Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1949/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrası haqqında iddianın mümkünsüzlüyü; əmlaka münasibətdə subyektiv hüququn olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nın 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqların qeydə alınması” tələbinə dair inzi bati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(104)-325/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edərək mərhum atası X2 “Azərelektromontaj-2” idarəsi tərəfindən xx.xx.1977-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonu “Əllərin dairəsi” deyilən ərazidə verilmiş 0,80 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2023-cü il tarixli bildirişi ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmiş və imtinada qeyd etmişdir ki, aparılan araşdırma zamanı əmlaka dair hüquqm üəyyənedici sənədlərin ərizəyə əlavə edilmədiyi, həmçinin faktiki iddiaçının istifadəsində olan torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən dövlət mülkiyyətində olan yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək mərhum atası X2 “Azərelektromontaj-2” idarəsi tərəfindən xx.xx.1977-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonu “Əllərin dairəsi” deyilən ərazidə verilmiş 0,80 ha torpaq sahəsi üzərində hüquqların qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atasına “Azərelektromontaj-2” idarəsi tərəfindən xx.xx.1977-ci il tarixdə 0,80 ha torpaq sahəsi və yaşamaq üçün vaqon verilmiş, həmin vaxtdan atası ailəsi birlikdə orada yaşamışdır. O, 1980-ci ildə orada anadan olmuş və orada yaşamışdır. Atası 2001-ci ildə vəfat etmiş və sonra torpaqdan o, istifadə etmişdir. Həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün aidiyyəti üzrə cavabdehə müraciət edilsə də, müraciətin təmin olunmasından imtina edilmişdir. Cavabdehin etirazları:
5. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda bildirilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin olmadığını, həmçinin faktiki torpaq sahəsinə münasibətdə bələdiyyə xəritəsinə əsasən, dövlət mülkiyyətində olan bir hissəsi yaşayış məntəqələri təyinatı torpaqları, digər bir hissəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatı torpaqları kimi qeyd olunmuşdur. Bundan başqa torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsinin yaxınlığından yüksək gərginlikli hava elektrik xəttinin keçdiyi müəyyən edilmişdir. Qeyd edilənləri əsas gətirən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Mütəxəssis rəyi:
6. İş üzrə verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, “Azərelektromontaj-2” idarəsi tərəfindən xx.xx.1977-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonu Əllərin dairəsi deyilən ərazidə verilmiş 0,80 ha torpaq sahəsinin məkan göstəricilərini (koordinatlar və yerləşmə mövqeyi) əks etdirən hər hansı cizgi planı mövcud deyildir. Araşdırma iddiaçının naturada təqdim etd iyi faktiki istifadəsində olan 0,28 ha torpaq sahəsinə istinad edilmişdir. Torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin elektron xəritə materiallarına istinadən dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2001/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçını iddia etdiyi və üzərində mülkiyyət hüquqlarını qeydə aldırmaq istədiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənədlər mövcud deyildir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrı lmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və s. əks olunmalıdır.
9. Həmçinin müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin elektron xəritə materiallarına istinadən dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir.
10. İddiaçının özünə də məhkəmə araşdırması nəticəsində sadalanan sənədlərin mövcudluğu barədə və onların məhkəməyə təqdim edilməsi təklif olunsa da, iddiaçı sənədləri məhkəməyə təqdim edə bilməmiş, yalnız torpaq sahəsindən uzun müddət istifadə etdiyi kimi arqumentləri məhkəməyə bildirmişdir.
11. Belə olan halda iddiaçının torpaqda n istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir.
12. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-325/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-200 1/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ mövcud deyil.
15. İddiaçı apellyasiya instansiya məhkəməsinin qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın mümkün sayılmasını və ya işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri Maddi hüquq normalarının pozulmasına dair dəlillər: 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə görə bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz ə mlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci bəndinə görə Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasını n Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər hüququn qeydə alınması üçün əsasdır.
18. Apellyasiya şikayətini təmin etməyən apellyasiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, torpaq sahəsi dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. İş materiallarından da göründüyü kimi mübahisəli torpaq sahəsi iddiaçının mərhum atasına işlədiyi Azərelektromontaj-2 (PMK-2) idarəsi tərəfindən xx.xx.1977-ci ildə verilmişdir. Azərelektromontaj-2 (PMK-2) idarəsi dövlət müəssisəsi olduğundan, həmin müəssisə tərəfindən torpaq sahəsi iddiaçının atasının əvəzsiz istifadə sinə qanuni əsaslarla verilmişdir. Beləliklə də, iddiaçının istifadəsində olan torpaq sahəsinə hüququn qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmuşdur. Lakin apellyasiya məhkəməsi həmin əsasları nəzərə almadan iddianın təmin edilməməsi barədə qərardad çıxarmışdır. Prosessual hüquq normalarının pozulmasına dair dəlillər:
19. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur.
20. Məhkəmə qərardadı qəbul edərkən işin həqiqi hallarını nəzərə almamış, prosessual hüquq normalarını pozmuş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Buna görə həmin qərardad ləğv edilməlidir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində ba xır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan z aman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
27. Şikayətin əsas dəlilinə görə, iddia olunan torpaq sahəsi iddiaçının mərhum atasına qanuni əsaslarla verilmişdir. İddiaçı bu dəlilin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdi q edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə istinad etmişdir. Həmin bəndə görə Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər hüququn qeydə alınması üçün əsasdır.
28. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə bağlı qeyd edir ki, əvvəla, iddiaçının istinad etdiyi, üç nəfər şəxs tərəfindən imzalandığı qeyd olunan xx.xx.1977ci il tarixl i akt (kserosurəti), hətta onun mötəbərliyi qəbul edildikdə belə, iddiaçının istinad etdiyi Siyahının 2-ci bəndinin müddəalarında (2.1-2.7-ci yarımbəndlər) qeyd edilən və daşınmaz əmlak üzərində hüquqların qeydə alınmasına əsas verən sənədlərə aid deyil.
29. Digər tərəfdən, həmin aktın məzmunundan da göründüyü kimi, orada X2 torpaq sahəsinin deyil, yaşayış üçün vaqonun (sonradan yeri 15 metr dəyişdirilən daşınar əşyanın) verildiyi, 0.8 ha torpaq sahəsinin isə X1 özü tərəfindən əkin yeri düzəltdiyi qeyd olunmuşdur. Həmin torpaq sahəsinin isə ümumiyyətlə aktda göstərilən müəssisəyə aidiyyətini, buradan, həmin torpaq sahəsi üzərində müəssisənin sərəncam hüququnu təsdiq edən sübut yoxdur.
30. Beləliklə, iddiaçının əsaslandığı “Akt” “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respubl ikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinin müddəalarında (2.1-2.7-ci yarımbəndlər) qeyd edilən sənədlərə, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0cı maddəsində göstərilən və daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan digər sənədlərə aid olmadığından, onun həmin normalardan və İPM-in 35.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur.
31. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinə əsas verm ir.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli 21(104)-325/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.