Məhkəmə qərarları › İş №2-1(102)-1949/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1949/2025

29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1949/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: hüquqmüəyyənedici sənədi olmayan torpaq sahəsinə çıxarışın verilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 sayl ı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 dekabr 2024-cü il tarixli, 2-1(105)-942/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. AZ-İİ seriyalı, 238786 “nikah haqqında şəhadətnamə”yə əsasən, İddiaçı ilə X6 04 avqust 1988-ci il tarixdə nikah bağlamışlar.

2. Quba rayonu Dövlət notariat kontorunda rəsmiləşdirilmiş 02 dekabr 2004-cü il tarixli 4-Ə-311 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, X1 göstərilən Quba şəhərində yerləşən 0,06 ha torpaq sahəsinə dair onun adına Azə rbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 21 iyun 2005-ci il tarixli, JN-435 (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir.

3. AZ-İİ seriyalı, 190462 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X6 09 oktyabr 2021-ci il tarixdə ölmüşdür.

4. İddiaçı ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, JN-435 (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0,06 ha torpaq sahəsi üzərində mərhum X2 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

5. Cavabdeh 23 may 2023-cü il tarixli, 3-21-3-34/2-X-0038-8/2023 nömrəli məktub ilə iddiaçının müraciətin in icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qeyd olunan JN-435 (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamış, ərazi idarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Qeyd olunan səbəbdən ərizənin icrası mümkün olmamışdır.

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş 21 iyun 2005-ci il tarixli JN-435 (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Quba şəhərində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mü lkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: C.B.Məmmədov) 22 may 2024-cü il tarixli, 2-1(118)-2005/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 3-16-5/6-11-439/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubuna əsasən, arxiv məlumatlarında iddiaçının mərhum ərinin adına verilmiş Quba rayonu Dövlət Notariat Konturunda 4-Ə-311 saylı, xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi aşkarlanmamışdır. Həmçinin, məhkəməyə təqdim olunmuş cavabdehin imtinasında qeyd ol unan JN-435 (kod 3031004) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə İdarənin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamış və eləcə də, təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır. Göründüyü kimi, məhkəmə araşdırması nəticəsində iddiaçının iddia etdiyi torpaq sahəsinin qanunauyğun qaydada verilməsi öz təsdiqini tapmamışdır.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, T.B.Axundov və V.M.Hacıyev) 28 dekabr 2024-cü il tarixli, 2-1(105)-942/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, iş materiallarında olan sözügedən şəhadətnamənin özündə də “Şəhadətnamə iki nüsxədən ibarət tərtib edilib və ______ nömrə ilə kitabda qeydə alınmışdır” kimi göstərilmiş, yəni şəhadətnamədə onun qeydiyyat kitabında olan nömrə hissəsi boş saxlanılmışdır. Bununla da bir daha təsdiq edilir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə dövlət kadastr kitabında qeydiyyata alınmamış və ona müvafiq nömrə verilməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsinin Quba rayonu Dövlət Notariat Kontorunda xx.xx.2004-cü il tarixli, 4-Ə-311 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinə və onun bağlanması üçün əsas olmuş sənədlərin təqdim edilməsi ilə bağlı sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 05 aprel 2024-cü il tarixli, 3-16-5/6-11-439/24 nömrəli məktubundan görünür ki, arxivə təhvil verilmiş 4-Ə-311 reyestr nömrəli müqavilə 29 iyun 2004-cü il tarixdə digər şəxslər barəsində rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası tərəfindən də JN-435 (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X4 X5 (TEKUİS) qeydə alınıb-alınmaması barədə cavabdeh orqana sorğu verilmişdir. Cavabdeh tərəfindən 20 noyabr 2024-cü il tarixli məktubla məhkəməyə təqdim olunmuş arayışdan görünür ki, sözügedən “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə TEKUİS-də qeydə alınmamışdır. Göründüyü kimi, iddiaçının tələbinin əsası kimi istinad etdiyi JN-435 (kod ********) nömrəli “T orpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə nə dövlət aktlarının qeydiyyat kitabında, nə də X4 X5 (TEKUİS) qeydə alınmamışdır. Bundan əlavə, iddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərində şəhadətnamədə göstərilən torpaq sahəsinin faktiki istifadəsində olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilən müayinə aktından görünür ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçının iştirakı ilə torpaq sahəsinə baxış zamanı müəyyən edilmişdir ki, həmin sahə digər şəxs və ya şəxslər tərəfindən dəmir tor ilə hasarlanmışdır və onların istifadəsindədir. Hətta qeyd edilən səbəbdən həmin şəxslər tərəfindən torpaq sahəsinin ölçülməsinə maneçilik yaradılmış, bu baxımdan, torpaq sahəsinin müayinəsinin aparılması mümkün olmamışdır. JN-435 (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə 0,06 ha torpaq sahəsinin xx.xx.2004-cü il tarixli, 4-Ə-311 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçının mərhum əri X1 göstərilsə də, həm birinci instansiya, həm də məhkəmə kollegiyasının araşdırması nəticəsində müəyyən edilmişdir ki, şəhadətnamə dövlət qeydiyyatına alınmamış, eləcə də, TEKUİS-də qeydiyyatı aparılmamış, həmçinin şəhadətnamədə istinad edilən sənədin mötəbərliliyi müəyyən edilməmiş, alqı-satqı müqaviləsi üzrə iddia tələbinə aidiyyəti olmayan torpaq sahəsinin alqı-satqısı aparılmış, həmin müqavilələrdə iddiaçı alıcı qismində çıxış etməmişdir. Həmçinin iddia olunan torpaq sahəsinin özü də başqa şəxslərin istifadəsindədir. Beləliklə, işin qeyd olunan hallarından göründüyü kimi iddiaçının tələbinin əsası ki mi istinad etdiyi JN-435 (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədəki məlumatların həqiqiliyi – həqiqətən də, şəhadətnamədə qeyd edilən torpaq sahəsinə dair ilkin mülkiyyətçi ilə X6 arasında qeyd edilən tarixdə notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, eləcə də, şəhadətnamədə göstərilən məlumatlar dövlət reyestrində saxlanılan məlumatlara uyğun olmadığından cavabdehin imtinası əsaslı olmuşdur.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

12. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, e ləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

13. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusu na və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğ u, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü m addələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

14. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

15. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud, və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya məhkəməsi analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlard a (o cümlədən, xx.xx.2022-ci il tarixli 2-1(102)-1576/2022 nömrəli, xx.xx.2023-cü il tarixli 21(102)-387/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-483/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2744/2023 nömrəli qərarlarda) aşkar və birmənalı şəkildə qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir.

16. Hazırkı işdə iddiaçı tələbini əsaslandırmaq üçün hüquqmüəyyənedici sənəd qismində məhkəməyə mübahisəli torpaq sahəsinə dair JN-435 (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə təqdim etmişdir. Lakin aşağı instansiya məhkəmələrində araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi JN-435 (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə dövlət qeydiyyatına alınmamış, eləcə də, TEKUİS-də qeydiyyatı aparılmamış, həmçinin şəhadətnamədə istinad edilən sənədin mötəbərliliyi müəyyən edilməmiş, alqı-satqı müqaviləsi üzrə iddia tələbinə aidiyyəti olmayan torpaq sahəsinin alqı-satqısı aparılmış, həmin müqavilələrdə iddiaçı alıcı qismində çıxış etməmişdir. Həmçinin, iddia olunan torpaq sahəsinin özü də başqa şəxslə rin istifadəsindədir.

17. Beləliklə, iddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas ola bilən hüquqmüəyyənedici sənədləri nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim etməmişdir. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır.

18. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən iddiaçı üçün əlçatan və bəlli olmuşdur.

19. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

20. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin təkrar edilən dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

21. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

22. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 dekabr 2024-cü il tarixli, 2-1(105)-942/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar