Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1949/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X1 iştirakı ilə) qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiya şikayətinin mümkün sayılmaması; vəkilin orderi) Giriş hissə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimləri Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X1 iştirakı ilə) qarşı mənzilə dair reyestrdən çıxarışın etibarsız sayılması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2-1(103)-1977/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə 20 oktyabr 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X1 iştirakı ilə) qarşı mənzilə dair reyestrdən çıxarışın etibarsız sayılması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məh kəməsinə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin (bundan sonra mətndə birinci instansiya məhkəməsi) 26.04.2021-ci il tarixli, 2-1(112)-2304/2021 nömrəli (sədrlik edən hakim Rüstəm Kərimli) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
3. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 26.04.2021-ci il tarixli, 21(112)-2304/2021 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbinin mümkünlüyü əsasında işə baxıb yekun qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. apellyasiya instansiya məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instan siyası məhkəməsi) 22.07.2021-ci il tarixli, 2-1(103)-1977/2021 nömrəli (hakimlər Azər Hüseynov - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Xəyalə Cəmilova) qərardadı ilə iddiaçının apellyasiya şikayətinin mümkün sayılmaması və şikayətin qəbulundan imtina edilməsi qərara alınmışdır. Əsaslandırıcı hissə:
5. Apellyasiya instansiyası məhkəməsinin 22.07.2021-ci il tarixli, 21(103)-1977/2021 nömrəli nömrəli qərardadından iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilmişdir.
6. İddiaçının kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, imzalanmamış və şikayətə vəkilin orderi əlavə edilməmişdir.
7. Bununla bağlı Ali Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olara q yardım edilmiş və göstərilən nöqsanları 20 oktyabr 2021-ci il tarixə qədər aradan qaldırmaq təklif edilmiş və əks halda kassasiya şikayətinin mümkün sayılmaması nəzərinə çatdırılmışdır. Lakin iddiaçı tərəfindən bu nöqsanlar aradan qaldırılmamışdır.
8. Buna görə də iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
10. Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə görə kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.
11. Azərbaycan Respublikası İPM-nin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
12. Həmin Məcəllənin 96.3-cü maddəsinə görə kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.3-cü maddəsini rəhbər tutaraq Qərara aldı İddiaçının Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2-1(103)-1977/2021 nömrəli qərardadından verdiyi kassasiya şi kayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılsın.