Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1946/2022 26.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1957-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövl ət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-100/2022 nömrəli, 6 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxxxx 1957-ci ildə doğulmuş və Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatdadır.
2. İddiaçı 07 may 1976-cı il tarixdən 22 aprel 1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur.
3. Əmək kitabçasının məlumatlarına əsasə, o, aşağıda göstərilən peşələrdə i.ləmişdir: - xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək SMK-30 “Azkəndtikinti” №3 trestində ikinci dərəcəli fəhlə; - xx.xx.1 980-ci ildən xx.xx.1982-ci ilədək SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Xidmət etmiş; - xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək N.Nərimanov adına balıq kombinatının “Ulduz” balıqçı gəmisində matros; - xx.xx.1983-cü ildən xx.xx.1986-cı ilədək N.Nərimanov adına b/k həmkarlar komitəsinin klubunda kinomexanik köməkçisi; - xx.xx.1986-cı ildən xx.xx.1994-cü ilədək N.Nərimanov adına balıqçılıq kombinatının 1 №-li Nərimanabad sexində mexanizasiya üzrə çilingər; - xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək “Xudat” gəmisində matros; - xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" MMC-nin DBE “Xudat” gəmisində matros; - xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək “Kapital A” firmasının DBE “Sevryuqa” gəmisində kapitan köməkçisi; - xx.xx.2001-ci ildən xx. xx.2007-ci ilədək "xxxx" MMC-nin DBE “Xudat”, “Pobeda”, “T.İsmayılov”, “Sara”, “Yurd”, “Şirvan”, "xxxx" gəmilərində mexanik köməkçisi; - xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" MMC-də qəlibçi peşəsində işləmişdir.
4. Azərbaycan Respublikası X4 filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli A/167 nömrəli arxiv arayışında göstərilmişdir ki, "xxxx" MMC-nin sənədləri X4 filialına təhvil verilməmişdir.
5. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********723900 nömrəli məktubda göstərilmişdir ki, "xxxx" MMC xx.xx.2018-ci il tarixdə fəaliyyətini dayandırmış, rəhbəri X1 xx.xx.2019-cu il tarixdə ölmüşdür.
6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dö vlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********3 saylı məktuba əsasən, sığortaedən "xxxx" MMC (SUN **********0, VÖEN **********) tərəfindən 2006-cı ilə dair təqdim olunmuş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”da (Forma B3) iddiaşı sığortaolunan kimi qeyd edilməmişdir. Sığortaedən tərəfindən 2007-ci ilə dair müvafiq məlumatlar Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə təqdim edilməmişdir.
7. Məhkəmə sorğusuna əsasən "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli CF01/02-613 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, iddiaçının işlədiyi yer – "xxxx" MMC ASCO-nun strukturuna daxil deyildir. Eyni zamanda sorğuda qeyd edilən (“Ulduz”, “Xudat”, “Sevryuqa”, “Pobeda”, “T.İsmayılov”, “Sara”, “Yurd”, “Şirvan” və "xxxx") gəmilər ASCO-ya məxsus olmadığından bununla bağlı hər hansı məlumat verilməsi imkanları xaricindədir.
8. Məhkəmə sorğusuna əsasən "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2/xx-xx/1055 saylı cavab məktubunda qeyd edilmişdir ki, sorğuda qeyd olunan “Ulduz”, “Xudat”, “Sevryuqa”, “Pobeda”, “T.İsmayılov”, “Sara”, “Yurd”, “Şirvan” və "xxxx" gəmiləri Cəmiyyətə məxsus olmadığından onların hansı kateqoriyaya aid olması barədə Cəmiyyətdə heç bir məlumat yoxdur. Mövcud və arxiv məlumatlarına əsasən iddiaçının Cəmiyyətdə əmək fəaliyyəti göstərməsinə dair hər hansı sənəd müəyyən edilməmişdir.
9. İddiaçının müraciətinə əsasən cavabdeh tərəfindən verilmiş imtina məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, 1.0.8, 9.1 və 21.1-ci maddələrinə istinad edilməklə qeyd edilmişdir ki, təqdim edilən İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1999 - xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də əmək stajının və həmin dövr üçün adıçəkilən müəssisə tərəfindən işçilərə hesablanmış əmək haqqından məcburi dövlət sosial sığorta köçürmələrinin ödənilib-ödənilməməsinin dəqiqləşdirilməsi məqsədi ilə filial tərəfindən aidiyyəti üzrə sorğu verilmişdir. Cavab olaraq həmin müəssisənin xx.xx.1999 - xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində işçilərinə hesablanmış əmək haqqından məcburi dövlət sosial sığorta haqları üzrə köçürülmələrinin aparılmadığı aşkar edilmişdir. Bu səbəbdən həmin dövrün əmək stajına daxil edilməsi mümkün olmadığından onun ümumi iş stajı 25 ildən az (18 il 10 ay 23 g ün) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəqliyyat bölməsinin (21) dəniz, çay donanması bəndində (21.2) üzən heyəti (b) dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab edilir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan ver mir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 34800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16381,21 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
10. İddiaçı 23 iyul 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 57 yaşı tamam olduğu, yəni 10 noyabr 2014- cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı ərizəsini onunla əsas landırmışdır ki, onun, müddətli həqiqi hərbi xidmət də daxil olmaqla cəmi 30 ildən artıq iş stajı vardır ki, bunun da 13 ildən çoxu güzəştli iş stajıdır. Qeyd etmişdir ki, DSMF-nin müvafiq şöbələri 28 il 8 ay 7 gün sığorta sajının cəmi 5 il 3 ay 21 günü güzəştli staj kimi təsdiq olunduğunu bildirmiş və xx.xx.1999-cu il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" MMC-də işlədiyi müddət üçün müəssisə tərəfindən Fonda sosial sığorta köçürmələri aparılmadığını bildirmişlər. Buna görə də tərəfindən "xxxx" MMCyə müraciət olunmuş, lakin, müəssisə ləğv olunduğundan müsbət cavab ala bilməmişdir. Bildirmişdir ki, "xxxx" MMC-nin işlədiyi dövrdə sosial sığorta haqlarını DSMF-yə ödəməməsi və yaxud DSMF-nin sosial sığorta haqlarının vaxtında yığılmasını təmin edə bilməməsi onu pensiya hüquqlarından məh rum edə bilməz. Son dəfə xx.xx.2020-ci il tarixdə cavabdehə müraciət etmiş, tələb olunan bütün sənədləri (ərizəni şəxsiyyət vəsiqənin surəti, əmək kitabçasını, arxiv arayışını, hərbi bileti, digər məktubları) idarəyə təqdim edərək bütün məsələləri izah etmiş və 57 yaşı tamam olduğu xx.xx.2014-cü il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin, müraciətinə cavab verilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
12. Cavabdeh iddia ərizəsinə qarşı mahiyyətcə imtina məktubunun dəlilləri ilə eynilik təşkil edən etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1272/2021 nömrəli, 26 yanvar 2021-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia rədd edilmişdi r.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan işlədiyi gəmilər “Üzən heyət” (Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının) gəmi heyətinə aid deyillər. Bu isə o, deməkdir ki, iddiaçıya 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir.
15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icr aat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-100/2022 nömrəli, 6 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2014cü il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməklə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki üç ilə, yəni xx.xx.2017-ci il tarixdən ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. İddia qalan hissədə təmin edilməmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan hərbi biletin, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq (26 il 10 ay 29 gün), ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır.
18. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017- ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. 19. "xxxx" LTD tərəfindən verilmiş 27 sentyabr 2021-ci il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" MMC-də işləmiş, xx.xx.1999-cu il tarixdə DBE “Xudat” gəmisinə matros vəzifəsinə təyin edilmiş, xx.xx.2000-ci il tarixdə DBE “Sevryuqa” gəmisinə kapitan köməkçisi, xx.xx.2001-ci il tarixdən DBE “Xudat” gəmisinə mexanik köməkçisi, xx.xx.2003-cü il tarixdən “Pobeda” gəmisinə mexanik köməkçisi keçirilmiş, xx.xx.2005-ci il tarixdən “T.İsmayılov” gəmisinə mexanik köməkçisi keçirilmiş, xx.xx.2005-ci il tarixdən “Sara” gəmisinə böyük mexanik keçirilmiş, xx.xx.2006-cı il tarixdən “Yurd” gəmisinə mexanik köməkçisi keçirilmiş, xx.xx.2006-cı il tarixdən “Şirvan” gəmisinə böyük mexanik keçirilmiş, xx.xx.2007-ci il tarixdən "xxxx" gəmisinə mexanik köməkçisi keçirilmiş, xx.xx.2007-ci il tarixdə öz xahişi işdən azad edilmişdir. Bu gəm ilər bilavasitə açıq dənizdə bağlığın tutulması, istehsalı və daşınması ilə məşğul olub, bu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sının 21.2b bəndinə uyğundur. 20. "xxxx" LTD tərəfindən verilmiş 07 mart 2022-ci il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı adları qoşmada göstərilmiş gəmilərdə xx.xx.1999-cu il tarixdən xx.xx.2007-ci il tarixədək çalışdığı vəzifələr dəniz balıqçılıq sənayesi donanmasının gəmi heyəti kateqoriyasına daxil olan güzəştli vəzifələrdir. 21. “X2” ASC-nin 14 iyun 2022-ci il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il ta rixədək N.Nərimanov adına balıq kombinatında matros vəzifəsində işlədiyi müddətdə çalışdığı “Xudat” gəmisi “dəniz balıqçılıq sənaye donanmasının gəmi heyəti” kateqoriyasına aiddir. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 23003010 kodunda göstərilmişdir. Onun işlədiyi matros peşəsinə 2 saylı siyahıda göstərilən dəniz balıqçılıq sənaye donanmasının gəmi üzən heyətinə aid olan və bilavasitə dənizdə balıq tutulması ilə əlaqədar ağır işlərin yerinə yetirilməsi aiddir.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyas iya baxışı zamanı təqdim olunmuş güzəştli arayışlarla təsdiq olunur ki, iddiaçının çalışdığı vəzifələr üzrə DBE “Xudat”, DBE “Sevryuqa”, “Pobeda”, “T.İsmayılov”, “Sara”, “Yurd” “Şirvan” gəmiləri üzücü heyətə dəniz balıqçılıq sənayesi donanmasının gəmilərinə aiddir. Bu gəmilər daimi olaraq liman akvatoriyasında işləyən, xidməti-yardımçı, səyyar, xidmət, şəhərətrafı və şəhərdaxili gəmilərinə aid deyildir.
23. İddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzi fələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuşdur: “Nəqliyyat” XXVİİİ fəsil (kod 23000000, fəsil); Dəniz və çay donanması-bölmə 3 (kod ********); 1) Üzən heyət (Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının) gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla) (kod ********).
24. İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2-ci “Dəniz və çay donanması” bölməsində b) üzən heyət: dəniz, çay donanmasının və balıqçılar sənayesi donanm asının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) uyğundur. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq güzəştl iş stajının olması iş materialları ilə öz təsdiqini tapır.
25. Cavabdehin imtina məktubunda həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olması ilə bağlı dəlilini əsassız hesab edən məhkəmə kollegiyası qeyd etmişdir ki, pensiya kapitalı ilə bağlı qeyd edilən tələb xx.xx.2017-ci il tarixdən qüvvədədir. İddiaçı isə pensiya hüququnu xx.xx.2017-ci il tarixinədək qazanmışdır. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz.
26. Məhkəmə kollegiyası həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 08 oktyabr 2020-ci il tarixli 03/2020-ci saylı qərardadına istinad edərək qeyd etmişdir ki, iddiaçı ona pensiya təyin olunması üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malik olduğundan, ona cavabdehə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki üç ilə görə, yəni xx.xx.2017-ci ildən pensiya ödənilə bilər.
27. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin mümkün sayılmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin d əlilləri
28. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və iddia ərizəsinə qarşı təqdim edilmiş etirazın dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
30. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: -1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1 axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışm ışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -21.1 qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. -21.2.3 müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeyd iyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. -32.1-1 əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı.
33. Azər baycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: “Nəqliyyat” XXVİİİ fəsil (kod 23000000, fəsil); Dəniz və çay donanması-bölmə 3 (kod ********); 1) Üzən heyət (Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının) gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla) (kod ********).
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”: 21.2-ci “Dəniz və çay donanması” b) üzən heyət: dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla)
35. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Ali Məhkəmə müb ahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.... Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.... KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
37. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsus ən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
40. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
41. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür və o, ümumi və xüsusi iş stajının tamamlandığına istinad edərək, on a 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilmiş “pensiya kapitalı” şərtinin olmaması və ümumi iş stajının 25 ildən az təşkil etməsi əsası ilə imtina edilmişdir.
42. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq (26 il 10 ay 29 gün) ümumi iş stajı vardır.
43. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya baxışı zamanı sorğular əsasında iddiaçının iş yerlərindən təqdim edilmiş arayışlara istinad edərək düzgün müəyyən etmişdir ki, iddiaçının işlə diyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2 “b” bəndinə uyğundur.
44. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lü zum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-100/2022 nömrəli, 6 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.