Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1946/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)879/2021 nömrəli, 2021-ci il 18 may tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 2020-ci il 19 may tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdeh orqanın üzərinə vəzifə qoyulmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4606/2020 saylı, 2020-ci il 28 oktyabr tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya hüququnun yarandığı tarixdən (57 yaşdan) güzəştli şərlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-879/2021 nömrəli, 2021-ci il 18 may tarixli qərarı ilə birinci instansiya məhkəməsinin 2020-ci il 28 oktyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ
6. Cavabdehin və vəkilinin nəzərinə çatdırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 18 may tarixli qərarı 2021-ci il 25 iyun tarixdə təqdim edilmişdir. Laki n həmin qərardan kassasiya şikayəti 2021-ci il 29 iyul tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra Apellyasiya Məhkəməsinə təqdim olmuşdur. Prosessual müddətin cavabdeh tərəfindən ötürülmədiyini təsdiq edən sübutların və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatətin məhkəməyə təqdim edilməsi təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar edilmişdir.
7. Cavabdehin vəkili X1 2021-ci il 19 oktyabr tarixdə məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, apellyasiya instansiyasının qərarı cavabdeh tərəfindən 2021-ci il 29 iyun tarixdə qəbul edilmiş və həmin qərardan 2021-ci il 29 iyul tarixdə kassasiya şikayə ti verilmişdir. Bu səbəbdən şikayət üzrə kassasiyanın mümkün sayılmasını xahiş etdi.
8. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ
9. İnzibati Prosessual Məcəllə (bundan sonra mətndə İPM): Maddə 23.1 Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ.
10. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
11. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən görün düyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 18 may tarixli qərarının cavabdehə 2021-c i il 25 iyun tarixdə təqdim olunduğu işdə olan poçt sənədi ilə təsdiq olunur. Lakin həmin qərardan kassasiya şikayəti 2021-ci il 29 iyul tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün İPM-in 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra apellyasiya instansiyası məhkəməsinə təqdim olmuşdur. Beləliklə, prosessual müddət ötürülmüşdür.
13. Prosessual müddətin cavabdeh tərəfindən ötürülmədiyinə dair sübutlar və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatət məhkəməyə təqdim olunmamışdır.
14. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-879/2021 nömrəli, 2021-ci il 18 may tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətini