Məhkəmə qərarları › İş №2-1(102)-1947/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1947/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1947/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat Üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl iyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat Üzrə Mərkəzi filialına qarşı 57 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1093/2021 nömrəli iş üzrə 06.04.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 13 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı cavabdehin 02.08.2019cu il tarixli, **********4 nömrəli imtinasının qanunsuz hesab edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat Üzrə Mərkəzi filialı ilə əvəz edilmişdir.

3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək 57 yaşı tamam olduğu 19.09.2015-ci il tarixdən - 01.07.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respub likası Qanununun 9-cu maddəsinə istinadən 25 il ümumi sosial stajının tamam olduğu və həmin müddətin 12 il 6 ayını qaynaqçı kimi işlədiyini nəzərə alaraq yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və 19.09.2015-ci il tarixdən hal-hazıradək ödənilməli pensiyanın birdəfəlik ödənilmək öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan 02.08.2019-cu il tarixli, **********4 nömrəli məktubla bundan imtina etmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun 02.08.2019-cu il tarixli **********4 nömrəli məktubu ilə ona bildirilmişdir ki, onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Cavabdeh inzibati orqan 02.08.2019-cu il tarixli, **********4 nömrəli məktubunda onun 25 il stajı olmadığını və güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyini qeyd etsə də, bunu əsaslandırmamışdır. Belə ki, tərəfindən cavabdeh inzibati orqana təqdim edilmiş əmək kitabçasından görünür ki, onun 31 il iş stajı vardır. O, 06.01.1988-ci il tarixdə İpək Birliyinin baş mexanika şöbəsinin mexaniki təmir sexinə barama istehsalatı üzrə 3-cü dərəcəli çilingər qəbul edilmişdir. 10.01.2000-ci il tarixdə öz ərizəsi əsasında işdən azad edilmişdir. 15.04.2001-ci il tarixdə "xxxx" ATSC-nin baş mexanika şöbəsinə mü vəqqəti qaynaqçı qəbul edilmişdir. 26.01.2015-ci il tarixdə onun işlədiyi peşə elektrik və qaz qaynaqçısı adlandırılmışdır. 17.08.2018-ci il tarixdə öz ərizəsi əsasında işdən azad edilərək elə həmin tarixdə energetika və mexanika sahəsində elektrik və qaz qaynaqçısı peşəsinə qəbul edilmişdir və hal-hazıradək həmin vəzifədə işləyir. Həmçinin onun iş stajının 12 il 6 ayından çoxu güzəştli iş stajına aiddir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına görə çilingər, elektrik və qaz qaynaqçısı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısındadırlar.

5. Şəki İnzib ati-İqtisadi Məhkəməsinin 2-1(84)-1649/2019 saylı, 10.12.2019-cu il tarixli qərardadı ilə (hakim İlqar Cabbarov) inzibati işin baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

6. Birinci instansiya məhkəməsinin 02.12.2020-ci il tarixli, 2-1(112)2567/2020 nömrəli (sədrlik edən hakim Şəlalə Həsənova) qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 19.09.2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 16.07.2016-cı ildən etibarən keçmiş dövr üçün pensiyanın hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxs in Xüsusi Şərtlərlə Təyinat Üzrə Mərkəzi filialına həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 38, 149-cu maddələrinə, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1, 9.8 və 32.1-1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68.1, 68.2 və 73.1-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, yaranmış pensiya fərqi məbləği iddiaçının cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən əvvəlki son 3 il üzrə ödənilməlidir.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 02.12.2020-ci il tarixli, 2-1(112) -2567/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiya məhkəməsi) 06.04.2021-ci il tarixli, 2-1(103)-1093/2021 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və Namiq Cəfərov) qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 2-1(112)-2567/2020 nömrəli, 02.12.2020-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1, 9.8-ci maddələrinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6 və 87.8-ci maddələrinə istinadən belə hesab etmişdir ki, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanması üçün qanunvericiliklə nəzərdə tutulmuş ümumi və güzəştli iş stajına malik olduğundan hazırkı iddia tələbi əsaslıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

11. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ondan tələb olunan sığorta kapitalını toplamamışdır. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 35.400,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 27.101,08 manat təşkil edir. Bundan əlavə, iddiaçı ümumi stajla bağlı tələbə də cavab vermir.

12. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin 06.04.2021-ci il tarixli, 2-1(103)-1093/2021 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kassasiya şikayətinin təmin edilməsini, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 06.04.2021-ci il tarixli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

14. İşdə iştirak edən şəxslərə lazımi qaydada xəbər edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında təmsil olunmadığı üçün işə onun iştirakı olmadan baxılmışdır. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Konstitusiyası Maddə 38 Bənd

1. Hər kəsin sosial təminat hüququ vardır. Bənd

3. Hər kəs qanunla müəyyən edilmiş yaş həd dinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 71 hissə

2. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

16. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanun Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əm ək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

17. İnzibati Prosessual Məcəllə: Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxı mdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi

20. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 06.04.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

21. Cavabdehin kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçı ondan tələb olunan sığorta kapitalını toplamamışdır. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 35.400,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 27.101,08 manat təşkil edir. Bundan əlavə, iddiaçı ümumi stajla bağlı tələbə də cavab vermir.

22. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdeh kassasiya şikayətindəki dəlilləri əsassızdır.

23. Belə ki, iş üzrə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iddiaçının 01.07.2017-cı ilə qədər 57 yaşının tamam olmalı, onun 01.07.2017-ci ilə qədər azı 25 il ümumi iş stajının mövcud olmalı və iddiaçının 01.07.2017-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olmalıdır.

24. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 25. 01.07.2017-ci il tarixə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

26. İşdə olan İddiaçı məxsus NZ seriyalı, ******* nömrəli hərbi biletin qeyd edilmişdir iddiaçı 12.11.1977-ci ildən 28.11.1979-cu ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir.

27. İşdə olan İddiaçı məxsus əmək kitabçasında qeyd edilmişdir ki, iddiaçı 01.06.1988-ci ildən 01.10.2000-ci ilə qədər İpək Birliyinin baş mexanika şöbəsinin mexaniki təmir sexinə barama istehsalatı üzrə 3, 4, 5 və 6-cı dərəcəli çilingər, 15.04.2001-ci ildən 17.08.2018-ci ilə qədər "xxxx" baş mexanika şöbəsinə müvəqqəti qaynaqçı, 6-cı dərəcəli elektrik və qaz qaynaqçısı vəzifələrində işləmiş, 17.08.2017-ci ildən hal-hazıra qədər "xxxx" MMC-də energetika və mexanika sahəsində elektrik və qaz qaynaqçısı vəzifəsində işləyir.

28. İşdə olan "xxxx" ASC-nin 67 №-li, 14.06.2019-cu il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli, 377 nömrəli Fərmanının 1.3-cü yarım bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 nömrəli Qərarına əsasən təsdiq edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququ olan siyahıda nəzərdə tutulmuş istehsalatın sexlərində və istehsalatında işləmişdir. Energetika və mexanika sahəsində elektrik qaz qaynaqçısı 15.04.2001-ci ildən 30.05.2001-ci ilədək, 01.08.2002-ci ildən 31.12.2002-ci ilədək, 01.02.2003-cü ildən hal-hazıradək işləyir. Qeyd: 2015-ci ilin X-Xİİ, 2016-cı ilin İ-İİİ aylarında əmək haqqı almamışdır.

29. İşdə olan "xxxx" ASC-nin 68 №-li 14.06.2019-cu il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən "xxxx" ASC-nin (Şəki "xxxx" Şirkətinin) baş mexanika şöbəsinin mexaniki təmir sexində baramaaçan istehsalatı üzrə çilingər, "xxxx" MMC-nin Energetika və mexanika sahəsində elektrik və qaz qaynaqçısı, "xxxx" ASC-nin Baş mexanika və Baş energetika şöbəsində elektrik və qaz qaynaqçısı vəzifələrində işləməklə 199 1-ci ildən 2019-cu il tarixədək əmək haqqları almışdır.

30. İşdə olan "xxxx" ASC-nin 09 №-li, 24.06.2020-ci il tarixli məhkəməyə ünvanlanan məktubundan və ona əlavə edilmiş arayışlarda qeyd edilmişdir ki, müəssisədə elektrik və qaz qaynaqçısı işləmiş İddiaçı adına 2018-ci ilin avqust ayına kimi verilmiş hesablanmış əmək haqqına dair arayışlarda göstərilmiş əmək haqqlarına hesablanmış və əmək haqqından tutulmuş DSMF-yə sığorta haqqları tam ödənilmişdir. "xxxx" ASC-nin DSMF-yə olan borcu 2018-ci ilin avqust ayından sonra hesablanan borclardan ibarətdir. İddiaçı 1991-ci ilin yanvar ayından 2001-ci ilin may ayına qədər "xxxx" ASC-nin baş mexanika şöbəsinin mexaniki təmir sexində baramaaçan istehsalatı üzrə çilingər, 2002-ci ilin avqust ayından 2015-ci ilin sentyabr ayına qədər "xxxx" ASCnin baş mexanika və Baş energetika şöbəsində elektrik və qaz qaynaqçısı, 2016-cı ilin aprel ayından 2018-ci ilin avqust ayına qədər "xxxx" ASC-nin Baş mexanika və Baş energetika şöbəsində elektrik və qaz qaynaqçısı peşələrində işləmiş və qeyd olunan tarixlər üzrə əmək haqqı almışdır.

31. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi filialı tərəfindən məhkəməyə ünvanlanmış **********5 №-li, 31.08.2020-ci il tarixli məktubdan və ona əlavə olunmuş sığortaolunanın hesabında qeyd edilmişdir ki, "xxxx" ASC-nin (SUN: **********9, VÖEN: **********) 2006-2018-ci illər üzrə “X1 Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində “Sığortaolunanların hesabları” bölümündə İddiaçı (SSN: *** *******039) 01.01.2006-01.10.2015, 01.04.2016-01.09.2018-ci illər üzrə hesablanmış əmək haqqı 33945,22 manat, ödənilmiş məcburi dövlət sosial sığorta haqları 8394,03 manat olmuşdur. Məlumat üçün bildirilmişdir ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda 01.10.2015-ci il tarixdən 01.04.2016-cı il tarixədək, 01.09.2018-ci il tarixdən 01.04.2020-ci il tarixədək sığortaolunan İddiaçı məlumatları qeyd olunmadığı üçün “X1 Sistemi’nin “Sığorta AS (Hesabat)” alt sistemində “Sığortaolunanların hesabları” bölümündə sığortaolunanın məlumatları öz əksini tapmamışdır. Qeyd: 01.04.2020-ci ildən 01.07.2020-ci il tarixədək olan dövr üçün məcburi dövlət sosial sığortası üzrə hesabat “X1 Sistemi”nə köçürülməmişdir.

32. İşdə olan Az ərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçının 16.07.2019-cu il tarixli ərizəsinə cavab olaraq verdiyi 02.08.2019-cu il tarixli **********4 №-li məktubdan görünür ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir.

33. İşdə olan 01.06.1988-ci ildən 01.10.2000-ci ilə qədər 3, 4, 5 və 6-cı dərəcəli çilingər, 15.04.2001-ci ildən etibarən isə müvəqqəti qaynaqçı, 6-cı dərəcəli elektrik və qaz qaynaqçısı vəzifələrində çalışdığı müəyyən edilir.

34. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 02.08.2019 -cu il tarixli №**********4 saylı imtina məktubunda onun ümumi iş stajının 25 ildən, güzəştli iş stajının isə 12 il 6 aydan az təşkil etdiyi qeyd edilmişdir.

35. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası iş materiallarını nəzərdən keçirərkən hesab edir ki, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir.

36. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 06.04.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnziba ti Kollegiyasının 06.04.2021-ci il tarixli, 2-1(103)-1093/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar