Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1947/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyas ının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 2-1(103)-521/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 6 dekabr 1978-ci il tarixli arayışdan, iddiaçıya məxsus İT-İ №0268293 nömrəli əmək kitabçasından və 017299 nömrəli diplom ilə müəyyən olunmuşdur ki, İddiaçı 1) 1971-1977-ci illərdə Neft və Kimya İnstitutunda təhsil almış, 2) 01.11.1977-xx.xx.1978-ci illərdə Azərbaycan Elmi Tədqiqat Energetika İnstitutunda mühəndis, 3) 11.07.1078-xx.xx.1981-ci illərdə Bakı Məişət Kondisionerləri Zavodunda nəzarət ustası, böyük mühəndis, 4) 16.09.1981-xx.xx.1988-ci ill ərdə X3 Tədqiqatı İnstitutunda böyük mühəndis, aparıcı mühəndis, 5) 21.12.1988-xx.xx.1989-ci illərdə “Çıraq” Kooperativində aparıcı mühəndis, 6) 10.10.1989-xx.xx.1990-cı illərdə Maşınqayırma zavodunda baş mühəndis, 7) 09.04.1990-xx.xx.1991-ci illərdə “Qəbələ” Xarici-iqtisadi Assosiasiyasında baş mütəxəssis, 8) xx.xx.1991-xx.xx.1993-cü illərdə "xxxx" MMC-də direktor, 9) xx.xx.1993-xx.xx.1995-ci illərdə “Qəbələ” Xarici-iqtisadi Assosiasiyasında mühasib, 10) xx.xx.1996-xx.xx.1998-ci illərdə “NA” şirkətində baş mühasib, 11) xx.xx.1998-xx.xx.1999-cu illərdə “AZFA” firmasında baş mühasib, 12) xx.xx.1999-xx.xx.2001-ci illərdə “Sahib” istehsal-kommersiya kiçik müəssisəsində baş mühasib, 13) xx.xx.2001-xx.xx.2008-ci illərdə “X4-Baku” LTD şirkətində baş mühasib vəzifələrində çalışmışdır. 2. 28 mart 2019-cu il tarixdə iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmuş, pensiyanın məbləği 213,86 manat müəyyən edilmişdir.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2020-ci il tarixdə əmək pensiyasının yenidən hesablanması haqqında qərar qəbul etmiş, həmin tarixə 246.73 manat olan pensiya məbləği 256.12 manata çatdırılmışdır.
5. Cavabdehin 1 dekabr 2020-ci il tarixli **********9 nömrəli məktubu ilə iddiaçının 1 yanvar 2006-cı il tarixədək 19 il 1 ay 2 gün sığorta stajı əsasında 256.12 manat yaşa görə əmək pensiyasının təyin edildiyi, əyani təhsilə görə əlavənin 28 mart 2019-cu il tarixdə ödəniləcəyi iddiaçıya bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaç ı 9 fevral 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 1 noyabr 1991-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixində Nizami rayonunda yerləşən 3 saylı DOST Mərkəzinə pensiyanın yenidən hesablanması üçün rəsmi qaydada müraciət etmiş və xx.xx.2020-ci il tarixində onun telefonuna SMS göndərilərək bildirilmişdir ki, xx.xx.2006-cı il tarixinədək olan 19 il 1 ay 2 gün sığorta stajı əsasında ona 256.12 manat yaşa görə əmək pensiyası təyin edilmişd ir. Lakin iddiaçının xx.xx.2006-cı il tarixinə qədər olan əmək stajı 33 ildən çoxdur.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının xx.xx.1991-xx.xx.1993-cü illərdə "xxxx" MMC-də, xx.xx.1993-xx.xx.1995-ci illərdə “Qəbələ” Xarici-iqtisadi Assosiasiyasında, xx.xx.1996- xx.xx.1998-ci illərdə “NA” şirkətində, xx.xx.1998-xx.xx.1999-cu illərdə “AZFA” firmasında, xx.xx.1999-xx.xx.2001-ci illərdə “Sahib” istehsal-kommersiya kiçik müəssisəsində və xx.xx.2001-xx.xx.2008-ci illərdə “X4-Baku” LTD şirkətində işlədiyi dövrü sığorta stajı kimi qəbul edilməməlidir. İddiaçının həmin müəssisələrdə real olaraq işləməsini müəyyən etmək üçün qeyd olunan illərə dair işə daxil olma, işdən çıxma əmrlərinin, əmək haqqı cədvəllərinin olması zəruri olduğu hald a həmin sənədlərin olmaması iddiaçının işləməsini ciddi şübhə altına alır.
9. Bakı İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(112)4200/2021nömrəli qərarı ilə (hakim: X2) iddia təmin edilmiş, iddiaçının 1 noyabr 1991ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, bununla iddiaçının işləməsi, həm də sənədlərlə iş yerinin mövcudluğu təsdiq edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, bəhs edilən dövrlər iddiaçının sosial sığorta stajına aid edilməklə onun təyin edilmiş əmək pensiyası yenidən hesablanmalıdır.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 2-1(103)-521/2022 nömrəli qərarı ilə (hakimlər: X9 - sədrlik edən və məruzəçi, X1 və X5) Bakı İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin t əmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçının həqiqətən işləməsini müəyyən etmək üçün iddia edilən dövrlərin əmək kitabçasında qeyd edilməsi ilə yanaşı, qeyd olunan illərə dair işə daxil olma, işdən çıxma əmrləri, əmək haqqı cədvəllərinin də olması zəruridir. Lakin iddiaçı tərəfindən bu illərə dair həmin sənədlərin təqdim olunmaması iddiaçının işləməsini şübhə altına alır. Bununla da, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması mümkünsüzdür. b. kassasiya şikayətinə etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətin ə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun Maddə
32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... “37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. 18. “Əmək pensi yaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il ta rixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş və 26 sentyabr 2006-cı il tarixədək qüvvədə olmuş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamə Bənd
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.... Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır....
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mü bahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstəril mişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddiaçının iş illərinin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Cavabdehin şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edilmiş, bununla iddiaçının işləməsi, həm də sənədlərlə iş yerinin mövcudluğu təsdiq edilmişdir. 28. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
29. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrün ü qəbul etməyə bilərdi.
30. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 21(103)-521/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.