələrin və bölmələrin qərargah rəisləri, vəzifə borclarından asılı olmayaraq bütün adlardan olan komandir və rəislərin müavinləri və köməkçiləri olan hərbi qulluqçulara bilavasitə komandirlərinin və rəislərinin vakant olmayan vəzifələrini icra edərkən, müvəqqəti icra edilən vəzifələrə görə deyil, əsas vəzifələrinə görə maaşlar ödənilir. Göstərilən hərbi qulluqçular bilavasitə rəislərinin (komandirlərinin) vakant vəzifələrini müvəqqəti icra edərkən ümumi əsaslarla müvəqqəti icra olunan vəzifələrə görə maaşlar ödənilir. 62-ci maddə. Yüksək maaşlı vakant vəzifələrə təyin olunmuş zabitlərə, bu vəzifələrin müvəqqəti icra edilməsinin 30 günlük müddətinin bitməsinədək icra edilən vəzifələrə görə maaşlar vəzifələrin müvəqqəti icra edilməsinə başlama günündən lakin vəzifələrin müvəqqəti icra edilməsinə icazə haqqında əmrin imzalanması günündən tez olmayaraq ödənilir.

30. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

82. Mübahisə ilə bağlı şikayət üzrə yenidən baxılmasının hədləri Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ma ddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilə r, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

31. Cavabdehin kasasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

32. Cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Kasasi ya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır.

34. İddiaçı 21.06.1994-cü il tarixdən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində (Sərhəd Qoşunlarında) xidmət etmiş, 15.07.2015-ci il tarixdə öz arzusu ilə ehtiyata buraxılmışdır.

35. İddiaçı 05.07.1994-cü il tarixdən 10-cu sərhəd zastavasının rəisinin müavini, 24.11.1995-ci il tarixdən 12-ci sərhəd zastavasının rəisinin müavini, 01.05.1996-cı il tarixdən 16-cı sərhəd zastavasının rəisinin müavini, 09.02.1999-cu il tarixdən 3-cü sərhəd zastavasının rəisi, 12.07.1999-cu il tarixdən 2-ci sərhəd dəstəsinin N nömrəli hərbi hissə üzrə komendant rotası komandirinin müavini, 27.01.2003-cü il tarixdən N nömrəli hərbi hissənin komendant bölüyünün komandiri, 13.08.2004-cü il tarixdən 16-cı sərhəd zastavasının rəisinin müavini, 11.07.2007-ci il tarixdən 16-cı sərhəd zastavasının rəisi, 26.01.2008-ci ildən 5-ci sərhəd dəstəsində dövlət sərhədinin mühafizəsi bölməsinin baş zabiti, 11.03.2013-cü il tarixdən 15.07.2015-ci il tarixədək isə DSX Akademiyasında “Sərhəd mühafizəsi” kafedrasının baş müəllimi vəzifəsində işləmişdir. İddiaçı müxtəlif dövrlərdə zastava rəisi vəzifəsini icra etdiyinə istinad edərək, həmin dövrlər üçün ona zastava rəisinin vəzifəsinə uyğun təminatın ödənilməsini tələb etmişdi r.

36. İddia tələbində qeyd edilən dövrlərdən 11.06.2004-cü il tarixdən 18.08.2004cü il tarixədək N nömrəli hərbi hissənin 21-ci sərhəd zastavasının rəisi vəzifəsinin icrasının müvəqqəti həvalə edildiyinə dair əmrin olduğu müəyyən edilmiş, bu hissədə iddia təmin edilmiş, digər dövrlərlə bağlı iddiaçının hər hansı vəzifəni müvəqqəti icra etməsi rəsmi sənədlərlə təsdiq olunmamışdır.

37. İddiaçının xidmət etdiyi dövrdə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təminatı Azərbaycan Respublikası Müdafiə nazirinin 05.06.2002-ci il tarixli 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” ilə tənzimlənmiş, qeyd olunan əmr qanunvericiliyin tələblərinə uyğun qəbul edilmişdir. İddiaçıya 11.06.2004-cü il tarixdə n N nömrəli hərbi hissənin 21-ci sərhəd zastavasının vakant olan rəisi vəzifəsinin icrası hərbi hissə komandirinin əmri ilə həvalə edilərək, həmin vəzifənin icrası 18.08.2004-cü il tarixədək, yəni 30 gündən çox davam etmiş olsa da, ona ödənilmiş təminat məbləğində artım olmamış, müvəqqəti icra etdiyi rəis vəzifəsinə görə deyil, əsas vəzifəsi, yəni komendant bölüyü komandirinin vəzifəsinə görə maaş ödənilmişdir.

38. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən 2004-cü ildə və hazırda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatını tənzimləyən normativ hüquqi aktların və iddiaçının mükafatlandırılması barədə 2005-ci ilin dekabrında verilmiş əmrin təsdiq edilmiş surətinin məhkəməyə təqdim olunması cavabdehdən xahiş olunmuş, həmin sənədlər cavabdeh tərəf indən məhkəməyə təqdim edilmişdir.

39. İddia tələbinin digər hissələri ilə bağlı iddiaçıya başqa vəzifələrin həvalə edilməsi barədə müvafiq əmrlərin olmadığı müəyyən edilmişdir.

40. İddiaçının mübahisə açdığı dövr üzrə vəzifələrin ona həvalə edilməsi işdə olan sübutlara təsdiq olunmadığından apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

41. Odur ki, kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1868/2021 saylı, 8 iyul 2021-ci t

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar