Məhkəmə qərarları › İş №2-1(102)-1947/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1947/2024

11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1947/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əlilliyin dayandırıldığı tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı (üçüncü şəxs: Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) “əlilliyin dayandırıldığı tarixdən təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)511/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 6 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı xx.xx.2009-cu il tarixdə “Onurğanın osteoxondrozu. L5-S1 disklərarası səviyyədə onurğa daralması. Qapalı kəllə beyin travması. Baş beyinin silkələnməsi” diaqnozu ilə 1(bir) il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. 2. 27 saylı şəhər Poliklinikasının göndərişinə əsasən İddiaçı xx.xx.2014-cü il tarixdə “Onurğanın osteoxondrozu. L5-S1 disklərarası səviyyədə onurğa daralması. Qapalı kəllə beyin travması. Baş beyinin silkələnmə si” diaqnozu ilə 1(bir) il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. 3. 27 saylı şəhər Poliklinikasının göndərişinə əsasən İddiaçı xx.xx.2015-ci il tarixdə “X serebral araxnoidit. L1-S1 səviyyədə iliyin stenozu. Ensefalopatiya” diaqnozu ilə 1(bir) il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.

4. Elektron təyinata əsasən İddiaçı xx.xx.2016-cı il tarixdə “X serebral araxnoidit. L1-S1 səviyyədə iliyin stenozu. Ensefalopatiya” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. 5. 27 saylı şəhər Poliklinikasının göndərişinə əsasən iddiaçının “Kəllədaxili travma, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Kontuziyadan sonrakı vəziyyət. Koordinator-statik pozğunluq ilə. Qeyri-iradi sidik ifrazı, Çanaq orqanlarının funksiyasının pozulm ası (sidik saxlamaması. Bel-oma kələfinin zədələnməsi” diaqnozu ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi əsas diaqnozun ağırlaşmalarını təsdiq edən diaqnostik instrumental müayinələrin aparılmadığı göstərilmişdir.

6. Bakı 10 nömrəli şəhər Poliklinikasının göndərişinə əsasən iddiaçıya xx.xx.2022-cı il tarixdə “Hemiplegiya. Sol və hərəkətlərin məhdudluğu ilə pəncənin parezi. Davamlı kökcük ağrılarla və hərəkətlərin məhdudluğu ilə. Onurğa beyninin digər xəstəlikləri, Diskogen posstravmatik bel-oma radikulopatiyası. L1-S1 səviyyədə spinal kanalın stenozu davamlı kökcük ağrılar və hərəkət məhdudluğu” diaqnozu ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabde hlər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 2021-ci ilin fevral ayından 2022-ci ilin aprel ayınadək almadığı müavinətin hesablanaraq barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

8. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının cavabdehlər siyahısından çıxarılaq 3-cü şəxs qismində cəlb edilməsini, iddia tələbinin dəqiqləşdirilərək iddiaçıya üçüncü qrup əlilliyin dayandırıldığı xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarix li, 2-1(112)-6060/2023 saylı qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təmin edilmiş, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı cavabdeh qismində iştirakçılığına xitam verilmiş, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial 3-cü şəxs qismində tanınmış, iddia tələbi “3-cü qrup əlilliyin dayandırıldığı xx.xx.2021-ci il tarixdən təyin edilməsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 2015-ci ildə 2-ci qrup əlilliyə görə müavinət təyin edilmişdir. 2021-ci ilin fevral ayınadək 2-ci qrup əlilliyə görə müavinəti almışdır. 2021-ci ilin fevral ayından iddiaçıya 2-ci qrup əlilliyə görə verilən müavinətin ödənilməsi heç bir xəbərdarlıq edilmədən dayandırılmış və da yandırılmanın hüquqi əsasları barədə heç bir məlumat verilməmişdir.

11. İddiaçı dəfələrlə cavabdehə müraciət etdikdən sonra ona 3-cü qrup əlillik təyin olunaraq müavinəti bərpa edilmişdir. xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə cavabdehə ərizə ilə müraciət olunaraq iddiaçının 2021-ci ilin fevral ayından 2022-ci ilin aprel ayınadək almadığı müavinətin hesablanaraq ona ödənilməsi xahiş olunsa da, cavabdeh tərəfindən ərizəyə heç bir cavab verilməmişdir.

12. Heç bir səbəb göstərmədən cavabdeh tərəfindən 2021-ci ilin fevral ayından 2022-ci ilin aprel ayınadək müavinətin dayandırılması tamamilə qanunsuz və əsassızdır. Cavabdehin etirazları:

13. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112) -6060/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya üçüncü qrup əlilliyin dayandırıldığı xx.xx.2021ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi ona üçüncü dərəcəli əlilliyin dayandırıldığı, yəni xx.xx.2021-ci il tarixdən təyin edilməsidir. İddiaçı bu halı onunla əsaslandırır ki, xx.xx.2009-cu il tarixdən etibarən ona ikinci dərəcəli əlillik təyin edilmiş, daha sonra əlillik dərəcəsinin müddəti uzadılmış, əlillik dərəcəsinin müddətinin bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə aparılan müayinə zamanı ona əlilliyin təyin edilməsindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, Bakı 27 nömrəli şəh ər poliklinikası tərəfindən tərtib edilmiş göndəriş natamam doldurulmuşdur. Daha sonra Bakı 10 nömrəli şəhər poliklinikası tərəfindən yeni göndəriş tərtib olunmuşdur ki, həmin göndəriş əsasında iddiaçıya xx.xx.2022-cı il tarixdən müddətsiz olaraq üçüncü dərəcəli əlillik təyin edilmişdir.

16. Məhkəmə tələbin əsaslı olması ilə bağlı qeyd edir ki, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır ki, bu zaman cavabdeh şəxslərin əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparır. Doğrudur ki, göndəriş keyfiyyətsiz (və ya natamam) doldurulduqda, iradlar TSEK tərəfind ən TSERAS-da xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. Lakin nəzərə alınmalıdır ki, bu hal hər bir halda vətəndaşın ziyanına şərh edilmir.

17. Belə ki, əlilliyin qiymətləndirilməsi istiqamətində əhəmiyyət kəsb edən forma 088 adı altında olan göndəriş müvafiq səhiyyə müəssisələri tərəfindən tərtib olunur. Nəzərə alınmalıdır ki, göndərişin natamam doldurulması iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və vəziyyəti onun ziyanına dəyişmir.

18. Hazırkı iş üzrə də məhkəmə hesab edir ki, iddiaçıda mövcud olan xəstəliklərə baxmayaraq iddiaçıya vaxtında əlilliyin təyin edilməməsi, onun yox, göndərişin doldurulmasını həyata keçirən aidiyyəti inzibati orqanın əməkdaşlarının səlahiyyətlərinin icrası ilə bağlı olmuşdur ki, məhkəmə hesab edir ki, inzibati or qanın əməkdaşlarının səhvinə münasibətdə iddiaçı hər hansı öhdəlik daşımadığından onun hazırkı iddiası təmin edilməlidir.

19. Digər tərəfdən, nəzərə alınmalıdır ki, iddiaçıya əlillik dərəcəsinin təyin edilməsinin imtinasına əsas olan göndərişdə (27 saylı şəhər Poliklinikası tərəfindən tərtib olunmuş) və xx.xx.2022-ci il tarixdə əlillik dərəcəsinin təyin olunmasına əsas olan göndərişdə (10 saylı şəhər Poliklinikası tərəfindən tərtib olunmuş) onda olan xəstəliklərin XBT kodları, həm də diaqnozlar (əsas diaqnoz, ağırlaşma və yanaşı xəstəliklər) eynilik təşkil etmişdir. Göstərilən bu hal ona dəlalət edir ki, istərsə əlilik dərəcəsinin təyin edilməməsinə əsas olan göndərişdə, istərsə də növbəti dəfə tərtib olunmuş göndərişdə iddiaçıda olan xəstəliklərin mövcudluğu müəyyən edildiyindən, onun üçü ncü dərəcəli əlilliyin məhz xx.xx.2021-ci il tarixdən tələb etmək hüququ yaranır.

20. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-511/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6060/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmamış və aşağıdakıları qeyd etmişdir.

23. İşin mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçı sonuncu göndəriş əsasında ona xx.xx.2022-cı il tarixdə təyin olunmuş əlillik təyinatı tarixinin əvvələ çəkilərək əlilliyinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etmiş və bunu onunla əsaslandırmışdır ki, poliklinika tərəfindən tərtib edilmiş göndərişin natamam doldurulması nəticəsində əlilliyi xx.xx.2021-ci il tarixdən təyin olunmamışdır.

24. Məhkəmə kollegiyası iddiaçının iddia olunan arqumenti ilə razılaşmayaraq, birincisi onu qeyd edir ki, onun əlilliyi xx.xx.2021-ci il tarixdə dayandırılmamış, həmin tarixdə əvvəlki 5 illik əlillik müddəti bitmişdir. Əlilliyinin davam etməsi üçün isə ona həmin tarixdə növbəti müayinədən keçməsi tələb olunurdu.

25. İşin qeyd olunan hallarından isə göründüyü kimi, cavabdeh Agentliyin Tibbi Sosial Ekspert Komissiyası tərəfi ndən xx.xx.2021-ci il tarixdə aparılmış növbəti müayinə zamanı qəbul etdiyi qərarı ilə tibbi göndərişin natamam doldurulması əsası ilə ona əlillik təyin edilməsindən imtina olunmuşdur. Lakin iddiaçı arzuladığı məqsədinə nail olmaq üçün məcburetmə haqqında iddia vasitəsilə cavabdehin həmin imtinasını mübahisələndirməmiş, əksinə, imtinanın həmin səbəbi ilə razılaşaraq imtinada qeyd olunan nöqsanların aradan qaldırılması istiqamətində hərəkətlər etmiş, poliklinika tərəfindən yeni göndərişin doldurulub TSEK-ə göndərilməsi üçün müraciət etmişdir.

26. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş «Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası»nın 1.4-cü bəndi nəzər də tutur ki, göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 27. “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddəsi isə nəzərdə tutur ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində verilə bilər.

28. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin isə 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, qaldırıla bilər.

30. İşin hallarından isə göründüyü kimi, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən olunan həmin prosessual müddətlər çərçivəsində cavabdeh Agentliyin Tibbi Sosial Ekspert TSEK tərəfindən xx.xx.2021-ci il tarixdə aparılmış növbəti müayinənin nəticələrinə əsasən qəbul etdiyi imtina qərarı mübahisələndirilməmiş, məcburetmə haqqında iddia vasitəsilə arzuladığı qərarın, yəni xx.xx.2021-ci il tarixdən ona əlillik təyin edilməsi barədə qərarın qəbul edilməsi tələbinə dair məcburetmə haqqında iddia qaldırılmamış, 7 aydan da çox müddət keçdikdən sonra yalnız hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

31. Göründüyü kimi, ona xx.xx.2021-ci il tarixdən üçüncü dərəcə əlilliyinin təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Əksinə, belə şərtləri istisna edən faktiki şərtlərin mövcudluğu təsdiqlənir.

32. Birinci instansiya məhkəməsi tərəfindən isə işdə olan sübutlarla müəyyən olunan hallara maddi və prosessual hüquq normalarının tələbləri qaydasında hüquqi qiymət verilməmiş, iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlinmişdir.

33. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələnd irən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6060/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır.

34. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

35. Bakı Apellyasiya Məhkəməsinin qərarı qanuni və əsaslı olmadığı, qanunvericilik aktlarının tələbləri düzgün tətbiq edilmədən və hüquq normaları pozulmaqla qəbul edildiyi üçün ləğv edilməlidir.

36. İlkin olaraq nəzərə alınmalıdır ki, iddiaçıya 2009-cu ildə 2-ci qrup əlilliyə görə müavinət təyin edilmişdir. 2021-ci ilin fevral ayından heç bir xəbərdarlıq edilmədən müavinət dayandırılmış və dayandırılmanın hüquqi əsasları barədə heç bir məlumat verilməmişdir.

37. Bakı Apellyasiya Məhkəməsi öz qərarında göstərir ki, xx.xx.2021-cı il tarixdə 5 illik müddət bitdikdən sonra 27 saylı şəhər Poliklinikasının göndərişinə əsasən xx.xx.2021-ci il tarixdə TSEK tərəfindən aparılmış müayinə zamanı göndərişin natamam doldurulması(səbəb əsas diaqnozun ağırlaşmalarını təsdiq edən diaqnostik instrumental müayinələr aparılmayıb) əlilliyin təyin edilməsindən imtina edilmiş və səbəbi kimi əsas diaqnozun ağırlaşmalarını təsdiq edən diaqnostik instrumental müayinələrin aparılmadığı göstərilmişdir.

38. İşin qeyd olunan hallarından isə göründüyü kimi, cavabdeh Agentliyin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə aparılmış növbəti müayinə zamanı qəbul etdiyi qərarı ilə tibbi göndərişin natamam doldurulması əsası ilə ona əlillik təyin edilməsindən imtina olunmuşdur. Lakin iddiaçı arzuladığı məqsədinə nail olmaq üçün məcburetmə haqqında iddia vasitəsilə cavabdehin həmin imtinasını mübahisələndirməmiş, əksinə, imtinanın həmin səbəbi ilə razılaşaraq imtinada qeyd olunan nöqsanların aradan qaldırılması istiqamətində hərəkətlər etmiş, poliklinika tərəfindən yeni göndərişin doldurulub TSEK-ə göndərilməsi üçün müraciət etmişdir.

39. Hesab edirik ki, məhkəmənin bu mövqeyi qanuni və əsaslı deyil. Belə ki, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş e lektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır ki, bu zaman cavabdeh şəxslərin əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparır. Doğrudur ki, göndəriş keyfiyyətsiz (və ya natamam) doldurulduqda, iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. Lakin nəzərə alınmalıdır ki, bu hal hər bir halda vətəndaşın ziyanına şərh edilməməlidir. Belə ki, əlilliyin qiymətləndirilməsi istiqamətində əhəmiyyət kəsb edən forma 088 adı altında olan göndəriş müvafiq səhiyyə müəssisələri tərəfindən tərtib olunur. Səhiyyə müəssisələrinin məsul şəxsləri bu sahədə xüsusi biliyə və ixtisaslaşmış təcrübəyə malik olan şəxslər olduğundan, onlar göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsasland ırılması üçün intizam məsuliyyəti daşıyırlar. Nəzərə alınmalıdır ki, göndərişin natamam doldurulması iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və vəziyyəti onun ziyanına dəyişmir.

40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz.

41. Hazırkı iş üzrə də hesab edirəm ki, iddiaçıda mövcud olan xəstəliklərə baxmayaraq iddiaçıya vaxtında əlilliyin təyin edilməməsi, onun yox, göndərişin doldurulmasını həyata keçirən aidiyyəti inzibati orqanın əməkdaşlarının səlahiyyətlərinin icrası ilə bağlı olmuşdur ki, hesab edirik ki, inzibati orqanın əməkdaşlarının səhvinə münasibətdə iddiaçı hər hansı öhdəl ik daşımır.

42. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçıya əlillik dərəcəsinin təyin edilməsinin imtinasına əsas olan göndərişdə (27 saylı şəhər Poliklinikası tərəfindən tərtib olunmuş) və xx.xx.2022-ci il tarixdə əlillik dərəcəsinin təyin olunmasına əsas olan göndərişdə (10 saylı şəhər Poliklinikası tərəfindən tərtib olunmuş) onda olan xəstəliklərin XBT kodları, həm də diaqnozlar (əsas diaqnoz, ağırlaşma və yanaşı xəstəliklər) eynilik təşkil etmişdir. Göstərilən bu hal ona dəlalət edir ki, istərsə əlilik dərəcəsinin təyin edilməməsinə əsas olan göndərişdə, istərsə də növbəti dəfə tərtib olunmuş göndərişdə iddiaçıda olan xəstəliklərin mövcudluğu müəyyən edildiyindən, onun üçüncü dərəcəli əlilliyin məhz xx.xx.2021-ci il tarixdən tələb etmək hüququ yaranmışdır.

43. Göründüyü kimi Bakı A pellyasiya Məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədən əsassız və qanunsuz qərar qəbul edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

44. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

45. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrind ə nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin i nzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

46. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

47. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılma sı təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

49. İşin hallarından müəyyən olunur ki, cavabdeh Agentliyin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə aparılmış növbəti müayinə zamanı qəbul etdiyi qərarı ilə tibbi göndərişin natamam doldurulması əsası ilə ona əlillik təyin edilməsindən imtina olunmuşdur.

50. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı arzuladığı məqsədinə nail olmaq üçün məcburetmə haqqında iddia vasitəsilə cavabdehin həmin imtinasını mübahisələndirməmiş, əksinə, imtinanın həmin səbəbi ilə razılaşaraq imtinada qeyd olunan nöqsanların aradan qaldırılması istiqamətində hərəkətlər etmiş, poliklinika tərəfindən yeni göndərişin doldurulub TSEK -ə göndərilməsi üçün müraciət etmişdir.

51. Yuxarıda qeyd olunduğu kimi, Bakı 10 nömrəli şəhər Poliklinikasının göndərişinə əsasən iddiaçıya xx.xx.2022-cı il tarixdə “Hemiplegiya. Sol və hərəkətlərin məhdudluğu ilə pəncənin parezi. Davamlı kökcük ağrılarla və hərəkətlərin məhdudluğu ilə. Onurğa beyninin digər xəstəlikləri, Diskogen posstravmatik bel-oma radikulopatiyası. L1-S1 səviyyədə spinal kanalın stenozu davamlı kökcük ağrılar və hərəkət məhdudluğu” diaqnozu ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir.

52. Beləliklə, iddiaçıya xx.xx.2016-cı il tarixdə təyin edilmiş 5 illik əlillik müddəti xx.xx.2021-ci il başa çatdıqdan sonra onun əlilliyi yenidən ümumi qaydada xx.xx.2022-cı il tarixdə (müddətsiz) müəyyən edildiyindən, o, həmin tarixlər arasındakı müddətdə cavabdehin imtina qərarlarını qanunla müəyyən edilmiş müddətlərdə mübahisələndirmədiyindən, habelə iddiaçıya münasibətdə sonuncu qərar qüvvədə olduğundan iddia olunan məzmunda tələb təmin oluna bilməz.

53. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

54. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-511/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar