Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1950/2021 02.11.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququ; NK-nın 1 saylı Siyahısı; peşənin xarakteri nəzərə alınmaqla Siyahıya uyğunluğunun müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Res publikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.06.2021-ci il tarixli, 2-1(103)-168/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1952-ci il tarixində doğulmuş, 01.09.1970-ci il tarixindən 21.07.1971-ci il tarixinədək Saatlı rayon 9 nömrəli Kənd Texniki-peşə məktəbində təhsil almış, 23.05.1972-ci il tarixindən 17.05.1974-cü il tarixinədək Sovet ordu sıralarında hərbi xidmət keçmiş, 01.12.1971-ci il tarixindən əmək fəaliy yətinə başlamış, 24.02.2015-ci il tarixinə qədər fasilələrlə müxtəlif vəzifələrdə işləmişdir.
2. İddiaçı 31.01.2020-ci il tarixində ərizə ilə cavabdeh orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini və həmin tarixdən ödənilməyən pensiya məbləğinin birdəfəyə ödənilməsini xahiş etmişdir.
3. Cavabdeh 06.02.2020-ci il tarixli **********4 saylı məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, iddiaçı ərizəsinə ümumi iş stajını təsdiq edən sənədlər, iş yerinin arayışının əsillərini tam şəkildə təqdim etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində birinci icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 18.05.2009-cu il tarixdən 57 yaşdan 01.07.2017ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən, 01.01.2010-cu il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 27.1-ci maddəsinə əsasən pensiya təyin edilməsinin və həmin tarixdən halhazıradək yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1952-ci il tarixdə Sabirabad rayonunda doğulmudur. O, 01.11.1971-ci ildən 24.02.2015-ci ilə qədər işləməklə ümumilikdə 44 il əmək sığorta stajı vardır. Həmin əmək stajının 01.04.1981-ci ildən 22.01.1991-ci ilə qədər «X İdarəsi»ndə «elektrik-montyoru və elektrikmexaniki», 18.08.1999-cu ildən 30. 11.2000-ci ilə qədər "xxxx" MM-də «yeraltı təmir sexi»-ndə «çilingər», 01.12.2000-ci ildən 01.12.2003-cü ilə kimi "xxxx" OC-də «əsaslı və yeraltı təmir sexi»-ndə çilingər vəzifəsində işləmişdir. İşlədiyi vəzifələr ağır və zərərli iş olduğundan ona 18.05.2009-cu il tarixdən 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Lakin, DSMF-nin Şirvan şəhər Şöbəsi tərəfindən ona 18.05.2015-ci il tarixdən 63 yaşdan yaşa görə əmək pensiyası təyin edilmişdir. İşlədiyi sahələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 №-li Siyahısının XXVİİİ Nəqliyyat bölməsinin «magistral dəmiryollarının əlaq ə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları» və Xİİ «Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı» Bölməsinin «neft, qaz və qaz kondensatı hasilatı obyeklərində bilvasitə məşğul olan təmirçi çilingərlər» və yaxud «texnoloji qurğuların təmiri üzrə çilingərlər» peşələrinə uyğundur. Pensiya yaşı tamam olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün İdarəyə müraciət etmişdir. Lakin, ona pensiya təyin olunmasından imtina edilmişdir.
6. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş cavab məktubundan iddiaçıya məlumat verilmişdir ki, müvafiq sənədlərin əsilləri cavabdehə təqdim edildikdən sonra iddiaçıya güzəştli ş ərtlərlə pensiya təyin edilməsi məsəlinə baxıla bilər. Yəni iddiaçının müraciətinə mahiyyəti üzrə baxılmamış və imtina verilməmişdir. Eyni zamanda hesab edirlər ki, iddia mahiyyət etibarilə əsassızdır. Belə ki, iddiaçı 57 yaşı olanadək ondan mövcud qanunvericiliklə tələb edilən 12 il 6 ay güzəştli iş stajını toplamamışdır. Belə ki, iddiaçı 01.04.1981-ci il tarixdən 22.01.1991-ci il tarixinədək “X İdarəsi”ndə elektrik montyoru və elektrik çilingəri işlədiyi peşəni 2300100019825 kodu altındakı “magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları” peşəsinə uyğun hesab edir. Halbuki, həmin koda uyğun gəlməsi üçün iddiaçının sadəcə elektrik montyoru və ya mexaniki deyil, məhz magistral dəmiryollarının və məhz əlaqə şəbəkəsinin elektrik montyor u və ya mexaniki olması tələb edilirdi. İddiaçı isə müvafiq şərtlərə cavab verdiyini sübut edən hər hansı sənəd təqdim etməmişdir. Bundan əlavə iddiaçı 18.08.1999-30.11.2000-ci il tarixlərində "xxxx" MMCdə və 01.12.2000-01.12.2003-cü il tarixlərində "xxxx" OC-də yeraltı təmir sexində çilingər vəzifəsində işlədiyi dövrləri “Neft-qaz və qaz kondensatının hasilatı” bölməsindəki “tenoloji qurğuların təmiri üzrə çilingərlər” peşəsinə uyğun hesab etmişdir. Halbuki, həmin koda uyğun gəlməsi üçün iddiaçı məhz neft-qaz və qaz kondensatının hasilatı sahəsində və məhz texnoloji qurğuların təmiri üzrə çilingər işləmiş olmalı idi. İddiaçı isə müvafiq şərtlərə cavab verdiyi sübut edən hər hansı sənəd təqdim etməmişdir. Ona görə də iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 05.08.2020-ci il tarixli, 2-1(112)-5002/2020 saylı qərarı ilə (hakim Şəlalə Həsənova) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 18.05.2009-cu il tarixdən, 57 yaşdan 01.07.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən 01.01.2010-cu il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 27.1-ci maddəsinə əsasən pensiya təyin edilməsi və həmin tarixdən hal-hazıradək yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçını n işlədiyi peşələr Nazirlə Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıya uyğundur. İddiaçının 57 yaşdan pensiya təyin edilməsi üçün tələb edilən ümumi və güzəştli iş stajı mövcuddur. İddia ona pensiya təyin edilməsi hissəsində əsaslı olsa da, “Əmək pensiyaları haqqında” Qanunda pensiyanın ödənilməmiş hissəsinin birdəfəlik ödənilməsi müddəası mövcud olmadığından iddia həmin hissədə rədd edilməlidir.
9. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkməsinin İnzibati Kollegiyasının 30.06.2021-ci il tarixli, 21(103)-168/2021 saylı qərarına əsasən (sədrlik edən Aida Hüseyn, hakiml ər İlham Kərimli və Afaq Nuriyeva) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 05.08.2020-ci il tarixli, 2-1(112)-5002/2020 saylı qərarının qismən “18.05.2009-cu il tarixdən pensiyanın təyin edilməsi və həmin tarixdən hal-hazıradək yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, pensiyanın 31.01.2020-ci il tarixdən təyin edilməklə əvvəlki üç ilə hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olsa da, pensiyanın hansı tarixdən ödənilməli olması barədə gəldiyi nəticə maddi hüquq nor malarının tələbinə uyğun deyildir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən pensiya iddiaçının müraciət tarixindən (31.01.2020-ci il) əvvəlki üç il üçün ödənilməlidir.
12. Məhkəmə qərarı cavabdehə 26.07.2021-ci il tarixində təqdim edilmişdir.
13. Cavabdeh 13.08.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkməsinin İnzibati Kollegiyasının 30.06.2021-ci il tarixli, 2-1(103)-168/2021 saylı qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, q ərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, qanunvericiliyə əsasən cavabdehin iddiaçıdan sözügedən arayışı tələb etmək hüququ olmuş, iddiaçı isə həmin arayışı cavabdehə təqdim etməmiş, bu səbəbdən iddiaçının cavabdehə ünvanlandığı ərizənin icrası mümkün olmamışdır. İddiaçının 57 yaşı olanadək (18.05.2009-cu il tarixinədək) mövcud qanunvericiliklə tələb edilən 12 il 6 ay güzəştli iş stajını da toplamamışdır.
15. Belə ki, iddiaçı 01.04.1981-ci il tarixindən 22.01.1991-ci il tarixinədək “Salyan Dəmiryolu İdarəsi”ndə elektrik montyoru və elektrik çilingəri işlədiyi peşəni 23001000 – 19825 kodu altındakı “magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları” peşəsinə uyğun hesab edir. Halbuki, həmin koda uy ğun gəlməsi üçün iddiaçının sadəcə elektrik montyrou və ya mexanik deyil, məhz magistral dəmiryollarının və məhz əlaqə şəbəkəsinin elektrik montyoru və ya mexaniki olması tələb edilirdi. İddiaçı isə müvafiq şərtlərə cavab verdiyini sübut edən hər hansı sənəd təqdim etməmişdir.
16. Bundan əlavə, iddiaçı 18.08.1999-30.11.2000-ci il tarixlərində "xxxx" MMC-də və 01.12.2000-01.12.2003-cü il tarixlərində "xxxx" OC-də yeraltı təmir sexində çilingər vəzifəsində işlədiyi dövrləri “Neft-qaz və qaz kondensatının hasilatı” bölməsindəki “texnoloji qurğuların təmiri üzrə çilingərlər” peşəsinə uyğun hesab etmişdir. Halbuki, həmin koda uyğun gəlməsi üçün iddiaçı məhz neft-qaz və qaz kondensatının hasilatı sahəsində və məhz texnoloji qurğuların təmiri üzrə çilingər işləmiş olmalı idi. İddiaçı isə müvafiq şərtlərə cavab verdiyini sübut edən hər hansı sənəd təqdim etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkməsinin İnzibati Kollegiyasının 30.06.2021-ci il tarixli, 2-1(103)-168/2021 saylı qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, cavabdeh ““Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinin tələblərini düzgün şərh etmir. İddiaçının pensiya hüququ yaranan tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21.11.2011-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” qüvvədə olmuşdur. Həmin Qaydalarda isə “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayışın təqdim olunması göstərilməmişdir. Həmin şərt yalnız 01.07.2017-ci il tarixindən sonra “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələblərindən irəli gələn pensiyaların təyin edilməsi və hesablanması Qaydalarında mövcuddur. Belə olan halda, iddiaçının hüququ 2009-cu il tarixində yarandığından, 01.07.2017-ci il tarixinə kimi qüvvədə ol muş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələblərindən irəli gələn pensiyaların təyin edilməsi və hesablanması Qaydaları tətbiq edilə bilər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
19. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
21. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9 -cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 22. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüqu quna malikdirlər. 23. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
24. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: Bənd 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı;
23. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;
25. Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəx sin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
26. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
27. Həmin Məcəllənin 58.6-cı maddəsinə əsasən sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keç irilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər.
28. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
29. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərmə yə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.
31. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanunili yi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
35. Belə ki, hazırkı qərarın 20-25-ci bəndlərində sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı 01.01.2006-cı il tar ixədək mövcud olmalı; 4) güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı inzibati orqana təqdim edilməlidir.
36. İşin mübahisəsiz hallarından məlum olduğu kimi, iddiaçının tələb edilən ümumi iş stajı mövcuddur. Güzəştli iş stajı ilə bağlı isə apellyasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, “iddiaçının 01.04.1981-ci ildən 21.09.1981-ci ilə qədər Azərbaycan dəmir yollarının Salyan siqnalizasiya və rabitə distansiyasında 3-cü dərəcəli elektrik montyoru, 21.09.1981-ci ildən 16.06.1983-cü ilə qədər döşəmə üstü elektrik mexanik vəzifəsində, 16.06.1983-cü ildən 22.01.1991-ci ilə qədər Əli-Bayramlı MRM postunda növbətçi elektromexanik işlədiyi vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə t əsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısında XXVİİİ Nəqliyyat bölməsinin «magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları” 23001000-19825 şifri, 18.08.1999-cu ildən 30.11.2000-ci ilə qədər «Azərpetoyl» MM-də Mişovdağ sahəsinin traktor bölməsində (sonradan struktur dəyişikliyi ilə əlaqədar əsaslı və yeraltı təmir sexi adlandırılmışdır) 4-cü dərəcəli çilingər, 01.12.2000-ci ildən 01.12.2003-cü ilə qədər "xxxx" Əməliyyat Şirkətində əsaslı və yeraltı təmir sexinin traktor bölməsinin 4-cü dərəcəli çilingər işlədiyi vəzifələr isə Xİİ “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” Bölməsinin “neft, qaz və qaz kondensatı hasilatı obyeklərində bilavasitə məşğul olan təmirçi çilingərlər” 2130200a-18559 və yaxud “texnoloji qurğuların təmiri üzrə çilingərlər” 2130200a-18547 kod ilə öz əksini tapmışdır”.
37. Məhkəmənin bu mövqeyi ilə bağlı qeyd edilməlidir ki, iddiaçının işlədiyi peşələrlə Nazirlər Kabinetinin müvafiq Siyahısındakı peşələr eyni olsa da, onların sahələri arasında uyğunsuzluq var.
38. Belə ki, iddiaçı 01.04.1981-ci il tarixindən 22.01.1991-ci il tarixinədək Salyan siqnalizasiya və rabitə distansiyasında elektrik montyoru və elektrik çilingəri işlədiyi halda, məhkəmənin istinad etdiyi peşə 1 nömrəli Siyahının “magistral dəmiryollarının əlaqə şəbəkəsinin” elektrik montyoru və elektrik çilingəridir.
39. Həmçinin, iddiaçı 18.08.1999-30.11.2000- ci il tarixlərində “Azərpetoyl” MM-də və 01.12.2000-01.12.2003-cü il tarixlərində "xxxx" OC-də yeraltı təmir sexində çilingər vəzifəsində işlədiyi halda, məhkəmənin istinad etdiyi peşə 1 nömrəli Siyahının “Neft-qaz və qaz kondensatının hasilatı” bölməsindəki “texnoloji qurğuların təmiri üzrə çilingərlər” peşəsidir.
40. Göründüyü kimi, məhkəmənin istinad etdiyi 1 nömrəli Siyahıda təsbit olunmuş peşələrlə iddiaçının çalışdığı peşələrin aid olduğu sahələr fərqlidir. Belə olan halda, məhkəmə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahıda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zər uri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxartmalı idi.
41. Göstərilən hüquqi mövqeyə uyğun olaraq məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən etməli idi. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.
42. Apellyasiya instansiyası məhkəməsi isə göstərilən istiqamətlərdə araşdırma aparmamış, iddiaçının çalışdığı peşələrin xarakteri nəzərə alındıqda həmin peşələrin 1 saylı Siyahıda təsbit olunmuş peşələrə uyğun olub-olmadığını müəyyən etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hərtərəfli araşdırma aparmadan iddiaçının tələb edilən güzəştli stajının mövcud olması qənaətinə gələrək məhkəmə hazırkı qərarın 26-28-ci bəndlərində göstərilən prosessual normaların tələblərini pozmuşdur.
43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkməsinin İnzibati Kollegiyasının 30.06.2021-ci il tarixli, 2-1(103)-168/2021 saylı qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
44. İşə təkrar baxan məhkəmə iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş Siyahılara uyğun olubolmamasını Ali Məhkəmənin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq araşdırmalı, iddiaçının işlədiyi peşələrin xarakteri nəzərə alındıqda müvafiq Siyahıya uyğun olub-olmaması, iddiaçının tələb edilən güzəştli iş stajının olub-olmaması barədə məsələyə aydınlıq gətirməli, nəticədən asılı olaraq qanuni və ədalətli qərar qəbul etməlidir.
45. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA A LDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkməsinin İnzibati Kollegiyasının 30.06.2021-ci il tarixli, 21(103)-168/2021 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.