Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1949/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraatın dayandırılması zamanı işin hallarının nəzərə alınmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi) “sərəncamların iddiaçıya aid hissədə etibarsız hesab olunması” tələbinə d air inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1589/2023 nömrəli, 3 may 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2014-cü il tarixli 4950 nömrəli “Fiziki və qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” Müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixli Hüquqların qabaqcadan qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən arayışa əsasən X10 adına qeydiyyata alınmış Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllə ünvanındakı qeyri-yaşayış binasının istifadəsində olan 1600 kv.m. torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən X2.
2. X12 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixli Çıxarış verilmiş, həmin çıxarışda torpaq sahəsinin xüsusi mülkiyyətdə olmaqla sahəsinin 0.16 ha olması göstərilmişdir. 3. xx.xx.2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X14 mülkiyyətində olan torpaq sahəsini X3, bundan sonra ona xx.xx.2014-cü il tarixli Çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. 4. xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanılması” Müqaviləsinə əsasən X1 torpaq sahəsini iddiaçıya bağışlamış, iddiaçıya xx.xx.2019-cu il tarixdə Çıxarış verilmişdir.
5. Digər tərəfdən, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-ci il tarixli 426 saylı Sərəncamı ilə Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllədə yerləşən 0.18 ha torpaq sahəsi icarə əsa sında avtomobil dayanacağının təşkili və avtodiaqnostika mərkəzinin tikintisinin layihələndirilməsi üçün həmin MMC-nin istifadəsinə verilmişdir.
6. Həmin torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 666 saylı Sərəncamı ilə "xxxx" MMC-nin, xx.xx.2019-cu il tarixli 249 saylı Sərəncamla isə "xxxx" MMC-nin adına keçirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi ilə barədə ərizə ilə məhkəməyə müraciət edərək “Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-ci il tarixli 426 saylı, xx.xx.2017-ci il tarixli 666 saylı və xx.xx.2019-cu il tarixli 249 saylı sərəncamlarının ona məxsus olan Bakı şəhəri, Niz ami rayonu, Babək prospekti 2270-77-ci məhəllədə yerləşən 0,16 ha torpaq sahəsinə aid olan hissədə etibarsız hesab edilməsini xahiş etmişdir.
8. İddianın əsaslarına görə mübahisələndirilən sərəncamlar iddiaçının qanuni mülkiyyətində olan torpaq sahəsi üzərində hüquqlarını pozur. Belə ki, sözügedən sərəncamlarla iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən qanunsuz olaraq digər hüquqi şəxslərin istifadəsinə verilmişdir.
9. Daha sonra "xxxx" MMC xx.xx.2021-ci il tarixdə cavabdehlər X8, X9 və X12 qarşı "xxxx" MMC, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhər İcra Hakimiyyəti üçüncü şəxslər olmaqla Bakı şəhəri Nizami rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22 70- 77-ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsinə dair X10 adına verilən əsası göstərilməyən hüquqların qabaqcadan qeydiyyatı barədə xx.xx.2013-cü il tarixli arayışın və onunla ƏMDK Yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi arasında bağlanan xx.xx.2014-cü il tarixli torpağın alqı-satqı müqaviləsinin və ona əsasən verilən xx.xx.2014-cü il tarixli çıxarışın, X14 ilə cavabdeh X9 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin və ona əsasən verilən xx.xx.2014-cü il tarixli çıxarışın, X9 ilə cavabdeh X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli bağışlanma müqaviləsinin və ona əsasən verilən xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi və qanuni əsaslarla iddiaçıya məxsus 0.16 ha torpaq sahəsinin onlar tərəfindən azad edərək istifadəçiyə təhvil verilməsi” barəd ə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir.
11. İş üzrə üçüncü şəxs "xxxx" MMC məhkəməyə vəsatətlə müraciət edərək icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
12. Vəsatət onunla əsaslandırılmışdır ki, hazırkı icraatda olan iddia ərizəsinə baxılması Nizami rayon Məhkəməsində baxılan “alqı- satqı, bağışlanma müqavilələrinin və çıxarışların ləğv edilməsi” ilə əlaqədar iddia ərizəsinin nəticəsindən asılıdır. Çünki, həmin sənədlərin qanuni olub-olmaması həll edilməyincə "sərəncamların ləğvinə” dair işin obyektiv baxılması mümkün deyil.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-236/2022 nömrəli, 1 fevral 2022-ci il tarixli qərardadı ilə (hakim M.T.Hacıbəyova) hazırkı iş üzrə icraat, iddiaçı "xxxx" MMC-nin cavabdeh X14, X9, İddiaçı, “X15 “MMC, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhər İcra Hakimiyyətinə qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair Nizami rayon məhkəməsinin 2(007)-3408/2021 nömrəli iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır.
14. Məhkəmə hesab etmişdir ki, hazırkı inzibati mübahisənin həlli Nizami rayon Məhkəməsinin icraatında olan işin nəticəsindən asılıdır. Belə ki, sözügedən iş üzrə yekun məhkəmə aktı tərəflər arasında olan hazırkı mübahisənin həllinə təsir göstərə bilər.
15. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1673/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərardadı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və V.Ə.Baxışova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-236/2022 nömrəli, 1 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı iş üzrə sözügedən xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə X6 adına, daha sonra isə xx.xx.2019-cu il tarixdə bağlanmış bağışlama müqaviləsinə əsasən İddiaçı adına reyestrdə rəsmiləşdirilən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270- 77-ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsinin bir (şərq) hissəsinə Bakı şəhər İcra Hakimiyyətinin başçısının “avtomobil dayanacağının təşkili və avtodiaqnostika mərkəzinin tikintisinin layihələndirilməsi üçün həmin ünvanda 0,18 ha torpaq sahəsinin "xxxx"MMC-nin ıstifadəsinə verilməsi barədə 21 oktyabr 2016-ci il tarixli 426 nömrəli Sərəncamı ilə müdaxilə olunduğu mübahisələndirilərək həmin sərəncamın iddiaçıya aid hissədə ləğv olunması tələb edilir. Belə olan halda, Nizami rayon Məhkəməsində baxılan mülki iş üzrə iddia təmin ediləcəyi və sözügedən alqı-satqı və bağışlama müqavilələri və onlara əsasən verilmiş çıxarışlar ləğv olunacağı təqdirdə, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270- 77-ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsi iddiaçının mülkiyyətindən çıxmış olur və onun həmin 0,16 ha torpaq sahəsinin şərq hissəsinə cavabdeh orqanın sərənca mları ilə müdaxilə olunması əsası ilə hazırkı mübahisələndirmə haqqında iddianı qaldırmaqda subyektiv hüququ aradan qalxmış olur ki, bu hal iddianın mümkünlüyünü tamamilə uğursuz edir. Göründüyü kimi, hazırkı inzibati mübahisənin taleyi birmənalı olaraq, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan – “iddiaçı "xxxx" MMC-nin cavabdeh X14, X9, İddiaçı, “X15 “MMC, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhər İcra Hakimiyyətinə qarşı alqı-satqı müqavilələrin və çıxarışın ləğv edilməsi tələbinə dair” mülki işin nəticəsindən asılıdır.
18. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2-1(102)-1750/2022 nömrəli qərarı ilə (hakimlər: K.Bədəlov – /məruzəşi/, N.Rəsulbəyova və İ.Hüseynov) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1673/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərardadında istinad etdiyi hal (Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatının mümkün hesab edilməsi) ilə tərəflərdən daxil olan məlumatlar arasında uyğunsuzluq olduğundan, işin təkrar apellyasiya baxışı zamanı Nizami rayon Məhkəməsinin icraatında olan mülki işin hazırkı vəziyyəti ilə maraqlanılmalı və ona uyğun qiymətləndirmə aparılmalıdır. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1589/2023 nömrəli, 3 may 2023-cü il tarixli qərardadı ilə (hakimlər: P.Hüseynov /sədrlik edən və məruzəçi/, K.Əkbərov və Ş.Məmmədova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı "xxxx" MMC tərəfindən hazırkı iş üzrə də mübahisənin obyekti olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsinə dair X14 ilə X9 arasında bağlanmış alqı-satqı müqaviləsinin və ona əsasən verilən çı xarışın, həmçinin X9 ilə X8 (hazırkı iş üzrə iddiaçı) arasında bağlanmış bağışlanma müqaviləsinin və ona əsasən verilən çıxarışın ləğv edilməsi və MMC-yə məxsus 0.16 ha torpaq sahəsinin onlar tərəfindən azad edərək istifadəçiyə təhvil verilməsi tələb olunur. X5 da məhz, hazırkı iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsinə aid olan hissədə cavabdehin sərəncamlarının etibarsız hesab edilməsi tələb edilir. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı ona məxsus torpaq sahəsinə aid hissədə sərəncamı mübahisələndirir, Bakı şəhəri Nizami Rayon Məhkəməsində isə hazırki iş üzrə üçüncü şəxs "xxxx" MMC tərəfindən İddiaçı adına həmin torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın d övlət reyestrində aparılmış qeydiyyat və onun əsası (müqavilə) mübahisələndirilir. Belə olan halda, Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılan mülki iş üzrə iddia təmin ediləcəyi və qeyd olunan alqı-satqı və bağışlama müqavilələri və onlara əsasən verilmiş çıxarışlar ləğv oluncağı təqdirdə, mübahisələndirilən torpaq sahəsi hazırkı iş üzrə İddiaçı mülkiyyətindən çıxmış olur və onun həmin torpaq sahəsinin bir hissəsinə cavabdeh orqanın sərəncamları ilə müdaxilə olunması əsası ilə hazırkı iddianı qaldırmaqda subyektiv hüququ aradan qalxmış olur və bu hal iddianın mümkün sayılmamasına səbəb olur. Göründüyü kimi, hazırki inzibati mübahisənin həlli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan qeyd olunan mülki işin həllindən asılıdır.
23. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı şikayətində qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ilkin sahibi olan X14 həmin torpaq sahəsini xx.xx.2013-cü il tarixli ********** saylı Hüquqların qabaqcadan qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən arayışına və xx.xx.2014-cü il tarixli 4950 nömrəli “Fiziki və qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” Müqaviləsinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsindən alqı-satqı yolu ilə əldə etmişdir. Göründüyü kimi, həmin torpaq sahəsinə mülk iyyət hüququnun əsasını inzibati orqanın torpağın satılması ilə bağlı publik hüquq münasibətlərindən irəli gələn hərəkətləri təşkil edir. İşə təkrar baxan apellyasiya məhkəməsi mövcud olan, yəni Ali Məhkəməyə təqdim edilmiş məhkəmə aktlarını sadalamaqla əvvəlki mövqeyində qalmışdır. Apellyasiya məhkəməsi hər iki işin inzibati iş olduğunu qəbul etsə də şikayəti təmin etməmişdir.
25. İddiaçı kassasiya şikayətini əsaslandırmaq üçün “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarına istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəl illəri:
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
7. Mübahisə ilə bağlı iş üzrə icraatın dayandırılması 7.1. Mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. 7.2. İnzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər..... Maddə
98. Ali Məhkəmənin inzibati müb ahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsin ə göndərilməlidir.
31. Mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi xx.xx.2014-cü il tarixli 4950 nömrəli “Fiziki və qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” Müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixli Hüquqların qabaqcadan qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən arayışa əsasən X4 (müvafiq Çıxarış almışdır), L.Hacıyev xx.xx.2014-cü il tarixli “Daşınmaz əmlakın alqısatqı müqaviləsi”nə əsasən mülkiyyətində olan torpaq sahəsini X3 (xx.xx.2014-cü il tarixli Çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir) və nəhayət xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanılması” Müqaviləsinə əsasən X1 torpaq sahəsini iddia çıya bağışlamış, iddiaçıya xx.xx.2019-cu il tarixdə Çıxarış verilmişdir.
32. Hazırkı iş üzrə iddiaçının tələbi Bakı şəhər İcra Hakimiyyəti başçısının üçüncü şəxslərin ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) icarəsinə torpaq sahəsi verilməsi ilə bağlı sərəncamlarının onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllədə yerləşən 0,16 ha torpaq sahəsinə aid olan hissədə etibarsız hesab edilməsidir.
33. Apellyasiya instansiyası məhkəməsi icraatın dayandırılması barədə qərardadı dəyişdirilmədən saxlayarkən mövqeyini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə İddiaçı ona məxsus torpaq sahəsinə aid hissədə sərəncamı mübahisələndirir, Bakı şəhəri Nizami Rayon Məhkəməsində isə hazırki iş üzrə üçüncü şəxs "xxxx" MMC tərəfindən İddiaçı adına həmin torpaq sahəsi ilə b ağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və onun əsası (müqavilə) mübahisələndirilir. Belə olan halda, Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılan mülki iş üzrə iddia təmin ediləcəyi və qeyd olunan alqı-satqı və bağışlama müqavilələri və onlara əsasən verilmiş çıxarışlar ləğv olunacağı təqdirdə, mübahisələndirilən torpaq sahəsi hazırkı iş üzrə İddiaçı mülkiyyətindən çıxmış olur və onun həmin torpaq sahəsinin bir hissəsinə cavabdeh orqanın sərəncamları ilə müdaxilə olunması əsası ilə hazırkı iddianı qaldırmaqda subyektiv hüququ aradan qalxmış olur və bu hal iddianın mümkün sayılmamasına səbəb olur.
34. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu mövqeyini əsaslı hesab etmir. Belə ki, hazırkı iş üzrə üçüncü şəxs "xxxx" MMC-nin Nizami Rayon Məhkəməsində iddia ilə çıx ış etməsinin subyektiv hüququnun əsasını Bakı şəhər İcra Hakimiyyətinin başçısının 2019-cu il sərəncamı təşkil edir və həmin sərəncam hal hazırkı icraat çərçivəsində mübahisə predmetidir.
35. Belə olan halda, hazırkı inzibati məhkəmə icraatı mülki məhkəmə icraatından asılı ola bilməz. Hazırkı məhkəmə icraatının nəticəsindən asılı olaraq "xxxx" MMC-nin mülki məhkəmədə ümumiyyətlə iddia qaldırmağa subyektiv hüququnun olub-olmaması müəyyən oluna bilər. Qeyd edilən sərəncam ləğv olunduğu təqdirdə "xxxx" MMC-nin həmin torpaq sahəsinin satılması və nəticəsində alınmış çıxarışların mübahisələndirilməsinə dair subyektiv hüququ itirilmiş olur.
36. Odur ki, inzibati icraatın dayandırılması üçün İPM-in 7.2-ci maddəsinin tələbi mövcud olmadığından, yəni mübahisənin predmeti mülki iş üzrə məsələnin h əllindən asılı olmadığından üçüncü şəxs "xxxx" MMC-nin icraatın dayandırılması barədə vəsatəti rədd edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1589/2023 nömrəli, 3 may 2023-cü il tarixli qərardadı ləğv edilsin. Üçüncü şəxs "xxxx" MMC-nin iş üzrə icraatın dayandırılması barədə vəsatəti rədd edilsin. İş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərar qətidir.