Məhkəmə qərarları › İş №2-1(102)-195/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-195/2025

05.02.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-195/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral vergi qərarının ləğvi, xronometraj metodu ilə müşahidənin nəticəsi əsasında hesablanmış sadələşdirilmiş vergi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının 09 avqust 2024-cü il tarixli, 2-1(103)-2386/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ictimai-iaşə fəaliyyəti ilə məşğuldur, sadələşdirilmiş vergi ödəyicisidir.

2. Cavabdehin “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” xx.xx.2021-ci il tarixli **********5369 nömrəli qərarına əsasən, iddiaçının istifadəsində olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, X1 prospekti, ev 69 ünvanında yerləşən, **********-10001 obyekt kodlu “Lido” restoranı” adlı təsərrüfat subyektində xx.xx.2021-ci il tarixdən 15 iş günündən çox olmayan müddətdə xronometraj metodu ilə müşahidə aparılması qərara qəbul alınmışdır.

3. Xronometraj metodu ilə müşahidəni n nəticəsi barədə tərtib edilmiş xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 002206 nömrəli yekun aktdan görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 5 təqvim günü ərzində iddiaçıya aid təsərrüfat subyektində xronometraj metodu ilə aparılmış müşahidənin nəticəsinə əsasən ümumi satış dövriyyəsinin 24830 manat, orta günlük satış dövriyyəsinin isə 4966 manat olduğu müəyyən edilmiş və bu barədə tərtib olunmuş akt iddiaçı tərəfindən imzalanmışdır.

4. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********245300 nömrəli qərarına əsasən, iddiaçıya 2022-ci ilin 1-ci rübü üzrə 32058 manat əlavə sadələşdirilmiş vergi məbləği hesablanmışdır.

5. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqları nın hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********445200 nömrəli qərarına əsasən, iddiaçıya 2022-ci ilin 2-ci rübü üzrə 31940,48 manat əlavə sadələşdirilmiş vergi məbləği hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********245300 nömrəli və xx.xx.2022-ci il tarixli, **********445200 nömrəli qərarlarının ləğv olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı tərəfindən təqdim olunmuş hesabatlar üzrə deyil, son xronometraj metodu ilə müşahidənin nəticəsi əsasında hesablama aparmış və onun barəsində mübahisələndirilən qərarları qəbul etmişdir. İddiaçı hesab edir ki, yalnız xronometraj metodu ilə müşahidənin nəticəsinə istinad edilməklə hesablamanın aparılması yol verilməzdir. Belə ki, əgər yalnız xronometraj metodu ilə müşahidənin nəticəsinə istinad olunursa, onda hər hesabat dövrü üzrə fəaliyyət barəsində məlumatın verilməsinə lüzum qalmazdı və belə olan halda yalnız xronometraj metodu ilə müşahidə nəticəsində müəyyən edilmiş rəqəmlərə uyğun hesabatın verilməsi öhdəlik kimi vergi ödəyicisinin üzərində olardı. Lakin fəaliyyətin növündən asılı olaraq, həmçinin gözlənilən və gözlənilməyən səbəblərə görə dövriyyə fərqli ola bilər və bu, ticarət sahəsində normal bir haldır. Əgər vergi orqanının istinad etdiyi xronometraj metodu ilə müşahidə nəticəsində müəyyən edilmiş rəqəmlə rin bütün fəaliyyət dövründə eyni və sabit olması mümkün olsaydı, yəqin ki, iqtisadi riskin olması kimi anlamlar ortadan qalxmış olardı. Çox təəssüf ki, fəaliyyət göstərdiyi sahədə belə bir stabillik yoxdur. 2021-ci ilin iyun ayında aparılmış kameral vergi yoxlaması ilə bağlı qeyd edilməlidir ki, 2 il karantin dövründən sonra ictimai iaşə müəssisələrinə müştəri axını olmuş və son xronometraj metodu ilə müşahidə də həmin ərəfədə aparılmışdır. Bundan başqa, 2021-ci ilin avqust ayında fəaliyyət göstərdiyi obyektin böyük zalı təmirə dayanmış və təmir yekunlaşana kimi olan dövr ərzində dövriyyəsi kəskin azalmışdır. İddiaçı tərəfindən sözügedən qərarlar inzibati qaydada mübahisələndirilmiş, yenidən xronometraj metodu ilə müşahidənin aparılması üçün heç bir maneə olmadığı halda, nədənsə vergi orq anı bu addımı atmaq əvəzinə yalnız formal dəlillərə istinad etməklə şikayəti rədd etmişdir.

8. Cavabdeh iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin müddəalarına əsasən iddiaçı tərəfindən təqdim edilmiş 2022-ci ilin 1-ci və 2-ci rüblərinin sadələşdirilmiş vergi bəyannamələri üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. Belə ki, iddiaçı tərəfindən 2022-ci ilin 1-ci rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin 801-ci sətrindəki B1 sütunlarının cəminin (12305 manat), rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 153946 manat) müşahidələrin nəticələrindən 141641 manat; sadələşdirilmiş vergi bəyannaməsinin 802-ci sətrindəki B1 sütunlarının cəminin (13145 manat), rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 139048 manat) müşahidələrin nəticələrindən 12 590 manat və sadələşdirilmiş vergi bəyannaməsinin 803-cü sətrindəki B1 sütunlarının cəminin (20765 manat), rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 153946 manat) müşahidələrin nəticələrindən 133181 manat az olduğu müəyyən edilmişdir. Həmçinin 2022-ci ilin 2-ci rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin 801-ci sətrindəki B1 sütunlarının cəminin (13590 manat), rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 148980 manat) müşahidələrin nəticələrindən 135390 manat; sadələşdirilmiş vergi bəyannaməsinin 802-ci sətrindəki B1 sütunlarının cəminin (14922 manat), rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 153946 manat) müşahidələrin nəticələrindən 139024 manat və sadələşdirilmiş vergi bəyannaməsinin 803-cü sətrindəki B1 sütunlarının cəminin (24138 manat), rəsmiləşdirilmiş son xronome traj (dövriyyə 148980 manat) müşahidələrin nəticələrindən 124842 manat az olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar iddiaçıya xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin iddiaçı tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından ona 2022-ci ilin 1-ci və 2-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 32058 manat və 31940,48 manat əlavə vergi məbləğlərinin hesablanmasına dair xx.xx.2022-ci il tarixli **********245300 nömrəli və xx.xx.2023-cü il tarixli **********445200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanmas ı barədə” qərarlar qəbul edilmişdir. Qeyd edilməlidir ki, iddiaçının istifadəsində olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, X1 prospekti, ev 69 ünvanında yerləşən, **********-10001 obyekt kodlu “Lido” restoranı” adlı təsərrüfat subyektində cavabdehin xx.xx.2021-ci il tarixli, **********5369 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” qərarına əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, 5 təqvim günü ərzində aparılmış xronometraj metodu ilə müşahidənin nəticəsinə əsasən ümumi satış dövriyyəsinin 24830 manat, orta günlük satış dövriyyəsinin isə 4966 manat olduğu müəyyən edilmiş və bu, xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 002206 nömrəli yekun aktla rəsmiləşdirilmiş, həmin akt iddiaçı tərəfindən imzalanmışdır. İddiaçı iddia ərizəsində xronometraj metodu ilə müşahidənin nəticəsinə əsasən hesablamaların aparılmasının qanunsuz olmasına istinad etsə də, cavabdeh tərəfindən hansı qanunvericilik normasının pozulmasını bildirməmişdir. Həmçinin, iddiaçı hesablama aparılan dövrlər üzrə dövriyyəsinin az olduğunu qeyd etsə də, məhkəməyə bununla bağlı heç bir təsdiqedici sənəd təqdim etməmişdir. Xüsusi olaraq qeyd edilməlidir ki, dövriyyənin aşağı düşməsi səbəbi ilə yenidən xronometraj metodu ilə müşahidənin aparılması barədə müraciət etmək iddiaçının hüququdur, lakin iddiaçı hesablama aparılan dövrlər üzrə belə bir müraciət etməmişdir. Odur ki, son xronometraj metodu ilə müşahidənin nəticəsi vergilərin hesablanmasında əsas götürülmüşdür. Bu səbəbdən, cavabdehin qanunvericiliklə müəyyən edilmiş hüquqlarından istifadə etməsi qanunsuz hesab ed ilə bilməz. Göründüyü kimi, cavabdeh tərəfindən keçirilən kameral vergi yoxlaması və bununla bağlı bütün prosedur hərəkətlər Vergi Məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirilmiş və vergi yoxlamasının həyata keçirilməsi zamanı cavabdeh tərəfindən heç bir qayda (qanun) pozuntusuna yol verilməmişdir. İddiaçı tərəfindən cavabdehin sözügedən qərarlarından inzibati qaydada verilmiş şikayət aparılmış ətraflı araşdırma nəticəsində təmin edilməmişdir. Digər tərəfdən, iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat subyektinin mülkiyyətçilərindən biri olan "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində həmin ünvanda vergi ödəyicisi olaraq fəaliyyət göstərdiyi və iddiaçının həmin hüquqi şəxsin işçisi olduğu, daha sonra hüquqi şəxsin digər işçisinin adına həmin təsərrüfat subyekti qeydiyyata salınaraq analoji fəaliyyətlə məşğul olduqları, bununla da qeyd olunan əməliyyatlar üzrə gəlirlərin gizlədilməsi məqsədi ilə vergidənyayınma sxeminin yaradılması riskinin olduğu nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Lakin iddiaçı iş üzrə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən, iddianın təmin olunmaması xahiş edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: Ləman Musayeva) 05 mart 2024-cü il tarixli, 2-1(112)-1155/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə xronometraj metodu ilə müşahidənin nəticələri əsasında kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləği ilə bağlıdır. Qanunvericiliyə əsasən, xronometraj metodu ilə müşahidənin nəticələri əsasında kameral vergi yoxlaması aparmaq vergi orqanının hüququdur. Odur ki, qeyd edilən halda məhkəmənin səlahiyyətləri müşahidənin aparılması zamanı vergi orqanının prosedur öhdəliklərinə riayət etməsini və müşahidə müddətində müəyyən edilmiş satış dövriyyəsinin müəyyən edilmiş həcminin rəsmiləşdirilməsini yoxlamaqla məhdudlaşır.

11. Cavabdeh tərəfindən xronometraj metodu ilə müşahidə barədə qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********5369 nömrəli qərar barədə məlumat sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmış (yoxlama dövrü: xx.xx.2021 – xx.xx.2021-ci il), yoxlamanın nəticələri həmin dövrdə aparılmış xronometraj metodu ilə müşahidələrə əsaslanmış, məhkəməyə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış təqdim edilmişdir. Müşahidə aparılan dövrdə satış dövriyyəsinin həcmi ilə bağlı hər hansı mübahisə yoxdur. Cavabdeh tərəfindən yoxlama aparılan dövrləri əks etdirən xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük aktlar təqdim edilmişdir. Həmin aktların məzmunu (dövriyyənin həcmi) iddiaçı tərəfindən mübahisələndirilmir. Mübahisə xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinin tətbiq edilməsi ilə bağlıdır.

12. İddiaçının sonuncu xronometraj metodu ilə müşahidədən 1 ay keçdikdən sonra yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələb irəli sürmək hüququ olsa da, o, bu hüququndan istifadə etməmişdir, yəni xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə ərizə ilə vergi orqanına artıq qəbul edilmiş qərarlardan sonra, yəni xx.xx.2022-ci ildə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh qərarlarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Ona görə də iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.

13. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Mirzə Tağızadə /sədrlik edən və məruzəçi/, Kamran Əkbərov və Səadət Səlimova) 09 avqust 2024-cü il tarixli, 2-1(103)-2386/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüququ mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, xronometraj metodu ilə müşahidənin nəticələri əsasında kameral vergi yoxlaması aparmaq vergi orqanının hüququ olduğundan və həmin hüquq həyata keçirilərkən vergi orqanının prosedur öhdəliklərinə riayət etməməsi və müşahidə müddətində müəyyən edilmiş satış dövriyyəsinin müəyyən edilmiş həcminin rəsmiləşdirilməsi zamanı hər hansı pozuntuya yol verməsi müəyyən edilmədiyindən cavabdeh tərəfindən qəbul edilən inzibati aktlar əsaslı və qanuni olmuşdur.

16. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

17. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

20. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilm əsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 15.1.13. Xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək vergi ödəyicisinin hüququdur. Maddə 16.1 və 1 6.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.1 və 23.1.3. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə bu Məcəllənin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan sənədləri və əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) bu Məcəllədə müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan inventarizasiyasını aparmaq vergi orqanlarının hüquqlarıdır. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsl əri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidəni n nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Maddə 50-1.1. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin d əyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. 50-1.2. Bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan müddət daxil edilmir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq h üququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçıla rına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübah isələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan nor maları baxımından mübahisələndirilən kameral vergi qərarlarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 avqust 2024-cü il tarixli, 2-1(103)-2386/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar